Məhkəmə qərarları › İş №2(078)-347/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-347/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-347/2025 12.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8” X18ə qarşı hərracın nəticəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8” X18ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 may 2023-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8“ X18 Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən 256,6 kv.m yaşayış sahəsi və 221.8 kv.m yaşayış, 34.8 kv.m. köməkçi sahəsi ilə əlaqədar keçirdiyi hərrac “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə, Azərbaycan Respublikası KM-nin xx.xx.2014-cü il tarixli Plenum Qərarının tələblərinə zidd olduğundan, həmin hərracın nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı "Kapital Bank“ ASC Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində yerləşən 0.2373 ha torpaq sahəsindəki 256,6 kv.m yaşayış sahəsindən, 221,8 kv.m yaşayış, 34,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin boşaldılaraq "xxxx"a təhvil verilməsi və mediasiya xərci olaraq ödənilmiş 50 manatın, dövlət rüsumu olaraq ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulmasını tələb etmişdir (Əsas : xx.xx.2023-cü ildə hərrac yolu ilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********24-10301 reyestr nömrəli, 12230 qeydiyyat nömrəli Çıxarış). İş üzrə materialladan aydın olur ki, 26 may 2023-cü ildə “X8” X18 keçirdiyi hərrac nəticəsində "xxxx" ASC qalib (alıcı) kimi müəyyən olunmuş, həmçinin Kəngərli rayonunun Qarabağlar kəndində 0,2373 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,31 kv.m. yaşayış, 211,61 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 17000 (on yeddi min) manat məbləğində müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% tətbiq edilməklə Kəngərli rayon, Qarabağlar kəndində 0,2373 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli. 2 otaqlı, 50.31 yaşayış, 211.61 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə 25 faiz güzəştli satış qiyməti tətbiq edilərək son satış qiyməti 10837.50 (on min səkkiz yüz otuz yeddi manat əlli qəpik) məbləğində müəyyən etməklə, ciddi qanun pozuntusuna yol vermişdir. Pozuntunun aradan qaldırılması—hərracın nəticəsinin ləğv edilməsi barədə yazılı müraciətə həmin İnzibati Orqanın xx.xx.2024-cü il tarixli, 06/111 saylı başdansovdu cavabı, işin məhkəmədə mübahisələndirilməsini zəruri edir. Mübahisələndirilən yaşayış evi üzrə əmlak cavabdehin 2011-ci ildə "xxxx"dan 4 il müddətinə götürülmüş 30000 manat vəsait hesabına inşa edilmişdir. Kredit borcu vaxtında ödənilmədiyindən borcverənin (kreditorun) təşəbbüsü ilə 4 dəfə- 19 fevral 2016-cı il, 29 aprel 2016-cı il, 22 fevral 2023-cü il və 14 mart 2023-cü illərdə hərraca çıxarılmış, alıcısı olmadığından hərrac baş tutmamışdır. Hərraclar barədə elan müvafiq olaraq “Şərq qapısı” qəzetinin xx.xx.2016-ci il tarixli 15 saylı və 19.04. 2016-cı il tarixli 70 saylı və 22 fevral 2023-cü il tarixli 34 saylı, 14 mart 2023-cü il tarixli 47 (24.184) saylı nömrələrində dərc edilmişdir. İşin materiallarından görünür ki, iddiaçı mübahisələndirilən əmlaka xüsusi mülkiyət hüququnu 26 may 2023-cü ildə həmin əmlak üzrə keçirilən 5-ci hərracın nəticəsində əldə etmişdir. Həmin əmlak üzrə beşinci hərracın keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarına ziddir və özlüyündə heç bir hüquqi nəticə doğura bilməz. Cavabdeh təşkilatın nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8” publik hüquqi şəxsə qarşı iddia ərizəsinə2(078)-347/2025 nömrəli iş üzrə Sizin tərəfinizdən baxılır. Naxçıvan MR İnzibati- İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-2(087)-11/2015 nömrəli icra vərəqəsinə əsasən Kəngərli rayonu, Qarabağlar kəndində 0.2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50.31 kv.m yaşayış, 211.61 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan daxil olan vəsait hesabına kredit borcunun ödənilməsi tələbi barədə Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən təkrar sifariş məktubu əsasında qeyd olunan əmlak “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 maddəsinə uğun olaraq 13 mart 2023-cü il tarixdə ilkin satış qiyməti ilə 17000 (on yeddi min) manata açıq hərraca çıxarılmişdir. Hərrac barədə məlumatın elanı “Şərq Qapısı” qəzetinin 34 (24.171) saylı, 22 fevral 2023-cü il tarixli nömrəsində dərc olunmuş və Mərkəzin (auksion.nakhchivan.az) internet portalında 22 fevral 2023-cü li tarixdə verilmişdir. Sizə ilkin satış qiyməti ilə açıq hərracın keçirilməsi haqqında geniş məlumatın əks olunduğu bildiriş Naxçıvan poçt vasitəsi ilə xəbərnaməli məktubla ünvanlanmış və tərəfinizdən imza atılaraq məktub təhvil alınmışdır. 13 mart 2023-cü il tarixdə əmlakın alınması üçün heç bir sifariş verilmədiyindən, hərrac baş tutmamış hesab edilmiş və müvafiq protokolla rəsmiləşdirilmişdir. Əmlakın satışının ilkin hərracı baş tutmadığından, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 maddəsinə uğun olaraq 14 aprel 2023-cü il tarixdə 15 faiz güzəştli satış qiyməti ilə 14450 (on dörd min dörd yüz əlli) manata təkrar hərraca çıxarılmışdır. Hərrac barədə məlumatın elanı “Şərq Qapısı” qəzetinin 47 (24.184) saylı, 14 mart 2023-cü il tarixli nömrəsində dərc olunmuş və Mərkəzin (auksion.nakhchivan.az) internet portalında 14 mart 2023-cü li tarixdə verilmişdir. Sizə güzəştli satış qiyməti ilə təkrar hərracın keçirilməsi haqqında geniş məlumatın əks olunduğu bildiriş Naxçıvan poçt vasitəsi ilə xəbərnaməli məktubla ünvanlanmış və tərəfinizdən imza atılaraq məktub təhvil alınmışdır. 14 aprel 2023-cü il tarixdə əmlakın alınması üçün heç bir sifariş verilmədiyindən, hərrac baş tutmamış elan edilmiş və müvafiq protokolla rəsmiləşdirilmişdir. Kəngərli Rayon İcra və Probasiya Bölməsinin təkrar sifarişi əsasında qanunvericiliyə uyğun olaraq əmlaka dair 13 mart 2023-cü il və 14 aprel 2023-cü il tarixlərdə iki dəfə hərrac keçirilmiş, təklif əsasında xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokolla "xxxx" ASC tərəfindən balansa götürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iddiaçının iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X12 izahatında təşkil edilən 5 auksionun 3-dən heç bir məlumatlarının olmadığını, onlara bildiriş göndərilmədiyini, məlumatı olmadıqları halda protokollaşdırdıqlarını, 2011-ci ildə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün həmin yaşayış yerini ipotekaya qoyduqlarını, yoldaşı İddiaçı adına olduğunu, özünün fərdi sahibkar olduğunu, quşçuluq fəaliyyəti üçün kredit götürdüklərini, İqtisadi İnkişaf Nazirliyinin düzgün olmayan fəaliyyəti nəticəsində xeyli ziyana düşdüyünü, bütün əmlaklarını satdığını, təyinatını dəyişmək üçün müraciət etsə də razılıq verilmədiyini, 2022-ci ildə hakimiyyət dəyişildikdən sonra müraciət etdiyini, çünki kənddə onun çayxanasının əvvəlki vaxt söküldüyünü, müraciət etdiyini, ona köməklik edildiyini, həmin yeri düzəldib fəaliyyət göstərmək istədiyini, ancaq sənədləşdirmə üçün müraciət edəndə artıq həmin yerin hərraca çıxarıldığını və satıldığını öyrəndiyini, bunun üçün məhkəməyə müraciət etdiyini, iddianın təmin edilməsini xahiş etmişdir. 22 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh təşkilatın nümayəndəsi X3 bildirmişdir ki, keçirilən hərrac icra və probasiya şöbəsinin müraciəti əsasında keçirilmiş, Kapital Bankla hərrac müqaviləsi bağlanmışdır. Hərrac qanunauyğun şəkildə təşkil edilmişdir və bütün sənədləşmələr düzgün aparılmışdır. İddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh təşkilat Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8” X18ə rəsmi qaydada məlumat verilmiş, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X9 hərrac təşkilatı ilə əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC-nin cavabdeh qismində işə cəlb edilməsi təklif edilmiş, lakin iddiaçının nümayəndəsi etiraz etmişdir. Buna görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclaslarında iştirak etməmiş, elektron kabinet vasitəsilə ərizə göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə proses tərəflərinin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim etdiyi iş materiallarına əlavə olunmuş: Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8” X18in İddiaçı ünvanlanmış 25 dekabr 2024-cü il tarixli, 06/111 nömrəli məktubuna əsasən, X16 Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8” X18ə ünvanlandığınız 12 dekabr 2024-cü il tarixli ‘‘hərracın nəticəsinin ləğv edilməsi tələbi” barədə şikayət ərizəniz tərəfimizdən araşdırılmışdır. Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2- 2(087)-11/2015 nömrəli icra vərəqəsinə əsasən Sizə məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50.31 kv.m yaşayış, 211.61 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan daxil olan vəsait hesabına kredit borcunun ödənilməsi tələbi barədə Kəngərli Rayon İcra və Probasiva Bölməsi tərəfindən təkrar sifariş məktubu əsasında qeyd olunan əmlak "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 maddəsinə uğun olaraq 13 mart 2023-cü il tarixdə ilkin satış qiyməti ilə 17000.00 (on yeddi min) manata açıq hərraca çıxarılmışdır. Hərrac barədə məlumatın elanı “Şərq Qapısı” qəzetinin 34 (24.171) saylı, 22 fevral 2023-cü il tarixli nömrəsində dərc olunmuş və Mərkəzin (auksion.nakhchivan.az) internet portalında 22 fevral 2023-cü li tarixdə verilmişdir. Sizə ilkin satış qiyməti ilə açıq hərracın keçirilməsi haqqında geniş məlumatın əks olunduğu bildiriş Naxçıvan poçt vasitəsi ilə xəbərnaməli məktubla ünvanlanmış və tərəfinizdən imza atılaraq məktub təhvil alınmışdır. 13 mart 2023-cü il tarixdə əmlakın alınması üçün heç bir sifariş verilmədiyindən, hərrac baş tutmamış hesab edilmiş və müvafiq protokolla rəsmiləşdirilmişdir. Əmlakın satışının ilkin hərracı baş tutmadığından, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 maddəsinə uğun olaraq 14 aprel 2023-cü il tarixdə 15 faiz güzəştli satış qiyməti ilə 14450 (on dördmin dörd yüz əlli) manata təkrar hərraca çıxarılmışdır. Hərrac barədə məlumatın elanı “Şərq Qapısı”qəzetinin 47 (24.184) saylı, 14 mart 2023-cü il tarixli nömrəsində dərc olunmuş və Mərkəzin (auksion, nakhchivan .az) internet portalında 14 mart 2023-cü li tarixdə verilmişdir. Sizə güzəştli satış qiyməti ilə təkrar hərracın keçirilməsi haqqında geniş məlumatın əks olunduğu bildiriş Naxçıvan poçt vasitəsi ilə xəbərnaməli məktubla ünvanlanmış və tərəfinizdən imza atılaraq məktub təhvil alınmışdır. 14 aprel 2023-cü il tarixdə əmlakın alınması üçün heç bir sifariş verilmədiyindən, hərrac baş tutmamış elan edilmiş və müvafiq protokolla rəsmiləşdirilmişdir. Kəngərli Rayon İcra və Probasiya Bölməsinin təkrar sifarişi əsasında qanunvericiliyə uyğun olaraq əmlaka dair 13 mart 2023-cü il və 14 aprel 2023-cü il tarixlərdə iki dəfə hərrac keçirilmiş, təklif əsasında xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokolla "xxxx" ASC tərəfindən balansa götürülmüşdür. Naxçıvan MR-in Hərracların Təçkili üzrə Auksion Mərkəzinin 31 may 2023-cü il tarixli, 71/1/2023 nömrəli məktubuna və ptotokola əsasən, Sizin 75 nömrəli, 25 yanvar 2019-cu il tarixli sifariş məktubunuza və Naxçıvan MR İnzibati İqtisadi Məhkəməsinin 2-2(087)- 11/2015 nömrəli, 09 aprel 2015-ci il tarixli icra vərəqəsinə və 18 nömrəli, 16 yanvar 2023cü il tarixli sifariş məktubunuza və Kəngərli Rayon Məhkəməsinin 2-2(087)-03/2019 nömrəli, 11 fevral 2019-cu il tarixli icra vərəqəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaklar satılmaq üçün açıq hərraca çıxarılmışdır. Kəngərli rayonu, Qarabağlar kəndində ümumi sahəsi 256.6 kv.m, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, Kəngərli rayonu, Qarabağlar kəndində 0.2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50.31 kv.m yaşayış, 211.61 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, Kəngərli rayonu, Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, Kəngərli rayonu, Xok kəndində 0.0601 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.00 kv.m yaşayış, 44.00 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi. Bu əmlaklar “İpoteka" haqqında Azərbaycan Respublikası qanununun 42.1 maddəsinə əsasən 13 mart 2023-cü il tarixdə ilkin, “İpoteka" haqqında Azərbaycan Respublikası qanununun 43.5 maddəsinə əsasən 14 aprel 2023-cü il tarixdə təkrar 15% güzəştlə hərraca çıxarılmışdır. Lakin alıcı olmadığından satılmamışdır. “İpoteka haqqında Azərbaycan Respublikası qanununun 43.7 maddəsinə əsasən təkrar hərracdakı satış qiymətindən 25 % az olmayan qiymətə "xxxx" ASC-nə 14 aprel 2023-cü il tarixli, 53/1/2023 nömrəli məktubla təklif olunmuşdur. "Kapital Bank” ASC-nin 20 aprel 2023-cü il tarixli, 15/3982 və 15/3983 nömrəli məktublarına əsasən əmlakları balansa götürməyə razılıq vermişdir və 26 may 2023-cü il tarixdə bank tərəfindən əmlaklar balansa götürülmüşdür. "xxxx" ASC-nin məktubuna əsasən, ipoteka predmeti olan, Kəngərli rayon Qarabağlar kəndində 0,2516 ha topaq sahəsində yerləşən 221,8 kv.m yaşayış, 34,8 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə və Kəngərli rayon Qarabağlar kəndində 0,2373 ha topaq sahəsində yerləşən 50,31 kv.m yaşayış, 211,61 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə dair "xxxx" ASC Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinin təklifini qəbul edir və həmin əmlakı almağa razıdır. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair 15 mart 2018-ci il tarixli, 80 nömrəli rəyə əsasən, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən əmlakın bazar dəyəri 5% likvidlik tətbiq edilməklə yuvarlaq olaraq 28000 ( iyirmi səkkiz min) manat təşkil edir. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair 15 mart 2018-ci il tarixli, 79 nömrəli rəyə əsasən, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən əmlakın bazar dəyəri 5% likvidlik tətbiq edilməklə 17000 (on yeddi min) manat təşkil edir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsinə əsasən, cavabdehlər X12, X5, X13, İddiaçı və X6 iddiaçı "xxxx" ASC-yə məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahə 256.6 kv.m olan, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, cavabdehlər X4, X1, X7, İddiaçı və X6 iddiaçı "xxxx" ASC-yə məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.6 kv.m olan, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi qət olunmuşdur. Naxçıvan MR Ali Məhkəməsinin kommersiya kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2-2(108)-23/2024 nömrəli qərardadı ilə, iddiaçı "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X9, X2, X10, İddiaçı və X11 qarşı "fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi tələbi” barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X9, X2, X10. İddiaçı və X11 qarşı "fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi tələbi" barədə iş məhkəmə adiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçının iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, hərrac qanunauyğun çərçivədə keçirilməmiş, 26 may 2023-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8 “ X18 Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən 256,6 kv.m yaşayış sahəsi və 221.8 kv.m yaşayış, 34.8 kv.m. köməkçi sahəsi ilə əlaqədar keçirdiyi hərrac “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə, Azərbaycan Respublikası KM-nin 28 .10. 2014-cü il tarixli Plenum Qərarının tələblərinə zidd olduğundan, həmin hərracın nəticələri etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir Həmin Məcəllənin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir (Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.1, 337.3- 337.5). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqd kimi hüquqi nəticələr yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Konstiusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətə aiddir. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitiam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərədə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Məhkəmə işin faktiki hallarını yuxarıda qeyd edilən maddi hüquq normaları çərçivəsində araşdırıb belə hesab edir ki, İddiaçı hərracın nəticəsinin etibarsızlığını irəli sürmək üçün mülki qanunvericilikdə nəzərdə tutulan bir il müddət keçmişdir. Müddət keçdikdən sonra iddiaçıların hazırki tələblə mürəciət etmək hüququ da mövcud deyildir. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən məlum olur ki, 22 fevral 2023-cü il tarixdə, 14 mart 2023-cü il tarixdə İddiaçı adına Auksion Mərkəzindən bildiriş göndərilmişdir. Yəni, 13 mart 2023-cü il tarixdə, 14 aprel 2023-cü il tarixdə hərracın keçirilməsindən İddiaçı məlumatlı olmuşdur. Bütün bunlar İddiaçı hərracın keçirilməsindən məlumatlı olduğunu bir daha təsdiq edir. Belə olan halda İddiaçı müvafiq tarixlərdə hərracın keçirilməsindən məlumatlı olduğu halda qanunvericilikdə müəyyən edilmiş 1 il müddət ərzində bütün bunları mübahisələndirməmiş və müxtəlif iddialarla məhkəmələrdə tələblərinə baxılmış və iş materiallarında olan məhkəmə aktlarından da aydın olur ki, bu müddət ərzində iddiaçının hazırki iddia predmeti olan daşınmaz əmlakla bağlı müxtəlif növ iddialara məhkəmələrdə baxılmışdır. Hərracın keçirilməsindən sonra keçən bir il müddət ərzində İddiaçı hərəkətsizliyi hərracın nəticəsinin etibarsızlığını tələb etmək hüququnun xitamına səbəb olmuş və müddət keçmişdir. Həmin müddət kəsici müddət olduğundan məhkəmə cavabdeh tərəfin müddətin tətbiqi ilə bağlı ərizəsinin olub-olmamasından asılı olmayaraq araşdırmalıdır. Məhkəmə yuxarıda işin şərh olunmuş hallarına hüquq qiymət verərək İddiaçı hazırki iddia ilə müraciət etmək üçün müddətin keçməsi səbəbindən və iddia əsassız olduğundan iddianın rədd edilməsi nəticəsinə gəlir. Göstərilən hallara məhkəmə ümumi qiymət verərək belə nəticəyə gəir ki, iddiaç İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya şamil edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8” X18ə qarşı hərracın nəticəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar