Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-447/2024 02.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddia ərizəsinin baxılmamış saxlanılması haqqında Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin bağlanmış hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı1 nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, 59-cu məhəllə 39 ünvanında yerləşən Cavabdeh adına olan 0.06 ha torpaq sahəsi barədə onlar arasında müqavilənin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, 59-cu məhəllə 39 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə onun adına çıxarışın verilməsinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadı ilə, İddiaçı1 Cavabdeh qarşı müqavilənin bağlanmış hesab olunması, Naxçıvan şəhəri 59-cu məhəllə, 39 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə İddiaçı1 adına çıxarışın verilməsinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi Naxçıvan şəhəri 59-cu məhəllə, 39 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə İddiaçı1 adına çıxarışın verilməsinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsinə münasibətdə yolverilməz olduğundan qəbul edilməkdən imtina edilərək İddiaçı1 Naxçıvan şəhəri 59-cu məhəllə, 39 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə İddiaçı1 adına çıxarışın verilməsinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsi tələbi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmə hüququnun izah edilməsinə qərar verilmişdir. 30 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı İddiaçı2 şahid qismində ifadə verən zaman müəyyən edilmişdir ki, Cavabdeh iş hazırki iddia predmetinə münasibətdə məsələni müzakirə edən və bilavasitə iştirakçı olan, daha sonra cavabdeh tərəfindən torpaq sahəsinə dair etibarnamə verilən İddiaçı2 olmuş, ikinci etibarnamə İddiaçı1 verilmişdir. Belə olan halda İddiaçı2 İddiaçı1 ilə birgə iddiaçı qismində işə cəlb edilməsinə dair iddia tərəfindən razılıq ərizəsi təqdim olunmuş, məhkəmənin 30 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı2 iddiaçı qismində məhkəmə prosesinə cəlb olunmuşdur. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, İddiaçı2 da imzaladığı ərizəni təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil və İddiaçı2 iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyinə və Cavabdeh da işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, İddiaçı1 tərəfindən 23 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin bağlanmış hesab olunması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən 23 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-447/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-447/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver