Məhkəmə qərarları › İş №2(078)-305/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-305/2024

30.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-305/2024 30.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, yaşayış və istifadə hüququnun tanınması və təmin edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsi, onun qeydiyyatında olduğu, ailəsinə məxsus olan və uzun illər ailəsi ilə birlikdə yaşadığı və yeganə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun yaşayış və istifadə hüququnun tanınması və mənzilə məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılarkən Naxçıvan Şəhər İcra Hakimiyyəti cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onun bacısı qızıdır. O ev anasının evi olub. Özü illərdir kirayə yaşayır. Bacısı qızı Türkay başqa bir ünvanda ailəsi ilə yaşayır. Həmin ev hazırda boşdur və yaşayış yoxdur. Onu zorla anasına məxsus evdən çıxardıblar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsində çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir. Eyni zamanda da həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsi də xatırladır. Deməli onun bacısı Dürrü 1995-ci ildə Türkiyə Respublikasına gedib orada türk vətəndaşı ilə ailə qurub. 1997-ci ildə Türkiyə Resbulikasından buraya qayıdır. ünvan 2 ünvanında yerləşdirilməsi üçün Vəkil2la birləşib mənzilə yerləşdirilmək istədi. Vəkil2 da iddia tələbini elə düzdü qoşdu ki, guya o, zorla bacısıgili döyərək evdən çıxarıb. Bunlar evə məcburi yerləşdirilmək istəyirlər. Düzdür Ali Məhkəmə bu işə apellasiya qaydasında baxanda ləğv qərarı çıxarmışdı. Heç o zaman o, təqiblərə məruz qalmışdı deyə evində yaşaya bilmirdi və 9 il bir balaca zirzəmi kimi otaqda yaşayırdı. Naxçıvan hakimiyyəti və polis orqanları tərəfindən dəfələrlə təqibə məruz qalıb incidilib. Həmin vaxt X13 konfransda iştirak etmək üçün oraya getmişdi. Yenicə Bakı şəhərinə qayıtmışdı. Orada olanda ona bildirildi ki, bəs bacısının belə bir iddiası var. Hətta Allahverdi müəllim bacısının Azərbaycan vətəndaşı soyadından yəni Hacıyeva soyadından istifadə edib iddia qaldırdı. Bacısı isə türk vətəndaşı olan ərinin soyadını yəni Tuncay soyadını daşıyırdı. Sonra bacısıgili evə yerləşdirdilər. Dava, mübahisə və biabırçılıqla bacısını evə yerləşdirdilər. Ancaq o, həmin evdə qalmırdı. Sonra bir gün iş yoldaşları ilə yasa gedən zaman Türkay ona zəng etdi ki, bəs “xala bizi evdən zorla çıxardırlar.” Məsələni öyrənmək istəmiş, sonra mənzil istismar idarəsinin rəisi İsa müəllim Türkayı maşına qoyub yanına gödərdi ki, gəlsin onun yanında qalsın. Həmin vaxt yenə də o, zirzəmidə yaşayırdı. Yəni yazdığı elmi əsərlərinin ucbatından, məqalələrinin ucbatından həmişə rəhbərlik tərəfindən tənqidə və təqibə məruz qalıb. Heç bir halda ona güzəşt olunmurdu və o 18 illik mülkiyyət hüququnu həyata keçirə bilməyib. X39 Universitetinin rektoru tərəfindən də dəfələrlə xəbərdalıqlara məruz qalıb. Hüququnu tələb etmək üçün hansı vəkildən hüququ yardım etməsini istəsə də heç kim ona köməklik etmədi. Axırda qonşusu ona vəkil Qurban Məmmədovun adını verdi. Sən demə Qurban müəllim də dələduzluq edərək həm bacısının, həm də onun hüquqlarını müdafiə etmək üçün onların hər ikisi ilə müqavilə bağlayıb, O zaman onların işinə Naxçıvan Şəhər Məhkəməsində baxıldı. Ona məcburi imtina ərizəsi yazdırdılar və qeyd etdilər ki, mənzil satıldıqdan sonra ona düşən haqqı veriləcək. Ona vəd edildi ki həmin ev satıldığı təqdirdə ona evin 3/2 hissəsi miqdarında pul veriləcək. O da razılaşıb iddiadan imtina edib. Hazırda da göründüyü kimi heç bir haqq verilməyib. Bütün məqalələri, öz yazdığı elmi müdafiə kitabları, hətta əyin-baş paltarları və paltosunu belə Türkayla bacısı satdılar. Evinin bütün əşyalarını, pianinosunu, soyuducusunu belə satdılar. Dəfələrlə bu yaradıcılığından əl çəkməyi üçün ona istər universitet tərəfindən, istərsə də başqa hökümət nümayəndəliyi tərəfidən yaxşı iş və digər məvaciblər təklif edildi, ancaq o öz əqidəsindən əl çəkmədi. Şikayət yazmadığı orqanlar, hökümət təşkilatları qalmayıb. Beynəlxalq təşkilatlara belə şikayət yazıb haqqının taptalandığını bildirib. Ancaq 18 ildir ki, o, öz əmlak hüquqlarını itirib. 1979-cu ildə evi alıb. Həmin vaxt bacısı, anası və özü yaşayıb. 2005-ci ilə qədər o evdə yaşayıb. Guya ki, o, AXCP-nın rəhbəri olan Əli Kərimlinin adamıdır. Polis də dəfələrlə boş yerə onu şöbəyə izahat üçün aparırdı. Onun evdən çıxarılmağı ilə bağlı heç bir qanuni qərar yoxdur. Dəfələrlə onu həbs edilməklə və psixiatriya xəstəxanasına yerləşdirilməklə bağlı hədələyirdilər. 2013-cü ildə məhkəməyə müraciət edib ki, köməklik etsinlər ki, o ev əşyalarını götürsün. X25 eşitmədi. Ali Məhkəmənin dəstəyi ilə ona icra məmuru verildi. Cəlal adlı icra məmuru ilə evinə gedib. Dəfələrlə aktlaşdırın desə də, ancaq heç bir tədbir görülmədi. Bir dəfə Elman Qələndarov icra məmuru bu icra işini aktlaşdırdı. Neçə illərdir ki, öz anasının evinə girə bilmir. Cavabdeh qapını bağlayıb. Onu da həmin evə buraxmır. Onu zorla anasının evindən çıxarıblar. Özünə məxsus bir otaq vardı. Həmin otaqda əşyaları, elmi məqalələri, dərs və elmi vəsaitləri də vardı. Neçə il bundan qabaq icra məmuru ilə həmin evə getdiyində otağının qapısının kilidi qırılıb yerində təzə kilid salınmışdı. Əşyaların isə hamısı dağınıq vəziyyətdə idi. 18 ildir bütün orqanlara müraciət edib. Bütün məhkəmə tərəfindən hazırda qəbul edilməyən sənədlərdən bilinir ki, o hər yerə müraciət edib. Ona qalması üçün kirayə belə vermirdilər. Bir zirzəmi tapıb anti-sanitariya şəraitində olan zirzəmidə qalıb. İşləyib əmək haqqısı ilə özünü dolandırıb. Türkayla yaşayacaq. Onun Türkayla heç bir problemi yoxdur. Heç bir qərəzliliyi yoxdur. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında iddiaçının dediklərini təsdiq etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı Cavabdeh iddianı rədd edərək izahatında bildirmişdir ki, o, hazırda həyat yoldaşından ayrılıb və iki övladı ilə birlikdə mübahisəli mənzildə qalır. Həmin mənzil ona nənəsindən və anasından qalıb. O da nənəsinin vərəsəsidir. Qalibə xalası həm onun anasını, həm nənəsini, həm dayısını və həm də öz atasını həmin evdən qovubdur. Öz atasını yəni babasını polis zoru ilə evdən çıxardıb. Atası öldükdən sonra anası Türk vətəndaşı ilə ailə qurub orada yaşadı. O, xalası ilə qaldı. Xalası həmişə onu öyrədirdi ki, “anan səni atıb getdi və anandan imtina elə.” Anası Türkiyədən qayıdıb gəlib nənəsi evdə yaşamaq istədikdə isə xalası onu evdən qovdu. Nənəsi nə qədər xalasından xahiş etsə də xalası eşitmədi. Anası ilə nənəsi evdən çıxıb getdi. Anası da məcburi gedib Vəkil2la müqavilə bağlayıb məhkəmədə haqqını tələb etdi. Anası həmin evdə yaşayanda evin bütün kommunal xərcini anası ilə o verib. Xalası onu elə etmişdi ki, ancaq ona bağlı idi hətta bir vaxtlar qətiyyən anası ilə yaşamaq istəmirdi. Düzdür anası da ona diqqət və qayğı bəsləməmişdir. Dəfələrlə xalası ona “İt yetimi” kimi ifadələr işlədirdi. İndi də ailəsindən ayrılıb. Yoldaşı onu sevmədiyi üçün ondan ayrılıb. Uşağı ilə birlikdə həmin evdə qalır. Evin açarı da hazırda özündədir. O, enerji uzmanlığı üzrə təhsil alıb. Dəfələrlə xalasına gəlib evdə yaşamağı təklif etsə də təklifini qəbul etməyib. O, tibbi prasedurlar keçmək üçün buraya-yanına Bakıdan və digər bölgələrdən qonaqlar gəlir. Hazırda evsizdir. Məcbur olaraq həmin evdə qalır. Çünki başqa yaşayış evi yoxdur. Həmin evdə də onun haqqı var. Xalasının da, onun da haqqı verilsin. Anası ölən zamandan bəri o, həmin evdə yaşayır. Qalıbə xalası ilə 1991-ci ildən 2005-ci ilə kimi bilrikdə yaşayıb. Dəfələrlə xalasına “gəl bizimlə yaşa” desə də, xalası qəbul etmirdi. Xalası qayıdıb gələndə nənəsi ilə xalası savaşdı ki, Dürrü bu evə gəlməyəcək. Onlar da yalvarıb ki, xalası gəlib qalsın. Bu qədər olanlardan sonra o artıq xalası ilə yaşaya bilməyəcək. Mümkün deyil. Hazırda xalası Qalibəyə aid heç bir əşya yoxdur. 3 otaqlı evdir. 2008-ci ildən ailə qurub o evdən çıxıb. Xalası öz əşyalarını gəlib aparanda o həmin dövrdə ailəli idi. Hazırda ona aid heç nə yoxdur. Anası evi bir vaxt yüngülvari təmir etdirmişdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddianı rədd edərək izahatında cavabdehin dediklərini təsdiq etdiyini, iddiaçının zamanında iddiadan imtina etdiyini, qanuni qüvvədə olan qərardad olduğunu, yenidən iddia qaldırılmasının yolverilməz olduğunu bildirib iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin cavabdehin vəkili və nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X26 izahatında bildirmişdir ki, mübahisəli əmlak icra hakimiyyəti tərəfindən 1991-ci ildə orderlə verilib. Ev özəlləşməmişdir və ona görə də pay verilməsi mümkün deyil. Order 3 şəxsin adına verilib. X17, İddiaçı və X27 verilib. Bunların hamısı eyni hüquqludurlar. İddiaçının yaşayış hüquqlarının təmin olunmasınını düşünür. Bununla bağlı iddiaya etirazı yoxdur. İddiaçının mübahisəli mənzildə yaşayış və istifadə hüququnun olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X38 ifadəsində göstərmişdir ki, o, həmin evdən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Mahmud müəllimin qanunsuz qərarı ilə çıxarılıb. Heç onun xəbəri də olmamışdı. 2000-2002-ci ildə onu evləndirdilər. 2002-ci ildə evləndiyi qadının evinə gedib. Qalibə xanımı ordan çıxartmadılar. Özü çıxıb getdi. Qalibə atasının evini satdırdı, pulunu da götürdü. Atasını da aldatdı ki guya atasını qaldığı evə qeydiyyatda satacaq. Sonra polis gücü ilə atasını evdən çıxartdı. O, 2005-2024-cü illərdə evə gedə bilmirdi. Çünki onu neçə dəfə tutdurmaq istəyib. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan Şəhər XDS İcraiyyət Komitəsinin 4102 nömrəli orderin surətindən aydın olur ki, 19 sentyabr 1991-ci il tarixdə X5 order verilir ondan ötəri ki, o, 3 nəfər ailə üzvü ilə mənzil sahəsi tutmaq hüququ vardır. Mənzil ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 46.5 kv.m-dir. Ailənin tərkibi X35-qızı, İddiaçı-qızı, X18-nəvəsi. Order vermək üçün əsas Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 16 sentyabr 1991-ci il tarixli 364 nömrəli qərarı olmuşdur. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdarəsinin 16 aprel 2015-ci il tarixli 120 nömrəli arayışına əsasən Naxçıvan şəhəri, Nizami küçəsi, ev 53A, mənzil 34, blok 3, --- mərtəbədə yerləşən 3 otaqlı sahəsi 46.5 kv.metr olan mənzilin kirayəçisi X14 olmuş mənzildə X14-özü-1934, İddiaçı-qızı-1965, X35-qızı-1955 və X18-nəvəsi-1989 pasport qeydiyyatındadırlar. QEYD: X14 xx.xx.2006-cı ildə vəfat edib. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X14 xx.xx.2006-cı il tarixdə yoğun bağırsaq xərçəngi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir və bu barədə xx.xx.2006-cü il tarixdə 324 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X42 xx.xx.2023-cü il tarixdə kəskin respirator çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir və bu barədə xx.xx.2023-cü il tarixdə 356 nömrəli akt qeydi icra edilmişdir. xx.xx.2007-ci il tarixdə Naxçıvan şəhərində bağlanmış icarə müqaviləsinin surətindən məlum olur ki, icarəyə verən X6 şəhəri Ş.M.Xiyabani küçəsi ev 14 ünvanında yerləşən evi ayda 42 manat ödəmək şərti ilə 3 il müddətinə icarəçi İddiaçı icarəyə vermişdir. xx.xx.2014-cü il tarixdə Naxçıvan şəhərində bağlanmış kirayə müqaviləsinin surətindən məlum olur ki, kirayə verən X4 şəhəri ünvan 4 ünvanında yerləşən mənzilə hər ay 152 manat almaq şərti ilə 5 il müddətinə kirayəçi İddiaçı kirayəyə vermişdir. xx.xx.2019-cu il tarixdə Naxçıvan şəhərində bağlanmış kirayə müqaviləsinin surətindən məlum olur ki, kirayə verən X2 şəhəri Nizami küçəsi ev 59, mənzil 49 ünvanında yerləşən mənzilə hər ay 200 manat almaq şərti ilə 1 il müddətinə kirayəçi İddiaçı kirayəyə vermişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı mənzilə köçürülməklə maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilərək X1 şəhəri Nizami küçəsi ev 53A, mənzil 34 ünvanına məcburi köçürülməsi və İddiaçı tərəfindən köçürülməklə bağlı maneənin aradan qaldırılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2005-ci il tarixli 2-219 nömrəli qətnaməsi ilə iddiaçı X22 cavabdeh X11 qarşı mənzildən yaşayış hüququnun verilməsi və pasport qeydiyyatına alınması tələbinə dair iddiası təmin edilərək X7 Atlas Məmmədəli qızının adına olan ünvan 1 ünvanına köçürülməklə yaşayış və istifadə hüququnun verilməsi və həmin evin pasport qeydiyyatına alınması qət edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Mülki İşlər üzrə Apellyasiya Kollegiyasının 01 mart 2006-cı il tarixli 3-14/2006 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2005-ci il tarixli 2-219 nömrəli qətnaməsindən maraqlı şəxs İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş və Vəkil2 iddia ərizəsi baxılmamış saxlanılmışdır. AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Apellyasiya Kollegiyasının 25 iyul 2006-cı il tarixli 6k-1656 nömrəli qərarı ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki İşlər üzrə Apellyasiya Kollegiyasının 01 mart 2006-cı il tarixli 3- 14/2006 nömrəli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 fevral 2008-ci il tarixli 2-02/2008 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Topçu (Hacıyeva) Dürrü Əli qızına qarşı yaşayış hüququnun itirilməsi və məcburi qaydada mənzilə köçürülmə tələbinə dair icraata iddiaçı iddia tələbindən imtina etdiyi üçün xitam verilmişdir. ünvan 6findən xx.xx.2023-cü il tarixdə verilmiş 4087 nömrəli arayışa əsasən Hacıyeva X28 şəhəri Nizami küçəsi ev 53A, mənzil 34 ünvanında qeydiyyatdadır. ünvan 6findən xx.xx.2023-cü il tarixdə verilmiş 4088 nömrəli arayışa əsasən Hacıyeva X28 şəhəri Nizami küçəsi ev 40, mənzil 18 ünvanında kirayə yaşayır. ünvan 6findən xx.xx.2023-cü il tarixdə verilmiş 5051 nömrəli arayışda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında İddiaçı və Cavabdeh qeydiyyatdadır. Həmin ünvanda yaşamış mərhum X42 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra bu ünvanda kimin yaşayıb-yaşamaması barədə İdarədə məlumat yoxdur. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə ilk öncə cavabdeh tərəfin iddianı qəbul etməyərək etirazında hazırki tələb üzrə işə mahiyyəti üzrə baxılmasının yolverilməzliyi, iddiaçının hazırki iddia tələbindən vaxtilə imtina etməsi nəticəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi və qərardadın qanuni qüvvədə olmasının nəzərə alınaraq yenidən iddia qaldırılmasının qanunla yol verilməməsi barədə arqumentlərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Naxçıvan Şəhər Məhkəməsinin 05 fevral 2008-ci il tarixli 2-02/2008 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Topçu (Hacıyeva) Dürrü Əli qızına qarşı yaşayış hüququnun itirilməsi və məcburi qaydada mənzilə köçürülmə tələbinə dair icraata iddiaçı iddia tələbindən imtina etdiyi üçün xitam verilmişdir. Sözügedən mülki iş saxlanılması üçün Naxçıvan MR Dövlət Arxiv İdarəsinə təhvil verildiyindən sorğu verilərək iş tələb edilmişdir. İddiaçı Topçu (Hacıyeva) Dürrü Əli qızından yaşayış hüququnun itirilməsi və mənzilə məcburi köçürülmə tələbinə dair mülki işdən aydın olur ki, iş üzrə X37 və İddiaçı ərizəsi əsasında icraata xitam verilmişdir. Sözügedən İş materiallarında olan İddiaçı və X37 ərizələrindən aydın olur ki, X42 ona Naxçıvan şəhərində Ali Məclisin yaxınlığında 1 (bir) otaq almaqla hazırda yaşadığı Naxçıvan şəhəri, Nizami 53A/34-də yerləşən mənzili İddiaçı verməyə razı olduğunu bildirmiş, İddiaçı ərizəsində cavabdeh Topçu Dürrü qızı X18 ilə birlikdə onlara onun tərəfindən bir otaqlı mənzil alınması şərtilə mənzildən çıxmağa razıdır, o da həmin şərtlə razıdır, ona görə də iddiasından imtina edir və iddia üzrə icraata xitam verilməsini xahiş edir. Ərizələrin məzmunundan da aydın olduğu kimi icraata xitam verilməsi barədə ərizələr şərtlə yazılmışdır. Hazırki iddia predmetindən isə aydın olur ki, ərizədə qeyd edilən şərtə əməl olunmamışdır ki, iddiaçı yenidən mənzilə köçürülmə, yaşayış və istifadə hüququnun tanınması və təmin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu qeyd edilənlər iddiaçının əvvəllər iddiadan imtina etməsinin hazırki iş üzrə heç bir hüquqi əhəmiyyət daşımamaqla eyni tərəflər arasında olan mübahisə kimi qiymətləndirilməməsi qənaətinə gəlməyə əsas verir. Bu halda isə məhkəmə işə mahiyyəti üzrə baxılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin mənzilə yaşayış və istifadə hüququnun mövcudluğu ilə bağlı məsələnin araşdırılması üçün iddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 60, 87-ci maddələri təşkil edə bilər. Həmçinin mübahisəli mənzilin dövlət mənzil fondunda olması nəzərə alınaraq və maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq hazırkı mübahisə 2009-cu il 01 oktyabr tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, cavabdeh iddiaçının mübahisəli mənzildə yaşayış və istifadə hüququnun tanınmasına və mənzilə köçürülməsinə etiraz etsə də iddiaçının könüllü olaraq mənzili tərk etməsi, özünə başqa yaşayış yeri seçməsinini və daimi olaraq başqa yaşayış yerində yaşamasını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübutetmə yükü bu halda onun üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının uzun müddətə başqa yerdə yaşaması onun daimi olaraq özünə yaşayış yeri seçməsi və könüllü mənzili tərk etməsi hesab edilməməlidir. Belə ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Məhkəmə işin yuxarıda şərh edilmiş faktiki hallarını maddi hüquq normaları ilə əlaqəli şəkildə əsaslandırıb hesab edir ki, İddiaçı mübahisəli mənzildə yaşamaması zərurətdən irəli gəlmişdir və buna görə də onun yaşamaması istifadə hüququnun itirilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququ mövcuddur və itirilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hssəsindən yaşayış və istifadə hüququ tanınmalıdır və mənzilə məcburi qaydada köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçıya mübahisəli mənzildə yaşayış və istifadə hüququna maneçilik törətməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsasən iddiaçının hazırki iddianı (mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə) qaldırmaq üçün subyektiv hüquqa malik olması qənaətinə gəlməklə yanaşı Cavabdeh tərəfindən onun hüququnun pozulması nəticəsinə gəlir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini əsassız hesab edir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Hazırki iddia predmetini təşkil edən özəlləşdirilməyən mənzil barəsində verilmiş orderdə iddiaçının adı mövcuddur və məhkəmə iddiaçının bu halda orderdə adının qeyd olunması mülkiyyətə “qanuni gözlənti”nin olması hesab edilməklə bu cür tələblərə iddia müddətinin şamil edilmədiyini cavabdeh tərəfin diqqətinə çatdırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 27 dekabr 2023-cü il tarixdə 11490 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, yaşayış və istifadə hüququnun tanınması və təmin edilməsi tələbinə dair iddiası təmin edilsin. Hacıyeva X28 şəhəri Nizami küçəsi ev 53A, mənzil 34 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ tanınmaqla həmin mənzilə məcburi köçürülsün. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 27 dekabr 2023-cü il tarixdə 11490 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar