Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-356/2024 23.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: Ərizəçi qzı məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 miras qalmış Naxçıvan şəhəri B.Abbasov küçəsi döngə 4-də olan 11B nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir, Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Yuxarıda qeyd edilən Plenum Qərarından da aydın oluğu kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsi və ondan imtina edilməsini nəzərdə tutan 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Bu gün həmin maddələrin qanunvericilikdə olması tamamilə formal xarakter daşıyır və həmin maddələrlə bağlı qanunvericiliyə düzəliş edilməsi Plenum Qərarı ilə qanunverici orqana tövsiyə edilmişdir. Notariat orqanı verdiyi imtinasını məhz müddətə görə vermişdir. Halbuki əlavə edilən sənədlərdən də aydın olur ki, miras qoyanın beş vərəsəsi vardır. Vərəsə mirası qəbul etmək notairat ofisinə mürüaciət edərkən notariat ofisi araşdırma aparmalı və müvafiq qərarı qəbul etməlidir. Lakin hazırki işdə ərizəçi notariat ofisinə müraciət etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alıb məhkəmə belə hesab edir ki, ərizə geri qaytarılmalı və ərizəçiyə müvafiq notaiat orqanına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də Ərizəçi tərəfindən Milliön elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.6, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi müvafiq notariat ofisinə müraciət etmək hüququ izah edilsin. Ərizəçi tərəfindən Milliön elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-356/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-356/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver