Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-234/2024 05.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3- 168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Qasımov X4 MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-168/2023 saylı əmrinin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini хаhiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 01 may 2008-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlarda baş məsləhətçi, sektor müdiri, Naxçıvan şəhər Məşğulluq Mərkəzinin direktoru, Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsində Maliyyə uçot sektorunun müdiri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsində qəbul sektorunda mütəxəssis kimi vəzifələrdə fəaliyyət göstərdiyini, işlədiyi bu müddət ərzində barəsində heç bir intizam tənbeh tədbirinin görülmədiyini, işdən xaric olunmağının əsas səbəbinin onun Nazirliyin digər əməkdaşları ilə “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın kargüzarlıqla bağlı keçirdiyi Online təlim zamanı vətəndaşın qeyriqanuni tələbinə qarşı əsəbləşərək iş həmkarına qarşı istəmədən qeyri-iradi olaraq kobud ifadə işlətməyinin olduğunu, elə buna görə də həmin gün saat 17:00 radələrində Nazirliyin özünə çağırılıb yazılı izahatının alındığını, həmkarı ilə telefon vasitəsilə əlaqə yaradıb ona qarşı işlətdiyi kobud ifadəyə görə üzrxahlıq edib aralarında olan anlaşılmazlığı aradan qaldırdıqlarını, lakin buna baxmayaraq, həmin hadisədən sonra 31 oktyabr 2023-cü il tarixdə həmkarların iclasının keçirildiyini və onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 3-17-9-1/3-2-168/2023 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, maddənin mətnindən göründüyü kimi “70”ci maddənin “ç" bəndi ilə əmək müqaviləsinin ləğvi üçün qanunvericiliyin işçinin təqsirli olmasını şərt qoyduğunu, təqsirin isə qəsdən və ya ehtiyatsızlıqdan (əmək qanunvericiliyinin adlandırılması ilə səhlənkarlıq etinasızlıq) formasında ola biləcəyini, işəgötürənin isə iddia etdiyi əmək funksiyasının pozuntusu ilə əlaqədar onun əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı heç bir əlaqəsinin olmadığını, dolayısı ilə, işəgötürənin əmək müqaviləsini sözügedən əsaslarla ləğv etməsinin tamamilə qanunsuz və əsassız olduğunu, son haqq-hesabının və əmək kitabçasının da qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilmədiyini, uzun illər qüsursuz xidmət etdiyini, bir səhvə görə uzun illər fəaliyyətinə son verilməsinin ona və ailəsinə maddi və mənəvi təsir etdiyini göstərərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-168/2023 saylı əmrinin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X6 iddianı qəbul etməyərək, iddiaçının fəaliyyəti dövründə idarənin nüfuzuna xələl gətirən hərəkət etdiyini, bu əsasla araşdırma aparılaraq işdən çıxarılma əmri verildiyini, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl olunduğunu, bunların nəzərə alınaraq iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: ******* nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı 01 may 2008-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlarda baş məsləhətçi, sektor müdiri, Naxçıvan şəhər Məşğulluq Mərkəzinin direktoru, Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsində Maliyyə uçot sektorunun müdiri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsində qəbul sektorunda mütəxəssis kimi vəzifələrdə işləmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2023-cü il tarixli məktubuna əsasən, İddiaçı 2023-cü il 27 oktyabr tarixində, saat 10:30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın kargüzarlıqla bağlı keçirdiyi online təlim zamanı X3 qarşı kobud hərəkətlər etmiş, onun barəsində nalayiq ifadələr işlətmişdir. Edilən kobud səhvləri etiraf edərək bu barədə 2023-cü il 27 oktyabr tarixində yazılı izahat vermişdir. Bu izahata əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri X7 2023-cü il 27 oktyabr tarixli, 3- 17-9-1/3-9-150/2023 nömrəli əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair əsaslandırılmış yazılı qərarın verilməsi üçün təqdimat verilmişdir. Təqdimat əsasında göstərilən halların müzakirə edilməsi və müvafiq rəyin verilməsi üçün 2023-cü il 31 oktyabr tarixində, saat 10:00-da Nazirliyin inzibati binasında keçirilmiş iclasa dəvət olunmuşdur. 2023-cü il 31 oktyabr tarixində onun iştirakı ilə iclas keçirilmiş və edilən kobud səhvlərin Fondun işgüzar nüfuzuna xələl gətirməsi, həmçinin əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq, təqdimatda göstərilən əsasda əmək müqaviləsinə xitam verilməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı rəy verilmişdir. Rəyə əsasən Fond tərəfindən 2023-cü il 31 oktyabr tarixli, 3-17-9-1/3-2-168/2023 nömrəli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr tarixli, 3-17-9-1/3-2-168/2023 nömrəli əmrinin surətinə əsasən, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin qəbul sektorunun mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verdiyinə və Fondun nüfuzuna və qanuni mənafeyinə xələl gətirdiyinə görə onun bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 2023-cü il 31 oktyabr tarixindən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar İddiaçı ilə son haqq-hesabın qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməsi əmr edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclasının 31 oktyabr 2023-cü il tarixli, 5 nömrəli protokolunun və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 27 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-9-150/2023 nömrəli rəyinin surətinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə izahatlara, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqları və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia rədd edilməlidir. Belə ki, iddiaçı işdən azad olunarkən Həmkarlar İttifaqının razılığı alınmışdır. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Cavabdeh təşkilat tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı zamanı əmək qanunvericiliyinin müddəaları düzgün tətbiq edilmiş, qanunla nəzərdə tutulmuş bütün məcburi tələblərə riayət edilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı işdən azad edilməsi əmək müqaviləsinin ləğv olunması əsaslarına və qaydalarına uyğun aparılmışdır. Məhkəmə prosesi gedişində işçi və işəgötürən qarşılıqlı razılığa gəlməmişlər. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. 70-ci maddəsinin “ç” bəndində qeyd olunur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə işçinin intizam tənbehi və ya ictimai tənbeh tədbirləri görülməsinə səbəb olmuş xətalar törədib-törətmədiyini, bu tədbirlərin görülməsi qaydalarına əməl edilibedilmədiyini, həmin tədbirlərin qüvvədən düşüb-düşmədiyini yoxlamağa borcludur. İctimai tənbeh tədbirləri dedikdə, əmək vəzifələrini icra etməməyə görə işçiyə əmək kollektivi, ictimai təşkilatlar tərəfindən onların fəaliyyətini müəyyənləşdirən əsasnamələrə və nizamnamələrə müvafiq surətdə tətbiq edilmiş tənbehlər başa düşülməlidir. Həm də işçiyə yalnız onun işdən çıxarıldığı müəssisədə, idarədə, təşkilatda verilmiş tənbehlər nəzərə alınır. Əmək intizamını pozmuş işçiyə tənbeh tətbiq edilməzdən əvvəl ondan yazılı izahat tələb edilməlidir. Əgər işçinin əmək intizamını pozması faktı, habelə təqsiri müəyyən edilmiş və sübuta yetirilmişdirsə, onun izahat verməkdən imtina etməsi və izahatının olmaması, verilmiş tənbehin qanunsuz sayılması üçün kifayət qədər əsas deyildir. İşçinin iş həmkarına qarşı kobud ifadə işlətməsi əmək intizamının pozulmasıdır. Müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Bu halın baş verməsi iddiaçının öz etirafı ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-234/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-234/2024
05.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver