Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-228/2023 28.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili X9, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X6 ölümündən sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 4, ev 11 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında, əri X6 13 yanvar 2009-cu il tarixdə öldüyünü, onun vərəsələrinin- 1. Ərizəçi (arvadı), 2. Maraqlı şəxs1 (oğlu), 3. Maraqlı şəxs4 (oğlu), 4. Maraqlı şəxs3 (oğlu) və 5. Maraqlı şəxs2 (oğlu) olduğunu, əri X6 ölümündən sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 4, ev 11 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və üzərində yerləşən 199.8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinin miras qaldığını, həmin miras qalmış əmlakın 13 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********58-10301 reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirilərək X6 adına çıxarış verildiyini, həmin miras qalmış əmlakı faktiki olaraq qəbul edib istifadə etdiyini, digər vərəsələrin hər birinin ayrı-ayrılıqda notarial qaydada mirasın qəbulundan imtina barədə ərizə verdiklərini, bu günədək maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb ərindən miras qalmış əmlakı adına sənədləşdirə bilmədiyini, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər iki saylı Notariat Ofisinə müraciət etdiyini, Naxçıvan şəhər iki saylı Notariat Ofisinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən vərəsəliyin açılmasından imtina edildiyini, bunları nəzərə alaraq, mərhum əri X6 ölümündən sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 4, ev 11 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili X18 ərizəni müdafiə etdiklərini, ərizəçinin izahatına əlavəsinin olmadığını, ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs1 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası Maraqlı şəxs1 iştirakı olmadan keçirilmişdir. İş üzrə Maraqlı şəxs1 nümayəndəsi X17 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası Maraqlı şəxs1 nümayəndəsi X13 iştirakı olmadan keçirilmişdir. İş üzrə Maraqlı şəxs1 nümayəndəsi X21 07 mart 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında, ərizəçinin tələbini əsaslı olduğunu, vərəsə kimin Maraqlı şəxs1 miras əmlakı qəbul etmədiyini, qanuni qərar verilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs3 məhkəmə baxışı iclasında verdiyi izahatında, mərhum atasından qalmış miras əmlakla əlaqədar tələbinin olmadığını, ərizəçinin tələbinə etirazının olmadığını, ərizəçinin anası olmaqla daima həmin evdə yaşamaqla mirası qəbul etdiyini, qanuni qərar verilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs2 məhkəmə baxışı iclasında verdiyi izahatında, mərhum atasından qalmış miras əmlakla əlaqədar tələbinin olmadığını, ərizəçinin tələbinə etirazının olmadığını, ərizəçinin anası olmaqla daima həmin evdə yaşamaqla mirası qəbul etdiyini, qanuni qərar verilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs4 məhkəmə baxışı iclasında verdiyi izahatında, mərhum atasından qalmış miras əmlakla əlaqədar tələbinin olmadığını, ərizəçinin tələbinə etirazının olmadığını, ərizəçinin anası olmaqla daima həmin evdə yaşamaqla mirası qəbul etdiyini, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X19,Ərizəçi, mərhum Ərrəhman Bağırovu və övladlarını tanıdığını, qonşu olduqlarənə, Ə.Bağırov vəfat edəndən sonra həmin evdə Ərizəçi yaşadığını, övladlarının özlərinə məxsus mənzillərini olduğunu bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X7, Ərizəçi, mərhum Ərrəhman Bağırovu və övladlarını tanıdığını, Ərizəçi onun anasənən xalası qızı olduğunu, həmin ailəyə gedib-gələn olduğunu, Ə.Bağırov vəfat edəndən sonra həmin evdə Ərizəçi yaşadığını, övladlarının özlərinə məxsus mənzillərini olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 4, ev 11 ünvanında yerləşən ümumi sahəsi 199.8 kv.m, torpaq sahəsinin ölçüsü 0.04 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 18/50 nömrəli reyestr kitabının 9758 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********58-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). 10907 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. İ-İE seriyalı, 241018 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Maraqlı şəxs3 Rza oğlu ilə X3 arasında 12 mart 1961-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Bağırova” soyadı verilmişdir. İ-JQ seriyalı, 330926 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X10 ilə X8 arasında 13 iyun 1977-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Bağırova” soyadı verilmişdir. AZ-İ seriyalı, 597869 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X4 29 oktyabr 2017-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 333954 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X10 13 yanvar 2009-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. İİ-JQ seriyalı, 252242 nömrəli, 22 dekabr 2022-ci il tarixli çıxarışa əsasən, Maraqlı şəxs3 Rza oğlu 09 may 1981-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli, 2160 nömrəli arayışa əsasən, X6 aşağıdakı vərəsələri vardır:
1. Ərizəçi həyat yoldaşı 1955-ci il təvəllüdlü;
2. Maraqlı şəxs1 oğlu 1979-cu il təvəllüdlü;
3. Maraqlı şəxs4 oğlu 1980-ci il təvəllüdlü;
4. Maraqlı şəxs3 oğlu 1981-ci il təvəllüdlü;
5. Maraqlı şəxs2 oğlu 1988-ci il təvəllüdlü. 10 və 18 yanvar 2023-cü il tarixli notarial təsdiqli ərizələrə əsasən, X21 (Maraqlı şəxs1 əvəzinə), Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 X5 miras qalmış əmlaklardan onlara çatası hissələrdən imtina etdiklərini bildirmişlər. Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin 16 yanvar 2023-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarına əsasən, vərəsəliyin açılmasından imtina edildiyi bildirilmişdir. Məhkəmə ərizənin dəlillərini araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi ilə vərəsəlik hüququna təminat verilir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ərizəçinin, ərizəçinin vəkilinin, maraqlı şəxslərin izahatlarına, şahidlərin ifadələrinə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Ərizəçi tərəfindən yuxarıda sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə ərizəçinin məhkəməyə verdiyi izahatı, maraqlı şəxslərin izahatları, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, 13 yanvar 2009-cu il tarixdə X10 vəfat etdikdən sonra həyat yoldaşı Ərizəçi mərhum əri X6 mülkiyyətində olan Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 4, ev 11 ünvanında yerləşən ümumi sahəsi 199.8 kv.m, torpaq sahəsinin ölçüsü 0.04 ha olan fərdi yaşayış evini sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, müvafiq faktın təsdiqi ilə bağlı Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin 16 yanvar 2023-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarına əsasən, vərəsəliyin açılmasından imtina edildiyi bildirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin mərhum əri X5 miras qalmış Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 4, ev 11 ünvanında yerləşən ölçüsü 0.04 ha olan torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 199.8 kv.m olan fərdi yaşayış evini miras əmlak olaraq qəbul etməsini təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi öz təsdiqini tapdığından həmin miras əmlakın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ərizəçinin izahatına iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 4, ev 11 ünvanında yerləşən ölçüsü 0.04 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 199.8 kv.m olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
Ərizə təmin edilsin. X1 miras qalmış Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 4, ev 11 ünvanında yerləşən ölçüsü 0.04 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 199.8 kv.m olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.