Məhkəmə qərarları › İş №2(078)-218/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-218/2021

03.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-218/2021 03.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili Vəkil, cavabdehlər-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı payın naturada ayrılması, eyni zamanda cavabdehlər-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı qarşı payın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, ******* nömrəli çıxarışına əsasən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 15 dekabr 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsindən ¼ payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə prosesi zamanı məhkəməyə 25.01.2021-ci il tarixli qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ərizədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması, qarşılıqlı iddia ərizəsi üzrə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 15 dekabr 2020-ci il tarixdə ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış 0.0588 ha torpaq sahəsindən hər birinə ¼ payının naturada atrılıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul olunaraq tələbə “İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı payın naturada ayrılması, eyni zamanda cavabdehlər-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı qarşı payın naturada ayrılması tələbi” çırçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçı-cavabdeh İddiaçı iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul edərək verdiyi izahatında bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(078)-754/2020 nömrəli qətnaməsi ilə onun cavabdeh-iddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən olunması, eyni zamanda cavabdehlər-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ona qarşı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən olunması tələbinə dair ilkin və qarşılıqlı iddia təmin olunaraq ünvan 1 ünvanda olan 0.0.06 ha torpaq sahəsinin ¼ hissəsində onun, ¼ hissəsində Cavabdeh1, ¼ hissəsində isə Cavabdeh2 pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Sözügedən torpaq sahəsini 15 dekabr 2020-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** qeydiyyat nömrə ilə adlarına qeydiyyata alınmışdır. İddiaçı-cavabdeh İddiaçı qeyd etmişdir ki, torpaq sahəsindən payların müəyyən olunmasına baxmayaraq payın ümumi torpaq sahəsinin hansı hissəsində olması müəyyən edilmədiyindən o, özünə məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. İddiaçı-cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə münasibət bildirərkən qeyd etmişdir ki, o, qarşılıqlı iddianı qəbul edir, belə ki, o, məsələnin qanunauyğun şəkildə həll olunmasını istəyir. İddiaçı-cavabdeh İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdehin vəkili Vəkil ilkin iddianı müdafiə, qarşılıqlı iddianı qəbul edərək izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını bildirib qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh1 qarşılıqlı iddianı müdafiə, ilkin iddianı qəbul edərək izahatında iddiaçı-cavabdehin verdiyi izahatı təsdiqlədiyini, həqiqətən də Naxçıvan Şəhər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(078)-754/2020 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddianın təmin olunaraq ünvan 1 ünvanda olan 0.0.06 ha torpaq sahəsinin ¼ hissəsində İddiaçı, ¼ hissəsində Cavabdeh1, ¼ hissəsində isə Cavabdeh2 pay hüququnun müəyyən edildiyini, lakin anası-iş üzrə iddiaçı-cavabdehin də qeyd etdiyi kimi, torpaq sahəsinin konkret olaraq hansı hissəsinin kimə məxsus olması göstərilmədiyindən onlar özlərinə məxsus olan daşınmaz əmlakdan istifadə edə bilmədiklərini bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı Cavabdeh2 qarşılıqlı iddianı müdafiə, ilkin iddianı qəbul edərək izahatında cavabdeh-iddiaçı Cavabdeh1 izahatına əlavəsi olmadığını bildirib qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatdan və mülki iş materiallarına əlavə olunmuş JN-8002A- A, KOD 10400002 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən məlum olmuşdur ki, ünvan 1 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi X2, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 verilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 07 aprel 2009-cu il tarixdə verilmiş AZ- İ seriyalı 334056 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 30 mart 2009-cu il tarixdə ürək-damar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm akt qeydləri kitabının 113-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(078)-754/2020 nömrəli qətnaməsindən aydın olur ki, sözügedən qətnamə ilə tərəflərin birgə mülkiyyəti sayılan ünvan 1 ünvanda olan 0.0.06 ha torpaq sahəsinin ¼ hissəsində İddiaçı, ¼ hissəsində Cavabdeh1, ¼ hissəsində isə Cavabdeh2 pay hüququ müəyyən edilmişdir. Mülki işin məhkəmə araşdırması zamanı tərəflərin məhkəməyə verdiyi izahatlardan, eyni zamanda iddiaçı-cavabdeh İddiaçı məhkəməyə sübut qismində təqdim etdiyi Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.12.2020-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış“ın surətindən görünür ki, ünvan 1 ünvanda olan 0.0588 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ¼ hissəsində İddiaçı, ¼ hissəsində Cavabdeh1, ¼ hissəsində isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 16/21 nömrəli reyestr kitabının 3968 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki halları yuxarıda tədqiq edilən xüsusatlara əsasən müəyyən edilmiş hallardan ibarətdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, tərəflər mübahisəli torpağın mülkiyyətçisidir. Məhkəmə ilkin iddia tələbini və qarşılıqlı iddia tələbini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib hesab edir ki, tələblər əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilkin və qarşılıqlı iddianı təmin edərkən ekspert rəyini əsas götürür. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(078)-218/2021 nömrəli qərardadı ilə ekspertiza təyin edilərək, ekspertin qarşısında Naxçıvan şəhəri, Əliabad qəsəbəsi 21/12A ünvanında yerləşən 0.0588 ha torpaq sahəsindən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinə 1/4 hissə olmaqla naturada ayrılaraq verilməsi texniki cəhətdən mümkün olub-olmaması və torpaq sahəsinin naturada bölgüsü mümkündürsə bunun hansı qaydada aparılması sualı qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 aprel 2021-ci il tarixdə verilmiş 57 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi 21/12A ünvanında yerləşən 0.0588 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinə 1/4 hissə olmaqla naturada ayrılaraq verilməsi texniki cəhətdən mümkündür. -Bunun üçün, tədqiq olunan həyətyanı torpaq sahəsinin yuxarı sol hissəsindən sağ istiqamətə doğru 9.46 metr, həmin istiqamətin son nöqtəsindən həyətin aşağısına doğru 14.00 metr, həmin son nöqtədən sola doğru 9.41 metr, həmin istiqamətdən həyətin yuxarısına doğru 4.81 və 9.20 metr uzununda sərhəd hasarı çəkilməlidir. Eyni zamanda həyətyanı torpaq sahəsinin yuxarı hissəsindən yəni 1-ci mənzil ilə 3-cü mənzil üzrə ayrılmış torpaq sahələri arasında təqribən 14,00 metr uzununda bir-birinə paralel eyni formada həyətin sonuna doğru istiqamətdə sərhəd hasarı çəkilməli, və həmin sərhəd hasarları arasında təqribən 14.00x3,36 metr enində yaradılmış yol (44,27 kv.m sahə) mülkiyyətçilərin ümumi istifadəsində saxlanılmaqla, təcrid sahələr şəklində payının naturada ayrılaraq verilməsi texniki cəhətdən mümkündür, (bax rəyə əlavə olunmuş plansxemə) - Bu bölgü nəticəsində, 2-ci, 3-cü və 4-cü mənzillərin yaradılması üçün (göy. yaşıl və sarı rəngdə ştrixlənmiş sahələr) 2-ci mənzil üzrə sol istiqamətdən sağ istiqamətə doğru təqribən 13,67 metr, həmin istiqamətdən həyətin sonuna doğru 10,44 metr, həyətin son istiqamətindən sol istiqamətə doğru 13,13 metr, həmin istiqamətdən yuxanya doğru 9.86 metr, 3-cü mənzilin yaradılması üçün həyətin sağ istiqamətindən sol istiqamətinə doğru 11,35 metr, həmin hissədən aşağıya doğru 11,00 metr, aşağı istiqamətdən sağ istiqamətə doğru 6.70 metr, həmin istiqamətdən həyətin sonuna doğru 2.16 metr, eləcədə 4-cü mənzilin yaradılması üçün 2-ci və 3-cü mənzillərin hasar ölçüləri saxlanılmaqla həyətin sonundan sol və sağ istiqamətlərə doğru yəni 2-ci və 3-cü mənzillər istiqamətlərinə tərəf təqribən sağ tərəfdən 11.68 metr, sol tərəfdən isə 11.52 metr uzununda və enində sərhəd hasarları quraşdırılmalıdır. Belə olan halda mülkiyyətçilərin ümumi istifadəsində saxlanılmış yolun ümumi sahəsi 44,27 kv.m təşkil edir ki, bu da mülkiyyətçilərin sərəncamına düşən 1/4 (dörddə bir) hissədən yəni 543,73 m: (588.0- 44.27) ümumi istifadədə olan yolu tərəflərə düşən həyətyanı torpaq sahələrindən çıxılmaqla hər bir istifadəçinin payına 136.0 kv.m (543,73:4) həyətyanı torpaq sahəsi düşə bilər. -Bu zaman, iddiaçının 1/4 (dörddə bir) paya düşən 147,0 kv.m həyətyanı torpaq sahəsinin ayrılması zamanı iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi 136,0 kv.m təşkil edəcəkdir, (bax rəyə əlavə olunmuş plan-sxemə) -Belə bölgü zamanı mülkiyətçilərin (iddiaçı və cavabdehlərin) istifadəsinə ayrılmış həyətyanı sahələrə münasib hissələrindən ayrıca giriş-çıxış üçün nəzərdə tutulan hasar qapıları quraşdırılmalıdır, (bax rəyə əlavə olunmuş plan-sxemə). Bu zaman, 1-ci torpaq sahəsi. 2-ci torpaq sahəsi. 3-cü torpaq sahəsi və 4-cü torpaq sahələrinə, düşən tərəflərə onlara çatacaq 1/4 (dörddə bir) paydan 136.0 kv.m ümumi sahələrin bərabər düşdüyü müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, istər ilk iddia, istərsə də qarşılıqlı iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia təmin edilsin. Naxçıvan şəhəri, Əliabad qəsəbəsi 21/12A ünvanında yerləşən 0.0588 ha torpaq sahəsinin yuxarı sol hissəsindən sağ istiqamətə doğru 9.46 metr, həmin istiqamətin son nöqtəsindən həyətin aşağısına doğru 14.00 metr, həmin son nöqtədən sola doğru 9.41 metr, həmin istiqamətdən həyətin yuxarısına doğru 4.81 və 9.20 metr uzununda sərhəd hasarı çəkilsin, eyni zamanda həyətyanı torpaq sahəsinin yuxarı hissəsindən yəni 1-ci mənzil ilə 3-cü mənzil üzrə ayrılmış torpaq sahələri arasında təqribən 14,00 metr uzununda bir-birinə paralel eyni formada həyətin sonuna doğru istiqamətdə sərhəd hasarı çəkilməklə və həmin sərhəd hasarları arasında təqribən 14.00x3,36 metr enində yaradılmış yol (44,27 kv.m sahə) mülkiyyətçilərin ümumi istifadəsində saxlanılmaqla, hər birinə çatacaq 1/4 (dörddə bir) pay bərabər bölünməklə 136.0 kv.m torpaq sahəsi təcrid sahələr şəklində ayrılaraq iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı X1 verilsin. İlk iddia və qarşılıqlı iddia verilərkən ödənilən dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar