Məhkəmə qərarları › İş №2(078)-336/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-336/2024

19.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-336/2024 19.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6 və İddiaçı7 Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqı, məzuniyyət, maddi ziyan və son haqq-hesabın ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6 və İddiaçı7 iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, iddia tələblərinin təmin edilməsi, Cavabdeh MMC tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7: 2015-ci ilin noyabr ayından hesablanaraq məzuniyyət haqqlarının ödənilməsi, iddiaçılara 2015-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan X2 haqqı ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası, 2023-cü ilin avqust ayının 1-dən etibarən 2024-cü ilin yanvar ayınadək olan ödənilməmiş aylıq əmək haqları, əmək haqqının hər gecikmə gününə görə əlavə faizlərin və son haqq hesablarının cəmi 85.000 (səksən beş min) manat məbləğində pulun qanunvericiliyə müvafiq qaydada ödənilməsi və Cavabdeh MMC tərəfindən iddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən başlayaraq orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının pozulması nəticəsində iddiaçılara dəymiş 50.000 (əlli min) manat məbləğində maddi ziyanın onlara ödənilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən 2015-ci ilin noyabr ayından 2023-cü ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: Hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, ayrı-ayrı tələblər irəli sürən iddiaçıların tələbi birləşdirilərək məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6 və İddiaçı7 Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqı, məzuniyyət, maddi ziyan və son haqq-hesabın ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçılara izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6 və İddiaçı7 Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqı, məzuniyyət, maddi ziyan və son haqq-hesabın ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar