Məhkəmə qərarları › İş №2(078)-417/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-417/2021

22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-417/2021 22.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxs X2 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Ərizəçi xx xxxx 2021-ci il tarixdə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mərhum X3 qalan miras əmlak olan “NAZ LİFAN” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin onun tərəfindən faktiki olaraq qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş X6 xx xxxxx 2021-ci il saat 00 10 -a təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmişdir. X9 tərəfindən məhkəməyə göndərilmiş xx xxxxx 2021-ci il tarixli teleqramda X9 atası X7 məxsus “Naz Lifan” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə bağlı xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyi üçün bunun nəzərə alınmasını xahiş etmiş, atası X7 məxsus nəqliyyat vasitəsinin hər hansı şəxsə (şəxslərə) satılmasına və ya nəqliyyat vasitəsini hər hansı şəxsə (şəxslərə) idarə etmək üçün, yaxud sürücülük hüququ verilməsinə razı olmadığını və qəti olaraq öz etirazını bildirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdeh X4 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında atası X5 xx.xx.2017-ci ildə vəfat etməsindən sonra qalan miras əmlakı “Naz Lifan” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin onun tərəfindən qəbul edilərək istifadəsində olduğunu, avtomobili adına qeydiyyata aldırmaq üçün notariusa müraciət etdiyini, lakin atasının digər vərəsələri X9 və X2 razılıq vermədiklərini, qardaşı X4 Bakı şəhərində və bacısı X2 Şərur rayonunda yaşadığını, digər vərəsələrin atasının ölümündən sonra miras əmlakını qəbul etmədiklərini, miras əmlak olan “Naz Lifan” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin mərhum atasının vərəsələri arasında bölünməsinə razı olmadığını bildirərək həmin miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş X8 mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edərək izahatında, atası X3 miras qalmış “Naz Lifan” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin Ərizəçi tərəfindən qəbul edilməsi, onun istifadə edilməsi və onun adına sənədləşdirilməsinə etiraz etdiyini, atasının ölümündən onun ölümünün üstündən iki gün keçdikdən sonra xəbər tutduğunu, atasının ikinci arvadı yəni iddiaçının anasının həmin vaxt onlara atalarının bütün əmlakını sağlığında Mahirə bağışladığını dediyini, buna görə də atalarından heç bir miras qalmadığını düşündükləri üçün ondan miras qalan avtomobilin qəbul edilməsi ilə bağlı notariusa müraciət etmədiklərini, təxminən 5-6 ay əvvəl iddiaçının anasının ona zəng vuraraq ondan maşını Mahirin adına qeydiyyata alınması üçün razılıq ərizəsi verməsini xahiş etdiyini, razı olmadığı üçün bununla bağlı ərizə vermədiyini, həmin vaxt atasından miras olaraq avtomobil qaldığını öyrəndiyini, atsından miras qalan avtomobildə onun və qardaşının da payı olduğunu, maşının satılaraq mərhum atasının vərəsələri arasında bölünməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş şəxslərin izahat və teleqramından da görünür ki, hazırki iş üzrə tərəflər arasında hüquq haqqında mübahisə yarandığı üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.10-cu maddələrinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və Ərizəçi verdiyi ərizə baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə verilərkən “xxxx” ASC-nin Naxçıvan filialına xx xxxx 2021-ci il tarixdə 30602 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialına xx xxxx 2021-ci il tarixdə 30602 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar