Məhkəmə qərarları › İş №2(078)-301/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-301/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-301/2021 09.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 1989-cu ildə nikaha daxil olmadan Cavabdeh ilə el adəti ilə kəbin kəsdirərək evləndiyini, nikahlarını rəsmi olaraq xx xxx 1990-cı il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində qeydiyyatdan keçirdiklərini, ünvan 1 ünvanda yerləşən evə gəlin köçdüyünü, həmin vaxtı gəlin köçdüyü evin sabiq həyat yoldaşının babası X10 məxsus olduğunu, xx xxxxxxxx 2012-ci il tarixdə Naxçıvan şəhər 3-cü X3 qeydiyyata alınan 2V/01-255 nömrəli Vərəsəlik Şəhadətnaməsi əsasında fərdi yaşayış evinin xx xxxxxx 2012-ci il tarixdə sabiq qaynatası X4 adına qeydiyyata alındığını, xx xxxxx 2013-cü il tarixdə Naxçıvan şəhər 3-cü X3 qeydiyyata alınan 4/ə-01-97 nömrəli Bağışlama Müqaviləsi əsasında X4 408 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 159.5 m2 olan fərdi yaşayış evinin “A” tikilisinin bir hissəsini 100 m2 torpaq sahəsi ilə birlikdə sabiq həyat yoldaşı Cavabdeh bağışladığını, xx xxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində həmin müqavilə əsasında 103.36 m2 torpaq sahəsinin, ümumi sahəsi 70.97 m2 olan 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh adına qeydiyyata alındığını, ailə qurandan 2020-ci ilin avqust ayına kimi həmin ünvanda yaşadığını, ailədə yaranan narazılıqlara görə evdən çıxmaq məcburiyyətində qaldığını, haliyyədə xalasının evində məskunlaşdığını, orada müvəqqəti yaşadığını, adına hər hansı bir daşınmaz əmlak qeydiyyata alınmadığını, cavabdehlə aralarında olan nikahın Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-697/2020 nömrəli qətnaməsi ilə pozulduğunu, 1989-cu ildən yaşadığı ünvan 1 ünvanda yerləşən evə köçürülməklə oradan ona istifadə hüququnun verilməsini istədiyini göstərərək, onun Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddiaçının ailəsi olduğundan, uzun müddət bir yerdə qaldıqlarından iddianı qəbul edərək, xx xxx 1990-cı il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində qeydiyyatdan keçərək iddiaçı ilə evləndiklərini, iddiaçının ünvan 1 ünvanda yerləşən bir otaqlı evə gəlin köçdüyünü, təxminən 1990-cı ildə nənəsinin qaldığı həmin həyətdə olan evə köçdüklərini, bir müddət nənəsi ilə birlikdə qaldıqlarını, nənəsi öldükdən sonra onun evində qaldıqlarını, iddiaçının gəlin köçdüyü evin babası X10 məxsus olduğunu, ondan sonra atasına məxsus olduğunu, sonra isə atasının həmin ünvanda olan evləri üç qardaşın mülkiyyətinə verdiyini, xx xxxxx 2013-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun adına qeydiyyata alındığını, iddiaçı ilə münasibətləri pozulanadək həmin 3 otaqlı evdə yaşadıqlarını, hazırda 103.36 m2 torpaq sahəsinin, ümumi sahəsi 70.97 m2 olan 3 otaqlı fərdi yaşayış evinin onun adına qeydiyyata alındığını göstərərək, iddianın təmin olunmasına etirazının olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-697/2020 nömrəli qətnaməsinin surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasında Naxçıvan şəhər VVAQ şöbəsində xx xxx 1990-cı il tarixdə bağlanmış 69 nömrəli nikah pozulmuşdur. Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 599 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktuba əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X7 adına olmuşdur. xx xxxxxxxx 2012-ci il tarixdə Naxçıvan şəhər 3-cü DNK-da qeydiyyata alınan 2v/01-255 nömrəli Vərəsəlik Şəhadətnaməsi əsasında fərdi yaşayış evi xx xxxxxx 2012-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. xx xxxxx 2013-cü il tarixdə Naxçıvan şəhər 3-cü DNK-da qeydiyyata alınan 4/ə-01-97 nömrəli Bağışlama Müqaviləsi əsasında X12 408 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 159.5 m2 olan fərdi yaşayış evinin “A” tikilisinin bir hissəsini 100 m2 torpaq sahəsi ilə birlikdə Cavabdeh, “B” tikilisini 90 m2 torpaq sahəsi ilə birlikdə X5, yerə qalan hissəsini isə X11 bağışlamışdır. xx xxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində həmin müqavilə əsasında 103.36 m2 torpaq sahəsi ümumi sahəsi 70.97 m2 olan 3 otaqlı fərdi yaşayış evi ilə Cavabdeh, 90 m2 torpaq sahəsi ümumi sahəsi 39.46 m2 olan 2 otaqlı fərdi yaşayış evi ilə X2, 214.25 m2 torpaq sahəsi ümumi sahəsi 86.79 m2 olan 3 otaqlı fərdi yaşayış evi ilə X8 adına qeydiyyata alınmışdır. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15842 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətinə əsasən, xx xxxxx 2013-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə izahatları dinləyib iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tədqiq olunmuş sübutlardan aydın olur ki, İddiaçı Cavabdeh ilə xx xxx 1990-cı il tarixdə rəsmi nikaha daxil olmaqla icarədarı cavabdehin babası X13 olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə onun razılığı ilə, hər hansı bir qeyd-şərtsiz gəlin köçərək 2020-ci ilin avqust ayınadək orada yaşamaqla həmin evdən istifadə hüququ əldə etmiş və həmin evdə yaşamaqda davam etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında mütənasiblik prinsipini geniş təhlil edərək, onu insan hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit etmişdir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ictimai maraqla fərdin hüquqları arasında ədalətli balansın axtarışı bütün Avropa hüquq sisteminin xarakterik xüsusiyyətidir. Bu balansın təmin olunması üçün mütənasiblik təmin olunmalıdır. Həmçinin qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarının 7-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Göstərilən cəhətlərdən biri mövcud olmadıqda, başqa şəxslər kirayəçinin ailə üzvü hesab oluna bilməzlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının x xxxxx 1996-cı il tarixli Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrı-ayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnu tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və qeyd olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 1990-cı il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərlə müəyyən olunur ki, İddiaçı cavabdehin babası X7 mülkiyyətində olmuş və öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, onun bütün cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarının – mebellər, yatacaq ləvazimatları və sair gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, əvvəlki yaşayış yerini itirərək daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin olunduğuna görə dövlət rüsumu iş üzrə Cavabdeh aid edilməklə 10 (on) manat alınaraq İddiaçı verilməlidir. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ verilməklə həmin fərdi yaşayış evinə köçürülsün. Cavabdeh 10 (on) manat alınaraq İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar