Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-432/2021 07.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3 və X1 Cavabdeh qarşı onlara məxsus torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən seriya MH ******* nömrəli çıxarışla onlara məxsus olan 0.1127 kv.m həyətyanı torpaq sahəsində Cavabdeh məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmiş, tələbin forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Belə ki, iddiaçılar İddiaçı1 və qeyriləri iddia tələbini onlara məxsus torpaq sahəsindən məcburi çıxarılma kimi qoysalar da, cavabdehin onların iddia tələbinə cavab verməli olduğunu təsdiq edən zəruri sənədlərini iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, torpaq sahəsindən məcburi çıxarılma kimi tələbin qoyulması qeyri-dəqiq tələb hesab olunur. Ona görə ki, torpaq sahəsinin üzərində müəyyən tikililərin olub-olmaması, cavabdehin həmin tikililərdə yaşayış-yaşamaması iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olmur. İddiaçılara iddia tələblərini konkretləşdirib yenidən ümumi məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş İddiaçı1 tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 31017 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3 və X1 Cavabdeh qarşı onlara məxsus torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı1 tərəfindən “Kapital Bank” Naxçıvan MR İdarəsi filialına xx.xx.2021-ci il tarixdə 31017 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-432/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-432/2021
07.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver