Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-478/2022 30.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.9 m2 olan fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ümumi sahəsi 51.9 m2 olan fərdi yaşayış evi onun mülkiyyətinə verilmişdir. O əvvəllər həyat yoldaşı ilə həmin mənzildə yaşayırmış. 2007-ci ildə onun oğlu X1 Gülnar Namiq qızı ilə ailə qurmuşdur. Onlar evləndikdən sonra onun mülkiyyətində olan iki otaqlı fərdi yaşayış evini yaşamaq üçün onlara vermişdir. Son bir neçə ildir ki, iddiaçı başqa ünvanda yaşayır. Rövşən və Gülnarın xasiyyətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən 17 dekabr 2021-ci il tarixdə 169 nömrəli qeydlə nikah aktı pozulmuşdur. Nikahın ləğvindən sonra Rövşən Bakı şəhərinə köçərək orada yaşamağa başlamışdır. Gülnar isə uşaqlarla birlikdə valideynlərinin himayəsində yaşamağa başlamışdır. İddiaçı son zamanlar ağır xəstə olduğundan yaşadığı mənzil şəraitsiz olduğundan orada yaşamaq mümkün olmamışdır. Bu səbəbdən öz evinə qayıtmaq istəyir. Lakin sabiq gəlini onu mülkiyyətində olan fərdi yaşayış evinə buraxmır. Onun iki otaqlı mənzilini bir otaqlı edərək onun yaşadığı otağını mənimsəmişdir. Gülnar valideynlərinin himayəsində yaşasa da onun da mənzilində arabir yaşamaqla onun həmin mənzildə yaşamağına maneələr yaradır və onu öz mülkiyyətində olan mənzilində yaşamağa qoymur. Dəfələrlə ona bu barədə xəbərdarlıq etsə də o iddiaçının tələbinə məhəl qoymayaraq onun mülkünü qanunsuz olaraq zəbt edir. Belə olan halda qərara gəlmişdir ki, cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən məcburi çıxarılmalıdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında iddiaçının oğlu ilə aralarında olan nikahın pozulduğunu, birgə nikahdan olan 5 uşağın onun yanında saxlanıldığını, hazırda övladları ilə birlikdə iddiaçının mülkiyyətində olan evdə yaşadıqlarını, onun həmin evdən başqa yaşayış yeri olmadığını, Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə ona və uşaqlarına iddiaçının mülkiyyətində olan evdən yaşayış və istifadə hüququ verildiyini, həmin qətnamə əsasında verilmiş istifadə hüququna əsasən hazırda iddiaçının mülkiyyətində olan evdə yaşadığını, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin yalan olduğunu, özünün iddiaçıya mülkiyyətində olan evdən istifadə etməyə maneə yaratmadığını, sadəcə olaraq iddiaçının onu mübahisəli mənzildən çıxarmaq üçün bu cür yalanlar uydurduğunu, əksinə iddiaçının onun həmin mənzildən istifadə etməsinə maneçilik törətdiyini, 5 uşaqla yaşayacaq başqa yeri olmadığını, yalnız iddiaçı ona ədalətli məbləğdə pul ödəsə onun da həmin pulla özünə ev alıb iddiaçının evindən çıxa biləcəyini, əks təqdirdə istifadə hüququ olduğu üçün həmin evdə də yaşayacağını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edən məhkəmə müəyyən edir ki, X6 ilə Cavabdeh arasında olan nikahın pozulması, cavabdehin iddiaçının keçmiş gəlini olması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması, cavabdehin uşaqları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - mülki iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli, AZ-İ seriyalı, 401077 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, 17 dekabr 2021-ci il tarixdə bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeydin aparılması; -mülki iş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsində yerləşən 4A nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 474 nömrəli vərəqində qeydiyyata alınması; - mülki iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-733/2021 nömrəli qətnaməsindən Cavabdeh övladları 23 mart 2010-cu il təvəllüdlü X9, 16 sentyabr 2011-ci il təvəllüdlü X7, 16 noyabr 2013-cü il təvəllüdlü X4, 26 sentyabr 2015-ci il təvəllüdlü X5 və 30 may 2020-ci il təvəllüdlü X2 ilə birlikdə cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsində yerləşən 4A nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququ verilməsi aydın olur. İşin mübahisəli halı isə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.9 m2 olan fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılmasını tələb etməsidir. İşin mübahisəli halının həlli ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-733/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Həmin qətnamə ilə də yuxarıda qeyd olunduğu kimi Cavabdeh övladları 23 mart 2010-cu il təvəllüdlü X9, 16 sentyabr 2011-ci il təvəllüdlü X7, 16 noyabr 2013-cü il təvəllüdlü X4, 26 sentyabr 2015-ci il təvəllüdlü X5 və 30 may 2020-ci il təvəllüdlü X2 ilə birlikdə cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsində yerləşən 4A nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququ verilmişdir. İddiaçı hazırda məhkəməyə cavabdehin mənzildən çıxarılması tələbi ilə müraciət edərkən iddia ərizəsinə cavabdehə verilmiş qeyd olunan istifadə hüququna xitam verilməsi ilə bağlı hər hansı bir sübut əlavə etməmişdir. Belə olan halda cavabdehin mübahisəli mənzildən yaşayış və istifadə hüququ olduğundan, həmin yaşayış və istifadə hüququna xitam verilmədiyindən cavabdeh mübahisəli mənzildən çıxarıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı cavabdehin fərdi yaşayış evindən çıxarılmalı olması ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin məhkəməyə sübut qismində təqdim etdiyi məhkəmə qətnaməsindən isə onun mübahisəli mənzildən yaşayış və istifadə hüququnun olması aydın olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-478/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-478/2022
30.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver