Məhkəmə qərarları › İş №2(078)-271/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-271/2023

31.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-271/2023 31.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsi, işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqı ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsi, işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqı ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sədri Rasim Bağırov tərəfindən imzalanmış 13 sentyabr 2023-cü il tarixli 160 saylı əmri ləğv edərək əmək məcəlləsinin 68.2.A bəndi ilə dəyişdirilməsini, əmək kitabçasını əmək məcəlləsinin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi, işəgötürənin təqsiri üzündən ləngidildiyi üçün həmin məcəllənin 172.6-cı bəndinə əsasən işə düzələ bilmədiyi müddət üçün (1il 2 ay) orta əmək haqqı ödənilməsi, ona vurulan mənəvi ziyana görə isə cavabdehdən 1000 (bir min) manat məbləğində təzminatın ödənilməsinə dair müvafiq qərar qəbul edilməsini, məhkəmə rüsumu və mediasiya prosesi üçün ödənilən 30 AZN və 60 AZN-ın cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə iddiaçının cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Həmçinin qeyd olunanlardan da göründüyü kimi iddia tələbi iddiaçının öz xeyrinə cavabdehdən istədiyi tələbdir. Hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçının tələbi konkret göstərilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin xahiş hissəsində işə düzələ bilmədiyi müddət üçün (1 il 2 ay) orta əmək haqqı ödənilməsini tələb etsə də, konkret olaraq həmin müddət üçün nə qədər əmək haqqı tələb etdiyini qeyd etməmişdir. Belə olan halda iddiaçının konkret tələbinin nədən ibarət olmasını müəyyən etmək olmur. İddiaçı iddia ərizəsi verərkən tələbini konkret göstərməməklə iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa əməl etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdə ödənilmiş dövlət rüsumu aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsi, işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqı ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsi, işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqı ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar