Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-377/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecində işə bərpa olunmağı ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, 1992-ci ildən Naxçıvan Musiqi Kollecində xor-dirijor müəllimi olaraq fəaliyyət göstərir. Ümumi 37 illik pedoqoji stajı var. 4 ildir ki, şöbə bağlanılıb. O, Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin 01 oktyabr 2024-cü il tarixli 171 nömrəli əmri ilə işdən azad edilmişdir. Həmin əmrdə göstərilib ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi barədə 17 aprel 2020-ci il tarixli 140 nömrəli qərarına əsasən, xor dirijorluq və musiqi nəzəriyyəsi ixtisasları təsnifatdan çıxarılmışdır. Bu ixtisaslara 4 tədris ilində tələbə qəbulu olmadığından, Naxçıvan Musiqi Kollecinin adları aşağıda göstərilən Xor dirijorluq ixtisası üzrə ştat üzrə müəllimlərinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən müddətsiz əmək müqavilələrinə xitam verilsin. 1. X12 2. X21
3. X13 4. İddiaçı” Yəni onunla bərabər 3 müəllimin də əmək fəaliyyətinə xitam verilib. Həmin şöbədə olan 3 müəllim isə əmək fəaliyyətini davam etdirir. Hansı ki, bu müəllimlərdən birini ümumiyyətlə tanımırlar, onun sadəcə adı gedir. Ona belə dərs verildiyi halda, özünün dərsləri əlindən alınmışdır. Özünün həm stajı, həm də digər göstəriciləri fəaliyyətini davam etdirən 3 müəllimdən də üstün olduğu halda o, işdən qanunsuz şəkildə çıxarılırmışdır. Simli alətlər, Nəfəsli alətlər və xalq çalğı alətləri şöbəsində xor-dirijorluq fənninə aid dərslər vardır. X19 bu dərsləri onlara vermək əvəzinə qızına, başqa müəllimlərə vermişdir. Özü kimi ixtisaslı müəllimlərə isə dərs verilmir. Kollecdə 38 nəfər orta ixtisas diplomu ilə dərs deyir. Özünün də orta ixtisas diplomu skripka üzrədir. Özünə də skripka dərsi verilə bilər. Kollecdə dərslərin düzgün bölgüsü aparılmayıb. Bəzi müəllimlərə 750 saat dərs verilir, düzgün bölgü aparılaraq hamıya 500 saat dərs verilə bilər. Hətta bəzi müəllimlər iki yerdə işləyir, Filarmoniyada da dərs deyir. Onların da saatlarına dəymir, amma özünün dərs saatlarını əlindən alır. Sumqayıt Musiqi Kolleci ilə əlaqə saxlamışdır. Orada da Asəf Zeynallı adına Musiqi Kollecində də şöbə bağlansa da, müəllimlər dərslərlə təmin olunmuşdur. Direktorun iki qızı da qeyri-ixtisas Kollecdə dərs deyir. Onlara dərs ayrıla bilir, amma ona dərs saatı verilə bilmir. Naxçıvan Musiqi Kollecinin üst orqanı Cavabdehdir. Cavabdeh hansısa ştatın ləğvi ilə bağlı göstərişi yoxdur. Direktor bütün günahları Cavabdeh rektoru Elbrus İsayevin üstünə atır. Deyir ki, “Elbrus müəllim göstəriş versin, mən sizi dərslə təmin edim”. Bu məsələ ilə bağlı müvafiq orqanlara müraciət etmişdir. Naxçıvan MR X5 19 dekabr 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Ümumi qaydaya görə müəssisə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Konkret olaraq müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. Bir qayda olaraq, işçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə həyata keçirilir”. Naxçıvan Musiqi Kollecinin direktoru M.Babayevanın 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrində göstərilir ki, "Azərbaycan Respublikası Nazirlər X24 Təhsili üzrə İxtisasların Təsnifatı'nın təsdiq edilməsi barədə 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarına əsasən Xor, Dirijorluq və Musiqi nəzəriyyəsi ixtisasları təsnifatdan çıxarılmışdır. Bunu əldə rəhbər tutaraq onunla bərabər Xor, dirijorluq ixtisası üzrə 4 nəfər müəllimin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilmişdir və bu zaman müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinə heç bir təqdimatla müraciət olunmamış və Komitənin razılığı alınmamışdır. Bununla da əmək qanunvericiliyin tələbləri pozulmuşdur. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinə əsasən vəzifəli şəxslər 1500 manatdan-2000 manatadək məbləğdə cərimə edilirlər. Verilən məlumata görə direktor M.Babayeva 1800 manat məbləğində cərimə olunmuşdur. Özü həmçinin Naxçıvan Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinə də müraciət etmişdir. İşə bərpa olunmağı tələbi ilə bağlı X6 müraciət olunaraq müvafiq arayış alınmışdır. İddiaçı 11 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı işə bərpa tələbi ilə bağlı iddia tələbini dəqiqləşdirərək tələbə Naxçıvan Musiqi Kollecinin 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli barəsində qəbul olunmuş əmrin ləğv olunması, işə bərpa olunmağı və məcburi işdə olmadığı müddətlər üçün əmək haqqının hesablanıb verilməsi kimi baxılıb nəticə verilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(078)-377/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə İddiaçı barəsində qəbul olunmuş Naxçıvan Musiqi Kollecinin 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrin ləğv olunması, işə bərpa olunmağı və məcburi işdə olmadığı müddətlər üçün əmək haqqının hesablanıb verilməsi həddində baxılması qərara alınmışdır. Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin nümayəndəsi X9 12 fevral 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, 22 yanvar 2025-ci il tarixli, 2(078)-377/2025 nömrəli İddiaçı Naxçıvan Musiqi Kollecinə qarşı “İşə bərpa” tələbi ilə bağlı iddia ərizəsinə baxılmışdır. İddiaçı 2011-ci il tarixdə Naxçıvan Musiqi Kollecinə (bundan sonra - kollec) müəllim kimi işə qəbul edilmiş və 01 oktyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Bakı X22 dirijorluğu ixtisasını bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli 140 nömrəli “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı’nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərarına əsasən “Xor dirijorluğu” ixtisası orta ixtisas təhsili üzrə ixtisasların təsnifatından çıxarılmışdır. 2019-2020-ci tədris ilində “Xor dirijorluğu” ixtisası üzrə Kollecə qəbul olunmuş tələbələr 2023-2024-cü tədris ilində kollecdən məzun olmuşlar. Əlavə olaraq son dörd ildir ki, Kollec 4 illik təhsil sistemindən 3 illik təhsil sisteminə keçirilmiş və bu da dərslərin və tələbə kontingentinin kəskin şəkildə azalmasına səbəb olmuşdur. "Xor dirijorluğu” ixtisasının təsnifatdan çıxarılması ilə əlaqədar İddiaçı Kollecin 01 oktyabr 2024-cü il tarixli 171 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) Kollecin müəllimi vəzifəsindən azad edilmiş və 02 oktyabr 2024-cü il tarixdə əmək kitabçası ona təqdim olunmuşdur. Ştatın ixtisarı ilə bağlı tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar İddiaçı kompensasiya ödənilmişdir. İddiaçı işdən azad edildikdən sonra Cavabdeh “incəsənət” fakültəsində saat hesabı işlə təmin olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdən Culfa Şəhər Uşaq Musiqi Məktəbinə sosial məzuniyyət yerinə müddətli əmək müqaviləsi ilə xor müəllimi kimi işlə təmin olunmuşdur. Əlavə olaraq İddiaçı Naxçıvan Musiqi Kollecinə qarşı iddia ərizəsində “işə bərpa” tələbi məsələsinə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq fərdi əmək mübahisəsində iddia müddətinin bitməsini nəzərə alaraq iddiaçının iddiasına etiraz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında işdən qanunsuz olaraq çıxarıldığını, bir ixtisas üzrə 6 müəllimin işlədiyini, sonra iclasda həmin ixtisas üzrə 7 müəllimin olduğunu öyrəndiklərini, həmin 1 müəllimi özlərinin tanımadığını, heç görmədiklərini, həmin 7 müəllimdən hazırda üçünün kollecdə qaldığını, onlara qeyri-profil dərslərin verildiyini, özünün bütün göstəricilərinin yuxarı səviyyədə olduğunu, magistr təhsilli olduğunu, həmin kollecdə başqa şöbələrdə özünün ixtisasına uyğun iş olduğunu, direktorun ona iş verə biləcəyini ancaq vermədiyini, 8 yaşından bu sahədə olduğunu, 7 il musiqi məktəbində oxuduğunu, orta ixtisas təhsili və ali təhsil aldığını, kollecdə faktiki olaraq 38 nəfərin qeyri-profil dərsləri tədris etdiklərini, xor-dirijor dərsləri olduğu halda kollecin direktorunun ona həmin dərsləri vermədiyini, işdən çıxarıldıqdan sonra Sumqayıt musiqi kolleci ilə, Gəncə musiqi kolleci ilə, həmçinin Asəf Zeynallı adına musiqi kolleci ilə əlaqə saxladığını, onların bütün müəllimləri işlə təmin etdiklərini heç bir müəllimi işdən çıxarmadıqlarını dediklərini, cavabdehin nümayəndəsinin dediyinin doğru olmadığını, onun etdiyi nəyəsə görə Konservatoriyaya işə qəbul edilmədiyini, özünün 3 ildir Konservatoriyada müəllim işlədiyini, Culfa Şəhər Uşaq Musiqi Məktəbinə isə həyat yoldaşının dostuna görə işə düzəldiyini, məzuniyyətdə olan işçinin əvəzinə işə düzəldiyini, Konservatoriyada 1 semestr dərs tədris etdiyini, artıq Konservatoriyada da işləmədiyini, dərs saatının az olduğunu, 120 saat olduğunu, özünün həmin dərs saatını keçib bitirdiyi üçün artıq işləmədiyini, özünün ixtisası üzrə heç yerdə vakant yer olmadığını, xor-dirijorluq ixtisası üzrə vakant yer verilmədiyini, özünün 37 ildir işlədiyini, cavabdehin nümayəndəsinin başqa müəllimi səsi yaxşı olduğu üçün işdə saxladığını, özünün də səsinin yaxşı olduğunu, özünün orta təhsilinin skripka olduğunu, ona da iş verilə biləcəyini, ancaq verilmədiyini, əmək müqaviləsinə xitam verilməsi barədə 01 oktyabr 2024-cü il tarixli əmrdən 01 oktyabr 2024-cü il tarixdən məlumatlı olduğunu, əmək kitabçasını isə 02 oktyabr 2024-cü il tarixdə götürdüyünü, 03 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinə müraciət etdiyini, Əmək Müfəttişliyi Xidmətinin onu gecikdirdiyini, xidmət tərəfindən cavabın gec verildiyini, sonra Həmkarlar İttifaqına müraciət etdiyini, 10 dekabr 2024-cü il tarixdə isə mediasiya təşkilatına müraciət etdiyini, cavabdehin nümayəndəsinin 7 nəfər müəllimdən 3-nü niyə işdə saxladığını, səbəb göstərməsini istədiyini, iclas olduğunu, Elbrus müəllimin hər kəsin ixtisasına uyğun işləməli olduğunu dediyini, cavabdehin nümayəndəsinin istəsə özünü də işlə təmin edə biləcəyini, kollecdə 3 şöbədə xor-dirijorluğun əsaslarına aid fənn olduğunu, kollecin direktorunun ona həmin fənlərdən də dərs vermədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında iddia ərizəsində bütün halların ətraflı olaraq qeyd edildiyini, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əməl edilmədiyini, Həmkarlar İttifaqının razılığının alınmadığını, razılıq alınmadan işçinin işdən azad edildiyini, Naxçıvan Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin məktubunda da qanunvericiliyin tələblərinin pozulmaqla əmək müqaviləsinə xitam verildiyinin qeyd edildiyini, Kollecin direktorunun iddiaçını işlə təmin etmək imkanı olduğu halda işlə təmin etmədiyini, iddiaçının 03 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinə müraciət etdiyini, Əmək Müfəttişliyi Xidməti tərəfindən cavab məktubu gec verildiyi üçün müddətin buraxıldığını, iddiaçının sonra Həmkarlar İttifaqına müraciət etdiyini, 10 dekabr 2024-cü il tarixdə isə mediasiya təşkilatına müraciət etdiyini, əmri əsassız hesab etdiklərini, Əmək Müfəttişliyi Xidmətinin cavabının gec verilməsinə görə müddətin keçdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin nümayəndəsi X9 izahatında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən şəxsin 3 ay ərzində istənilən orqana müraciət edə biləcəyini, məhkəməyə isə 1 ay müddətində müraciət etməli olduğunu, iddiaçının iddia müddətini buraxdığını, iddiaçının 02 oktyabr 2024-cü il tarixdə əmək kitabçasını götürdüyünü, 01 oktyabr 2024-cü il tarixli əmrin də 02 oktyabr 2024-cü il tarixdə iddiaçıya verildiyini, məhkəməyə etiraz ərizəsi və iddia müddətinin keçməsi ilə əlaqədar ərizə göndərdiyini, iddiaçının 2 aydan sonra mediasiya təşkilatına müraciət etdiyini, xor-dirijorluq və musiqi nəzəriyyəsi ixtisaslarının ixtisar edilməsinin özlərində də narahatlıq yaratdığını, işçilərlə iclas keçirdiklərini, öz münasibətlərini bildirdiklərini, hətta təkliflərini də soruşduqlarını, işçilərin işlə təmin edilmək istədiklərini bildirdiklərini, özünün şəxsən Cavabdeh rektoru Elbrus İsayevə təqdimat yazdığını, magistr təhsilli işçilərin işlə təmin edilmələrinə köməklik göstərilməsini xahiş etdiyini, rektor tərəfindən pedoqoji şuranın iclasının keçirildiyini, iddiaçının da həmin iclasda iştirak etdiyini, rektorun şəxsən bütün müəllimlərin dərs saatları ilə tanış olduğunu, dərs saatları və ixtisas bölgüsünün rektor tərəfindən də qanunauyğun sayıldığını, Nazirlər Kabinetinin qərarı ilə xordirijorluq və musiqi nəzəriyyəsi ixtisaslarının təsnifatdan çıxarıldığını, işdən çıxarılan şəxsləri işlə təmin etməyə çalışdığını, hal-hazırda iddiaçının qeyd etdiyi həmin 2 nəfərin konsertmeyster işlədiyini, onların ixtisas diplomunu nəzərə aldığını, kiminsə qanunsuz olaraq işdən azad edilmədiyini, buna özünün könlünün razı olmayacağını, Cavabdeh tabeliyində fəaliyyət göstərdikləri üçün saat hesabı işləyən müəllimlərin müddətli əmək müqavilələri əsasında işlədiklərini, hər il əmək müqavilələrinə xitam verildiyini, özünün Mədəniyyət Nazirliyinə də müraciət etdiyini, vakansiya aldığını, hətta direktor vəzifələrinin belə vakansiyaya çıxarıldığını, müəllim kimi işləmək istəyən şəxslərin MİQ-in imtahanından keçməli olduğunu, direktor vəzifəsinə isə sadəcə müsahibədə iştirak etməli olduqlarını, bu barədə müəllimləri məlumatlandırdığını, müəllimlərin imtahandan qorxduqları üçün imtahana girmədiklərini, iddiaçının Culfa Şəhər Uşaq Musiqi Məktəbində də 2 oklada yaxın dərslə təmin edildiyini, iddiaçının Cavabdehndə də dərs saatları ilə təmin edildiyini, dəfələrlə pedoqoji şuranın iclasının keçirildiyini, müəllimlərə ixtisasların ixtisara düşməsini, həmçinin Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin 4 illik təhsil ilindən 3 illiyə keçdiyini, bu səbəbdən dərs saatlarının çox aşağı düşdüyünü, sentyabr ayından 500 saat dərs qəbul etməyəcək olan müəllimlərin özlərinə iş axtarmalarını dediyini, kifayət qədər vaxtları olduğunu, özlərinə iş tapa biləcəklərini, ancaq tapmadıqlarını, Kollecdə 38 nəfər orta ixtisaslı müəllim olmadığını, cəmi 12 nəfər orta ixtisaslı müəllim olduğunu, onların da yeddisinin halhazırda qiyabi əsaslarla ali təhsil aldıqlarını, iddiaçının işdə saxladığı müəllimin yaxşı səsi olduğunu, bu səbəbdən işdə saxladığını bildirdiyini, onların əvvəl də konsertmeyster vəzifəsində çalışdıqlarını, Kollecdə qeyri-profil heç kimin işləmədiyini, hər kəsin ixtisasına uyğun diplomu olduğunu, iddiaçının 28 il müəllim kimi fəaliyyət göstərdiyini, müəllim kimi də əmək müqaviləsinə xitam verildiyini, hətta iclasların birində iddiaçının həyat yoldaşının iddiaçıya tar dərsi verilməsini, özünün həmin dərsi tədris edəcəyini bildirdiyini, bunun mümkün olmadığını onlara bildirdiyini, iddiaçının əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının iclasının keçirildiyini, Həmkarlar İttifaqının sədrinin təqsiri ucbatından iddiaçının iclasa dəvət edilmədiyini, bu səbəbdən də özünün inzibati qaydada cərimə edildiyini, ancaq əvvəl iclaslar keçirildiyi üçün iddiaçının məlumatı olduğunu, iddiaçının iddia müddətini buraxdığını, buraxmasının tutarlı səbəbi olmadığını, iddiaçının ixtisasının ixtisar edildiyini, Naxçıvan Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən heç bir gecikmə olmadığını, tam vaxtında icra edildiyini, gecikmə olmadığını, özünün iddiaçı ilə qərəzli münasibətinin olmadığını, məhkəməyə təqdim edilmiş bütün sənədlərdən Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin dövlət müəssisəsi olduğunun göründüyünü, yəni dövlət büdcəsi hesabına maliyyələşdiklərini, həmin ixtisasların təsnifatdan çıxarıldığını, bu səbəbdən həmin ixtisaslara tələbə qəbulunun da aparılmadığını, iddiaçının bütün sənədlərinin qanuni olduğunu, kollecdə heç kimin qanunsuz olaraq işləmədiyini, iddiaçının qeyd etdiyi 38 müəllimin hamısının qanuni şəkildə işlədiyini, iddiaçı xor-dirijor olduğu üçün həmin ixtisas da təsnifatdan çıxarıldığı üçün iddiaçının əmək müqaviləsinə xitam verildiyini, həmçinin iddia müddətinin keçdiyini, iddia müddətinin keçməsi barədə məhkəməyə təqdim etdiyi ərizənin nəzərə alınmasını istədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasının surətindən İddiaçı: -12 sentyabr 2018-ci il tarixli, 5 nömrəli əmrlə həmin tarixdən Naxçıvan Musiqi Kollecinə müəllim təyin edilməsi; -01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən müddətsiz əmək müqaviləsinə xitam verilməsi aydın olur. İddia ərizəsinə əlavə edilmiş işəgötürən Naxçıvan Musiqi Kollecinin direktoru X9 ilə işçi İddiaçı arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Naxçıvan Musiqi Kollecinə müəllim olaraq işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmış, işçi xx.xx.2018-ci il tarixindən işə başlamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktorunun 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli ştatların ixtisar edilməsi barədə əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi barədə 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarına əsasən, xor dirijorluq və musiqi nəzəriyyəsi ixtisasları təsnifatdan çıxarılmışdır. Bu ixtisaslara 4 tədris ilində tələbə qəbulu olmadığından, Naxçıvan Musiqi X1, X21, X13 və İddiaçı adlı Xor dirijorluq ixtisası üzrə ştat üzrə müəllimlərinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən müddətsiz əmək müqavilələrinə xitam verilməsi və Kollecin baş mühasibi X16 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq işdənçıxarma müavinətini ödəməsi əmr edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası X11 tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli, 469 nömrəli məktubundan görünür ki, Şuranın əməkdaşları tərəfindən Naxçıvan Musiqi Kollecində İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı araşdırma aparılmışdır. Ərizədə qeyd edildiyi kimi onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilmişdir. (yəni ştatların ixtisarı ilə) Ümumi qaydaya görə müəssisə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Konkret olaraq müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. Bir qayda olaraq, işçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə həyata keçirilir. Naxçıvan Musiqi Kollecinin direktoru M.Babayevanın 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrində göstərilir ki, "Azərbaycan Respublikası Nazirlər X24 Təhsili üzrə İxtisasların Təsnifatı"nın təsdiq edilməsi barədə 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarına əsasən Xor, Dirijorluq və Musiqi nəzəriyyəsi ixtisasları təsnifatdan çıxarılmışdır. Bunu əldə rəhbər tutaraq onunla bərabər Xor, dirijorluq ixtisası üzrə 4 nəfər müəllimin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilmişdir və bu zaman müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinə heç bir təqdimatla müraciət olunmamış və Komitənin razılığı alınmamışdır. Bununla da əmək qanunvericiliyin tələbləri pozulmuşdur. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinə əsasən-vəzifəli şəxslər 1500 manatdan-2000 manatadək məbləğdə cərimə edilirlər. Verilən məlumata görə direktor M.Babayeva 1800 manat məbləğində cərimə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Naxçıvan Musiqi Kollecində İddiaçı əmək müqaviləsinə 1 oktyabr 2024-cü il tarixdə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə dair kollektiv müraciətinə Naxçıvan Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətində baxılmışdır. Müraciətdə qaldırılan məsələyə münasibət bildirilməsi və ona aid sənədlərin “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən təqdim edilməsi məqsədilə Naxçıvan Musiqi Kollecinə göndərilmiş sorğuya cavab olaraq təqdim olunan məlumat və sənədlərdən, həmçinin Azərbaycan Respublikası X40 Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış zamanı onunla bağlanmış 12 sentyabr 2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 70 maddəsinin "b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) 1 oktyabr 2024-cü il tarixdə xitam verildiyi məlum olmuşdur. Lakin araşdırmaya dair təqdim olunan sənədlərə baxılarkən işəgötürən tərəfindən əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilərkən 78, 79 və 80-ci maddələrində (Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.) qeyd olunan halların olmadığı müəyyənləşdirilmişdir. Nəzərinizə çatdırılır ki, aşkar olunan pozuntu ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" Qərar qəbul edilərək işəgötürənə inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "a" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aiddir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Musiqi Kollecinin direktorunun 15 sentyabr 2011-ci il tarixli, 13 nömrəli əmrindən görünür ki, İddiaçı (ali təhsilli, pedaqoji stajı 18 ildən yuxarı) 15 sentyabr 2011-ci il tarixdən kollecə ştat üzrə müəllim təyin edilməsi, 1064 saat dərs yükü ilə təmin olunması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktorunun 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrindən görünür ki, "Naxçıvan Musiqi Kolleci" bölməsində "müəllim" vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsil üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi barədə 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarına əsasən, Xor dirijorluq ixtisasının təsnifatdan çıxarılması, bu ixtisasa 4 tədris ilində tələbə qəbulu olmaması nəzərə alınaraq, "Naxçıvan Musiqi Kolleci" bölməsində "müəllim" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "b" - işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2018 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin mühasibatlığa həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktorunun 04 iyul 2024-cü il tarixli, 98 nömrəli dərs bölgüsü haqqında əmrdən görünür ki, 2024-2025-ci il tədris ili üçün nəzərdə tutulmuş qəbul planına əsasən 124 nəfər tələbə qəbulu təsdiq olunmuş, buna əsasən 145 nəfər müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin dərs saatlarında kəskin dərəcədə azalma müşahidə olunmuş, eyni zamanda Kollec 4 illik tədrisdən 3 illik tədrisə keçmiş, "Xor dirijorluğu" və "Musiqi nəzəriyyəsi" ixtisaslarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il 140 nömrəli Qərarına əsasən təsnifatdan çıxarılmasına və son tələbələrin 2024-cü ildə məzun olmasına əsasən dərs bölgüsü zamanı "Xor dirijorluğu" ixtisasında -4 müəllimin, "Musiqi nəzəriyyəsi" ixtisasında-5 müəllimin və "Orkestr alətləri " şöbəsindən isə 3 müəllimin ixtisarının nəzərə alınması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin Həmkarlar Təşkilatının 04 iyul 2024-cü il tarixli, 2 nömrəli protokolundan çıxarışdan görünür ki, kollecin direktoru M.N.Babayeva qəbul planının azalması ilə bağlı çıxış edərək bildirmişdir ki, 2024- 2025-ci il tədris ili üçün nəzərdə tutulmuş qəbul planında 152 nəfər tələbə qəbulu planına əsasən 124 nəfər tələbə qəbulu təsdiq olunmuşdur. Buna əsasən 145 nəfər müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin dərs saatlarında kəskin dərəcədə azalma müşahidə olunmuşdur. Eyni zamanda kollec 4 illik tədrisdən 3 illik tədrisə keçmiş, Xor dirijorluğu və Musiqi nəzəriyyəsi ixtisasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il 140 nömrəli Qərarına əsasən təsnifatdan çıxarılması və son tələbələrin 2024-cü ildə məzun olması buna əsas verir ki, dərs bölgüsü zamanı Xor dirijorluğu ixtisasında-4 müəllimin, Musiqi nəzəriyyəsi ixtisasında-5 müəllimin və "Orkestr alətləri" şöbəsindən isə 3 müəllimin ixtisarı nəzərdə tutulmuşdur. İş materiallarında olan işçilər işdən çıxan zaman əmək kitabçalarının verilməsi ilə bağlı siyahıdan görünür ki, İddiaçı əmək kitabçasını 02 oktyabr 2024-cü il tarixdə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndini rəhbər tutaraq işdən azad edilənlərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq ödəniləcək müavinət ilə bağlı siyahıdan görünür ki, İddiaçı 2468.24 manat müavinət ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Culfa rayon Mədəniyyət şöbəsi Culfa şəhər Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli, 08 nömrəli əmrdən görünür ki, ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq İddiaçı 06 yanvar 2025-ci il tarixdən müvəqqəti əmək müqaviləsi bağlanmaqla müəllim Süleymanlı Gültac Əli qızı sosial məzuniyyətdən qayıdanadək məktəbə xor üzrə müəllim təyin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva tərəfindən Cavabdeh rektoru Elbrus İsayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimat məktubunda qeyd edilmişdir ki, Naxçıvan Musiqi Kollecinin 2024-2025-ci il tədris ili üçün aparılan dərs bölgüsü zamanı bir sıra çətinliklər yaşanmışdır. Belə ki, kollecin tədris müddətinin 2021-ci ildən etibarən 3 illik müəyyən olunması, “Musiqi nəzəriyyəsi", “Xor dirijorluğu” və “İşıq və səs texnikliyi” ixtisaslarının 4 ildir ki, bağlanılması və 2023-2024-cü tədris ilində İİİ və İV kursların eyni anda məzun olması səbəbi kollecin tələbə kontingentində azalma olmuşdur. Həmçinin, 2024-2025-ci il tədris ilində qəbul planı 154 nəfər nəzərdə tutulmasına baxmayaraq qəbul planı 124 nəfər kimi təsdiq edilmiş, 11 illik və qiyabi şöbə ləğv olunmuşdur. Bu səbəbdən kollecin ştat üzrə fəaliyyət göstərən müəllimlərinə dərs saatı bölünə bilmir. İddiaçı (Xor dirijorluğu (magistr təhsilli)), X14 (ümumi texniki fənlər (Azərbaycan Respublikasının Əməkdar müəllimi)), X17 (orkestr alətləri, klarnet (Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi)), X27 (fortepiano (magistr təhsilli)), X28 (fortepiano (magistr təhsilli)), X10 (Azərbaycan dili və ədəbiyyat müəllimliyi, filologiya üzrə fəlsəfə doktoru) və X18 (xor dirijorluğu (magistr təhsilli)) adlı fəxri adı, elmi və magistr dərəcəsi olan müəllimlərin müvafiq ixtisaslar üzrə Cavabdehnə yerləşdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin 05 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, vətəndaşlar İddiaçı və Y.Əliyevanın və digərlərinin xx.xx.2024-cü il tarixli müraciəti DƏMX-də araşdırarkən müəssisə tərəfindən xidmətə təqdim olunan sənədlərdən onların əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi müəyyən edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktorunun 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş, həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Çünki cavabdeh tərəfindən həmkarlar ittifaqı təşkilatına müraciət edilməsi, təqdimat verilməsi ilə bağlı heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarında olan Naxçıvan Muxtar Respublikası X11 tərəfindən verilmiş 19 dekabr 2024cü il tarixli, 469 nömrəli məktubdan və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilərkən müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinə heç bir təqdimatla müraciət olunmamış və Komitənin razılığı alınmamışdır. Hətta bu səbəbdən də Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru X2 Muxtar Respublikasının X40 Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin 05 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən çıxarılarkən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş və onun razılığı alınmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru tərəfindən cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən təqdimatla həmkarlar ittifaqı təşkilatına müraciət edilməmişdir. Həmkarlar ittifaqı tərəfindən iclas keçirilməmiş, həmkarlar ittifaqı təşkilatının razılığı olmadan iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin Həmkarlar Təşkilatının 04 iyul 2024-cü il tarixli, 2 nömrəli protokolundan çıxarışdan isə həmin iclasın İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı keçirilməsi, həmin məsələnin müzakirə edilib yekunda İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə nəticəyə gəlinməsi barədə heç bir qeyd olmadığı, sadəcə ümumi sözlərlə Xor dirijorluğu ixtisasında-4 müəllimin, Musiqi nəzəriyyəsi ixtisasında-5 müəllimin və "Orkestr alətləri" şöbəsindən isə 3 müəllimin ixtisarının nəzərdə tutulduğu qeyd edildiyi, həmin müəllimlərin kim olması qeyd edilmədiyi, həmin iclasın 04 iyul 2024-cü il tarixdə, yəni İddiaçı əmək müqaviləsinə xitam verilmədən (01 oktyabr 2024-cü il tarixindən) aylar əvvəl keçirildiyi görünür. Yəni, həmin iclasda Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin xor-dirijor müəllimi vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsi məsələsi müzakirə edilməmiş və iclasın nəticəsində onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsi qərara alınmamışdır. Bütün bu hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqının razılığı alınmadan əmr verilmişdir. Bu isə həmin əmrin qanuna zidd qaydada verildiyini sübut edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq Cavabdeh nəzdində Naxçıvan Musiqi Kolleci tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh nəzdində Naxçıvan Musiqi Kolleci ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktorunun 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmri iddiaçı Fərzəliyeva əzakət Rəhim qızına münasibətdə qanuni hesab edilə bilməz. Yuxarıda sadalananlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Ancaq Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin nümayəndəsi X9 12 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı Naxçıvan Musiqi Kollecinə qarşı iddia ərizəsində “işə bərpa” tələbi məsələsinə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq fərdi əmək mübahisəsində iddia müddətinin bitməsini nəzərə alaraq iddiaçının iddiasına etiraz edildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktorunun 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrindən həmin gün, yəni 01 oktyabr 2024-cü il tarixdən məlumatlı olmuş, əmək kitabçasını isə 02 oktyabr 2024-cü il tarixdə təhvil almışdır. Bu halı iddiaçının özü məhkəmə iclasında qeyd etmişdir. Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin nümayəndəsi X9 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmin Qərarda həmçinin qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir...” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmədə verdiyi izahatlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə Naxçıvan Musiqi Kollecinin 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrindən həmin gün, yəni 01 oktyabr 2024-cü il tarixdə məlumatı olmuş, əmək kitabçasını isə 02 oktyabr 2024-cü il tarixdə təhvil almışdır. Həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 1 aylıq iddia müddəti 02 noyabr 2024-cü il tarixində başa çatmışdır. İş üzrə iddiaçı 10 dekabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 10 yanvar 2025-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi 22 yanvar 2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən 1 aylıq iddia müddəti keçdikdən sonra müəyyən hərəkətlər edilmiş və bununla da onun tərəfindən iddia müddəti buraxılmışdır. Yəni, iş üzrə iddiaçı iddia müddətinin başa çatmasından sonra mediasiya təşkilatına və sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinə qarşı Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktorunun 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrinin ləğv olunması, işə bərpa olunması və məcburi işdə olmadığı müddətlər üçün əmək haqqının hesablanıb verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i:
İddiaçı Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinə qarşı Cavabdeh nəzdində Naxçıvan Musiqi Kollecinin direktorunun 01 oktyabr 2024-cü il tarixli, 171 nömrəli əmrinin ləğv olunması, işə bərpa olunması və məcburi işdə olmadığı müddətlər üçün əmək haqqının hesablanıb verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülsüm Əliyeva.