Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-461/2022 17.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi X12 vəkili və nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi X12 miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi X27 ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 11 mənzil 32 ünvanında yerləşən evin xalası X17 məxsus olan ½ hissədə payının miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs3 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən ərizəçi X27 ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, anası X28 25 yanvar 2017-ci il tarixdə, xalası X29 isə 08 iyul 2017-ci il tarixlərdə ölmüşdür. O tək övladdır, xalası X29 ailə qurmamışdır. Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən ev anasının və xalasının paylı mülkiyyətlərində olaraq hər birinin həmin evdə ½ hissədə payları olmuşdur. O mərhum anası X13 yeganə vərəsəsi olaraq vərəsəlik şəhadətnaməsi əsasında onun 1/2 hissədə payını 04 fevral 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** nömrə və **********38-05101-093001 reyestrlə adıma rəsmiləşdirib, çıxarış almışdır. Buna baxmayaraq mərhum xalası X14 da evin ½ hissəsində olan payını faktiki olaraq qəbul edib, hal-hazırda da orada yaşamaqla istifadə edir. Anası Baharla, xalası Səlbinin baxmayaraq ki, Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində hər birinin ½ hissədə payları vardı, onlarla bərabər onlar ölənə kimi və onlar öləndən də sonra həmin evdə yaşayır. Evin giriş-çıxışı bir olduğu kimi işığın, qazın və suyun sayğacları da birdir və birlikdə istifadə olunurdu, hansına düşdüsə kommunal xərcləri də o ödəyirdi. İndi də o evdə yaşayır, bütün kommunal xərcləri və sığortanı ödəyir. Xalası Səlbinin mərhum anası Bahardan başqa bir nəfər bacısı və üç nəfər qardaşı var. Naxçıvan şəhərində yaşayan qardaşları Maraqlı şəxs2 və Maraqlı şəxs1 notarial qaydada mirasın qəbulundan imtina barədə ərizə veriblər. Digər qardaşı Maraqlı şəxs3 Bakı şəhərində yaşayır. X1 isə harada yaşaması ona məlum deyil, onların heç biri nə anası Baharın, nə də ki, xalası Səlbinin yas mərasimlərində gəlib iştirak etməyiblər. Bu günədək maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmləşdirmə aparıb xalasının da evə ½ hissədə miras qalmış payını adına sənədləşdirə bilməmişdir. Mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər birinci Notariat Ofisinə müraciət etmiş, Naxçıvan şəhər birinci Notariat Ofisinin 09 mart 2022-ci il tarixli, 42 nömrəli məktubunda mirasın qəbul edilməsi faktının məhkəmə tərəfındən müəyyən olunduğu bildirilmişdir. Sədrlik edənin sualına cavab olaraq ərizəçi bildirmişdir ki, hazırda ailəlidir və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Anası 2017-ci ildə rəhmətə getmiş, onun ardından 6 ay sonra xalası Səlbi rəhmətə getmişdir. Dayıları Maraqlı şəxs2 və Maraqlı şəxs1 notarial qaydada mirasın qəbulundan imtina barədə ərizə vermişlər. X31 heç ümumiyyətlə görməmişdir. Anası ilə xalası həmişə deyirdilər ki, ondan neçə illərdir xəbər yoxdur. Guya deyirlər ki, Rusiya Federasiyasında yaşayır. Ancaq o da dəqiq məlum deyil. Digər dayısı Abdulla yataq xəstəsidir və Bakı şəhərində yaşayır, onun mirasla bağlı heç bir narazılığı yoxdur. Sadəcə qalxıb notariusa ərizə verə bilmir. Anası Bahar 2000-ci ildə Türkiyə Respublikası vətəndaşı ilə ailə qurubdur. O Ankara şəhərində doğulmuşdur. Sonra anası onu da götürüb Naxçıvana qayıdıbdır. Ərizəçi X3 qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsi X5 ərizəni müdafiə edərək ərizəçinin izahatına əlavəsi olmadığını bildirib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və hər hansı münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X18 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur, eyni blokda yaşayırlar. Ərizəçinin anası Bahar 2017-ci ildə vəfat etdi. Onun ardından çox qısa vaxta da bacısı Səlbi rəhmətə getdi. Onların bacı qardaşları vardı. Ancaq az-az onları görmüşdür. Mərhumların yas mərasimində də yaxından iştirak etmişdir. Mələk uşaqlıqdan anası və xalası Səlbi birlikdə həmin evdə yaşayırdı. Bahar vəfat etdikdən sonra Mələk və xalası Səlbi həmin evdə yaşadı. Sonra Səlbi vəfat etdi. Mələk bir müddət tək yaşadı, sonra isə ailə qurub ailəsi ilə birlikdə həmin evdə yaşayır. Neçə illərdir ki, ərizəçinin xalası olan Kəmaləni heç görməmişdir. Harada olduğu barədə də məlumat yoxdur. Məhkəmə baxışı iclasında şahid X15 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Eyni blokda yaşayırlar. Ərizəçinin anası Bahar 2017-ci ildə vəfat etdi. Onun ardından çox qısa vaxta da bacısı Səlbi rəhmətə getdi. Onların bacı qardaşları vardı. Ancaq onları az-az görmüşdür. Mərhumların yas mərasimində də yaxından iştirak etmişdir. Mələk uşaqlıqdan həmin evdə yaşayıb. Mələk, anası və xalası Səlbi bir yaşayırdılar. Bahar vəfat etdikdən sonra Mələk və xalası Səlbi həmin evdə yaşadı. Sonra Səlbi vəfat etdi. Mələk bir müddət tək yaşadı, sonra isə ailə qurub ailəsi ilə birlikdə yaşamağa başladı. Ərizəçinin xalası olan Kəmaləni heç görməmişdir. Bacıları həmişə deyərdilər ki, onun harada olduğunu bilmirlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin, onun vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən aydın olur ki, X22 ilə X8 11 yanvar 1957-ci ildə nikah bağlamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X28 10 mart 1968-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X22, anası X6r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X29 16 iyun 1959-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X22, anası X6r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X22 29 sentyabr 1998-ci ildə ağciyər ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 06.10.1998-ci il tarixdə 226 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evinin müdiri tərəfindən 21.02.2022-ci il tarixdə verilmiş 327447 nömrəli Çıxarışdan aydın olur ki, X8 14.02.1976cı il tarixdə kəskin leykoz xəstəliyi ilə vəfat etmiş, bu barədə ölüm kitabının 17.03.1976-cı il tarixdə 32 nömrəli akt qeydi icra edilmişdir. Şəxsin qeydiyyat nümunəsinin Azərbaycan dilinə tərcümə edilmiş surətindən aydın olur ki, X28 10.03.1968-ci ildə doğulmuş, ata adı Əhməd, ana adı Şəfiqədir. 31.10.2001-ci ildə Ankara Mərkəz 4 ailə hüquq məhkəməsinin qərarına görə boşanmışdır, 25 yanvar 2017-ci ildə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə olunmuş surətindən aydın olur ki, Rüstəmli Mələk Turan qızı xx.xx.2001-ci ildə Altındağda doğulmuşdur, X46 və anası Babayeva Bahardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X28 25 yanvar 2017-ci ildə qaraciyər çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 07.02.2017-ci il tarixdə 61 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evinin müdiri tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli 317 nömrəli arayışdan aydın olur ki, 25.01.2017-ci ildə vəfat etmiş X13 ailə vəziyyətinin yoxlanılması məqsədilə 31.10.2001-ci ildən 25.01.2017ci ilədək aparılmış yoxlama məlumatlarında nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 15.02.2022-ci il tarixli 01/0238 nömrəli arayışdan aydın olur ki, mərhum X13 Naxçıvan şəhəri, ünvan 3 ünvanında müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X22-atası-vəfat edib;
2. X8-anası-vəfat edib;
3. X33-qızı-2001; Şəxsin qeydiyyat nümunəsinin Azərbaycan dilinə tərcümə edilmiş surətindən aydın olur ki, X19 16.06.1959-cu ildə doğulmuş, ata adı Əhməd, ana adı Şəfiqədir. 07.12.1998ci ildə Türk vətəndaşı X7 ilə evlənmişdir, əri Emrullah Kılıçaslan 25.07.2002-ci ildə vəfat etmiş, Səlbi Babayeva 18.07.2017-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X29 08 iyul 2017-ci ildə sirkə turşusundan zəhərlənmə-intihar Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 18.07.2017-ci il tarixdə 279 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evinin müdiri tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli 230 nömrəli arayışdan aydın olur ki, 18.07.2017-ci ildə vəfat etmiş X14 ailə vəziyyətinin yoxlanılması məqsədilə 25.07.2002-ci ildən 18.07.2017ci ilədək aparılmış yoxlama məlumatlarında nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 15.02.2022-ci il tarixli 01/0239 nömrəli arayışdan aydın olur ki, mərhum X14 Naxçıvan şəhəri, ünvan 3 ünvanında müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X22-atası;
2. X8-anası;
3. X9-keçmiş əri; 4.Maraqlı şəxs1-qardası-1962;
5. X23-bacısı-1965;
6. X28-bacısı;
7. Maraqlı şəxs2-qardası-1971;
8. Maraqlı şəxs3-qardası-1957. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər ünvan 1 ünvanında yerləşən 54.32 kvadrat metr sahəsi olan mənzilin ½ hissəsi 04 fevral 2022-ci il tarixdə X12 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mənzilin ½ hissəsi X14 adında qalmışdır. Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən 21.02.2022-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, 08 iyun 2017-ci ildə vəfat edən X11 miras qalan əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etməmişdir, etmir, etmək niyyətində deyil. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Naxçıvan şəhəri bir saylı Notariat Ofisi tərəfindən ərizəçi X16 28.02.2022-ci il tarixli məktubuna 09 mart 2022-ci il tarixdə verilmiş 42 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 15.02.2022-ci il tarixli 01/0241 nömrəli arayışdan aydın olur ki, X2 şəhəri ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 01 mart 2022-ci il tarixli 018/39-1252 nömrəli məktubu üzrə MAPS üzrə məlumat şöbəsinin arayışından aydın olur ki, 26.06.1965-ci ildə anadan olan X10 qeydiyyatda olduğu ünvan üzrə məlumat yoxdur. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 09 mart 2022-ci il tarixli MAPS üzrə məlumat şöbəsinin arayışından aydın olur ki, xx.xx.1957ci ildə anadan olan Maraqlı şəxs3 ünvan 6 ünvanında qeydiyyatdadır. . Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qruplarına aid olan fiziki şəxslərlə bağlanan 19 fevral 2022-ci il tarixli müqavilədən aydın olur ki, müqavilə Naxçıvan şəhəri ünvan 3 ünvanı üzrə X27 ilə bağlanmışdır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 18 fevral 2022-ci il tarixli müqavilədən aydın olur ki, müqavilə Naxçıvan şəhəri ünvan 5 ünvanı üzrə X27 arasında bağlanmışdır. Energetika Agentliyi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının 18 fevral 2022-ci il tarixli birtipli müqaviləsindən aydın olur ki, həmin müqavilə Naxçıvan şəhəri Babək məhəlləsi 11-32 ünvanı üzrə X34 arasında bağlanmışdır. BA 051914 nömrəli 16.02.2022-ci il tarixli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən aydın olur ki, Naxçıvan şəhəri ünvan 3 ünvanı X30 tərəfindən sığorta edilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyriformal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X14 vəfatından sonra ondan qalmış Naxçıvan şəhəri, ünvan 9 ünvanında yerləşən mənzilin ½ hissəsi miras əmlak olaraq ərizəçi X27 tərəfindən qəbul edilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X14 vəfatından sonra Naxçıvan şəhəri, ünvan 9 ünvanında yerləşən mənzildə ərizəçi X34 yaşamış və hazırda yaşamaqda davam edir. Bu hal ərizəçinin izahatı ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq ərizəçi X12 miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə ərizəçi X27 xalasının vəfatından sonra həmin mənzildə yaşamış, evin kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 11 mənzil 32 ünvanında yerləşən mənzilin mərhum X17 məxsus olan ½ hissəsinin ərizəçi X27 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Ərizə təmin edilsin. Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 11 mənzil 32 ünvanında yerləşən mənzilin mərhum X17 məxsus olan ½ hissəsinin ərizəçi X27 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva