Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-272/2023 31.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi akademik H.Ə.Əliyev adına “Araz” X2rşı torpaq sahəsinin ayrılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Akademik H.Ə.Əliyev adına “Araz” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, akademik H.Ə.Əliyev adına “Araz” X3 0.06 ha torpaq sahəsinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki, Məcəllənin tələbinə əsasən iddiaçının tələbi, tələbini əsaslandırdığı hallar və mübahisənin düzgün həll edilməsi üçün zəruri məlumatlar göstərilməlidir. İddia ərizəsindən məlum olur ki, iddiaçı 1998-ci ildə ona fərdi tikinti aparması üçün torpaq sahəsi ayrılmasını qeyd edir. Ərizəyə əlavə etdiyi 09 noyabr 1998-ci il tarixli aktdan görünür ki, İddiaçı torpaq sahəsi verilib. Lakin iddiaçı məhkəməyə müraciət edərək cavabdeh təşkilatdan 0.06 ha torpaq sahəsinin alınıb ona verilməsini istəyir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin düzgün həlli edilməsi üçün zəruri olan sənədləri torpaq sahəsinin ayrılması barədə əmri, həmin torpaq sahəsinin ona verilibverilməməsi barədə rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığına görə, İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 23 sentyabr 2022-ci il tarixli, 30646 nömrəli qəbzlə ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi akademik H.Ə.Əliyev adına “Araz” X2rşı torpaq sahəsinin ayrılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 23 sentyabr 2022-ci il tarixli, 30646 nömrəli qəbzlə ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-272/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-272/2023
31.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver