Məhkəmə qərarları › İş №2(078)-324/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-324/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-324/2023 07.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs4 və Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçinın miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.1353 ha torpaq sahəsinin, ünvan 2vanında yerləşən 0.0147 ha torpaq sahəsinin və ünvan 3vanında yerləşən 0.0363 ha torpaq sahələrindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs2, X10, X6, Maraqlı şəxs6 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, Naxçıvan şəhəri, Tumbul kəndi 5-ci küçə, 27, Naxçıvan şəhəri Tumbul kəndi 5-ci küçə, 27A və ünvan 4 ünvanlarında yerləşən torpaq sahələri mərhum anası X2 mülkiyyətində olmuşdur. X1 qızı ilə X7 xx.xx.1957-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuşlar. X3 17 noyabr 1994-cü il tarixdə, anası X5 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Anasının vərəsələri-o, bacı-qardaşı Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs2, X10, X6 və Maraqlı şəxs6dur. Ərizəçi qeyd etmişdir ki, o, sözügedən evdə anasının ölümündən sonra sözügedən mirası qəbul və idarə etmişdir. Mirasın onun tərəfindən qəbul olunmasını qaz, işıq, su müqavilələri, elektrik enerjisindən sərf olunma ilə bağlı müqavilələr, sığorta müqavilələri, ödəmə qəbzləri də təsdiq edir və o, həmin müqavilə və qəbzləri ərizəsinə sübut növü olaraq əlavə etmişdir. Mirası qəbul etsə də miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir, ona görə də miras hüquqlarının tanınması üçün məhkəməyə müraciət edir. Naxçıvan şəhər bir saylı notariat ofisindən mirasın qəbulu ilə bağlı etdiyi müraciətə verilən cavabda aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bacısı Mədinə hazırda Türkiyə Respublikasının Balıkesir şəhərində yaşayır. Qardaşı Rövşən isə 20 ildən çoxdur Azərbaycanda deyil. Sonuncu dəfə Türkiyədə idi. Rövşəni Naxçıvana gətirmək üçün Türkiyəyə getsə də, o gəlməmişdir. Ərizəçi sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək ərizəçinin izahatına əlavəsi olmadığını bildirib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında işə baxılan zaman Maraqlı şəxs1 izahatında bildirmişdir ki, anasından üç torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahələrindən birində ərizəçi özünə yaşayış evi tikmişdir və orada yaşayır. Digər torpaq sahələrindən birində isə anasından qalan iki otaqlı ev vardır. Onun ərizəçi qardaşı Ərizəçi yaşadığı evin yerləşdiyi torpaq sahəsinin adına sənədləşməsinə etirazı yoxdur. Lakin digər iki torpaq sahəsi və onlardan birində tikilən iki otaqlı ev onların hamısınındır və həmin torpaq sahələrinin Ərizəçi adına keçirilməsinə etiraz edirlər. Onların qardaşları Rövşən Türkiyədədir. O Naxçıvana gələndə anasından qalan evdə yaşayacaq. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında işə baxılan zaman Maraqlı şəxs4 izahatında digər maraqlı şəxs bacısı Maraqlı şəxs1 ilə eyni məzmunlu izahat vermiş və bütün torpaq sahələrinin qardaşı Ərizəçi adına sənədləşməsinə etirazı olduğunu bildirmişdir. Məhkəmə iclasında işə baxılan zaman Maraqlı şəxs5 izahatında bildirmişdir ki, onun da ana mülkiyyətindən payı olmalıdır. Atası sağlığında qardaşlarına torpaq veribdir və onlar ev tikiblər. Ancaq ona pay verilməyibdir. Bütün torpaq sahələrinin qardaşı Vaqifin adına sənədləşməsinə etiraz edirlər. Vaqif özü tikdiyi evin torpağını öz adına sənədləşdirə bilər. Məhkəmə iclasında işə baxılan zaman maraqlı şəxs X6 digər maraqlı şəxslərin bildirdiyi hallarla eyni məzmunlu izahat vermiş, bütün torpaq sahələrinin qardaşı Ərizəçi adına sənədləşməsinə etirazı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs2 və Maraqlı şəxs6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cü maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 10.1-ci maddəsinə görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. İşə baxılarkən tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, hüquq haqqında mübahisə vardır və maraqlı şəxslər ərizədə tələb olaraq göstərilən ünvan 1 ünvanında yerləşən 0.1353 ha torpaq sahəsinin, ünvan 2vanında yerləşən 0.0147 ha torpaq sahəsinin və ünvan 3vanında yerləşən 0.0363 ha torpaq sahələrindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz edirlər. Belə olan halda hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə iddia icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına xx.xx.2022-ci il tarixdə 21081 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçinın miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına xx.xx.2022-ci il tarixdə 21081 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar