Məhkəmə qərarları › İş №2(078)-394/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-394/2022

09.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-394/2022 09.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Hazırki halda iddia tələbi dəqiq deyil, belə ki, iddia İddiaçı adından verilmiş, fərdi yaşayış evində pay iddiaçıya münasibətdə ¾ hissə olaraq müəyyən edilmişdir. digər ¼ hissənin mülkiyyətçisi iddiaçının yetkinlik yaşına çatmayan övladı X1r. Yəni mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi iki şəxsdir və bu halda bir iddiaçının cavabdehə qarşı mənzildən məcburi qaydada çıxarılması tələbi həmin mənzilin hansı hissəsinin naturada ona məxsus olması və məhz həmin hissədən cavabdehin çıxarılmalı olması barədə mötəbər hüquqmüəyyənedici sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Hazırki iddia tələbinin bir iddiaçıya münasibətdə mümkünlüyü yalnız onun özünə aid hissəsinin naturada hansı hissələrdən ibarət olması barədə mötəbər sənəd təqdim etdiyi halda mümkündür. Çünki mənzilin ¼ hissəsinin mülkiyyətçisinin belə bir iddia tələbi yoxdur. Belə olan halda iddiaçı bütöv mənzildən cavabdehin çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Çünki o mənzilin bütünlükdə mülkiyyətçisi deyildir. Eyni zamanda qanuni nümayəndə olaraq yetkinlik yaşına çatmayan qızının payına münasibətdə iddia qaldırmamış, iddia ərizəsini yalnız özünə münasibətdə tərtib etmişdir. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hallar əsas götürülərək iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən 01.03.2022-ci il tarixdə "xxxx" ASC Naxçıvan filialına 4911 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən 01.03.2022-ci il tarixdə "xxxx" ASC Naxçıvan filialına 4911 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar