Məhkəmə qərarları › İş №2(078)-363/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-363/2022

29.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-363/2022 29.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4rşı işə bərpa olunma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı cavabdeh X4rşı işə bərpa olunma tələbi ilə məhkəməyə müraciət edərək, Naxçıvan X14 direktoru tərəfindən verilmiş əmrin ləğv edilərək onun X15 Muzeyində mücavir vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, 1996-cı ildən fasiləsiz olaraq X15 Muzeyində mücavir vəzifəsində işləyir. 2*21-ci ilin dekabr ayının 3*-da işdən sonra evə getmişdir. Həmin gün axşam muzeydə təsərrüfat müdiri ona zəng edərək 2*22-ci ilin yanvar ayının 1-də işə çıxacağını bildirmişdir. Lakin səhəri gün təsərrüfat müdiri ona zəng edərək Naxçıvan X14 direktoru X13 tərəfindən onun işdən çıxarılması barədə əmr verildiyini və onun işdən azad olunduğunu ona bildirmişdir. Onun işdən azad olmağı barədə ərizə vermədiyini və onun işdən azad olunmağına heç bir səbəb olmadığını bildirsə də o, ona məhəl qoymayaraq, göstərişin direktor tərəfindən verildiyini bildirmişdir. İşlədiyi müddətdə işinin öhdəsindən gəlmiş, verilən tapşırıqları vaxtlı-vaxtmda qüsursuz yerinə yetirmişdir. Əmək müqaviləsi ləğv edilərək iddiaçının tutduğu vəzifədən azad edilməyini əmrləşdirmişlər. Əmrin surəti ona verilməmişdir. İşinə qaytarılmağı üçün Mediasiya xidmətinə müraciət edib, arayış iddia ərizəsinə əlavə olunur. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X15 Muzeyinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Naxçıvan X14 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. *1 aprel 2*22-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək X4rşı Naxçıvan Şəhər Məhkəməsində işə bərpa olunmağı tələbi ilə bağlı iddia qaldırdığını, tələbinin xahiş hissəsində Naxçıvan X14 direktoru tərəfindən verilmiş əmrin ləğv edilərək X15 Muzeyində mücavir vəzifəsinə bərpa olunmağı barədə qərar qəbul edilməsini xahiş etdiyini qeyd edərək tələbini dəqiqləşdirərək Naxçıvan X14 direktoru tərəfindən verilmiş əmrin ləğv edilərək onun X15 Muzeyində xadimə vəzifəsinə bərpa olunmağı barədə qərar qəbul edilməsini xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin *1 aprel 2*22-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə Naxçıvan X14 direktoru tərəfindən verilmiş əmrin ləğv edilərək iddiaçının X15 Muzeyində xadimə vəzifəsinə bərpa olunmağı çərçivəsində baxılması qərara alınmışdır. Cavabdeh Naxçıvan X14 direktoru tərəfindən 17 mart 2*22-ci il tarixdə məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərilərək etirazda Naxçıvan Şəhər Məhkəməsinin icraatında İddiaçı cavabdeh X1* qarşı işə qaytarılmasına dair iddia ərizəsi olduğunu, İddiaçı 22 fevral 2*22-ci il tarixdə Naxçıvan X14 direktoru X1* qarşı Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 1996-cı ildən fasiləsiz olaraq X15 Muzeyində mücavir vəzifəsində işlədiyini, 2*21-ci il dekabr ayının 3*-da işdən sonra evə getdiyini, həmin gün təsərrüfat müdiri Əliyev Bəxtiyarın ona zəng edərək 2*22-ci il yanvar ayının 1-də işə çıxacağını, lakin səhəri gün təsərrüfat müdirinin yenidən ona zəng edərək işdən çıxarılması haqqında əmrin verildiyini, ancaq İddiaçı təsərrüfat müdirinə işdən çıxarılması haqqında heç bir səbəb olmadığını, işdən çıxması haqqında ərizə təqdim etmədiyini, işlədiyi müddətdə işinin öhdəsindən gəldiyini, verilən tapşırıqları vaxtlı-vaxtında qüsursuz yerinə yetirdiyini, əmək müqaviləsinin ləğv edilərək tutduğu vəzifədən azad edildiyinin əmrləşdirildiyini, əmrin surətinin şəxsinə verilmədiyini, işinə qaytarılmağı üçün Mediasiya xidmətinə müraciət etdiyini bildirdiyini, İddiaçı Naxçıvan X14 direktoru tərəfindən verilmiş əmrin ləğv edilərək X16 Muzeyində mücavir vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddiaçının tələbinin tamamilə əsassız olduğunu, iddiaçının *1 oktyabr 1998-ci il tarixdən *5 yanvar 2*22-ci il tarixədək X15 Muzeyində xadimə vəzifəsində işlədiyini, 19 dekabr 2*21-ci tarixdə qeyri iş günündə muzeydə işlədiyi üçün 29 dekabr 2*21-ci il tarixdə ərizə yazaraq 3* dekabr 2*21-ci il tarixdə istirahət günü verilməsini direktorluqdan xahiş etdiyini, onun müvafiq ərizəsinin təsdiqləndiyini, iddiaçının ərizəsində bildirdiyi kimi, İddiaçı 3* dekabr 2*21-ci il tarixdə işdən çıxıb evə getmədiyini, onun elə evində və yaxud başqa bir yerdə olduğunu, 3* dekabr 2*21-ci il tarixdə direktor tərəfindən iclas çağırıldığını, xadimələrin işindəki nöqsanlarla bağlı direktora şifahi xəbərdarlıq edildiyinin direktorun özü tərəfindən kollektivin diqqətinə çatdırıldığını, İddiaçı iclas çağırılan tarixdə işdə olmadığı üçün və artıq sabahdan bayram tətilinə çıxmaqları ilə əlaqədar olaraq *5 yanvar 2*22ci il tarixdə xadimələrin işdən çıxarılması haqqında əmrin veriləcəyi barədə məlumat verildiyini, təsərrüfat müdiri X9 Gülmira ilə əlaqə saxlanılmasının, bayram günlərində növbəyə çıxmayacağı və *5 yanvar 2*22-ci il tarixdə işdən çıxarılmasının rəsmiləşdiriləcəyi haqqında məlumat verilməsinin tapşırıldığını, təsərrüfat müdiri Əliyev Bəxtiyarın verilmiş tapşırığa əsasən İddiaçı ilə əlaqə saxladığını, bayram günlərində növbəyə çıxmayacağını və işində yaranmış ciddi nöqsanlarla əlaqədar *5 yanvar 2*22-ci il tarixdə işdən çıxarılmasının rəsmiləşdiriləcəyi haqqında məlumat verdiyini, İddiaçı cavabında heç kimin onu işdən azad edə bilməyəcəyini bildirdiyini, *5 yanvar 2*22-ci il tarixdə İddiaçı işə gec saatlarda çıxdığını, işçilərin gözünün önündə direktoru hədələdiyini, həmçinin işdən çıxarılmaması üçün rüşvət təklif etdiyini, 3 gün ardıcıl olaraq müəsissəyə gələrək direktoru narahat etdiyini, sonuncu dəfə muzeyin təsərrüfat müdirinin və polis mühafizəsinin iştirakı ilə direktorun otağından çıxması və bir daha direktoru qeyri etik danışıq və rəftarları ilə narahat etməməsinin diqqətinə çatdırıldığını, mediasiya prosesindən sonra İddiaçı anası İmmi xanımın direktorun qəbulunda olduğunu, qızının işində nöqsanlı olmasının sübuta yetirilməsi üçün Quran kitabına əl basılmasını tələb etdiyini, direktoru hədələyərək əgər İddiaçı işinə qaytarılmasa şəhərin mərkəzində, hər kəsin gözü önündə neft töküb özünü yandıracağını bildirdiyini, muzeydə işçilərin işdən azad olunmasının, intizam tənbeh tədbirlərinin yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən həyata keçirildiyinin İmmi xanımın diqqətinə çatdırıldığını, işdən çıxarılma haqqında əmrin surəti və əmək kitabçasının götürülməsi İddiaçı təklif olunsa da müvafiq sənədləri götürməkdən imtina etdiyini, sənədlərin muzeydə qalacağını dediyini, lakin Naxçıvan Şəhər Məhkəməsinə təqdim etmək üçün fevral ayının sonunda muzeyə gəldiyini və ərizəsinin surətini istədiyini, ərizənin surəti və əmək kitabçası İddiaçı təqdim olunsa da əmək kitabçasını götürməkdən yenə də imtina etdiyini, ona yalnız ərizənin surətinin lazım olduğunu bildirdiyini, X7 21 yanvar 2*21-ci il tarixdən Naxçıvan X14 direktoru vəzifəsində işlədiyini, 2*21ci il ərzində xadimə İddiaçıın əmək icrası və intizamında ciddi nöqsanlara yol verdiyini, İddiaçı əmək icrası və intizamı zamanı yol verdiyi nöqsanların təkcə muzey direktorunun, təsərrüfat müdirinin deyil, muzey əməkdaşlarının da narahatçılığına səbəb olduğunu, İddiaçı muzey ekspozisiyasının 1-ci zalında və xüsusilə sanuzerdə təmizlik qaydalarına riayət etmədiyini, sanuzerin təmizliyini həyata keçirən zaman təsərrüfat müdiri tərəfindən məlumatlandırılmasına və bir neçə dəfə muzeyin direktoru tərəfindən şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Domestos və Kirəc Təmizləyici kimi yüksək kimyəvi tərkibli dərmanları bir-birinə qatıb həm öz sağlamlığını, həm də muzey əməkdaşlarının sağlamlığını təhlükə altına qoyduğunu, kimyəvi dərmanların qarışığından yaranmış zəhərli havanın xadimə X2 2 (iki) dəfə zəhərlədiyini, İddiaçı muzey ekspozisiyanın 1-ci zalında vitrinlərin, tumbaların, şkafların təmizliyinin həyata keçirilməsi ilə əlaqədar tapşırıq verildiyini, lakin onun X1 psixoloji təsiri ilə tapşırığı icra etmədiyini, Məmmədova Güləbətinin bu işin xadimələrin vəzifəsi olmadığını və uzun illərdir həmin təmizlik işinin zal nəzarətçiləri tərəfindən icra olunduğunu bildirdiyini, direktorun xəbərdarlığından sonra Hüsynova Gülmiranın ekspozisiyanın 1-ci zalındakı vitrinləri, tumbaları təmizləsə də təmizliyin qənaətbəxş olmadığını, xadimə Məmmədova Güləbətinin psixoloji təsirindən çıxmağa özündə cəsarət tapa bilmədiyini, direktor tərəfindən Məmmədova Güləbətinə listurun silinməsi tapşırığının verildiyini, lakin İddiaçı ona edilən şifahi xəbərdarlığa məhəl qoymayıb Güləbətin Məmmədovanın nəzarəti altında listurun təmizliyini həyata keçirdiyini, direktor İddiaçı niyə bu işi icra etdiyini soruşanda ona Güləbətin Məmmədovanın bu işi tapşırdığını bildirdiyini, 28 dekabr 2*22-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yoxlama komissiyası tərəfindən X15 Muzeyində yoxlama həyata keçirildiyini, yoxlama zamanı İddiaçı təmizlik apardığı sahədə şkafın yuxarı hissəsində tozlanma aşkar edildiyini, bu nöqsana görə mədəniyyət nazirliyi tərəfindən muzeyin direktoruna şifahi xəbərdarlıq edildiyini, *5 yanvar 2*22-ci il tarixdə işə gec saatlarda çıxan İddiaçı işdən çıxarılması ilə bağlı qərar qəbul edildiyi barədə şəxsinə bildiriləndə onun “Mənə nə var direktora xəbərdarlıq edilib, mən işdən çıxmıram...” cavabını verməsinin işçinin təkcə öz işinə qarşı deyil, muzeyin ümumi işinə qarşı nə qədər məsuliyyətsiz olduğunu nümayiş etdirdiyini, 17 fevral 2*22-ci il tarixdə İddiaçı işə qayıtma iddiası ilə bağlı keçirilmiş ilkin mediasiya sessiyasında mediator tərəfindən ona ünvanlanmış “Niyə şkafın yuxarı hissəsini silməmişdiniz? Niyə vitrin şüşələrini yaxşı silməmişdiniz?” suallarına cavab olaraq “Mən vitrinlərin şüşələrini silməkdən qorxuram, şkafların üst hissəsini silməyə boyum çatmır” bildirdiyini, İddiaçı muzeyə qonaq gələn zaman ekspozisiya zalında əlləri cibində, saqqız çeynəyərək qonaqlara tamaşa etməsinin, o cümlədən iclas keçirilən zaman yenə də saqqız çeynəməsinin, direktorla danışarkən rəsmi müraciət qaydalarına əməl etmədiyi halların təkrar-təkrar müşahidə olunduğunu, dəfələrlə bu cür etik çərçivəyə sığmayan davranışın ilk növbədə bir iş xanımına yaraşmadığı və əmək intizamı qaydalarına riayət edilmədiyi haqqında İddiaçı bildirilsə də nəticəsiz qaldığını, İddiaçı dəfələrlə deyilməyinə baxmayaraq yenə də direktora sən deyə müraciət etməyə davam etdiyini, 19 mart 2*21-ci il tarixdə İddiaçı zalda və sanuzerdə işi bitdikdən sonra təsərrüfat işçiləri üçün ayrılmış otağa qayıtmasının tapşırıldığını, lakin işçinin iş vaxtı pilləkənin altında, qaranlıq yerdə, binanın interyerində tikinti zamanı buraxılmış beton çıxıntıda saatlarla oturduğunu və ağladığını, işçinin bu hərəkətinin muzey kollektivinin narahatçılığına səbəb olduğunu, İddiaçı direktorluğa çağırılmasına məhəl qoymayıb onun bu muzeydə uzun illərdir işlədiyini, həmişə zal nəzarətçilərinin otağında əyləşdiyini, onun yerinin ora olduğunu bildirdiyini, son zamanlara kimi zal nəzarətçilərinin otağında əyləşdiyini, sonuncu ciddi xəbərdarlıqdan sonra təsərrüfat işçiləri üçün ayrılmış otaqda oturmağa başlasa da fürsət düşən kimi zal nəzarətçilərinin otağında oturduğunu, çay içdiyini, zal nəzarətçiləri üçün ayrılmış otaqda oturub çay içməsinin səbəbi soruşulanda yalnız çay saatlarında həmin otağa gəldiyini dediyini, lakin ona çay saatlarında təsərrüfat işçiləri üçün ayrılmış otaqda olmalı olduğunun bildirildiyini, İddiaçı dəfələrlə işində yol verdiyi nöqsanları aradan qaldırması üçün vaxt verildiyini, söhbət aparıldığını, şifahi xəbərdarlıq edildiyini, şiddətli töhmət verildiyini, lakin İddiaçı ilə bağlı görülmüş intizam tənbeh tədbirlərinin nəticə vermədiyi üçün işçinin Naxçıvan Muxtar Respublikasının ən böyük, muxtar respublika statuslu muzeyi olan X15 Muzeyində əmək fəaliyyətinə davam etməsinin işində yol verdiyi ciddi nöqsanlar səbəbindən qeyri mümkün olduğunu qeyd edərək yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı tərəfindən “X15 Muzeyində xadimə vəzifəsinə qaytarılması” tələbi ilə bağlı iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında 1996-cı ildən fasiləsiz olaraq X15 Muzeyində xadimə vəzifəsində işlədiyini, 2*21-ci ilin dekabr ayının 3*-da axşam muzeyin təsərrüfat müdirinin ona zəng edərək 2*22-ci ilin yanvar ayının 1-də işə çıxacağını bildirdiyini, lakin səhəri gün təsərrüfat müdirinin ona zəng edərək Naxçıvan X14 direktoru tərəfindən onun işdən çıxarılması barədə əmr verildiyini və onun işdən azad olunduğunu ona bildirdiyini, həmin vaxt təsərrüfat müdirinə özünün işdən azad olunması barədə ərizə vermədiyini, həmçinin işdən azad olunmağına heç bir səbəb olmadığını bildirdiyini, lakin təsərrüfat müdirinin göstərişin direktor tərəfindən verildiyini bildirdiyini, işlədiyi müddətdə işinin öhdəsindən gəldiyini, verilən tapşırıqları vaxtlı-vaxtında qüsursuz yerinə yetirdiyini, işində heç bir nöqsana yol vermədiyini, bu işə ehtiyacı olduğunu, işdə çıxarılmasının qanunsuz olduğunu, həmkarlar ittifaqı təşkilatının üzvü olduğunu, onunla olan əmək müqaviləsi ləğv edilərkən idarənin həmkarlar ittifaqı təşkilatının iclasının keçirilmədiyini, özünün bununla bağlı heç bir iclasa dəvət edilmədiyini, ondan işdən çıxarılması ilə bağlı məsələyə baxılarkən izahat alınmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan X14 direktorunun *5 yanvar 2*22-ci il tarixli, *1 nömrəli əmrində muzeyin xadiməsi vəzifəsində işləyən İddiaçı əmək fəaliyyətində nöqsanlar aşkar olunduğu üçün şifahi xəbərdarlıqlar edildiyi, 24 noyabr 2*21-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinin b bəndinə əsasən şiddətli töhmət verildiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndini rəhbər tutaraq muzeyin xadiməsi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinə əsasən xitam verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1*-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Naxçıvan X14 direktorunun *5 yanvar 2*22-ci il tarixli, *1 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8*.1-ci maddəsinə əsasən, bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8*.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin əmək müqaviləsi onun üzv olduğu həmkarlar ittifaqı təşkilatının razılığı alınmadan ləğv edilə bilməz, cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin cavabdeh Naxçıvan X14 direktoru tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən qeyd olunan tələblərə əməl edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh təşkilata yuxarıda qeyd olunan sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, bununla əlaqədar olaraq məhkəmə iclası iki dəfə təxirə salınmış, lakin cavabdeh təşkilat tərəfindən qeyd olunan hallara əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə göndərilməmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı həmin tarixdə işdə olmasına baxmayaraq onun işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, həmkarlar ittifaqının iclası keçirilməmiş, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı dinlənilmədən, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir, cavabdeh təşkilata həmkarlar ittifaqına müraciət edilməsini, həmkarlar ittifaqının iclasının keçirilməsini, iddiaçının həmin iclasa dəvət edilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi təklif olunsa da cavabdeh təşkilat qeyd olunan halları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək də intizam tənbehi sırasında göstərilməsinə, intizam tənbehi verilməmişdən əvvəl işçidən izahat verilməsinin tələb edilməli olmasına baxmayaraq iddiaçıdan izahat alınmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh təşkilat tərəfindən nəinki əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş hətta qeyd olunan idarənin X6 sədrinin və digər işçilərin iştirakı ilə 28 dekabr 2*21-ci il tarixdə akt tərtib olunaraq həmin aktda 28 dekabr 2*21-ci il tarixdə, saat 14:3*-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yoxlama komissiyası tərəfindən muzeydə yoxlama aparılarkən muzeyin ekspozisiya zalının 1-ci mərtəbəsində xadimə İddiaçı təmizlik apardığı sahədə vitrinin yuxarı hissəsində tozlanma aşkar edildiyinin şahidi olduqlarını, xadimə İddiaçı əmək icrası intizamının qaydasında olmadığı nəzərə alınaraq əvvəllər işçi haqqında intizam tənbeh tədbirləri tətbiq olunduğunu, xadimə İddiaçı bundan nəticə çıxarmadığına, əmək funksiyasını tam yerinə yetirmədiyinə görə daha ciddi tədbir görülməli olması qeyd edilmişdir. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. Qanunvericiliyin sadalanan normalarının da tələbindən göründüyü kimi Həmkarlar İttifaqı işçilərin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yaradılan bir təşkilatdır, Həmkarlar İttifaqları işçi barəsində daha ciddi tədbir görülməsi və ya intizam məsuliyyətinə cəlb edilməsi üçün idarə rəhbərinə müraciət ünvanlamaq məqsədilə yaradılmır. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh təşkilat tərəfindən məhkəməyə göndərilmiş *6 yanvar 2*22-ci il tarixli aktdan görünür ki, *6 yanvar 2*22-ci il tarixdə yəni iddiaçı ilə cavabdeh təşkilat arasında olan əmək müqaviləsinə xitam verildikdən bir gün sonra muzeyin direktoru və işçiləri tərəfindən akt tərtib olunmuş, həmin aktda həqiqətən 2*21ci il ərzində muzeyin xadimələri İddiaçı və X1 əmək fəaliyyətində aşkar olunmuş əmək icrası intizamı pozuntuları ilə əlaqədar olaraq muzeyin daxili iclaslarında işçilərin işlərinə məsuliyyətlə yanaşmaları tələb olunduğu, şifahi xəbərdarlıqlar edildiyi, muzeyin hər iki xadiməsi şifahi xəbərdarlıqlara məhəl qoymadığından onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi, muzeyin xadiməsi vəzifəsində işləyən İddiaçı muzeyin ekspozisiya hissəsinə açılan sanuzerin təmizliyini həyata keçirən zaman təsərrüfat müdiri tərəfindən məlumatlandırılmasına və bir neçə dəfə muzeyin direktoru tərəfindən şifahi xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif kimyəvi tərkibli dərmanları bir-birinə qatıb həm öz sağlamlığını, həm də muzey əməkdaşlarının sağlamlığını təhlükə altında qoyduğunu, kimyəvi dərmanların qarışığından yaranmış zəhərli havanın xadimə X2 2 (iki) dəfə zəhərlədiyini, xadimə İddiaçı ekspozisiyanın 1 -ci zalında vitrinlərin, tumbaların təmizliyinin həyata keçirilməsi tapşırıldığını, lakin onun xadimə X1 psixoloji təsiri ilə tapşırığı icra etmədiyi, xadimə Məmmədova Güləbətinin bu işin xadimələrin vəzifəsi olmadığı və uzun illərdir bu cür işlərin zat nəzarətçiləri tərəfindən icra olunduğunu bildirdiyi, direktorun xəbərdarlığından sonra xadimə İddiaçı ekspozisiyanın 1-ci zalındakı vitrinləri, tumbaları təmizləsə də təmizliyin qənaətbəxş olmadığını, işçi İddiaçı ümumi təmizlik işinin qənaətbəxş olmadığı ilə bağlı xəbərdarlıq edildiyini, 19 mart 2*21 -ci il tarixdə xadimə İddiaçı zalda və sanuzerdə işi bitdikdən sonra təsərrüfat işçiləri üçün ayrılmış otağa qayıtmasının tapşırılıdığı, lakin işçinin iş vaxtı pilləkənin altında, qaranlıq yerdə, binanın interyerində tikinti zamanı buraxılmış beton çıxıntıda saatlarla oturduğu, ağladığı, işçinin bu hərəkətinin muzey kollektivinin narahatçılığına səbəb olduğu, İddiaçı direktorluğa çağırılmasına məhəl qoymayıb onun bu muzeydə uzun illərdir işlədiyini, həmişə zal nəzarətçilərinin otağında əyləşdiyini, onun yerinin ora olduğunu bildirdiyi, son zamanlara kimi zal nəzarətçilərinin, otağında əyləşdiyi, sonuncu ciddi xəbərdarlıqdan sonra təsərrüfat işçiləri üçün ayrılmış otaqda oturmağa başlasa da fürsət düşən kimi zal nəzarətçilərinin otağında oturduğu, çay içdiyi, zal nəzarətçiləri üçün ayrılmış otaqda oturub çay içməsinin səbəbi soruşulanda yalnız çay saatlarında həmin otağa gəldiyini dediyi, xadimə İddiaçı muzeyə qonaq gələn zaman əlləri cibində qonaqlara tamaşa etməyə gəlməsi hallarının müşahidə olunduğu, direktor dedikdən sonra ekspozisiya zalını tərk etdiyi, xadimə İddiaçı direktora müraciətində rəsmi müraciət qaydalarına riayət etmədiyi, dəfələrlə deyilməyinə baxmayaraq yenə də sən deyə müraciət etməyə davam etdiyi qeyd edilmiş və həmin akt muzeyin işçiləri və direktoru tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, akt müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən həmin fakt və ya hadisənin baş verdiyi vaxt tərtib edilir. Cavabdeh tərəfindən qeyd olunan aktın hansı səbəbdən aktda qeyd olunduğu kimi məhz işçi tərəfindən nöqsanlara yol verildiyi vaxtda deyil işçi ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra tərtib olunması zərurəti ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, həmçinin aktda qeyd olunmuş halları təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddiaya etiraz ərizəsində 28 dekabr 2*22-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yoxlama komissiyası tərəfindən X15 Muzeyində yoxlama həyata keçirildiyi, yoxlama zamanı İddiaçı təmizlik apardığı sahədə şkafın yuxarı hissəsində tozlanma aşkar edildiyi qeyd olunmuşdur. Məhkəmə bu halla əlaqədar olaraq qeyd edir ki, cavabdeh tərəfindən muzeydə yoxlama aparılmasını, iddiaçının təmizlik apardığı sahədə şkafın yuxarı hissəsində tozlanma aşkarlanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu hallar mülki işin araşdırılması zamanı cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir. Belə ki, cavabdehin etiraz ərizəsində iddiaçının işində nöqsan aşkarlandığı, onun təmizlik etdiyi sahədə şkafın yuxarısında tozlanma aşkarlandığı qeyd olunsa da iddiaçı həmin gün 28 dekabr 2*21-ci il tarixdə işdə olduğu halda onun işində aşkarlandığı iddia edilən bu halla bağlı izahatının alınması ilə əlaqədar hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2*19-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunan əmrdə muzeyin xadiməsi vəzifəsində işləyən İddiaçı əmək fəaliyyətində nöqsanlar aşkar olunduğu üçün şifahi xəbərdarlıqlar edildiyi, 24 noyabr 2*21-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinin b bəndinə əsasən şiddətli töhmət verildiyi qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, iddiaçının əmək fəaliyyətində olan nöqsanların nədən ibarət olması, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 7*ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh X15 Muzeyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, X15 Muzeyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Naxçıvan X14 direktorunun *5 yanvar 2*22-ci il tarixli, *1 nömrəli əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -Naxçıvan X14 direktorunun *5 yanvar 2*22-ci il tarixli, *1 nömrəli əmri ləğv edilməli; - İddiaçı Naxçıvan X14 xadimə vəzifəsinə bərpa olunmalı; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 1*-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-22*, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Naxçıvan X14 direktorunun *5 yanvar 2*22-ci il tarixli, *1 nömrəli əmri ləğv edilsin. İddiaçı Naxçıvan X14 xadimə vəzifəsinə bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar