Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-308/2025 08.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatın vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Cavabdeh nəzdində X3rşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat Cavabdeh nəzdində X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəzdində X14 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli əmrinin ləğv edilməsi, X14 Kollecində Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, 180 nömrəli əmrlə X14 Kollecində nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və İokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamış və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cavabdeh nəzdində X14 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə direktor A.O.Ruşanov tərəfindən xitam verilmişdir. Qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit edilmiş müddəaların tələbləri pozulmuş, əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, Cavabdeh nəzdində X14 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli və14 oktyabr 2024-cü il tarixli, 335 nömrəli əmrinin ləğv edilməsi, X14 Kollecində Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmaqla, mülki işə “Cavabdeh nəzdində X14 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli və14 oktyabr 2024-cü il tarixli, 335 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı X14 Kollecində Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxdığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək vəkilin izahatına etiraz verdiyini, əmrin qüvvədən düşmüş olduğunu, həmin əmrin oktyabr ayının 14-də verildiyini, artıq oktyabr ayının 11-də verilmiş əmrin qüvvədən düşdüyünü, Asəf müəllimin yəni Texniki Kollecin direktorunun oktyabr ayının 11-i saat 17:50-də əmri verdiyinə görə sistemə vurulmadığını dediyini, sonra 14-ü yenidən əmrin verildiyini, ona ayın 11-i verilmiş əmri verdiklərini, əmrin sistemdə qeydiyyata 14-ü düşdüyünü, kadrlar şöbəsinin onu əmri vermək üçün çağırdığını, lakin getmədiyini, mediasiya təşkilatına noyabr ayının 13-də müraciət etdiyini, direktor tərəfindən pozuntu olduğuna görə müfəttişlik tərəfindən 1600 manat cərimə edildiyini, çünki direktorun Əmək Məcəlləsinin müddəalarını pozduğunu, qanunsuz əmrin ləğvini istədiyini, vəkilə bu barədə direktor tərəfindən ətraflı məlumat verilmədiyini, həmkarların keçirildiyini, həmkarların sədri olan müəllimənin qanunlardan bixəbər olduğunu, həmkarların sədrinin həmkarlar barədə məlumatının olmadığını, Asəf müəllimin ona əsas tapıb onu çıxardacağını dediyini, həmkarların iclasının qurma olduğunu, 11-i oktyabr əmri verəndə onun əmri niyə iş vaxtı ona vermədiklərini soruşduğunu, kadrlar şöbəsinin ona zəng vuraraq sistemin əmri almadığını, ona dəyişməsini dediklərini, ayın 14-ü rəsmi qaydada verildiyini, 2021-ci ildən sonra yəni həmin ixtisas olmadığı dövrdə onun müəllim kimi işə götürüldüyünü, qanun qəbul olunduqdan 1 il sonra işə qəbul olunduğunu, onu qəbul edəndə ixtisasını gördüklərini, 35 ildən çox dəmiryolunda işlədiyini, Asəf müəllimin ona onunla işləməsini istəmədiyini dediyini, ona xəbərdarlıq məktubu verilmədiyini, ona vaxt verilməli olduğunu, orada ona saat hesabı iş təklif edildiyini, ona ştat vermədiyini, bu isə iş təklifi hesab edilmədiyini, əmri qeyri-qanuni hesab etdiyini, əmək müffətişliyinin də onun işdən azad edilməsini qeyri-qanuni hesab etdiyini, ona görə direktora 1600 manat cərimə verdiklərini, bir nəfərin ucbatından, vəkilə, məhkəməyə düzgün informasiya verməməyi ucbatından 2 ay işi yubatdığını, oktyabr və noyabr ayında mediasiyaya getdiyini, iddia ərizəsinə imza çəkmədiyinə görə məhkəmə tərəfindən iddianın geri qaytarıldığını, dekabr 10-da mediasiyanın ona cavab verdiyini, dekabr 10-u da ərizə yazdığını, gələn kimi ərizə göndərdiyini, qarşı tərəfin 2020-ci ilin qanunu əsas gətirdiyini, niyə qanun qəbul olunandan sonra onun işə qəbul olunduğunu, həmkarların sədrinin heç bir qanundan, əmək məcəlləsindən məlumatlı olmadığını, həmin müəssisənin dövlətə məxsus olduğunu, ona neçə dəfə onunla işləmək istəmədiyini dediyini, ona onu işdən çıxaracağını dediyini, onun bu pozuntulara görə əmək müfəttişliyinin cərimələndiyini bildirmişdir. İddia tələbinin əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın vəkili və nümayəndəsi Vəkil izahatında işəgötürən tərəfindən ikinci əmrin verilməsindən xəbəri olmadığını, son hesabının yubadılma ilə ödənildiyini və məhz bu səbəbdən işəgötürən barəsində müfəttişlik tərəfindən cərimə tətbiq edildiyini, bunun texniki kollecin səhvi olmadığını, çünki əmək haqqının ay sonu ödənildiyini, əmək müqaviləsinin ləğvi barədə əmrin sistemdə oktyabr ayının 14-ü oturduğunu, 2020-ci il tarixli Nazirlər Kabinetinin 140 nömrəli qərarına, əsasən, müəllimin ixtisasına uyğun olan ixtisasın qəbulunun dayandırıldığını, onun işdən azad olunması qanuni həyata keçirildiyini, çünki artıq müəllimin ixtisasının Kollecde tədris edilmədiyini, müəllimin 2021-ci ildə işə qəbul edilməsinin səbəbi həmin vaxt ixtisas dayandırılsa da artıq birinci kursa qəbul olduğuna görə dörd il tədris həyata keçirildiyini, bu gün müəllimə ixtisasına uyğun iş təklif edildiyini, onun qəbul etmədiyini, o qayıtsa, belə hansı dərsi tədris edə bilməcəyini, onun ixtisasına uyğun tələbə qəbulunun olmadığını, əgər ona məktub verilməmişdirsə, necə olur ki, həmkarların iclası keçirildiyini, müəllimin həmin iclasda iştirak etdiyini, işəgötürən tərəfindən müəllimin ixtisasına uyğun iş olmadığı barədə məlumat verildiyini, iddiaçıya başqa iş təklif edildiyini, müəllim həmin işi qəbul etmədiyini, əmri vurulan zaman sistemə yerləşmədiyinə görə yenidən sistemə gec işləndiyini bildirmiş, iddia müddətinin tətbiqinə dair ərizəsinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin İddiaçı ünvanlanmış 23 dekabr 2024-cü il tarixli məktubuna əsasən, X14 Kollecində əmək hüquqlarınızın pozulmasına dair 1 oktyabr 2024-cü il tarixli müraciətinizə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətində baxılmışdır. Müraciətdə qaldırılan məsələyə münasibət bildirilməsi və sizə aid sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən təqdim edilməsi məqsədilə Kollecə göndərilmiş sorğuya əsasən təqdim edilmiş məlumat və sənədlərdən, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı Kollecdə sizin əmək müqavilənizə 14 oktyabr 2024cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Məcəllə) 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. Araşdırmaya dair müəssisə tərəfindən təqdim olunan sənədlərdən, həmçinin Xidmətə təqdim etdiyiniz yazılı izahatınızdan işəgötürən tərəfindən əmək müqavilənizə Məcəllənin 70-ci maddəsinin ”b” bəndi ilə xitam verilərkən Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinin (İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir) və 2-ci hissəsinin (Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir), həmçinin Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinin (Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir) tələbinə əməl edilmədiyi müəyyənləşdirilib. Belə ki, müvafiq sənədlərə baxılarkən əmək müqavilənizə Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməzdən öncə işəgötürənin qabaqcadan rəsmi xəbərdarlıq müddətinə (azı dörd təqvim həftəsi) düzgün əməl etmədiyi (bildirişin sizə təqdim olunma tarixini dəqiqləşdirmədiyi) və həmin xəbərdarlıq müddətində iş axtarmağa imkan yaradılmadığı, bununla yanaşı xitamla bağlı ödənişlərin sonuncu iş günü 14 oktyabr 2024-cü il tarixdə ödənilmədiyi müəyyənləşdirilib. yuxarıda qeyd olunan pozuntularda inzibati xətanın əlamətləri müəyyənləşdirildiyindən İşəgötürən-Kollecin direktoru X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödəmələrin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrinə əsasən 16 dekabr 2024-cü il tarixli “İnzibati xəta haqqında Protokol” tərtib edilmişdir. Həmçinin tərtib olunmuş “İnzibati xəta haqqında Protokol”a əsasən inzibati xəta haqqında işə baxılması 26 dekabr 2024-cü il tarixə təyin edilmişdir. İşəgötürən barəsində inzibati xətaya dair icraat işləri başa çatdırıldıqdan sonra nəticəsi barədə sizə məlumat təqdim ediləcəkdir. Qeyd olunanlarla yanaşı müraciətdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuzun olduğu diqqətinizə çatdırılır. Əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 14 sentyabr 2021-ci il tarixli, 180 nömrəli əmrlə 15 sentyabr 2021-ci il tarixdən X14 Kollecində nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və İokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə təyin edilmişdir. 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh nəzdində X14 Kollecinin İddiaçı ünvanlanmış 10 sentyabr 2024-cü il tarixli, 113/5 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 140 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrinin təsnifatı təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq kollecdə mütəxəssis hazırlığı aparılan nəqliyyatda daşımaların təşkili (dəmiryolu) ixtisası üzrə mütəxəssis hazırlığı dayandırılmışdır. Kollecdə mütəxəssis hazırlığı aparılan lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təhsil proqramında tələbələrin həftəlik dərs yükü 1.5 kreditə (22,5 saat) endirilmişdir, (əvvəllər bu həftəlik 2 kredit, yəni 30 saat olmuşdur). Qeyd olunanlarla əlaqədar olaraq həmin ixtisas üzrə dərs saatları azalmışdır. Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasında ixtisas üzrə nəzəri və praktik dərs saatlarının miqdarı 510 saat təşkil edir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2010-cu il tarixli 215 nömrəli Qərarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-1/7-7486/16 nömrəli xx.xx.2012-ci il tarixli məktubuna əsasən tam ştat üzrə bir müəllimin illik dərs yükü 500 saatdan az olmamalıdır. Cavabdeh dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasını bitirmiş X7 lokomotiv və elektrik qatarı təsərrüfatı üzrə fənləri əvvəllər tədris etdiyi, həmin fənlər üzrə fənn proqramları, sillasbusları, ədəbiyyatlardan düzgün istifadə edərək mühazirə mətnlərini hazırladığı üçün tam ştat üzrə müəllim vəzifəsində saxlanılmışdır. Sizin bitirdiyiniz ixtisasla kollecdə mütəxəssis hazırlığı aparılan Lokomotiv və elektrik qatarı təsərrüfatı üzrə fənlər arasında uyğunsuzluq olduğundan və əvvəllər bu fənlərdən heç birini tədris etmədiyiniz, bununla bağlı olaraq heç bir fənn proqramı və sillabus hazırlamadığınız üçün həmin fənləri tədris etməyiniz qeyri mümkündür. Sizə ixtisasınıza uyğun olaraq kollecdə saathesabı dərs tədris etməyiniz təklif edilir. Əks təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) Sizinlə bağlanmış əmək müqaviləsinə xitam veriləcək. Nəzərə almağınız xahiş olunur. Cavabdeh nəzdində X14 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli əmri ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən müəllim vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh nəzdində X14 Kollecinin 14 oktyabr 2024-cü il tarixli, 335 nömrəli əmri ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən müəllim vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh nəzdində X14 Kollecinin 14 sentyabr 2021-ci il tarixli, 180 nömrəli əmri ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndini əsas tutaraq İddiaçı xx.xx.2021-ci il tarixdən kollecə Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomativ və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanılmışdır. Əmək Müqaviləsinin surətinə əsasən, İddiaçı 15 sentyabr 2021-ci il tarixdən kollecə Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomativ və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Cavabdeh nəzdində X14 Kollecinin 03 oktyabr 2024-cü il tarixli, 23 nömrəli protokolunun surətinə əsasən, İddiaçı kollecdə müəllim vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin orta ixtisas təhsil müəssisələrinin təsnifatı təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 140 nömrəli qərarına əsasən kollecdə mütəxəssis hazırlığı aparılan Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) ixtisası üzrə mütəxəssis hazırlığı dayandırılmışdır. Kollecdə mütəxəssis hazırlığı aparılan Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təhsil proqramına uyğun olaraq tələbənin həftəlik dərs yükü 1.5 kreditə endirilmişdir, (əvvəllər bu həftəlik 2 kredit, yəni 30 saat olmuşdur). Qeyd olunanlarla əlaqədar olaraq həmin ixtisas üzrə dərs saatları azalmışdır. Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasında ixtisas üzrə nəzəri və praktik dərs saatlarının miqdarı 510 saat təşkil edir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2010-cu il tarixli 215 nömrəli Qərarına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 46-1/7-7486/16 nömrəli xx.xx.2012-ci il tarixli məktubuna əsasən ştat üzrə bir müəllimin illik dərs yükü 500 saatdan az olmamalıdır. 2019-cu ildə Cavabdeh Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasını bitirmiş, kollecdə xx.xx.2021-ci il tarixdən müəllim kimi fəaliyyət göstərən, 3 il pedaqoji staja malik olan X7 Lokomotiv və Elektrik qatarı təsərrüfatı üzrə tənləri əvvəllər tədris etdiyi, həmin fənlər üzrə fənn proqramları, sillabusları, ədəbiyyatlardan düzgün istifadə edərək mühazirə mətnlərini hazırladığı, analıq məzuniyyətindən yeni qayıtdığı, üzərində 1 nəfər körpə uşağı olduğu, həyat yoldaşının heç bir yerdə' işləməməsi, ailədə tək işləyən olduğu və bitirdiyi ixtisasla kollecdə mütəxəssis hazırlığı aparılan ixtisasın uyğun gəldiyini nəzərə alınaraq tam ştat üzrə müəllim vəzifəsində saxlanılmışdır. Komitənin üzvü və eyni zamanda kollecdə ixtisas müəllimi kimi işləyən X4 alaraq bildirdi ki, 3 il pedaqoji staja malik olan X7 Lokomotiv və Elektrik qatarı təsərrüfatı üzrə fənləri əvvəllər təsdris etdiyi, həmin fənlər üzrə fənn proqramları, sillabusları, ədəbiyyatlardan düzgün istifadə edərək mühazirə mətnlərini hazırladığı, analıq məzuniyyətindən yeni qayıtdığı, üzərində 1 nəfər körpə uşağı olduğu, həyat yoldaşının heç bir yerdə işləməməsi, ailədə tək işləyən olduğu və bitirdiyi ixtisasla kollecdə mütəxəssis hazırlığı aparılan ixtisasın uyğun gəldiyini nəzərə alınaraq tam ştat üzrə müəllim vəzifəsində saxlanılması uyğundur. Komitənin digər üzvü X8 bildirdi ki, Rostov-na-Donu Dəmiryolu mühəndisləri X2 və təşkili ixtisasını bitirmiş İddiaçı ixtisasının kollecdə mütəxəssis hazırlığı aparılan ixtisasa uyğun gəlmədiyini və dərs saatının olmadığını qeyd etdi. Cavabdeh nəzdində X14 X6 komitəsinin Rostov-na-Donu Dəmiryolu mühəndisləri X2 və təşkili ixtisasını bitirmiş İddiaçı Əh oğlunun kollecdə ixtisasların sayı və bununla əlaqədar olaraq dərs saatlarının miqdarı azaldığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ştatların ixtisar edildikdə) əsasən işdən azad olunmasına heç bir etiraz yoxdur. Təqdimatın surətinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 140 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrinin təsnifatı təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq kollecdə mütəxəssis hazırlığı aparılan Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) ixtisası üzrə mütəxəssis hazırlığı dayandırılmışdır. Kollecdə mütəxəssis hazırlığı aparılan Lokomotiv və Elektrik qatarı təsərrüfatı ixtisası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təhsil proqramında tələbələrin həftəlik dərs yükü 1.5 kreditə (22,5 saat) endirilmişdir, (əvvəllər bu həftəlik 2 kredit, yəni 30 saat olmuşdur). Qeyd olunanlarla əlaqədar olaraq həmin ixtisas üzrə dərs saatları azalmışdır. Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasında ixtisas üzrə nəzəri və praktik dərs saatlarının miqdarı 510 saat təşkil edir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2010-cu il tarixli 215 nömrəli Qərarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-1/7-7486/16 nömrəli xx.xx.2012-ci il tarixli məktubuna əsasən tam ştat üzrə bir müəllimin illik dərs yükü 500 saatdan az olmamalıdır. 2019-cu ildə Cavabdeh Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasını bitirmiş, kollecdə xx.xx.2021-ci il tarixdən müəllim kimi fəaliyyət göstərən, 3 (üç) il pedaqoji staja malik olan X7 Lokomotiv və elektrik qatarı təsərrüfatı üzrə fənləri əvvəllər tədris etdiyi, həmin fənlər üzrə fənn proqramları, sillasbusları, ədəbiyyatlardan düzgün istifadə edərək mühazirə mətnlərini hazırladığı, analıq məzuniyyətindən yeni qayıtdığı, üzərində 1 nəfər körpə uşağı olduğu, həyat yoldaşının heç bir yerdə işləməməsi, ailədə tək işləyən olduğu və bitirdiyi ixtisasla kollecdə mütəxəssis hazırlığı aparılan ixtisasın uyğun gəldiyi nəzərə alınaraq tam ştat üzrə müəllim vəzifəsində saxlanılmışdır. Rostov-na-Donu Dəmiryolu mühəndisləri X1 və təşkili ixtisasını bitirmiş İddiaçı kollecdə ixtisasların sayı və bununla əlaqədar olaraq dərs saatlarının miqdarı azaldığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə;) əsasən işdən azad olunmasına münasibət bildirilməsi xahiş olunmuşdur. Cavabdeh nəzdində X14 Kollecinin 22 oktyabr 2024-cü il tarixli, 126/5 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 56 (əlli altı) gün əmək məzuniyyətində olmuşdur. Cavabdeh nəzdində X14 Kolleci Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olduğu üçün əmək haqqının verilməsi həmin qurumdan asılı olduğundan İddiaçı əmək haqqı oktyabr ayında qanunauyğun şəkildə ödəniləcəkdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin İddiaçı ünvanlanmış 17 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, vətəndaş İddiaçı X14 Kollecində əmək hüquqlarının pozulmasına dair 1 oktyabr 2024-cü il tarixli müraciətinə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə baxılır. Bununla əlaqədar müraciətə aydınlıq gətirməyinizi və vətəndaşa aid aşağıda adları qeyd edilmiş sənədlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddələrinin tələblərinə uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq Xidmətə (Naxçıvan şəhəri, Heydər Əliyev pospekti 42A) təqdim edilməsi xahiş olunur. 16 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətinə əsasən, İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi və son haqq-hesabın gecikdirilərək ödənilməsi ilə Cavabdeh nəzdində X14 Kolleci AR İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətinə əsasən, Cavabdeh nəzdində X14 Kolleci AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1600 (min altı yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İddiaçı ünvanlanmış məktuba əsasən, X14 Kollecində əmək hüquqlarınızın pozulmasına dair 1 oktyabr 2024-cü il tarixli müraciətinizə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətində baxılmışdır. Müraciətdə qaldırılan məsələyə münasibət bildirməsi və sizə aid sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən təqdim edilməsi məqsədilə Kollecə sorğu göndərilmişdir. Müəssisədən təqdim olunan sənədlərdən, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı işəgötürən tərəfindən sizin əmək müqavilənizə 14 oktyabr 2024cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. Həmçinin təqdim olunan sənədlərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən Kollecdə Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) ixtisası üzrə mütəxəssis hazırlığının dayandırılması səbəbindən Kollecdə bir müəllimin ixtisar edilməsi zərurəti yaranmışdır. Kollecin işəgötürəni sizə 10 sentyabr 2024-cü tarixdə xəbərdarlıq məktubu ünvanlamış, müəssisə həmkarlar ittifaqının razılığı alınaraq 14 oktyabr 2024-cü il tarixdə əmək müqavilənizə xitam verilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü bəndinə əsasən kollecdə olan əmək stajınıza uyğun olaraq orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti və azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli miqdarında vəsait hesablanmışdır. Kollecin direktor müavini Məmmədov Tura! Sabir oğlunun izahatından və təqdim edilən sənədlərdən 2024-cü ilin iyul ayında keçirilən pedoqoji şurada sizə ixtisar edilməniz haqqında xəbərdarlıq edildiyi, eyni zamanda 2024- 2025-ci tədris ilində dərs yükünüz olmadığı üçün xəbərdarlıq müddəti ərzində hər iş həftəsində bir gün işdən azad edilməniz haqqında məlumat qeyd edilmədiyi bildirilmişdir. Kolleclə bağlanmış əmək müqavilənizə əsasən əmək haqqı hər ayın 20-25 tarixlərində ödənildiyindən sizə hesablanmış vəsaitin 25 oktyabr 2024-cü İl tarixdə bank kartınıza köçürüldüyü bildirilmişdir.Təqdim edilən sənədlərdə sizin 2024-cü ilin 16 sentyabr - 14 oktyabr aylarında işdə olmanızı təsdiq edən məlumatlar aşkar edilmədi və dərs yükünüz olmadığı üçün sizə əmək haqqı hesablanmamışdır. Müraciətdə qeyd etdiyiniz məsələnin həlli ilə əlqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı ünvanlanmış 16 sentyabr 2021-ci il tarixli məktubunun surətinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş “müharibə veteranı” statusunun verilməsinə dair ərizə və sənədlərinizə baxılmışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin nizami hissə üzrə əmr kitabları və arxiv sənədləri hazırda Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin arxivində saxlanılır. Bu səbəbdən “müharibə veteranı" adı və vəsiqəsinin verilməsi ilə əlaqədar mövcud sənədlərlə aidiyyəti üzrə Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya ’ya müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin 10 fevral 2025-ci il tarixli məktubunun surətinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə 03 fevral 2025-ci il tarixdə daxil olmuş, "müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair ərizənizə baxılmışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin nizami hissə üzrə əmrlər kitabı və arxiv sənədləri hazırda Müdafiə Nazirliyinin arxivində saxlanılır. Bu səbəbdən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar mövcud sənədlərlə aidiyyəti üzrə Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 09 fevral 2023cü il tarixli, 198 nömrəli arxiv arayışının surətinə əsasən, Qafarov X13 Muxtar Respublika Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli 171 nömrəli əmrlə (§ 2, sıra nömrəsi 37) səfərbər olunaraq qeydiyyata alınıb. İddiaçı xidməti, döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 18 fevral 2022ci il tarixli, 771 nömrəli arxiv arayışının surətinə əsasən, Qafarov X13 Muxtar Respublika Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli 171 nömrəli əmrlə (§ 2, sıra nömrəsi 37) səfərbər olunaraq qeydiyyata alınıb. İddiaçı xidməti, döyüşlərdə iştirakı və ehtiyata buraxılması barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış 21 fevral 2023-cü il tarixli məktubunun surətinə əsasən, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmət keçməyiniz barədə heç bir məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış 21 yanvar 2022ci il tarixli məktubunun surətinə əsasən, Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən (hərbi biletinizin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, hərbi xidmətiniz haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyinizi qeyd etməklə sənədlərinizi ətraflı ərizənizə əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərdiyiniz təqdirdə komissiyanın iclasında müraciətinizə baxılaraq barənizdə müvafiq qərar qəbul oluna bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış 24 iyun 2022-ci il tarixli məktubunun surətinə əsasən, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmət keçməyiniz barədə heç bir məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Cavabdeh nəzdində X14 Kollecinin nümayəndəsi Vəkil məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı Cavabdeh nəzdində X3rşı “əmrin ləğv edilməsi işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair" Naxçıvan Şəhər Məhkəməsinə xx.xx.2024-cii il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İddianı qəbul etmirlər. İddiaçı iddia ərizəsində Cavabdeh nəzdində X14 Kollecinin 11 oktyabr 2024-cli il tarixli, 333 nömrəli əmri ilə onun əsassız olaraq Cavabdeh nəzdində X14 Kollecindən tutduğu vəzifədən xaric edildiyini göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 140 nömrəli qərarına əsasən orta ixtisas təhsil müəssisələrinin təsnifatı təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq kollecdə mütəxəssis hazırlığı aparılan “Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) ixtisası üzrə mütəxəssis hazırlığı dayandırılmışdır. Ona görə də X14 Kollecinin sabiq əməkdaşı İddiaçı “Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomotiv və elektrik qatarı təsərrüfatları ixtisası üzrə müəllim kimi tədris etdiyi ixtisas bağlandığı üçün onun ixtisasına uyğun iş olmadığına görə dərs yükü azaldığından qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 11 oktyabr 2024-cü ci tarixdə işdən çıxarılıb, işdən çıxarıldığı həmin gün də (işdən çıxarılma barədə əmr) şəxsən özünə təqdim olunub, lakin 1 ay, 2 gündən sonra, 13 noyabr 2024-cü il tarixdə X5 müraciət etmişdir. Beləliklə də o qanunvericilikdə nəzərdə tutulan 1 aylıq iddia müddətini buraxmışdır. İddia müddətinin tətbiq edilərək X11 iddiasının rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə tərəflərə izah edir ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilibverilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzrlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Təqdimatın surətinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 140 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrinin təsnifatı təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq kollecdə mütəxəssis hazırlığı aparılan Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) ixtisası üzrə mütəxəssis hazırlığı dayandırılmışdır. Kollecdə mütəxəssis hazırlığı aparılan Lokomotiv və Elektrik qatarı təsərrüfatı ixtisası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təhsil proqramında tələbələrin həftəlik dərs yükü 1.5 kreditə (22,5 saat) endirilmişdir, (əvvəllər bu həftəlik 2 kredit, yəni 30 saat olmuşdur). Qeyd olunanlarla əlaqədar olaraq həmin ixtisas üzrə dərs saatları azalmışdır. Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasında ixtisas üzrə nəzəri və praktik dərs saatlarının miqdarı 510 saat təşkil edir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2010-cu il tarixli 215 nömrəli Qərarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-1/7-7486/16 nömrəli xx.xx.2012-ci il tarixli məktubuna əsasən tam ştat üzrə bir müəllimin illik dərs yükü 500 saatdan az olmamalıdır. 2019-cu ildə Cavabdeh Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasını bitirmiş, kollecdə xx.xx.2021-ci il tarixdən müəllim kimi fəaliyyət göstərən, 3 (üç) il pedaqoji staja malik olan X7 Lokomotiv və elektrik qatarı təsərrüfatı üzrə fənləri əvvəllər tədris etdiyi, həmin fənlər üzrə fənn proqramları, sillasbusları, ədəbiyyatlardan düzgün istifadə edərək mühazirə mətnlərini hazırladığı, analıq məzuniyyətindən yeni qayıtdığı, üzərində 1 nəfər körpə uşağı olduğu, həyat yoldaşının heç bir yerdə işləməməsi, ailədə tək işləyən olduğu və bitirdiyi ixtisasla kollecdə mütəxəssis hazırlığı aparılan ixtisasın uyğun gəldiyi nəzərə alınaraq tam ştat üzrə müəllim vəzifəsində saxlanılmışdır. Rostov-na-Donu Dəmiryolu mühəndisləri X1 və təşkili ixstisasını bitirmiş İddiaçı kollecdə ixtisasların sayı və bununla əlaqədar olaraq dərs saatlarının miqdarı azaldığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə;) əsasən işdən azad olunmasına münasibət bildirilməsi xahiş olunmuşdur. Cavabdeh nəzdində X14 Kollecinin 03 oktyabr 2024-cü il tarixli, 23 nömrəli protokolunun surətinə əsasən, İddiaçı kollecdə müəllim vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin orta ixtisas təhsil müəssisələrinin təsnifatı təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 140 nömrəli qərarına əsasən kollecdə mütəxəssis hazırlığı aparılan Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) ixtisası üzrə mütəxəssis hazırlığı dayandırılmışdır. Kollecdə mütəxəssis hazırlığı aparılan Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təhsil proqramına uyğun olaraq tələbənin həftəlik dərs yükü 1.5 kreditə endirilmişdir, (əvvəllər bu həftəlik 2 kredit, yəni 30 saat olmuşdur). Qeyd olunanlarla əlaqədar olaraq həmin ixtisas üzrə dərs saatları azalmışdır. Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasında ixtisas üzrə nəzəri və praktik dərs saatlarının miqdarı 510 saat təşkil edir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2010-cu il tarixli 215 nömrəli Qərarına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 46-1/7-7486/16 nömrəli xx.xx.2012-ci il tarixli məktubuna əsasən ştat üzrə bir müəllimin illik dərs yükü 500 saatdan az olmamalıdır. 2019-cu ildə Cavabdeh Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasını bitirmiş, kollecdə xx.xx.2021-ci il tarixdən müəllim kimi fəaliyyət göstərən, 3 il pedaqoji staja malik olan X7 Lokomotiv və Elektrik qatarı təsərrüfatı üzrə tənləri əvvəllər tədris etdiyi, həmin fənlər üzrə fənn proqramları, sillabusları, ədəbiyyatlardan düzgün istifadə edərək mühazirə mətnlərini hazırladığı, analıq məzuniyyətindən yeni qayıtdığı, üzərində 1 nəfər körpə uşağı olduğu, həyat yoldaşının heç bir yerdə' işləməməsi, ailədə tək işləyən olduğu və bitirdiyi ixtisasla kollecdə mütəxəssis hazırlığı aparılan ixtisasın uyğun gəldiyini nəzərə alınaraq tam ştat üzrə müəllim vəzifəsində saxlanılmışdır. Komitənin üzvü və eyni zamanda kollecdə ixtisas müəllimi kimi işləyən X4 alaraq bildirdi ki, 3 il pedaqoji staja malik olan X7 Lokomotiv və Elektrik qatarı təsərrüfatı üzrə fənləri əvvəllər təsdris etdiyi, həmin fənlər üzrə fənn proqramları, sillabusları, ədəbiyyatlardan düzgün istifadə edərək mühazirə mətnlərini hazırladığı, analıq məzuniyyətindən yeni qayıtdığı, üzərində 1 nəfər körpə uşağı olduğu, həyat yoldaşının heç bir yerdə işləməməsi, ailədə tək işləyən olduğu və bitirdiyi ixtisasla kollecdə mütəxəssis hazırlığı aparılan ixtisasın uyğun gəldiyini nəzərə alınaraq tam ştat üzrə müəllim vəzifəsində saxlanılması uyğundur. Komitənin digər üzvü X8 bildirdi ki, Rostov-na-Donu Dəmiryolu mühəndisləri X2 və təşkili ixtisasını bitirmiş İddiaçı ixtisasının kollecdə mütəxəssis hazırlığı aparılan ixtisasa uyğun gəlmədiyini və dərs saatının olmadığını qeyd etdi. Cavabdeh nəzdində X14 X6 komitəsinin Rostov-na-Donu Dəmiryolu mühəndisləri X2 və təşkili ixtisasını bitirmiş İddiaçı Əh oğlunun kollecdə ixtisasların sayı və bununla əlaqədar olaraq dərs saatlarının miqdarı azaldığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ştatların ixtisar edildikdə) əsasən işdən azad olunmasına heç bir etiraz yoxdur. Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. Hazırki işdə işçi izahat vermişdir. Əmək qanunvericiliyinə görə əgər işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verirsə onun zəruriliyini əsaslandırmalı, faktlar lazımi sənədlərlə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndində işçinin həmkarla təşkilatının yığıncağında iştirak etmək hüququ nəzərə tutulmuşdur. Ona görə də işçi üzvü olduğu həmkarlar təşkilatının yığıncağına dəvət edilməlidir. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarında olan iddiaçı tərəfindən və cavabdeh təşkilatın nümayəndəsi tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, Cavabdeh nəzdində X14 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli əmri ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən Rostov-na-Donu Dəmiryolu mühəndisləri X1 və təşkili ixstisasını bitirmiş kollecin Nəqliyyatda daşımaların təşkili (dəmir yolu üzrə) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə müəllimi İddiaçı tutduğu müəllim vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən iddiaçının işdən azad edilməsi barədə əmr verilən zaman həmkarların iclası keçirilməsi, işçi-iddiaçının həmin iclasda iştirak etməsi öz təsdiqini tapır. Eyni zamanda iddiaçı müharibə veteranı olmasına dair sənədləri məhkəməyə təqdim etmiş, lakin həmin sənədlərlə tanış olduqda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış 24 iyun 2022-ci il tarixli məktubunun surətinə əsasən, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. Buna əsas N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmət keçməsi barədə heç bir məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçının ştatların ixtisarı zamanı hər hansı üstünlük hüququna malik olması işə baxılan zaman təsdiqini tapmamışdır. Bununla yanaşı iddia tələbinə baxılarkən müəyyən edilmişdir ki, əmək qanunvericiliyinin ştatların ixtisarını nəzərdə tutan normaları ilə işçi işdən azad edilərkən riayət edilməsi zəruri olan normalar işəgötürən tərəfindən pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən aydın olur ki, İddiaçı ilə X16 arasında 15 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Yəni işdən azad edilən zaman artıq işçinin həmin müəssisədə iş stajı 4 ildən artıq olmuşdur ki, bu halda iddiaçıya azı dörd təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq verilməli, rəsmi xəbərdarlıq verilmədiyi bu halda isə orta aylıq əmək haqqının 0.9 misli miqdarıda birdəfəlik ödəmə aparılmalı idi. Lakin işəgötürən cavabdeh təşkilat tərəfindən təqdim edilən sənədlərdə rəsmi xəbərdarlıq verilməsinə dair hər hansı sənəd mövcud olmamış, eləcə də xəbərdarlıq əvəzinə ödəmə aparılmasını təsdiq edən işdən azad edilmə əmrində hər hansı bənd nəzərdə tutulmamış, iddiaçıya xəbərdarlıq həftəsinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsinə dair hər hansı sənəd təqdim edilməmiş, əmrdə sadəcə olaraq ona orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxma müavinəti ödənilməsini nəzərdə tutan Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən müavinət verilməsi göstərilmişdir. Bunun nəticəsidir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması onun barəsində əmək qanunvericiliyinə nəzarət edən orqan tərəfindən protokol tərtib edilməsi və inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə nəticələnmişdir. İddiaçı tərəfindən direktor tərəfindən iddiaçıya əvvəlcədən məlumatladırma barədə sənəd iddia ərizəsinə əlavə edilmişdir. Lakin həmin sənədin xəbərdarlıq olub-olmamasına dair heç bir qeyd aparılmamış, xəbərdarlıqdırsa hansı tarixdə hansı vasitə ilə iddiaçıya verilməsi barədə qeydiyyat mövcud olmamışdır. Bu isə həmin sənədin hüquqi əhəmiyyətini istisna edir. Məhkəmə cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi barədə ərizəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.5-ci maddəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Yuxarıda əmək qanunvericiliyində qeyd edilən üzrlü səbəblər olduqda ötürülmüş müddət bərpa edilə bilər. Buraya iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı hallar aid edilir. İddia müddətinin bərpası ilə əlaqədar bu müddətin ötürülməsi səbəblərinin baş verdiyi müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün ona əmrin verildiyi 11 oktyabr 2024-cü il tarix deyil, 14 oktyabr 2024-cü il tarix kimi nəzərə alınmalıdır. Belə ki, təqdim edilən sənədlərdən aydın olur ki, işəgötürən tərəfindən işçinin-iddiaçının işdən azad edilməsinə dair 11 oktyabr 2024-cü il tarixdə əmr verilmişdir. Həmin əmr ƏMAS sisteminə 14 oktyabr 2024-cü il tarixdə daxil edildiyindən yeni əmr nömrəsi sistem tərəfindən verilmişdir. Yəni işçinin-iddiaçının işdən azad edilməsini nəzərdə tutan iki əmr olmamış, fərqli tarixlərdə əmr və əmrin sistemdən çıxarışı olmuşdur. İddiaçıya 11 oktyabr 2024-cü il tarixli əmr ona həmin gün verilmişdir və bu halı iddiaçı izahatında bildirir. Lakin həmin əmrin hüquqi qüvvəyə minməsi 14 oktyabr 2024-cü il tarix olduğundan məhkəmə iddiaçıya rəsmi verilmiş əmrin tarixinin onun hüquqi qüvvəsinin yarandığı tarixdən hesablanmasını qanuni hesab edir. Təqdim edilən sənədlərdən aydın olur ki, iddiaçı həmin əmri 13 noyabr 2024-cü il tarixdə yəni qanunla nəzərdə tutulan bir aylıq müddətin 29-cü günü mediasiya təşkilatına müraciət edərək mübahisələndirmişdir. Belə ki, 10 dekabr 2024-cü il tarixli mediasiya təşkilatının arayışından mediasiya tətbiqi barədə təklifin tarixi 13 noyabr 2024-cü il olaraq qeyd edilmişdir. İddiaçı cavabdeh təşkilata qarşı əmrin mübahisələndirilməsinə dair ilk iddia ərizəsi 20 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsinin poçt şöbəsinə verilməsi tarixi 19 dekabr 2024-cü il olaraq qeyd edilmişdir. Həmin iddia ərizəsinin sonunda tərtib edilmə tarixi 13 dekabr 2024-cü il tarix olaraq qeyd edilmişdir. Sözügedən iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığından məhkəmənin 24 dekabr 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 09 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə bildirir ki, iddiaçının mediasiya barədə arayışı aldığı vaxtdan cəmi 1 gün müddətində məhkəməyə iddia ərizəsi ilə müraciət etmək müddəti olmuşdur. Çünki iddiaçı qanunun ona verdiyi bir aylıq müddətin 29 gün hissəsini mediasiya təşkilatına müraciət edənə qədər keçirmişdir. İddiaçı ən geci mediasiya barədə bildiriş ona təqdim edildiyi vaxtdan bir gün sonra məhkəməyə müraciət edə bilərdi. Mediasiya sənədinin nə vaxt alınması barədə iddiaçı dəqiq fikir bildirməsə də imzası olmadığına görə geri qaytarılan iddia ərizəsinin tərtib edilməsi tarixinin 13 dekabr 2024-cü il tarix kimi qeyd edilməsi artıq 13 dekabr tarixinə qədər həmin sənədin ona təqdim edilməsi nəticəsinə gəlməyə əsas verir. Çünki mediasiya sənədi həmin iddia ərizəsinə qoşma olaraq əlavə edilmişdir. İddiaçının iddia ərizəsini imzalamaması isə onun öz nöqsanıdır. Çünki iddia ərizəsi mülki prosessual qanunvericilikdə qaytarılmasını zəruri hesab edən ilkin əsas olan imzalanmama əsası ilə qaytarılmışdır. İddiaçı məhkəmə iclaslarında müddət məsələsinə münasibət bildirərkən ümumiyyətlə müddəti ötürmədiyini qeyd etmiş, müddəti ötürdüyünü bildirməmiş və onun bərpa edilməsi barədə ərizə ilə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, bu halda iddiaçıya bununla bağlı hər hansı izah verilməsinin işə baxılmasının mülki mühakimə icraatı qaydasında çəkişmə prinsipinə riayət edilməsinə əsaslanaraq prosessual cəhətdən düzgün olmaması nəzərə alınmalı və müddətin üzürlü və ya üzürsüz buraxılması məsələsi buna dair iddiaçı tərəfindən ərizə təqdim edilmədiyindən hər hansı qiymətləndirmə aparılmamalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən yəni 14 oktyabr 2024-cü il tarixdən sonra qanunla ona verilən bir aylıq müddətdə deyil 55 gündən sonra (29 gün 14 oktyabr-13 noyabr, 25 gün 13 dekabr 2024-cü il-07 yanvar 2025-ci il) işdən azad edilməsinə dair əmri mübahisələndirdiyindən işə bərpa və məcburi iş buraxılmaya görə əmək haqqı tələbi üzrə iddia müddətini ötürülmüşdür. Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat Cavabdeh nəzdində X3rşı Cavabdeh nəzdində X14 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli və14 oktyabr 2024-cü il tarixli, 335 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı X14 Kollecində Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxdığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-308/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-308/2025
08.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver