Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-278/2025 13.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X6 03 sentyabr 1949cu il tarixdə anadan olması, doğum haqqında şəhadətnamədə doğum tarixinin 03 sentyabr 1949-cu il, ata adının X12, ana adının X15, doğum yerinin Ermənistan SSRİ-nin Artaşat rayonu olması kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, 03 sentyabr 1949-cu il təvəllüdlü X11 Ermənistan SSRİ-nin Artaşat rayonunda doğulub qısa müddət sonra ailəsi ilə birlikdə Azərbaycana gəlmiş burada yaşamışdır. X11 19 avqust 2024-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər qəbristanlığında dəfn olunmuşdur. Mərhumun atası X12, anası X15 olmuşdur. Ərizəçi mərhumun oğludur. X2 doğumundan sonra onun valideynləri tərəfindən (Qeydiyyat Şöbələrinə) müraciət edilib, onun doğumunu qeydə aldırmadıqlarına görə doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi atası X5 miras qalan fərdi yaşayış evini və avtomobili vərəsəlik qaydasında adına sənədləşdirmək istəyir. Lakin bunun üçün ərizəçinin mərhum atası X6 doğum haqqında şəhadətnaməsi tələb olunur. Buna görə də ərizəçi mərhum atası X8 doğum haqqında şəhadətnamə alınmasına dair tibbi şəhadətnamənin verilib-verilməməsi barədə Naxçıvan Muxtar Respublikası X13 Hüquqi şəxsə ünvanladığı ərizəyə 21 noyabr 2024-cü il tarixdə, 4/449 nömrəli məktubla cavab verilərək X6 doğulmasına dair yalnız 5 il (2019-2024) ərzində olan doğum haqqında tibbi şəhadətnamənin saxlanıldığı bildirilmişdir. Bundan başqa ərizəçi mərhum atası X8 doğum haqqında şəhadətnamənin verilməsi barədə Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah Evinə ünvanladığı ərizəyə "Vətəndaşlıq vəziyyəti aktları" Avtomatlaşdırılmış İnformasiya sistemi üzrə bütün vətəndaşlıq aktları üzrə 1948-1952-ci il tarixədək daxil edilmiş bütün bütün vətəndaşlıq aktları üzrə yoxlamalar aparılmışdır və doğum akt qeydi aşkar edilməmişdir. Eyni zamanda Naxçıvan şəhər Nikah Evinin 29 oktyabr 2024-cü il tarixli, 3-16- 5/8-15-639/2024 nömrəli məktubunda Naxçıvan şəhər Nikah Evinin arxivində akt qeydləri kitabının 1948-ci ildən saxlanıldığını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edimiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdikləri qeydiyyat şöbələri tərəfindən icra edilir ki, itmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa olunduğu qeyd olunduğu bildirilməklə doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. Bundan başqa Naxçıvan MR Dövlət Arxiv idarəsinə müraciət olunmuş, orada mühafizə olunan 1949-cu ilə aid doğum haqqında akt qeydi kitablarının Naxçıvan MR Dövlət Arxivində mühafizə olunmadığı bildirlmişdir. Lakin bütün bunlara baxmayaraq ərizəçinin mərhum atası X6 adına Naxçıvan ŞPİ tərəfindən FİN 0VC117S9 və AA1046676 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. 15 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı ərizəçinin vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək ərizədə Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, iddia tələbini dəyişdirdiyini, iddia tələbinə Ərizəçi atası X2 03 sentyabr 1949-cu il tarixdə Ermənistan SSRİ-nin Artaşat rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi həddində baxılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(078)-278/2025 nömrəli qərardadı ilə ərizəçinin vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinin təmin edilməsi və iddia tələbinə Ərizəçi atası X2 03 sentyabr 1949-cu il tarixdə Ermənistan SSRİ-nin Artaşat rayonunda doğulması faktının müəyyən edilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün saymışdır. 11 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Ərizəçi atasının 03 sentyabr 1949-cu ildə Ermənistan SSRİ-nin Artaşat rayonunda doğulduğunu, təxminən 1970ci ildə Azərbaycana gəldiklərini, atasının ölümündən sonra sənədlərin arasında doğum haqqında şəhadətnaməni tapa bilmədiklərini, müvafiq qurumlara müraciət etdiklərini, lakin sənədin kötüyünün qalmadığının bildirildiyini, şəhadətnamənin əvvəlcədən olduğunu, lakin sonradan itdiyini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında Ərizəçi atası X2 03 sentyabr 1949-cu il tarixdə Ermənistan SSRİ-nin Artaşat rayonunda doğulduğunu, X6 03 sentyabr 1949-cu il tarixdə Ermənistan SSRİ-nin Artaşat rayonunda doğulması faktının müəyyən edilməsini istədiklərini, şəxsin şəxsiyyət vəsiqəsi, pensiya alması ilə bağlı sənədlər, ölüm haqqında şəhadətnaməsi olduğunu, sadəcə olaraq doğum haqqında şəhadətnaməni tapa bilmədiklərini, bu səbəbdən də doğum akt qeydinin bərpa olunmasını istədiklərini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-15-639/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan şəhər Nikah Evinin arxivində akt qeydləri kitabı 1948-ci ildən saxlanılır. Doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. X1 aid məlumatlar "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlanılarkən vətəndaşın doğum yerinin Ermənistan, Artaşat rayonu olduğu müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında akt qeydinin arxivdə olması mümkün deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdikləri qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəbdən doğum akt qeydinin bərpası üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Tibb X4 Naxçıvan Muxtar Respublikası X13 Hüquqi Şəxsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli, 4/449 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan MR Perinatal Mərkəzində 5 il (2019-2024) ərzində olan sənədlər (doğum haqqında tibbi şəhadətnamə) saxlanılır. Bu tarixdən əvvələ aid sənədlər hər il Arxiv idarəsinə təhvil verilir. Bu səbəbdən X6 doğulması ilə bağlı tibbi şəhadətnamənin verilməsi üçün Naxçıvan MR Arxiv idarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, 02/1268 nömrəli məktubda qeyd olunmuşdur ki, 1949-cu ilə aid doğum haqqında akt qeydi kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, AZ-İİ seriyalı, 673732 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 19 avqust 2024-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokart infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 287 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 1367 nömrəli arayışda qeyd olunmuşdur ki, X6 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamış, arxiv məlumatları Naxçıvan şəhər Nikah evi üzrə 1948-1952-ci ilədək olan dövr üzrə akt qeydləri yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyət akları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlarla Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, 257 nömrəli arayışdan görünür ki, X11 19 avqust 2024-cü il tarixdə Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2681 nömrəli arayışda qeyd olunmuşdur ki, Cəfərov X9 şəhəri, 6-cı küçə, ev 12 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş İxtisasvermə Komissiyasının sədri tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, AZ seriyalı, 009676 nömrəli ixtisas haqqında şəhadətnamənin surətindən görünür ki, X3 MSSR Culfa rayonu, Bənəniyar orta məktəbində oxumuş və 1966cı ildə üzümçü mexanizator peşəsi üzrə istehsalat təliminin tam kursunu bitirmişdir. İddia ərizəsinə əlavə edilmiş Dövlət İxtisas Komissiyasının sədri tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli diplomun surətindən görünür ki, X11 1980-ci ildə X17 texnikumuna daxil olmuş və 1983-cü ildə həmin texnikumun toxuculuq müəssisələrinin avadanlıqları ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-14016/2024 nömrəli məktubda qeyd edilmişdir ki, mərhum X8 Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən 2004-cü il 13 aprel tarixində qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra H.Cəfərovun 2015-ci il 27 fevral tarixində müraciəti əsasında əlilliyə görə pensiya növü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34.1ci maddəsinə (əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır) əsasən dəyişdirilərək yaşa görə pensiya növünə keçirilmişdir. Mərhum H.Cəfərova təyin olunmuş yaşa görə, 456.91 manat əmək pensiyası vəfat etdiyi üçün “Pensiya” altsistemində 2024-cü il 31 avqust tarixinə dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər M.Şahtaxtlı adına TH Kitab evi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X11 2005-ci ilin 22 avqust tarixindən Naxçıvan şəhər M.Şahtaxtlı adına TH Kitab evində müdir vəzifəsində çalışmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı mənzil-istismar idarəsi tərəfindən 2015-ci ildə verilmiş arayışın surətindən görünür ki, X3 şəhər, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarı tərəfindən verilmiş arayışın surətindən görünür ki, X11 12 may 1968-ci ildən 30 noyabr 1970ci ilədək ordu sıralarında xidmət etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Avtomobil məktəbinin rəisi tərəfindən verilmiş 15 mart 2004-cü il tarixli arayışın surətindən görünür ki, X11 1982-ci ildə Naxçıvan Avtomobil məktəbində yürüş təlim ustası vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 22 avqust 2005-ci il tarixli, 169 nömrəli Sərəncamının surətindən görünür ki, 1949-cu il təvəllüdlü, azərbaycanlı, orta ixtisas təhsilli X11 22 avqust 2005-ci il tarixdən Naxçıvan şəhər Təsərrüfat hesablı “Kitab evi”nin müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər M.Şahtaxtlı adına TH Kitab evi tərəfindən verilmiş 23 fevral 2015-ci il tarixli arayışın surətindən görünür ki, X11 2005-ci ilin 22 avqust tarixindən bu arayış verilən günə kimi kitab evinin müdiri vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş X8 məxsus xx.xx.2002-ci il tarixdə verilmiş, seriya AZE №02255790 olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1949-cu il tarixdə, Ermənistan, Artaşat rayonunda doğulmuş, yaşayış yeri isə Naxçıvan MR, Naxçıvan şəhəri, ünvan 6 ünvanıdır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin doğumu faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun doğumu ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, doğum haqqında şəhadətnamə olmadığından doğum faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və ərizəçinin vəkil və nümayəndəsinin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum atası X6 03 sentyabr 1949-cu il tarixdə Ermənistan SSRİ-nin Artaşat rayonunda doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -X6 03 sentyabr 1949-cu il tarixdə Ermənistan SSRİ-nin Artaşat rayonunda doğulması faktı müəyyən edilməli; -X6 doğum akt qeydində ata adı qrafasında X12 və ana adı qrafasında X15 göstərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6 03 sentyabr 1949-cu il tarixdə Ermənistan SSRİ-nin Artaşat rayonunda doğulması faktı müəyyən edilsin. X6 doğum akt qeydində ata adı qrafasında X12 və ana adı qrafasında X15 göstərilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-278/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-278/2025
13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver