Məhkəmə qərarları › İş №2(078)-433/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-433/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-433/2022 08.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və iddiaçı X7 qanuni nümayəndəsi İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı və X7 Cavabdeh qarşı mənzildən cehiz əşyaları ilə birlikdə məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı və X19 məhkəmədə iddia qaldıraraq Cavabdeh onların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. 11 may 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı və X19 iddia tələbinin həcminin artırılması barədə ərizə imzalamış, tələbə Cavabdeh ona məxsus olan dəyəri 2369 manat olan cehiz əşyalarının da çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə ərizə nəzərə alınaraq iddia tələbinə Cavabdeh özünə məxsus olan dəyəri 2369 manat olan cehiz əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması çərçivəsində baxılmasına qərar verilmişdir. 24 may 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı və vəkili tələbin həcmi azaldılması barədə ərizə verilərək cehiz əşyalarının cavabdeh tərəfindən əksəriyyət hissəsinin götürülməsini nəzərə alıb cavabdehin bir ədəd şifoner və kamotdan ibarət cehiz əşyası ilə birlikdə məcburi qaydada çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 24 may 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmışdır. İddiaçılar İddiaçı və X19 iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerəşən 86.17 kv.metr yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 14 fevral 2022-ci il tarixli **********26-10301 dövlət reyestr nömrəsi ilə qeydiyyatdan keçirməklə tam mülkiyyət hüququ ilə ¾ hissəsi ona və ¼ hissəsi yetkinlik yaşına çatmayan qızı X10 məxsusdur. Cavabdeh oğlu X13 ilə 12 mart 2021-ci il tarixində rəsmi nikah qeydindən keçməklə nikahlarını rəsmiləşdirilmişlər. Cavabdeh 12 iyul 2021-ci il tarixdə ünvan 3 ünvan əvvəl mərhum həyat yoldaşı X2 adına olub. Bundan sonra vərəsəik qaydasında ¾ hissə ona və ¼ hissə qızı Nurayın adına qeydə alınıbdır. Nurayın 15 yaşı vardır və yetkinlik yaşına çatmayıb. Cavabdeh öz hərəkətəri ilə ona və qızına qarşı nalayiq sözlər işlətməkə onlarda qıcıq yaradır. Qızı məktəblidir və dərslərini oxuya bilmir. Cavabdehin saymamazlığı, ona və azyaşlı qızına qarşı təhqiredici nalayiq sözlərinə görə evindən çıxmasını desə deə evindən çıxmaq istəmir. İddiaçı öz tələbini əsaslandırmaq üçün mülki və mənzil qanunvericiliyin müvafiq norma və prinsiplərini, Azərbaycan Respublikasının Konstitusiyasının, Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək Cavabdeh Naxçıvan şəhəri 1-ci küçə ev 1d ünvanında yerləşən onların mülkiyyətərində olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iddiaçı və digər iddiaçı X7 qanuni nümayəndəsi İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ ilə ¾ hissəsi ona, ¼ hissəsi isə azyaşlı qızı X21ma məxsusdur. Cavabdeh oğlu X14 ilə 12 mart 2021-ci il tarixində rəsmi nikah qeydindən keçməklə nikahlarını rəsmiləşdirmişlər. Cavabdeh ünvan 5 ünvanında 12 iyul 2021-ci il tarixindən yaşayıb. ünvan 6 yerləşən daşınmaz əmlak həyat yoldaşı X4 adına olmuşdur. Həyat yoldaşı X11 xx.xx.2021-ci il tarixində vəfat edib. Bundan sonra vərəsəlik qaydasında ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın 3/4 hissəsi ona, 1/4 hissəsi isə X8 adına qeydə alınıb, X8 15 yaşı var yetkinlik yaşına çatmayıb. Cavabdeh qeyri etik hərəkətləri onda və qızında qıcıq yaradır, ona və azyaşlı qızına əxlaqsız nalayiq sözlər deyir. Qızı məktəblidir dərslərin oxuya bilmir ev şəraiti buna imkan vermir. Ləmanın saymamazlığı, ona və azyaşlı qızına qarşı təhqiredici nalayiq sözlərə görə evindən çıxmalarını xahiş etsə də mülkiyyətlərində olan evdən çıxmaq istəmirlər. Oğlu Emil, gəlini Ləman, nəvəso, qızı Nuray və özü bir evdə yaşayıblar. Gəlini nə onunla, nə də qızı ilə yola gedir. Onlara qeyri etik hərəkətlər edərək əsəblərini pozur. Oğlu isə bunlara göz yumur. Evdə birlikdə qətiyyən bir ailə kimi yola gedə bilmirlər. Hazırda gəlini və oğlu həmin evdə yaşamırlar. Söz-söhbətə görə gediblər, ancaq qayıdacaqlarını deyiblər. Gəlini özünə məxsus cehiz əşyalarını da məhkəmə iclası davam edən zamanda gəlib özü ilə aparıb. Yalnız cavabdehin bir, iki cehiz əşyası qalıb. İddianın təmin edilməsini cavabdehin evdən çıxmasını və özünə məxsus əksər cehiz əşyalarının da evdən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o həmin evə gəlin gəlmişdir. İddiaçı X3 Məhərrəmli ilə ailəlidir. Özü hazırda 8 aylıq hamilədir. İddiaçı və baldızı Nurayla onu yola vermirlər. Ancaq həyat yoldaşı Emilə görə bütün bunlara dözmüşdür. Əgər qayınanası onu evdən çıxartsa o heç bir şey edə bilməz. Hazırda 10 gündür mən demək olar ki, əşyalarının əksəriyyətini həmin evdən götürmüşdür. İddiaçının evində bir ədəd şifoneri, 1 ədəd mebel və içərisində də qabları qalır. Onları da tezliklə həmin evdən çıxardacaqdır. Demək olar ki daha həmin evdə heç bir əşyası qalmayacaq. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində göstərmişdir ki, iddiaçı Adgözəlova Cəmilə anası, Nuray bacısı, Cavabdeh isə arvadıdır. O ailə həyatı qurandan sonra atasına məxsus ünvan 5 ünvanında Cavabdeh ilə yaşamağa başlamışdır. Həmin vaxt atası sağ idi. Atası keçən ilin noyabr ayı rəhmətə getdi. Atası öldükdən sonra ondan qalan miras əmlakın özünə çatan hissəsindən anasının xeyrinə notariusda imtina etməmişdir, sadəcə anasının adına sənədləşməsinə etirazının olmadığını bildirmişdir. Lakin nə anası, nə də bacısı evdə onu və həyat yoldaşı Ləmanı yola vermirlər. Dəfələrlə bu barədə anası ilə arasında ciddi narazılıqlar yaranıb. Vəziyyət elə bir həddə çatıb ki, o Ləmanla birlikdə evdən çıxıb başqa bir yerdə müvəqqəti yaşayırlar. Ləman hamilədir. Yaxında bir övladları da olacaq. Anası bir valideyn kimi nə ona nə də gəlininə hörmət bəsləmir. Atasının evində yaşamışdır və onu o evdən heç kim çıxara bilməz. Əgər anası Ləmanın həmin evdən çıxmasını istəmirsə bəs onun ailə vəziyyəti neçə olacaq?. Görəsən anası onlara qarşı belə bir iddia qaldıranda heç fikirləşib ki, övladını hansı vəziyyətə salır.? Bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Naxçıvan MR Nazirlər kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 7 ünvanında yerləşən 86.17 kvadrat metr olan mənzilin ¾ hissəsi İddiaçı və ¼ hissəsi X9 adına daşınmaz əmlakın dövlət reyestrində 12/6 nömrəli reyestr kitabında 1190 nömrəli vərəqində 14 fevral 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 18 mart 2022-ci il tarixli 544 nömrəli arayışından aydın olur ki, X1 şəhəri İstiqlal küçəsi ev 56 mənzil 62 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxənbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 28 fevral 2022-ci il tarixli 335 nömrəli arayışından aydın olur ki, Məhərrəmli (Hüseynova) X18 şəhəri Qaraxənbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 22 fevral 2022-ci il tarixli 386 nömrəli arayışından aydın olur ki, İddiaçı Naxçıvan şəhəri 1-ci küçə 1 D ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X20 04 mart 2007-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, atası X12, anası İddiaçıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X15 ilə X16 12 mart 2021-ci il tarixdə 65 nömrəli nihak bağlamışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli mənzil 14 fevral 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X9 adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Məhkəmə cavabdehlə iddiaçının övladı(digər iddiaçının qardaşı) X5 rəsmi nikah qeydiyyatından 2021-ci il tarixdə keçərək mənzilə gəlin gəldiyi tarixi nəzərə alıb hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqeyinə uyğun olaraq iddiaçıların tələbinə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Dogər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin iş üzrə Cavabdeh iş üzrə iddiaçıların ailə üzvü deyil və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərdən biri olmasını sübut edə bilməmişdir. Belə olan təqdirdə iş üzrə iddiaçılar İddiaçı və X20 xüsusi mülkiyyətindəki mənzildən iş üzrə Cavabdeh məcburi qaydada çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə iddiaçılar İddiaçı və X20 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən X23 Filialına 18 mart 2022-ci il tarixli 6555 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat və 10 may 2022-ci il tarixdə 23892 nömrəli qəbzlə 44 (qırx dörd) manat dövlət rüsumu, cəmi 144 (bir yüz qırx dörd) manat Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı və X7 Cavabdeh qarşı cehiz əşyaları ilə birlikdə mənzildənn məcburi qaydada çıxarılması tələbinə dair iddia təmin olunsun. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən özünə məxsus cehiz əşyaları ilə birlikdə məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən X23 Filialına 18 mart 2022-ci il tarixli 6555 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat və 10 may 2022-ci il tarixdə 23892 nömrəli qəbzlə 44 (qırx dörd) manat dövlət rüsumu, cəmi 144 (bir yüz qırx dörd) manat Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar