Məhkəmə qərarları › İş №2(078)-299/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-299/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-299/2023 06.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16 dekabr 1989-cu il tarixdən 1998-ci ilə qədər Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində, 24 mart 1998-ci il tarixdən 2004-cü ilin iyul ayına qədər "xxxx" Firma Müəssiəsində işləməsinin, iş stajının hüquqi əhəmiyyət kəsb edən fakt kimi müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 31 yanvar 2023-cü il tarixli qərardadla iddia ərizəsi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16 dekabr 1989-cu il tarixdən 1998-ci ilə qədər Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində, 24 mart 1998-ci il tarixdən 2004-cü ilin iyul ayına qədər "xxxx" Firma Müəssiəsində işləməsi faktının müəyyən edilməsinə münasibətdə icraata götürürlmüş, lakin həmin tarixli qərardadla iddia iş stajının müəyyən edilməsinə münasibətdə mülki məhkəmənin səlahiyyətinə aid olmadığından qismən yolverilməz hesab edilmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlayıb. Həmin tarixdən X17 Zavodunda çalışıb. Bu fakt onun əmək kitabçası və Arxiv arayışı ilə də təsdiq edilir. Müxtəlif idarələrdə çalışmış, sonuncu iş yeri Naxçıvan 7 nömrəli Qaz İdarəsi olubdur. Həmin İdarənin 1989-cu ildən sonrakı illərə dair əmr və əmək haqqı kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Naxçıvan Qaz İdarəsində X9, X12 və X13 da onunla birlikdə işləmişdir. Naxçıvan Qaz İdarəsinin 1989-cu ilin dekabr ayından 2004-cü ilin iyul ayına qədər işlədiyi illərin sənədləri arxivə təhvil verilmədiyindən, 1989-2004-cü illərdə işləməyini təsdiq edən sənədlərin olmaması səbəbindən pensiya ala bilmir. Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsinin adı 1997-ci il tarixdə adı dəyişdirilmiş, özəlləşdirilərək "xxxx" Firma Müəssisəsi adlandırılmışdır. İdarə ləğv edilən vaxt əmək kitabçaları da ortada itib. O, bununla bağlı Dövlət Arxivinə də müraciət etmiş lakin heç bir sənəd əldə edə bilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 1980, 1988,1989-cu illərdə işlədiyinə dair sənədlər əldə olunmuşdur. Məcbur qalıb məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edib. Bununla bağlı ilk olaraq Naxçıvan MR İnzibati Məhkəmədə iddia qaldırmış, orada məsələnin həlli olmadığı ona bildirilmiş və sonra sənədlərini geri götürmüşdür. Sənədlərinin əldə edilməsi ilə bağlı bütün dövlət orqanlarına müraciət etmişdir, lakin heç bir nəticəsi olmamışdır. Göstərilənlərin nəzərə alınaraq onun ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında maraqlı şəxs qismində izahat verən Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər Şöbəsinin nümayəndəsi X10 ərizəni qəbul etməyərək bildirmişdir ki, vətəndaş Ərizəçi Şöbəyə pensiya ilə bağlı müraciət edib. Şöbədə bununla bağlı araşdırma aparılan zaman məlum olmuşdur ki, ərizəçinin əməklə bağlı illəri 11 il 10 ay olmuşdur. Ərizəçinin əmək kitabçası da yoxdur. Azı heç olmasa 25 il sığorta stajı olmalıdır. Ərizədə həmin sığorta illərinə aid də iş stajı yoxdur. Ona görə də əmək pensiyası təyin etmək mümkün olmamışdır. Məhkəmədə X12 şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, o, 1982-ci ildə Qaz İdarəsində qaynaqçı olaraq işə başlayıb. 1982-ci ildən 1999-cu ilə qədər Vilayət kişi ilə birlikdə işləyib. O, işə qəbul ediləndə Vilayət kişi həmin idarədə işləyirdi. Vilayət kişi əvvəlcə həmin idarədə iqdisatçı sonra isə anbardar işlədi. 1999-cu ildə idarə Möminə Xatun İdarəsinə dəyişildiyi üçün o, öz ərizəsi əsasında həmin idarədən çıxıb. Məhkəmədə X13 şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, o, 1984-cü ildə Qaz idarəsində işə başlayıb. 1984-cü ildən 2004-cü ilə qədər Vilayət kişi ilə birlikdə işləyib. O, işə qəbul ediləndə Vilayət kişi həmin idarədə işləyirdi. Sonradan o işdən çıxıb tikinti şirkətinə işə qəbul edilib. İşlədiyi dövrdə əmək haqqılarını nağd şəkildə almışlar. O, 2004cü ildə işdən çıxanda Vilayət kişi həmin İdarədə işləyirdi. Məhkəmədə X9 şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, o, 1981-ci ildə Qaz idarəsində işə başlayıb. 1981-ci ildən 1994-cü ilə qədər Vilayət kişi ilə birlikdə işləyib. İşə qəbul ediləndə Vilayət kişi həmin idarədə işləyirdi. Sonradan o işdən çıxıb tikinti şirkətinə işə qəbul edilib. Hazırda pensiya alır. Başqa iş yerində də işlədiyi üçün əmək starjı hesablanıb. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s). Qeyd edilməlidir ki, xüsusi icraat işlərinə mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Belə ki, hakim hazırlıq mərhələsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mümkünlüyünü aydınlaşdırmalı, həmin ərizənin nə məqsəd üçün verilməsini yoxlamalı, hüquqmüəyyənedici sənədlərin alına bilməməsini və ya onların bərpasının mümkün olmamasını, eyni zamanda hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sübutların təqdim edilməsini ərizəçiyə təklif etməlidir. Hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar məsələlərin məhkəmələr tərəfindən obyektiv araşdırılması, ərizəçinin müvafiq hüquqi nəticənin əldə olunması üçün irəli sürdüyü bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi iş üzrə qəbul edilmiş məhkəmə aktlarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğu baxımından xüsusilə vacibdir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yəni, məhkəmə ərizəçinin tələbini təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə müvafiq hüquqi qiymət verərək ərizənin təmin olunubolunmaması nəticəsinə gəlməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri). Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş materiallarından olan: Naxçıvan Şəhər Vergilər İdarəsi tərfindən xx.xx.2023-cü il tarixdə Ərizəçi xx.xx.2023-cü il tarixli məktubuna verilmiş cavab məktubunda 7 nömrəli Qaz İdarəsinin Vergilər idarəsində qeydiyyatda dayanmadığı göstərilmişdir. Naxçıvan MR Dövlət Arxivi tərəfindən Ərizəçi sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixdə verilmiş 13/5 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Ərizəçi X17 Zavodunda xx.xx.1975-ci il tarixli 159 nömrəli əmrlə işə qəbul edilməsi, xx.xx.1975-ci il tarixli 80/k nömrəli əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X14 xx.xx.1978-ci il tarixli 51 nömrəli əmrlə işə qəbul edilməsi, xx.xx.1978-ci il tarixli 123 nömrəli əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Naxçıvan 7 nömrəli Qaz İdarəsinə xx.xx.1980-ci il tarixli 83 nömrəli əmrlə “dispeçer” vəzifəsinə qəbul edilməsi, xx.xx.1988-ci il tarixli 124 nömrəli əmrlə ezamiyyətə buraxılması əmr kitablarında, 1989-cu ilin dekabr ayına qədər əməkhaqqı alması əməkhaqqı kitablarında göstərilmişdir. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu phş Naxçıvan şəhər İdarəsi xx.xx.2022ci il tarixdə Ərizəçi xx.xx.2022-ci il tarixli məktubuna verilmiş 02/1192 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Pensiya təminatı şöbəsi tərəfindən nəzarət qaydasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Naxçıvan MR Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 13/5 nömrəli arayışa əsasən hərbi xidmət dövrü də daxil olmaqla ümumilikdə 11 il 10 ay 17 gün sığorta stajı var. (xx.xx.1975-xx.xx.1975-ci illərdə “X17” zavodu 01 ay 11 gün, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmət dövrü 02 il 01 ay 02 gün, xx.xx.1978-xx.xx.1978-ci illərdə X20 04 ay 18 gün, xx.xx.1980-xx.xx.1989-cu illərdə Naxçıvan 7 nömrəli Qaz İdarəsi 09 il 03 ay 16 gün). Məkubda qeyd olunmuşdur ki, Əmək Pensiyaları haqqında AZərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatəna imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır ki, buna görə də Ərizəçi yaşa görə əmək pensiyası təyin etmək qanun xaricindədir. Naxçıvan 7 nömrəli Qaz Tikinti-Quraşdırma İdarəsinin xx.xx.1984-cü il tarixli 124 nömrəli əmri ilə Ərizəçi-iqtisadçı xx.xx.1988-ci ildən 5 gün müddətinə Bakı şəhərinə ezam olunmuşdur. Naxçıvan 7 nömrəli Qaz Tikinti-Quraşdırma İdarəsinin xx.xx.1980-cü il tarixli 83 nömrəli əmri ilə Ərizəçi həmin tarixdən etibarən baş dispeçer vəzifəsinə qəbul olunmuşdur. Naxçıvan MR Dövlət Vergi Xidmətinin xx.xx.1998-ci il tarixdə identifikasiya kodu ******* olan Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən məlum olur ki, Babək rayon Qaraxanbəyli kəndində yerləşən "xxxx" Firma Müəssisəsi həmin tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyində mülkiyyət növü-kollektiv, təşkilatı-hüquqi forması firma müəssisəsi olaraq əhaliyə müxtəlif növ ticarət və ictimai iaşə xidmətlərinin göstərilməsi, ticarət və vasitəçilik xidmətlərinin göstərilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, Kommersiyakomissiyon və firma mağazalarının təşkili və saxlanılması, əhaliyə tikinti xidmətinin göstərilməsi, avtomobilərə texniki xidmət göstərilməsi üçün dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətinə əsasən X9 xx.xx.1981-ci il tarixli 114 nömrəli əmrlə Naxçıvan 7 nömrəli Qaz Tikinti-Quraşdırma İdarəsinə addel-kadr vəzifəsinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə 59 nömrəli əmrlə işdən azad olunmuşdur. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətinə əsasən X12 xx.xx.1982ci il tarixli 279 nömrəli əmrlə Naxçıvan 7 nömrəli Qaz Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1999-cu il tarixli 259 nömrəli əmrlə işdən azad olunmuşdur. Əmək kitabçasında qeyd olunmuşdur ki, 7 saylı Tikinti-Quraşdırma İdarəsi Naxçıvan MR Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 218 saylı sərəncamı ilə kollektiv tərəfindən özəlləşdirilmiş, onun bazasında "xxxx" Firması yaradılmışdır. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətinə əsasən X13 xx.xx.1984cü il tarixli 107 nömrəli əmrlə Naxçıvan 7 nömrəli Qaz Tikinti-Quraşdırma İdarəsinə işə qəbul olunmuş, xx.xx.2004-cü il tarixli 11 nömrəli əmrlə işdən azad olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-299/2023 nömrəli sorğusuna Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu phş Naxçıvan şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 02/320 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, 14 avqust 1957-ci il tarixdə anadan olmuş, Naxçıvan şəhəri, 12-ci məhəllə, ev-3, ünvanında qeydiyyatda olmaqla orada yaşayan Ərizəçi, 18 avqust 2022-ci il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin pensiya təyin edilməsi üçün iddiaçı tərəfindən onun adına olan əmək kitabçası Fondun Şəhər İdarəsinə təqdim edilməmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 22 avqust 2022-ci il tarixli, 02/1192 saylı məktubda göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş 07 yanvar 2022-ci il tarixli, 13/5 nömrəli arayışa əsasən hərbi xidmət dövrü də daxil olmaqla onun ümumilikdə 11 il 10 ay 17 gün sığorta stajı vardır. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşma çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yaşa çatmış və 25 il sığorta stajına malik olmuş və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş şəxslərin yaşa görə pensiya almaq hüququ vardır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən Namazov Vilay ət Hidayət oğluna verilmiş 07 yanvar 2022-ci il tarixli, 13/5 nömrəli arayışa əsasən o, xx.xx.1975-ci il tarxdən xx.xx.1975-ci il tarixədək (1 ay 11 gün) X17 zavodunda işləmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 1 ay 2 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (4 ay 8 gün) X14, xx.xx.1980-cı il tarixdənxx.xx.1989 -cu il tarixədək (9 il 3 ay 16 gün) Naxçıvan 7 nömrəli Qaz İdarəsində işləmişdir, li&açı tərəfindən təqdim edilmiş arxiv arayışına əsasən iş illəri və hərbi xidmət müddəti də nəzərə alınmaqla, onun ümumilikdə 11 il 10 ay 17 gün sığorta stajı yaranmışdır. Beləliklə, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə almır. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-299/2023 nömrəli sorğusuna Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 677 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsinin təşkilati-hüquqi forması və adının dəyişdirilərək "xxxx" Firma Müəssisəsi adlanması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin X1 Dövlət Arxivində heç bir məlumat tapılmadı. "Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, altı^gy müddətində 2008-ci il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarının və qeydiyyat sənədlərinin adını və sayını özündə əks etdirən mündəricat əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq aktla təhvil verilməsini təmin etsin. Göstərilən tarixdən nazirlikdə qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı aparılır. Müvafiq Fərmana uyğun olaraq göstərilən hüquqi şəxs, həmçinin həmin hüquqi şəxsin adının dəyişdirilməsi barədə sənədləri təqdim etmək mümkün olmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-299/2023 nömrəli sorğusuna Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 02/181 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" Firma Müəssisəsinə aid arxiv sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən Ərizəçi 1989-2004-cü illərdə işləməsi haqqında heç bir məlumat mövcud deyil. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-299/2023 nömrəli sorğusuna Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 02/185 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" Firma Müəssisəsinin arxiv sənədləri, həmçinin Naxçıvan 7 nömrəli Qaz İdarəsinin 1989-cu ildən sonrakı illərə dair əmr və əmək haqqı kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-299/2023 nömrəli sorğusuna Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 584 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsinin və "xxxx" Firma Müəssisəsinin dövlət qeydiyyatı ilə bağlı nazirliyin X1 Arxivində heç bir məlumat tapılamışdır. Belə ki,"Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikalı Prezidentinin Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə altı ay müddətində 2008-ci il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarının və qeydiyyat sənədlərinin adını və sayını özündə əks etdirən mündəricat əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq aktla təhvil verilməsini təmin etmək tapşırılmışdır. Göstərilən tarixdən nazirlikdə qeyrikommersiya qurumlarının dövlət qeydiyyatı aparılır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-299/2023 nömrəli sorğusuna Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan 7 nömrəli Qaz Tikinti-Quraşdırma İdarəsi Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1995-ci il tarixdə 588 nömrəli şəhadətnamə və "xxxx" X11 MR Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə 43-98/K nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-299/2023 nömrəli sorğusuna Naxçıvan MR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş cavab məktubunda “Azıriqazbaştikinti” İstehsalat İdarəsinin Naxçıvan 7 saylı Qaz Tikinti Quraşdırma İdarəsinin özəlləşdirilməsinə dair 17 oktyabr 1997-ci il tarixli 97/35 nömrəli hərrac protokolu, 17 oktyabr 1997-ci il tarixli 97/35 nömrəli alqı-satqı müqaviləsinin və 15 avqust 1997-ci il tarixə işçilər haqqında məlumat vərəqəsinin surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.1997-ci il tarixdə keçirilən auksion protokolundan aydın olur ki, Naxçıvan 7 nömrəli qaz tikinti quraşdırma idarəsi özəlləşdirilmiş qalib X4 olmuşdur. xx.xx.1997-ci il tarixdə müəssisənin alqı-satqısı haqqında 293 nömrəli müqavilə imzalanmışdır. Naxçıvan 7 saylı tikinti-quraşdırma idarəsinin 15 avqust 1997-ci il tarixli işçiləri haqqında məlumat vərəqində 4-cü sırada Ərizəçi adı qeyd edilmiş, stajı 13 il 11 ay olaraq göstərilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə görə əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə görə əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın 13.4-cü bəndinə görə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan ərizəçinin həqiqətən də 16 dekabr 1989-cu il tarixdən 1998-ci ilə qədər Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində, 24 mart 1998-ci il tarixdən 2004-cü ilin iyul ayına qədər "xxxx" Firma Müəssiəsində işləməsi faktı şahid ifadələri ilə yanaşı iş materiallarında olan və məhkəmənin sorğuları ilə cavablandırılmış sənədlərlə təsdiq edilir. Belə ki, ərizəyə əlavə edilən Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma idarəsinin rəisi Asəf Şahtaxtınski tərəfindən xx.xx.1990-cı il tarixdə tərtib edilən əmək kitabçasından çıxarışda göstərilmişdir ki, Ərizəçi xx.xx.1980-ci ildə Naxçıvan 7 nömrəli Qaz tikinti quraşdırma idarəsinə baş dispetçer vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə həmin idarədə iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü ildə həmin idarədə normalaşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə həmin idarədə normalaşdırıcı vəzifəsi ixtisara düşdüyü üçün iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ilə olan məlumatda hal-hazırda həmin vəzifədə işləməsi qeyd edilmişdir. X12, X13 və X9 şahid qismində verdikləri ifadələrində bildirmişdirlər ki, Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində işlədikləri dövrdə Ərizəçi onlarla birlikdə anbardar vəzifəsində işləmişdir. Hər üç şahidin əmək kitabçalarına nəzərə saldıqda ərizədə işləmə faktının tanınması tələb edilən dövrdə 1989-1997-ci illər üzrə X12 və X7 əmək kitabçalarının surətindən qeyd edilən dövrün bütünlüklə, X3 əmək kitabçasının surətindən 1994-cü il tarixə qədər həmin idarədə işlədikləri təsdiq olunur. Bundan əlavə Naxçıvan MR İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş Naxçıvan 7 nömrəli Qaz tikinti quraşdırma idarəsinin özəlləşdirilməsi zamanı tərtib edilmiş işçiləri haqqında məlumatda X12 balon dolduran, X9 fəhlə, X13 çilingər və Ərizəçi anbardar olaraq qeyd edilmişdir. İstər şahid ifadələri, istər şahidlərin əmək kitabşalarının surətləri, istərsə də Naxçıvan MR İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş Naxçıvan 7 nömrəli Qaz tikinti quraşdırma idarəsinin özəlləşdirilməsi zamanı tərtib edilmiş işçiləri haqqında məlumatda Ərizəçi 1989-cu ildən 1997-ci ilə (idarə özəlləşdirilənə qədər) Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində işləməsi təsdiq edilir. Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən aydın olur ki, 28 noyabr 1997-ci il tarixdə 07 saylı Qaz Tikinti Quraşdırma idarəsinin əmək kollektivinin ümumi yığıncağının 28 noyabr 1997-ci il tarixli protokolundan aydın olur ki, "xxxx" Firma Müəssisəsi təsis edilərək onun nizamnaməsi təsdiq edilmişdir. Naxçıvan 7 nömrəli Qaz Tikinti-Quraşdırma İdarəsi bazasında "xxxx" Firma Müəssisəsi yaradılmış və Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə 43-98/K nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. İşə baxılarkən şahid X7 ifadəsindən və əmək kitabçasının surətindən aydın olur ki, o 2004-cü il tarixdə "xxxx" Firma Müəssisəsindən işdən azad edilmişdir. Həmin əmək kitabçasının surətindən aydın olur ki, bununla bağlı əmək kitabçasını imzalayan şəxs Ərizəçi olmuşdur. Ərizəçi həmin vaxt Müəssisəinin rəhbəri Asəf Şahtaxtınskinin məzuniyyətdə olması səbəbində müvafiq əmrlə onun imza etmək səlahiyyətinin mövcud olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, şahid X7 2004-cü il tarixdə işdən azad edilməsi barədə əmrinin məhz Ərizəçi tərəfindən imzalanması onun həmin dövrə qədər "xxxx" Firma Müəssisəsində işləməsini bir daha təsdiq edir. Həmçinin şahid X5 ifadəsindən və əmək kitabçasının surətindən aydın olmuşdur ki, o 1999-cu il tarixdə "xxxx" Firma Müəssisəsində işdən azad edilmişdir. Şahid həmin dövrdə Ərizəçi həmin müəssisədə işləməsini təsdiq etmişdir. Bütün bunlar məhkəmədə Ərizəçi Naxçıvan 7 saylı Qaz Tikinti İdarəsi özəlləşdirilərək 1998-ci ilin 24 mart tarixində dövlət qeydiyyatına alınaraq "xxxx" Firma Müəssisə yaradıldıqdan sonra 2004-cü il tarixə iyul ayına qədər qədər məhz həmin müəssisədə işləməsi qənaətinə gəlməsinə əsas verir. Belə ki, Ərizəçi 16 dekabr 1989-cu il tarixdən 1998-ci ilə qədər Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində, 24 mart 1998-ci il tarixdən 2004-cü ilin iyul ayına qədər "xxxx" Firma Müəssiəsində işləməsi şahid ifadələri ilə təsdiq olunur. "xxxx" Firma Müəssisəsinin arxiv sənədləri, həmçinin Naxçıvan 7 nömrəli Qaz İdarəsinin 1989-cu ildən sonrakı illərə dair əmr və əmək haqqı kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən, ərizəçinin əmək kitabçası ona verilmədiyindən, həmçinin arxivə təhvil verilmədiyindən, ərizəçinin həmin idarədə işləməsi barədə Arxiv İdarəsində heç bir sənədin olmadığını, bu sənədləri başqa yolla əldə etmək mümkün olmadığından və həmin sənədləri bərpa etmək mümkün olmadığına görə, həmçinin həmin fakt təqaüdün hesablanması baxımından hüquqi əhəmiyyət daşıdığından, Ərizəçi 16 dekabr 1989-cu il tarixdən 1998-ci ilə qədər Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində, 24 mart 1998-ci il tarixdən 2004-cü ilin iyul ayına qədər "xxxx" Firma Müəssiəsində işləməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ərizəçiyə bu faktının müəyyən edilməsi təqaüdün alması üçün lazımdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi 16 dekabr 1989-cu il tarixdən 1998-ci ilə qədər Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində, 24 mart 1998-ci il tarixdən 2004-cü ilin iyul ayına qədər "xxxx" Firma Müəssiəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar