Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-410/2025 21.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4100 (dörd min yüz) manat borcun, 360 (üç yüz altmış) manat hüquqi yardımın göstərilməsi haqqında müqavilə xərcinin və ödənilmiş 64.60 (altmış dörd manat altmış qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında 0.0176 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 55.9 kvm olan 2 otaqlı fərdi yaşayış evini alqı-satqı müqaviləsini Naxçıvan şəhər 3 saylı notariat ofisində 12 aprel 2021-ci il tarixdə rəsmiləşdirməklə Cavabdeh qızma satmışdır. Qarşılıqlı razılığa əsasən aldıqları evə görə ona 30000 (otuz min) manat pul ödəməli idilər. İlkin olaraq 20000 (iyrmi min) manatı nağd olaraq ödəmişdilər. Qalan 10000 (on min) manatı isə 2 (iki) il ərzində ödəyəcəklərinə öhdəlik götürmüşdülər. Lakin Cavabdeh həmin müddət ərzində borcundan 5000 (beş min) manatı ödəmiş, qalanını isə müxtəlif bəhanələr gətirərək ödəməkdən imtina etmişdir. Məcbur qalıb 2024-cü ilin fevral ayında pulunun alınıb verilməsinə köməklik edilməsi üçün ərizə ilə X4 İşlər Nazirliyinə müraciət etmişdir. Cavabdeh orada verdiyi izahatında ona 5000 (beş min) manat borclu olduğunu etiraf etmiş və maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmədiyini bildirmişdir. İşləri polisdə olduğu müddətdə Cavabdeh borcundan daha 900 (doqquz yüz) manatı ödəmiş və haliyyədə onun ona 4100 (dörd min yüz) manat borcu qalır. Cavabdeh pretenziya məktubu göndərərək xəbərdarlıq da etmiş, lakin nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri qaydada İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin nümayəndə və vəkil vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan X4 İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin 16 may 2024-cü il tarixli arayışının surətinə əsasən, ünvan 2 ünvanında yaşayan İddiaçı 06.02 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, xx.xx.2021 -ci il tarixdə özünəməxsus olan yaşayış evini Cavabdeh 30000 manata satdığını, həmin pulun 25000 manatını ödədiyini, qalan 5000 manatı isə ödəmədiyini bildirmiş və ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət olunaraq izahatı alınmış, o, izahatında Arzu Həzıyevanın iddialarını təsdiqləmiş və maddi vəziyyətinin aşağı olmasına görə 5000 manat pulu ödəyə bilmədiyini bildirmişdir. İddiaçı Cavabdeh ilə arasındakı mübahisənin borcla əlaqədar yaranmış mülki xarakterli məsələ olduğu izah edilmişdir. Bu məsələnin həlli daxılı işlər orqanlarının səlahiyyətində olmadığından ona aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubuna əsasən, 12 aprel 2021-ci il tarixdə mülkiyyətində olan ünvan 4 ünvanında 0.0176 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 55.9 kvm olan 2 otaqlı fərdi yaşayış evini Naxçıvan şəhər 3 saylı notariat ofisində alqı-satqı müqaviləsini rəsmiləşdirməklə Sizə satmışdım. İlkin olaraq Siz mənə 2000 (iyirmi min) manat pul ödədiniz. Qalan 10000 (on min) manatı isə 2023-cü ilin iyun ayına kimi hissəhissə ödəməli idiniz. Lakin Siz həmin borcdan 5000 (beş min) manatı ödəyib qalan 5000 (beş min) manatı isə ödəmirsiniz. Mən də məcbur qalıb 06 fevral 2024-cü X4 İşlər Nazirliyinə ərizə ilə müraciət edərək mənə dəymiş maddi ziyanın ödənilməsinə köməklik olunmasını xahiş etmişdim. Siz orda verdiyiniz izahatınızda borclu olduğunuzu etiraf edib, maddi vəziyyətinizin aşağı olması səbəbindən 5000 (beş min) manatı ödəyə bilmədiyinizi bildirmisiniz və bu günə kimi də qalan borcunuzdan bir manat belə ödəməmisiniz. Ona görə də mən məcbur qalıb məhkəməyə müraciət edəcəyəm. Əgər məktubumu alandan sonra 10 gün ərzində borcunuzu ödəməsəniz mən iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyəm. Bunun üçün bütün xərcin Sizdən alınıb mənə ödənilməsini tələb edəcəyəm. İş materiallarında olan 12 aprel 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən aydın olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0.0176 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 55.9 kvm olan 2 otaqlı fərdi yaşayış evini Cavabdeh satmışdır. Mülki işin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0.0176 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 55.9 kvm olan 2 otaqlı fərdi yaşayış evini Cavabdeh satmışdır. İddiaçı 06.02 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, xx.xx.2021 -ci il tarixdə özünəməxsus olan yaşayış evini Cavabdeh 30000 manata satdığını, həmin pulun 25000 manatını ödədiyini, qalan 5000 manatı isə ödəmədiyini bildirmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət olunaraq izahatı alınmış, o, izahatında Arzu Həzıyevanın iddialarını təsdiqləmiş və maddi vəziyyətinin aşağı olmasına görə 5000 manat pulu ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən təqdim edilən sübutları qiymətləndirir və həmin qiymətləndirmənin nəticəsi olaraq cavabdehin öz etirazının əsası kimi istinad etdiyi halların sübut olunmaması, bunun əksi olaraq iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halların sübut olunması nəticəsinə gəlir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə görə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aydın olur ki, yaranmış borc məbləği həmin alqı-satqı müqaviləsində irəli gələn öhdəlik olmuşdur. Belə ki, müqavilədə aşkar şəkildə görünməsə də cavabdehin Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət olunaraq izahatında Arzu Həzıyevanın iddialarını təsdiqləməsi və maddi vəziyyətinin aşağı olmasına görə 5000 manat pulu ödəyə bilməsi borcunun etirafı kimi qiymətləndirilməlidir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 16 yanvar 2025-ci il tarixdə 5856 nömrəli qəbzlə ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Həmçinin Cavabdeh 360 (üç yüz altmış) manat hüquqi yardımın göstərilməsi haqqında müqavilə xərcinin əvəzi tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı təmin edilsin. İş üzrə Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 16 yanvar 2025-ci il tarixdə 5856 nömrəli qəbzlə ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Cavabdeh 360 (üç yüz altmış) manat hüquqi yardımın göstərilməsi haqqında müqavilə xərcinin əvəzi tutularaq İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-410/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-410/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver