Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-445/2022 20.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X4 26 iyul 1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, valideynləri X9 və X24 1960-cı illərin əvvəllərində ailə qurublar. Onların bu evliliyindən 1963-cü ildə bacısı X5 doğulmuşdur. Atası ilə anası 1967-ci ildə nikahlarını rəsmi olaraq qeydiyyatdan keçiriblər. Bundan sonra 1968-ci ildə o, 1970-ci ildə isə X2 doğulmuşdur. 1972-ci ildə valideynləri boşanıblar. Sonra anası ikinci dəfə ailə qurub. X2 bir müddət Rusiya Federasiyasında yaşayıb. O 1999-cu ildə Naxçıvan şəhərinə qayıtmış və 26 iyul 1999-cu il tarixdə burada Naxçıvan şəhərində vəfat etmişdir. Onu Naxçıvan şəhər qəbiristanlığında dəfn etmiş, yasını da anasının Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 25 ünvanında yerləşən 44 nömrəli mənzilində saxlamışlar. Heç biri heç vaxt bacısı Nəzakət Novruzovanın ölüm haqqında şəhadətnaməsinin alınması ilə maraqlanmamışlar. Həmin şəhadətnamənin gələcəkdə onlara lazım olacağını düşünmürdülər. 2020-ci ildə vəfat etmiş anaları X12 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili var. Həmin mənzil vərəsələr tərəfindən qəbul edilməlidir. Bu səbəbdən də X1 ölüm haqqında şəhadətnaməsi tələb olunur. X1 Naxçıvan şəhər qəbiristanlığında dəfn olunması Naxçıvan şəhər Vətəndaşlara Dəfn Xidməti Bürosunun 04 fevral 2022-ci il tarixli arayışları ilə təsdiq olunur. X2 vəfat etdiyindən onun ölüm qeydiyyatının aparılması barədə Naxçıvan şəhər 2 saylı Nikah evinə göndərdiyi ərizəsinə cavab verilərək ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdə ölüm qeydinin aparıla biləcəyini, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda isə ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilməklə ölüm faktının qeydə alınmasından imtina edilmişdir. Naxçıvan Muxtar Respublikası X38 Naxçıvan şəhər Poliklinikası X39n xx.xx.2022-ci il tarixli, 36 nömrəli məktubundan məlum olur ki, X4 ölümü ilə bağlı müraciət olunmamış, poliklinikada ölüm haqqında məlumat olmadığından X4 ölümü haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. X1 26 iyul 1999-cu ildə Naxçıvan şəhərində vəfat etməsini və Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmasını bacıları X15 və X13 təsdiq edə bilərlər. Nəzakət Novruzovanın 26 iyul 1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən olunması məhkəmə qətnaməsi ilə təsdiq olunmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxsin nümayəndəsi tərəfindən 07 iyun və 21 iyun 2022-ci il tarixlərdə məhkəməyə eyni məzmunlu məktublar göndərilərək həmin məktublarda işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılmasını və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan məktubları nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla Naxçıvan Şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı ərizəçinin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində onun 1999-cu ildə 4 saylı Mənzil İstismar İdarəsində baş mühəndis vəzifəsində işlədiyini, mərhum Nəzakətin o ərazidə yaşadığını bildiyini, onun Nəzakətin anası Südabə müəlliməni tanıdığını, ərazini gəzdiyi vaxt Südabə müəllimənin qızı Nəzakətin rəhmətə getdiyini ona bildirdiklərini, özünün də həmin yasda iştirak etmək üçün yas mərasiminə getdiyini, kişilər üçün yas mərasiminin Südabə müəllimənin qonşusunun, qadınlar üçün isə yas mərasiminin Südabə müəllimənin öz evində keçirildiyini, mərhum Nəzakətin hansı səbəbdən öldüyünü bilmədiyini, Nəzakətin Naxçıvan şəhər qəbiristanlığında dəfn edildiyini, Nəzakətin dəqiq ölüm gününü xatırlamadığını, lakin onun 1999-cu ildə öldüyünü xatırladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində mərhum X4 ögey bacısı olduğunu, Novruzova Nəzakətin 1970-ci ildə Naxçıvan şəhərində anadan olduğunu, onun 1999-cu ildə Naxçıvan şəhərində vəfat etdiyini, Nəzakətin Naxçıvan şəhər qəbiristanlığında dəfn olunduğunu, yas məclisinin qadınlar üçün anası Südabənin evində yəni ünvan 2 ünvanında, kişilər üçün isə qonşularının evində təşkil olunduğunu bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X9, anası X11r. -İş materiallarına əlavə edilmiş Х-ЖГ seriyalı, 418827 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 qızı 27 may 1970-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X9, anası X11r. -İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 iyun 2020-ci il tarixli, AZ-İ seriyalı, 749560 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X12 xx.xx.2020-ci il tarixdə ürək qan dövranı çatmamazlığından Naxçıvan şəhərində ölmüşdür. -İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 05/Q-79/15 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan şəhər 2 saylı Nikah Evinə arxivində akt qeydləri kitabı 1936-cı ildən saxlanılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən X4 ölüm qeydiyyatının aparılması mümkün deyil. -İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X38 Naxçıvan Şəhər Poliklinikası X39 tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli, 36 nömrəli məktubda X4 ölümü ilə bağlı müraciət olunmadığı, Poliklinikada ölümünə dair heç bir məlumat tapılmadığı, bu səbəbdən də X4 ölümü haqqında tibbi şəhadətnamənin sənədini təqdim edə bilmədikləri qeyd olunmuşdur. -İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil İstismar İdarəsinin 08 fevral 2022-ci il tarixli, 153 nömrəli arayışından X12 Ərizəçi, X15, X14, X17, X5, X6 adlı vərəsələri olduğu məlum olur. -İş materiallarında olan Naxçıvan MR X34 tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli, 535835 nömrəli çıxarışda X9 ilə X7 1967-ci ildə nikahın bağlanması qeyd edilmişdir. -İş materiallarında olan Naxçıvan MR Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli çıxarışda X9 ilə X7 xx.xx.1972-ci ildə nikahının pozulması qeyd edilmişdir. -İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli 27 nömrəli arayışda qeyd olunur ki, X6 1999-cu ildə Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. -İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli, 27 nömrəli arayışda qeyd olunur ki, X6 1999-cu il tarixdə Naxçıvan şəhər Qəbirstanlığında aşağıda adları göstərilən qəbirlərin yanında dəfn olunub: -Sol tərəf: X24 1950-2020 -Sağ tərəf: X18 1958-1998 -Baş tərəf :X19 1970-1998 -Ön tərəf: X8 1948-1967 -İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli, 250 nömrəli məktubda qeyd olunur ki, X4 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində « X6 1970- 1999 yazılar qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 27 may 1970-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X4 26 iyul 1999-cu ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 27 may 1970-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X4 26 iyul 1999-cu ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-445/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-445/2022
20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver