Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-375/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh nəzdində X7rşı əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh nəzdində X7rşı işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, işə bərpa olunmağı və buraxılmış əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, 1993-cü ildən X8 konsertmeyster olaraq fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə 173 nömrəli əmrlə Əmək Məcəlləsinin 75-ci maddəsinin "2ç” bəndinə əsasən işdən azad edilmişdir. Əmək kitabçasında elə qeyd edilmişdir. Dərs yükünün azalması ilə əlaqədar olaraq onun dərsi digər qeyri-profil müəllimlərə verilib. Ondan sonra müddətli müqavilə ilə işləyən müəllimlərə dərs saatı verilib, lakin o dərs saatı ilə təmin olunmamışdır. Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin ç bəndində işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi əks olunmuşdur. Bir müəllim işdən çıxıb onun saatını ona verə bilərdi. Mediasiyada direktor Məhəbbət Babayeva ona demişdir ki, “Elbrus müəllim mənə göstəriş versin, mən sizi dərs saatı ilə təmin edim”. Məhəbbət xanım qanunsuz şəkildə qeyri-profil müəllimlərə, universitetdə işləyən müəllimlərə dərs saatı verib. Direktor onun orta ixtisas olmağını əsas gətirir. Əgər ona orta ixtisas deyirsə, 10-12 müəllim orda çalışır ki, onlar konsertmeysterdən əlavə ixtisas dərsləri də tədris edirlər. Özünün də, gəlininin də dərs saatları əllərindən alınmışdır. Bir ailədən 2 nəfərin dərslərinin əlindən alınması nə dərəcə düzgündür? Kollecdə dərslərin düzgün bölgüsü aparılmayıb. Bəzi müəllimlərə 750 saat dərs verilir, düzgün bölgü aparılaraq hamıya 500 saat dərs verilə bilər. Hətta bəzi müəllimlər iki yerdə işləyir. Onların da saatlarına dəymir, amma onun dərs saatlarını əlindən alır. Bu məsələ ilə bağlı o, müvafiq orqanlara müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə də müraciət etmişdir. İşə bərpa olunmağı tələbi ilə bağlı X3 müraciət olunaraq müvafiq arayış alınmışdır. İddiaçı 11 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı işə bərpa tələbi ilə bağlı iddia tələbini dəqiqləşdirərək tələbə X9 01 oktyabr 2024-cü il tarixli barəsində qəbul etdiyi 173 nömrəli əmrin ləğvi, işə bərpa olunmağı və məcburi işdə olmadığı müddətlər üçün əmək haqqının hesablanıb verilməsi kimi baxılıb nəticə verilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(078)-375/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə İddiaçı barəsində qəbul olunmuş X9 01 oktyabr 2024-cü il tarixli, 173 nömrəli əmrin ləğv olunması, işə bərpa olunmağı və məcburi işdə olmadığı müddətlər üçün əmək haqqının hesablanıb verilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində də ətraflı şəkildə qeyd edildiyini, 33-34 il həmin müəssisədə konsertmeyster olaraq çalışdığını, orta-ixtisas təhsilli olmağı səbəbi ilə işdən azad edildiyini, dərs yükünün azalması ilə əlaqədar azad edildiyini, ancaq tək özünün bu səbəbə görə işdən azad edildiyini, 01 oktyabr 2024-cü il tarixli əmrlə işdən azad edildiyini, 250 dərs saatı təklif olunmadığını, akt imzaladığını, müəllimin işdən azad edildiyini, şöbə müdiri olduğunu, onun dərs saatının özünə də verilə biləcəyini, konsertmeyster olaraq 3 müəllimin 1000 saatı olduğunu, 3000 dərs saatı olduğunu, düzgün şəkildə bölünmə olmadığını, bu sahədən heç kimin tam anlayışı olmadığı üçün cavabdehin nümayəndəsinin nə bilirsə etdiyini, işdən azad edilməsi ilə bağlı əmrdən 01 oktyabr 2024-cü il tarixdən məlumatlı olduğunu, əmək kitabçasını götürməyə onu çağırdıqlarını, hətta evə məktub da göndərdiklərini, 01 oktyabr 2024-cü il tarixdə əmr barədə məlumat verərkən də əmək kitabçasını götürməsinin deyildiyini, özünün qəsdən əmək kitabçasını götürməyi gecikdirdiyini, gec götürdüyünü, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin onu gecikdirdiyini, əmr verilən kimi 02 oktyabr 2024-cü il tarixdə Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyini, xidmət tərəfindən cavabın gec verildiyini, hətta məktubun poçtda itdiyini, gəlib çatmadığını, özünün gedib maraqlandığını, bu səbəbdən gec olduğunu, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işə qaytarılmalı olduğunu, çünki kollecdə müəllimin birinin şöbə müdiri təyin edildiyini, onun dərslərini İlkin müəllimə verdiyini, İlkin müəllimin də dərslərini ona verilməli olduğunu, dərs saatı olmadığını bilsə məhkəməyə müraciət etməyəcəyini, ancaq olduğunu bildiyini, qeyd etdiyi kimi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin cavabının gec verilməsinə görə müddətin keçdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əməl edilmədiyini, bunun Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin məktubunda da öz əksini tapdığını, bu səbəbdən əmri əsassız hesab etdiklərini, Əmək Müfəttişliyi Xidmətinin cavabının gec verilməsinə görə müddətin keçdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nəzdində X9 nümayəndəsi X5 izahatında Cavabdeh nəzdində X9 4 illik təhsil ilindən 3 illiyə keçdiyini, bu səbəbdən də dərs saatlarında azalma olduğunu, bu dəyişikliyə qədər hər müəllimin 1000 saat dərslə təmin olunduğunu, bu il həmin 4-cü kurslar, həm də 3-cü kurslar məzun olduğu üçün dərs saatlarının çox azaldığını, 3 illik tədris planına keçid edildiyini, orta-ixtisaslı kadrların işlədiyini, 2021-ci il tarixli nizamnaməyə əsasən kollecdə çalışan bütün müəllimlərin ali təhsilli olmalı olduğunu, lakin əvvəl bu qaydanın olmadığını, eyni zamanda bu qaydanın 2021-ci ildən əvvəlki işçilərə şamil edilmədiyini, ancaq ali təhsilli kadrların işlə təmin olunmasına üstünlük verildiyini, iddiaçının ştatı üzrə iddiaçı orta-ixtisas təhsilli olduğu üçün vakansiya çıxarılma tələb edildiyini, dövlət qulluğu imtahanı olduğunu və Türkanə Rzayevanın iddiaçının vəzifəsi üzrə işə götürüldüyünü, 2-si ali təhsilli, biri isə orta-ixtisas təhsilli olmaqla 3 konsertmeyster olduğunu, bir il ərzində iddiaçının ötüşdürüldüyünü və kollecdə saxlanıldığını, vakansiya çıxarıldığından da iddiaçının məlumatı olduğunu, iddiaçının ixtisasının fleyta olduğunu, bu il və keçən il fleyta ixtisasına 1 nəfər tələbənin qəbul olunduğunu, iddiaçıya 240 saat dərs təklif edildiyini, lakin iddiaçının müddətli olduğu üçün əmək müqaviləsini bağlamaqdan imtina etdiyini, bununla bağlı aktın da məhkəməyə təqdim edildiyini, keçmək istəmədiyini, iddiaçının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi üçün üzərlərinə öhdəlik götürdüklərini, əgər vakansiya olarsa iddiaçı ilə müqavilə bağlanılaraq işlə təmin olunacağını, iddiaçının qeyd etdiyinə görə bir sıra müəllimlərə 500, 700 və 1000 saat dərslər verildiyini, bunun doğru olduğunu, çünki dərs saatlarının tələbələrin sayından asılı olduğunu, hətta hal-hazırda dərs saatı olan, lakin həmin ixtisas üzrə müəllim olmayan şöbələr də olduğunu, iddiaçının ixtisası üzrə tələbə sayının sadəcə 1 nəfər olduğunu, tələbə sayına uyğun olaraq dərs saatlarının müəyyənləşdirildiyini, iddiaçıya da ona uyğun olaraq 240 saat dərs təklif olunduğunu, lakin təklifi rədd etdiyini, eyni şəkildə gəlininin də ona səsli mesaj göndərərək müddətli əmək müqaviləsi bağlamaq istəmədiklərini dediyini, iclas keçirilib dəvət olunmadığını, bu səbəbdən də cərimə olunduğunu, 500 saat dərs saatı verdiyi müəllimlər olduğunu, peşəkarlıq təcrübəsinin nəzərə alındığını, iş stajının nəzərə almadığını, fleyta ixtisası üzrə 2 müəllim olduğunu, dəyişikliyə əsasən müqavilələrin ancaq müddətli bağlanıldığını, Zeynəb xanımın onlara yarım aklatlarının 1 aklat olacağını, bunun nazirlik tərəfindən edildiyini dediyini, iddiaçının işdən çıxarılması ilə bağlı əmrin oktyabr ayının 1-i verildiyini, həmin gün bu barədə iddiaçıya məlumat verildiyini, həmçinin əmək kitabçasını da götürməsinin ona bildirildiyini, iddiaçının qəsdən götürmədiyini, gecikdirdiyini, sentyabr ayının 11-i işə qayıtdıqlarını, sentyabr ayının 13-ü iddiaçıya 240 saat dərs saatı təklif etdiyini, dərs saatı 1000 saatdan az olduğu üçün iddiaçının qəbul etmədiyini, 6-7 dəfə ona məktub göndərdiklərini, ancaq qəbul etmədiyini, mediasiya sessiyasında da bunu bildirdiyini, iddiaçının vəziyyəti dediyi kimi pis olsa təklifi qəbul edəcəyini, iddiaçının əmr verildiyi gündən məlumatlı olduğunu, hətta Əmək Müfəttişliyi Xidmətinə də müraciət etdiyini, məhkəməyə müraciət etmək fikri olduğunu dediyini, iddiaçı müddətli əmək müqaviləsi bağlamaq istəmədiyi üçün müqavilə bağlamadıqlarını, son illər ərzində işə götürülən şəxslərin müddətli əmək müqaviləsi ilə işə qəbul edildiklərini, əvvəl işləyənlərin isə müddətsiz əmək müqaviləsi əsasında işlədiklərini, konsertmeyster ixtisası üzrə 3 müəllim olduğunu, onlardan ikisinin ali təhsilli olduğunu, Şəhla müəllimənin isə orta ixtisas təhsilli olduğunu, özünün məcbur olaraq həmin ali magistr təhsilli müəllimləri dərs saatları ilə təmin etməli olduğunu, ondan sonra orta ixtisas təhsilli müəllimləri dərs saatları ilə təmin etməli olduğunu, hətta həmin 2 ali təhsilli müəllimdən birini dərs saatları ilə təmin etdiyini, digərini edə bilmədiyini, digər müəllimin universitetdə işə düzəldiyini, dərs saatlarının azalmasının özünün problemi olmadığını, bəzən qəbul olan tələbələrin sayının az olduğunu, bu səbəbdən azaldığını, müəlliməni özünün Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işdən azad etdiyini, çünki dərs saatı olan kimi onu işə dəvət edəcəyini, bunun qanunun birbaşa tələbi olduğunu, özünün heç kimlə şəxsi qərəzi olmadığını, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətində gecikmə olmadığını, hətta müddət itməsin deyə onların da bütün sənədləri yekunlaşdırıb nəticəyə gəldiklərini, özünün cərimələndiyini, iddiaçının iddia müddətini buraxdığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasından İddiaçı: -12 sentyabr 2018-ci il tarixli, 5 nömrəli əmrlə həmin tarixdən X12 konsertmeyster təyin edilməsi; -01 oktyabr 2024-cü il tarixli, 173 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2ç bəndinə əsasən müddətsiz əmək müqaviləsinə xitam verilməsi aydın olur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X8 əmək müqaviləsinə 1 oktyabr 2024-cü il tarixdə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə dair kollektiv müraciətinə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətində baxılmışdır. Müraciətdə qaldırılan məsələyə münasibət bildirilməsi və ona aid sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən təqdim edilməsi məqsədilə X12 göndərilmiş sorğuya cavab olaraq təqdim olunan məlumat və sənədlərdən, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış zamanı onunla bağlanmış 12 sentyabr 2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 75-ci maddəsinin 2-ci hissəsinin "ç” bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə) əsasən 1 oktyabr 2024-cü il tarixdə xitam verildiyi məlum olmuşdur. Lakin araşdırmaya dair təqdim olunan sənədlərə baxılarkən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə (Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər) əməl edilməyərək tərəflərin qarışılıqlı razılığının alınmadığı müəyyənləşdirilmişdir. Aşkar olunan pozuntu ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" Qərar qəbul edilərək işəgötürənə inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "a" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aiddir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyəta keçirilməsinə, bu məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yol verilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Müraciətdə qeyd etdiyi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş işəgötürən X9 direktoru X5 ilə işçi İddiaçı arasında bağlanmış 11 noyabr 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Əmiyeva X11 Musiqi Kollecinə müəllim olaraq işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmış, işçi xx.xx.2018-ci il tarixindən işə başlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh nəzdində X9 direktorunun 04 iyul 2024-cü il tarixli, 98 nömrəli dərs bölgüsü haqqında əmrdən görünür ki, 2024-2025-ci il tədris ili üçün nəzərdə tutulmuş qəbul planına əsasən 124 nəfər tələbə qəbulu təsdiq olunmuş, buna əsasən 145 nəfər müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin dərs saatlarında kəskin dərəcədə azalma müşahidə olunmuş, eyni zamanda Kollec 4 illik tədrisdən 3 illik tədrisə keçmiş, "Xor dirijorluğu" və "Musiqi nəzəriyyəsi" ixtisaslarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il 140 nömrəli Qərarına əsasən təsnifatdan çıxarılmasına və son tələbələrin 2024-cü ildə məzun olmasına əsasən dərs bölgüsü zamanı "Xor dirijorluğu" ixtisasında -4 müəllimin, "Musiqi nəzəriyyəsi" ixtisasında-5 müəllimin və "Orkestr alətləri " şöbəsindən isə 3 müəllimin ixtisarının nəzərə alınması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh nəzdində X9 direktorunun 01 oktyabr 2024-cü il tarixli, 173 nömrəli işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışdan görünür ki, X9 Orkestr Alətləri ixtisası üzrə ştat müəllimi, İddiaçı dərs saatı ilə təmin edilə bilmədiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin "2ç" bəndinə əsasən müddətsiz əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əsasın isə İddiaçı orta ixtisas təhsilli, dərs saatı ilə təmin olunan müəllim X17 isə bakalavr və magistr təhsilli olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh nəzdində X9 direktorunun 01 oktyabr 2024cü il tarixli, 173 nömrəli əmrindən görünür ki, "X16" bölməsində "Müəllim" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 75. "2ç" - işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2018 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, X8 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar, dərs bölgüsü zamanı bəzi ixtisasların ləğvi ilə bağlı ümumi dərs saatlarında kəskin azalma olmuş, bu səbəbdən kollecin müəllimi İddiaçı Yusif qızına 13 sentyabr 2024-cü il tarixdə saathesabı olmaqla 240 saat dərs təklif olunmuş, lakin həmin müəllim dərs saatı az olduğu üçün təklif olunan dərs saatından və tərtib olunan imtina aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh nəzdində X9 direktoru X5 tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar götürülmüş öhdəlikdən görünür ki, İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 173 nömrəli əmrdə göründüyü kimi, onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 75 “2ç” maddəsi ilə xitam verilmiş, ona təqdim olunan əmrdən də göründüyü kimi onun gələcəkdə müəssisəsində ixtisasına uyğun iş ilə təmin olunması barədə tərəflərindən öhdəlik verilməsi qanuna uyğundur. Bu öhdəliyi İddiaçı təqdim edərək bildirilmişdir ki, gələcəkdə ixtisasına uyğun vakansiya yarandığı təqdirdə müvafiq işlə təmin olunacaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Naxçıvan Şəhər Mədəniyyət İdarəsi Naxçıvan şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin direktoru tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 53 nömrəli əmrdən görünür ki, ixtisaslı kadr çatışmazlığını nəzərə alaraq İddiaçı (fleyta) və X6 (konsertmeyster) adlı müəllimlər 2024-2025-ci tədris ili bitənədək müddətli əmək müqaviləsi bağlanmaqla Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə müvəqqəti müəllim təyin edilmələri əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 05 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, vətəndaşlar N.R.Fərzəliyeva və Y.Əliyevanın və digərlərinin xx.xx.2024-cü il tarixli müraciəti DƏMX-də araşdırarkən müəssisə tərəfindən xidmətə təqdim olunan sənədlərdən onların əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi müəyyən edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən olunmuşdur. İş materiallarında olan işçilər işdən çıxan zaman əmək kitabçalarının verilməsi ilə bağlı siyahıdan görünür ki, İddiaçı əmək kitabçasını 12 dekabr 2024-cü il tarixdə almışdır. İş materiallarında olan Cavabdeh nəzdində X9 Həmkarlar Təşkilatının 04 iyul 2024-cü il tarixli, 2 nömrəli protokolundan çıxarışdan görünür ki, kollecin direktoru M.N.Babayeva qəbul planının azalması ilə bağlı çıxış edərək bildirmişdir ki, 2024-2025-ci il tədris ili üçün nəzərdə tutulmuş qəbul planında 152 nəfər tələbə qəbulu planına əsasən 124 nəfər tələbə qəbulu təsdiq olunmuşdur. Buna əsasən 145 nəfər müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin dərs saatlarında kəskin dərəcədə azalma müşahidə olunmuşdur. Eyni zamanda kollec 4 illik tədrisdən 3 illik tədrisə keçmiş, Xor dirijorluğu və Musiqi nəzəriyyəsi ixtisasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il 140 nömrəli Qərarına əsasən təsnifatdan çıxarılması və son tələbələrin 2024-cü ildə məzun olması buna əsas verir ki, dərs bölgüsü zamanı Xor dirijorluğu ixtisasında-4 müəllimin, Musiqi nəzəriyyəsi ixtisasında-5 müəllimin və "Orkestr alətləri" şöbəsindən isə 3 müəllimin ixtisarı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh nəzdində X9 direktorunun 01 oktyabr 2024-cü il tarixli, 173 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürməsi halı da nəzərdə tutula bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürməsi əmək müqaviləsinə xitam verilməsi hallarından biri kimi iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsində əmək müqaviləsinə xitam verilməsi əsaslarında qeyd edilmiş olsaydı cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə ləğv edə bilərdi. Ancaq iş materiallarında olan Cavabdeh nəzdində X16 ilə İddiaçı arasında bağlanmış 11 noyabr 2023-cü il tarixli əmək müqaviləsinə nəzər saldıqda isə həmin halın müqavilədə ayrılıqda və konkret formada qeyd edilmədiyi, sadəcə olaraq ümumi sözlərlə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə biləcəyi qeyd edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq Cavabdeh nəzdində X16 tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh nəzdində X16 ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh nəzdində X9 direktorunun 01 oktyabr 2024-cü il tarixli, 173 nömrəli əmri qanuni hesab edilə bilməz. Yuxarıda sadalananlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Ancaq Cavabdeh nəzdində X9 nümayəndəsi X5 06 mart 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı X7rşı iddia ərizəsində “işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi” tələbi məsələsinə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 296cı maddəsinə uyğun olaraq fərdi əmək mübahisəsində iddia müddətinin bitməsini nəzərə alaraq iddiaçının iddiasına etiraz edildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh nəzdində X9 direktorunun 01 oktyabr 2024cü il tarixli, 173 nömrəli əmrindən həmin gün, yəni 01 oktyabr 2024-cü il tarixdən məlumatlı olmuşdur, bu halı iddiaçının özü məhkəmə iclasında qeyd etmişdir. Həmçinin iddiaçı tərəf məhkəmə iclasında əmək kitabçasının ona gec verilməsini qeyd etsə də, elə iddiaçının özü izahatında əmək müqaviləsinə xitam verildiyi gün ona əmək kitabçasını götürməsinin deyildiyini, hətta həmin vaxtdan sonra da ona bir neçə dəfə məktub göndərildiyini, əmək kitabçasını götürməsinin bildirildiyini, özünün qəsdən götürmədiyini, gecikdirdiyini bildirmişdir. Cavabdeh nəzdində X9 nümayəndəsi X5 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmin Qərarda həmçinin qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir...” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Cavabdeh nəzdində X9 nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmədə verdiyi izahatlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə X9 01 oktyabr 2024-cü il tarixli, 173 nömrəli əmrindən həmin gün, yəni 01 oktyabr 2024-cü il tarixdə məlumatı olmuş, həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 1 aylıq iddia müddəti 02 noyabr 2024-cü il tarixində başa çatmışdır. İş üzrə iddiaçı 2024-cü ilin dekabr ayında mediasiya təşkilatına müraciət etmiş, 07 yanvar 2025-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi 22 yanvar 2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən 1 aylıq iddia müddəti keçdikdən sonra müəyyən hərəkətlər edilmiş və bununla da onun tərəfindən iddia müddəti buraxılmışdır. Yəni, iş üzrə iddiaçı iddia müddətinin başa çatmasından sonra mediasiya təşkilatına və sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh nəzdində X7rşı Cavabdeh nəzdində X9 direktorunun 01 oktyabr 2024-cü il tarixli, 173 nömrəli əmrinin ləğv olunması, işə bərpa olunması və məcburi işdə olmadığı müddətlər üçün əmək haqqının hesablanıb verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı Cavabdeh nəzdində X7rşı Cavabdeh nəzdində X9 direktorunun 01 oktyabr 2024-cü il tarixli, 173 nömrəli əmrinin ləğv olunması, işə bərpa olunması və məcburi işdə olmadığı müddətlər üçün əmək haqqının hesablanıb verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-375/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-375/2025
03.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver