Məhkəmə qərarları › İş №2(078)-376/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-376/2022

05.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-376/2022 05.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı ödənilməmiş məzuniyyət haqqının və son hesabın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ona istifadə etmədiyi mzuniyyətlər üçün, həmçinin işdən çıxarılarkən ödənilməyən sön hesabın, ümumilikdə 5000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149 və 150-ci maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Belə ki, iddiaçının tələbi qeyri-dəqiqdir, konkret deyil. Ona görə ki, iddiaçı öz iddia ərizəsində cavabdeh təşkilat olaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsini göstərmişdir. İddiaçının müvafiq mediasiya təşkilatın keçməsinə dair arayışda dövlət orqanının adı Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsi olaraq qeyd edilmişdir. İddiaçının dövlət orqanına müraciətinin cavabında qeyd edilən orqan Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi qeyd edilmişdir. İddia ərizəsində iddiaçı öz iş yerinin Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsi olduğunu, həmin idarə ləğv edildikdən sonra Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə birləşdirildiyini göstərmişdir. Lakin tələb tamamilə başqa bir orqana qarşı yönəldilmişdir. Mülki prosessual qanunvericiliyə görə iddia ərizəsininə cavab verməli olan şəxs cavabdehdir. İddiaçı cavabdehdən nəyi, hansı əsasla tələb etdiyini əsaslandırmalıdır. Hazırki tələbdə iddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən son hesabını və ödənilməmiş məzuniyyət pulunu tələb edirsə həmin orqana münasibətdə mediasiyaya müraciət etməli idi. Eyni zamanda iddiaçı əvvəlki idarəsinin ləğv edilərək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə birləşdirildiyini qeyd edirsə bu barədə sənəd təqdim etməklə tələbini yönəltdiyi şəxsi düzgün göstərməlidir. Bu cür qeyri dəqiqliklə iddia ərizəsi icraata qəbul edilə bilməz. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı ödənilməmiş məzuniyyət haqqının və son hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar