Məhkəmə qərarları › İş №2(078)-425/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-425/2024

12.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-425/2024 12.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı təşkilatın nümayəndəsi X8, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 və Vəkil iştirakı ilə, İddiaçı təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsinin cavabdehlər Cavabdeh1 Hüseyn oğluna, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh5 qarşı mənzildən məcburi çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Hüseyn oğlunun, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh5 qarşı mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı təşkilat 15 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə digər cavabdehin prosesə cəlb olunması barədə ərizə ilə müraciət edərək Cavabdeh7 da cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 15 may 2024-cü il tarixli qərardadı ilə Cavabdeh7 hazırki mülki iş üzrə prosesə digər cavabdeh qismində cəlb edilmişdir. İddiaçı təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 Hüseyn oğlu, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X11 və Cavabdeh5 xidmət etdikləri müddət ərzində X27 İdarəsinin ünvan 1 ünvanında yerləşən yataqxanasında müvəqqəti olaraq mənzillərlə təmin edilmişlər. Hal-hazırda adları qeyd olunan vətəndaşlar uzun müddətdir xidmətdən təxris edilmişlər və mənzilləri təhvil vermirlər. Cavabdeh4 məhkəmənin ünvanına 27 fevral 2024-cü il tarixli iddiaya etiraz göndərmiş və ərizədə qeyd etmişdir ki, o, xx.xx.1962-ci ildə Naxçıvan MR Babək rayonunda anadan olmuşdur. Ailəlidir. 3 övladı var və 3 övlad da qəyyumluğa götürüb. 8 nəfərlik ailə üzvü ilə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 25 Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizlik İdarəsinin yataqxanasında qeydiyyatda olmaqla yaşayırlar. O, 1984-cü ildən 2003-cü ilə kimi Yanğından Mühafizədə yanğınsöndürən işləyib, 1993-cü ilin fevral ayında Naxçıvan MR DİN Kommunal Mənzil və Mədəni Məişət Xidməti Komissiyasının qərarı ilə ona Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 25 FİN-in yataqxanasında 1 otaq verilmişdir. O ailəsi ilə birlikdə 4 il həmin bir otaqda yaşayıb. Sonra ailəsinin 8 nəfərdən ibarət olması, bir otağın 8 nəfər ailə ilə yaşamağı həddən artıq darısqal olması səbəbindən ona qərarla həmin yataqxanada 3 otaq verilmiş və o həmin vaxtdan 8 nəfərlik ailəsi ilə birlikdə qeydiyyatda olmaqla həmin 3 otaqda yaşayır. Artıq 35 ildir ki, mübahisəsiz olaraq həmin mənzildə yaşayır. X12, xx.xx.1996-cı ildə anadan olmuş oğlu X16 və X2 Qarabağ Müharibəsinin iştirakçılarıdır. Hər ikisi hərbi qulluqçudur. X24 mayor rütbəsində, X16 baş leytenant rütbəsindədir. Onların yaşamaq üçün başqa yeri yoxdur. Cavabdeh3 məhkəmənin ünvanına 01 mart 2024-cü il tarixli ərizə göndərmiş və ərizədə qeyd etmişdir ki, o, 1957-ci ildə Naxçıvan MR Babək rayon Cəhri kəndində anadan olmuşdur. Ailəlidir. 2 övladı var. 1979-cu ildə X36 məktəbini bitirib. 1982-ci ildən Naxçıvan şəhər 41 nömrəli hərbiləşmiş Yanğın hissəsində növbə rəisi vəzifəsində işləyib. 1981-ci ildən gənc kadr kimi ev növbəsində dayanıb. 1981-ci ildən ailəsi ilə birlikdə həmin nazirliyin yataqxanasında 3 otaqlı evlə təmin olunub və hazırda həmin evdə yaşayır. Həmin İdarədə işlədiyi müddətdə bir neçə vəzifəyə təyin olunub. 2009-cu ildən mayor rütbəsi ilə təqaüdə çıxıb. Haliyədə heç yerdə işləmir. Müharibə veteranıdır. Təzyiq və şəkər xəstəsidir. 7 ildir insult keçirib. Sağ tərəfi işləmir. 30 ildir ailəsi ilə həmin mənzildə yaşayır. Məhkəmə iclasında iddiaçı təşkilatın nümayəndəsi X17 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Naxçıvan MR-də FHN 2006-cı ildə yaranıb. O vaxt hazırkı mübahisəli yataqxana DİN-nin səlahiyyətində olub. İddia ərizəsində hər şeyi qeyd edilib. Buna görə də iddiaçı mübahisənin həlli üçün məhkəməyə müraciət etmişdir. F.İsmayılov sonda qeyd olunanları nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hörmətli məhkəmə! Naxçıvan MR də FHN 2006-cı ildə yaranıb. O vaxt hazırkı mübahisəli mənzillər DİN-nin səlahiyyətində olub. Hazırda da onların balansındadır. 2009-cu ildə FHN adına çıxarış verilib. Binanın 1-ci və 2-ci mərtəbəsi ofis qalan 3-4-5 mərtəbə yaşayış evləri olub. Əvvəllər də mənzilləri boşaltmaqla bağlı müraciət edilib lakin cavabdehlərin təhqirinə məruz qalıblar. FHN bu zaman hazırda bir neçə əməkdaşı ayrı mənzillərdə kirayə yaşayır. 150 manatını isə nazirlik özü ödəyir. Hətta bəzi sakinlərə məsələn Kərimov Cahangirə o zaman ev növbəsi mənzili əvəzində 12 sot torpaq sahəsi verdilər. Hazırda Cavabdeh1 özü deyil nəvəsi Naxçıvan şəhərində təhsil aldığından o qalır. Cavabdeh1 uzun illərdir Bakı şəhərində yaşayır. Müzəffər 8 nəfər ailə üzvü ilə birlikdə hazırda orada yaşayır. Türkanə və Turanə az halda orada yaşayıblar. Ataları sağ olan zaman yaşayıblar. Elşən 1 otaqlı evdə yaşayır. Elsevər də orada daimi yaşayır. Başqa evlərinin olduğunu bilmir. Sənanın Bakıda evi var orada yaşayır. Cavabdeh1 da Bakı şəhərində evi və obyekti var. Cavabdeh3 da həyət evi başqa bir mənzili var. Lakin özünün adına deyil. Telman ailəsi ilə birlikdə daim orada yaşayır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Hüseyn oğlu iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1982-ci ildə həmin ev ona verilib. İşə qəbul edilən zaman ev ona verilib. 2007-ci ildə DİN tərəfindən təqaüdə buraxılmışdır. Təqaüdə buraxılandan sonra Bakıdakı evi alıblar. Evi olsa da öz adına deyil. Həyat yoldaşının adınadır. Oğlugillə orada yaşayır. Lakin burada da qalır. Nəvəsi burada təhsil alır və burada qalır. Heç bir əlilliyi yoxdur. 74 yaşı var. Müharibə iştirakçısıdır. Yeni FHN həmin bina köhnə olduğu üçün yeniləyib və özəlləşdirib başqa şəxslərə satmaq niyyətindədir. Ona görə də onları evlərdən çıxarmaq istəyirlər. O və Cahangir DİN işləyən zaman pensiyaya çıxıblar. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, Naxçıvan MR DİN tərkibində olan Yanğından Mühafizə idarəsində işləmişdir. Mənzil növbəsinə durmuş, 1980-ci illərdə qərarla ev verilib. İlk olaraq 1 otaqlı ev verdilər. Sonra da növbəyə durmuş, 3 otaqlı evə köçürülmüşdür. Hazırda 8 nəfər ailə üzvü ilə orada yaşayır. 2 xəstə övladı var, onun himayəsindədirlər. Yaşa görə təqaüdə çıxmışdır. Qalacaq başqa yeri yoxdur. Heç olmasa əvəzində başqa bir ev versinlər gedib yaşaya bilər. Məhkəmə iclasında Cavabdeh7 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, atası X4 xidməti ilə əlaqədar həmin mənzil verilib. Atası DİN-də baş inspektor işləyib. Sonra keçmiş nazirin təzyiqləri ilə işdən ayrılıb təqaüdə çıxdı. 2011-ci ildə xəstələnəndə Bakı şəhərində DİN məxsus qospitalda vəfat etdi. X6 2023-cü ildə vəfat edib. Anasının cənazəsini Bakıdan Naxçıvan şəhərinə gətirib burada dəfn etmişlər. Atası xəstələnən bir günə kimi orada yaşayıb. Hələ təqaüdə çıxan vaxtdan 7-8 il həmin evdə yaşadı. 2011-ci ildə ailə qurmuşdur. 2021-ci ildə ayrıldım. Hazırda 2 uşağı ilə birlikdə atasına verilən evdə bacısı ilə birlikdə yaşayır. Həmin evində qeydiyyatındadır. O ailə quran zaman Bakıdan gəlin köçmüşdür. Ayrıldığı yoldaşı ona uşaqları daimi Naxçıvana gətirib burada yaşamağa icazə vermədiyi üçün həm burada həm də Bakıda yaşayır. İşləmir, əlavə yaşayış yeri yoxdur. Bakıda bacısı ilə birlikdə kirayə yaşayır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, bacısının dedikləri ilə razıdır. Atasına qulluq üçün həmin mənzil verilib. Atası DİN-də baş inspektor işləyib. Sonra keçmiş nazirin təzyiqləri ilə işdən ayrılıb təqaüdə çıxdı. 2011-ci ildə xəstələndə Bakı şəhərində DİN məxsus qospitalda vəfat etdi. Anası 2023-cü ildə vəfat edib. O, 2009-cu ildə ailə qurmuşdur, 2020-ci ildə ayrılıb. Hazırda 3 uşağı ilə atanaa verilən evdə bacısı ilə birlikdə yaşayır. Həmin evində qeydiyyatındadır. İddiaçı təşkilatın nümayəndəsi deyir ki, guya atasına 12 sot torpaq sahəsi verilib. Yalan danışır. Heç onların xəbəri olmadan torpağı mənimsəyib satdılar. Hazırda da bilmirlər ki, həmin torpağın aqibəti nədir. İşləmir, dövlətin verdiyi sosialla dolanırlar. Yaşamağa başqa yerləri yoxdur. Məhkəmə iclasında Cavabdeh6 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1996-cı ildə Naxçıvan MR DİN-də işləyən zaman həmin ev verilib. 2-ci qrup əlildir. İşləmək qabiliyyəti yoxdur. 2011-ci ildən pensiya çıxmışdır. Yaşamaq üçün başqa yeri yoxdur. 22 ildir həmin mənzildə yaşayır. FHN işçisi kimi işləmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1992-ci ildən xidmət etdiyi üçün ev verilib. Hazırda 600 manat pensiya alır. 2013-cü ildə təqaüdə çıxmışdır. Təqaüdə çıxanda FHN işçisi kimi çıxmışdır. Yaşamaq üçün başqa yeri yoxdur. Məhkəmə iclasında Cavabdeh3 verdiyi izahatında bildirmişdir ki, o, 1982-ci ildən Naxçıvan MR FHN-də işləyir. 27 il canla-başla xidmət edib. Həmin evi ona verəndə nazirlik müvəqqəti yaşamağı ilə bağlı heç bir məlumat verməyib. Mübahisəli evi daimi evi bilib. Ona bu evlə bağlı hətta order belə verilib. Order haradadır bilmir. Əlində yoxdur. Uşaqları da həmin evdə dünyaya gəlib. Məhkəmə iclasında Cavabdeh8 verdiyi izahatında bildirmişdir ki, o, 2000-ci ildən həmin mənzildə yaşayır. 2-ci qrup əlildir. Hazırda da həmin öz evində qalır. O, bu evi daimi evi bilib. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Hüseyn oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vəkili, Cavabdeh8 vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında təmsil etdiyi şəxslərin izahatını təsdiqlədiyini bildirib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh1 Hüseyn oğlu, Cavabdeh8, Əliyev X20 İşlər Orqanlarında xidmət etdiyi müddət ərzində ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X29 İdarəsinin, Naxçıvan şəhər X29 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin uzun illərdir təxris olunmasına baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, mərhum X1 İşlər Orqanlarında xidmət etdiyi müddət ərzində ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X29 İdarəsinin, Naxçıvan şəhər X29 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, vəfat etdikdən sonra həyat yoldaşı X25 mənzili təhvil verməmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X9 xx.xx.2011-ci ildə kəskin ürək çatışmazlığı diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2011-ci il tarixdə 273 nömrəli akt qeydi icra edilmişdir. Nikahın pozulmasına dair şəhadətnamələrdən aydın olur ki, Cavabdeh7 və Cavabdeh2 nikahları pozulmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh3 X28 xidmət etdiyi müddət ərzində ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X29 İdarəsinin, Naxçıvan şəhər X29 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin Naxçıvan MR Fövqəladə Hallar nazirinin 05 noyabr 2009-cu il tarixli 053/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh6 X28 xidmət etdiyi müddət ərzində ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X29 İdarəsinin, Naxçıvan şəhər X29 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin Naxçıvan MR Fövqəladə Hallar nazirinin 02 aprel 2011-ci il tarixli 014/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh5 X28 xidmət etdiyi müddət ərzində ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X29 İdarəsinin, Naxçıvan şəhər X29 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin Naxçıvan MR Fövqəladə Hallar nazirinin 01 may 2013-cü il tarixli 035/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. 1993-cü ilin fevral ayında Naxçıvan MR DİN Kommunal Mənzil və Mədəni Məişət Xidməti Komissiyasının qərarı ilə Cavabdeh4 Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 25 FİN-in yataqxanasında 1 otaq-18 kv.m verilmişdir. xx.xx.1991-ci ildə Naxçıvan MR DİN Kommunal Mənzil və Mədəni Məişət Xidməti Komissiyasının qərarı ilə Naxçıvan şəhər 41 nömrəli sərbəst hərbiləşmiş Yanğın hissəsinə məxsus yataqxanada olan X30 tərəfindən boşaldılaraq 3 otaqlı mənzil Cavabdeh3 istifadəsinə verilmişdir. X7 müəssisə və obyektin texniki pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhər Əziz Əliyev küçəsi 25 Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X15 İdarəsinin balansındadır. Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli məktubu ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ünvan 3 nömrəli yaşayış binasının hansı təşkilatın balansında olması, əgər balans dəyişikliyi olmuşdursa bu barədə məlumat verilməsini və bununla bağlı mövcud olan sənədlərin məhkəməyə göndərilməsi barədə sorğu verilmiş, 03 may 2024-cü il tarixdə verilmiş cavabda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 1981-ci ildə istismara verilmiş, ümumi sahəsi 2852.5 kv.m olan 5 mərtəbəli bina Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin balansındadır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci və 105-ci maddələri təşkil edə bilər. Keçmiş Mənzil Məcəlləsinin 10-cu maddəsinə görə vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Vətəndaşlar yaşadıqları evə qayğı ilə yanaşmalı, yaşayış sahəsindən onun təyinatına görə istifadə etməli, yaşayış sahəsindən istifadə qaydalarına və sosialist birgəyaşayış qaydalarına əməl etməli, suyu, qazı, elektrik və istilik enerjisini qənaətlə işlətməlidirlər. Vətəndaşlar yaşayış evlərindən və yaşayış sahələrindən şəxsən varlanmaq, əməksiz gəlir əldə etmək məqsədilə və başqa tamah məqsədləri ilə, habelə cəmiyyətin mənafeyi zərərinə istifadə edə bilməzlər. Mənzil hüquqlarının onların təyinatına zidd olaraq və ya digər vətəndaşların hüquqlarını, habelə dövlət təşkilatlarının və ictimai təşkilatların hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 105-ci maddəsinə görə aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: -müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; -xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. İşin araşdırılmış hallarından aydın olur ki, cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 xidmətlərinə görə hazırda mübahisə olunan evlə təmin olunmuşlar. Onların pensiyaya çıxdıqdan sonra da daimi olaraq həmin mənzillərdə yaşaması həm öz izahatları, həm iddiaçı təşkilatın nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. Eyni zamanda hər biri özünə aid hissədə xidmət illəri, xəstəliyi, əlilliyi, əmlakının olub-olmaması barədə sənədlərini təqdim etmiş və həmin sənədlərdən başqa yaşayış yerlərinin olmaması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə keçmiş Mənzil Məcəlləsinin 105-ci maddəsinin tələbindən çıxış edərək xidmət illəri nəzərə alınmaqla başqa yaşayış yeri ilə təmin edilmədən onların çıxarılmasını qanunsuz olmaqla yanaşı həm də ədalətsiz hesab edir. Ona görə də iddia tələbi cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə rədd edilməlidir. Məhkəmə cavabdehlər Cavabdeh1 Hüseyn oğlu və Cavabdeh2, Cavabdeh7 münasibətdə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlir və bu nəticəni aşağıdakılarla əsaslandırır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilmiş məhkəmə bildirişi Cavabdeh1 Hüseyn oğluna göndərilmiş, “Bakıda yaşayış” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Cavabdeh1 Hüseyn oğlu Bakı şəhərində yaşadığını təsdiq etmiş, izahatında Bakı şəhərində ev əldə etdiyini, yoldaşının adına sənədləşdirdiyini, oğlu ilə birlikdə orada yaşadığını, hazırda mübahisə olunan mənzildə nəvəsinin qaldığını, özünün də gəlib qaldığını bildirmişdir. Bu halda məhkəmə hesab edir ki, Cavabdeh1 Hüseyn oğlunun əlavə yaşayış yeri mövcuddur və bu mənzili təhvil verməməsi mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnməklə, əsassız yerə mənzilin yüklü saxlanılmasına gətirib çıxarmışdır. Digər tərəfdən məhkəmə cavabdehlər X18 və Cavabdeh2 münasibətdə mübahisəli mənzildə mövcud olmuş yaşayış və istifadə hüquqlarını vaxtilə itirdikləri üçün mənzildən çıxarılması nəticəsinə gəlmişdir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdəhəmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, mübahisəli mənzil cavabdehlər X18 və Cavabdeh2 atası X4 verilmiş, cavabdehlə isə onun ailə üzvləri kimi orada yaşamışlar. Hər iki cavabdehin izahatından aydın olur ki, onlar 2009-cu ildən əvvəl Bakı şəhərinə getmiş, orada yaşamış, orada ailə qurmuş və hər birinin evliliyi 10 il kimi bir müddət davam etmiş, daha sonra nikahları pozulmuşdur. Artıq bu hallar cavabdehlərin ailə qurub köçdükləri gündən mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi ilə nəticələnmişdir. Çünki ailə qurmaq mənzili müvəqqəti tərk etmək mənasına gəlmir və gəlin köçmək daimi olaraq mənzildən çıxmaq kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə cavabdehlərin nikahları pozulduqdan sonra həmin mənzildə daimi olaraq yaşaması barədə izahatlarını da inandırıcı hesab etmir. Onların mənzili təhvil verməməsi mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnməklə, əsassız yerə mənzilin yüklü saxlanılmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsinin balansında olan ünvan 1 ünvanında yerləşən yataqxanasında cavabdehlər Cavabdeh1 Hüseyn oğlu, Cavabdeh7 və Cavabdeh2 məcburi qaydada çıxarılmalı, iddia tələbi cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh5 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsinin cavabdehlər Cavabdeh1 Hüseyn oğluna, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh5 qarşı mənzildən məcburi çıxarılma tələbinə dair iddiası qismən təmin olunsun. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X34 İdarəsinin ünvan 1 ünvanında yerləşən yataqxanasında cavabdehlər Cavabdeh1 Hüseyn oğlu, Cavabdeh7 və Cavabdeh2 məcburi qaydada çıxarılsın. İddia tələbi cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh5 münasibətdə əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar