Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-480/2022 18.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi X6 iştirakı ilə, Ərizəçinın miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X9 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, X3 1963-cü ildə, anası isə 1966-cı ildə vəfat etmişdir. ünvan 4 miras qalmışdır. O, sözügedən evdə atasının sağlığında və onun ölümündən sonra sonra yaşamışam, mirası qəbul və idarə etmişdir. Mirasın onun tərəfindən qəbul olunmasını qaz, işıq, su müqavilələri, elektrik enerjisindən sərf olunma ilə bağlı müqavilələr, sığorta müqavilələri, ödəmə qəbzləri də təsdiq edir və o, həmin müqavilə və qəbzləri ərizəsinə sübut növü olaraq əlavə etmişdir. Mirası qəbul etsə də miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir, ona görə də miras hüquqlarının tanınması üçün məhkəməyə müraciət edir. Mirasın vərəsələri o, bacıları-X10 və X13r. Naxçıvan şəhər bir saylı notariat ofisindən mirasın qəbulu ilə bağlı etdiyi müraciətə 15 fevral 2022-ci il tarixdə verilən cavabda aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 4, 37 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3nun adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 03.06.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Babək Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək bacısı X11 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildiyini, onun hüquq və mənafelərini qoruya bilmədiyini, həmçinin onun baxıma, qayğıya ehtiyacı olduğunu bildirərək bacısı X11 qəyyumu təyin edilməsini xahiş etmiş, Babək Rayon İcra Hakimiyyəti başçısının 09 fevral 2022-ci il tarixli, 22 nömrəli Sərəncamına əsasən bacısı X11 qəyyumu təyin edilmişdir. Xalidənin qızı Bakı şəhərinə köçdüyü üçün anasını yəni Xalidəni də özü ilə aparmışdır. Xalidə alzaymır xəstəliyindən əziyyət çəkir, ümumiyyətlə heç kimi tanımır. Digər bacısı Hamayə də Bakı şəhərində ailəsi ilə birgə yaşayır. Ərizəçi sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsi X14 ərizəni müdafiə edərək ərizəçinin izahatına əlavəsi olmadığını bildirib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs X9 qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, məhkəmənin ünvanına 13.05.2022ci il tarixdə teleqram ünvanlanmışdır. Teleqramda qeyd etmişdir ki, miras əmlak həqiqətən də Nizami tərəfindən qəbul edilmişdir. O, miras əmlakın Nizaminin adına keçməsinə etiraz etmir və mirasla bağlı heç bir iddia və tələbi yoxdur. Məhkəmə maraqlı şəxs X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X19 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. O, iddiaçının mərhum valideynlərini görməmişdir. Nizaminin iki bacısı olduğunu, onlardan birinin hərdən sözügedən evə gəldiyini görmüşdür. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Çox yaxşı münasibətləri var. İllərdir ki, həmin evdə yalnız Nizami və onun ailəsinin yaşadığını görmüşdür. Ərizəçinin ata-anasını görməmişdir. Ərizəçinin iki bacısı var, biri xəstə olmalıdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin, onun vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, maraqlı şəxsin teleqramını, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 28.04.2021-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 165122 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X12 07.07.1963-cü il tarixdə tuberklyoz diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 23.07.1963-cü il tarixdə 02 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan 18.10.2021-ci il tarixdə verilmiş çıxarışdan aydın olur ki, Ərizəçi xx.xx.1954-cü ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 01.02.1957-ci ildə 65 nömrəli akt qeydi aparılmışdır. X3 və anası X1r. İş materiallarına əlavə olunmuş 18.10.2021-ci il tarixdə verilmiş çıxarışdan məlum olmuşdur ki, X2 27.04.1966-cı il tarixdə hipertoniya diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 10.05.1966-cı il tarixdə 02 nömrəli akt qeydi icra edilmişdir. 24.05.2021-ci ildə tərtib olunmuş 19936 inventar nömrəli Fərdi yaşayış evinin texniki pasportunun surətindən məlum olur ki, ünvan 13 X7 adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər Xətai məhəlləsi, döngə 4də 0.2319 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 230.19 kv.m olan 37 nömrəli fərdi yaşayış evi 03.06.2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X7 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21.02.2022-ci il tarixli 05/344 nömrəli arayışdan aydın olur ki, mərhum X7 ünvan 3 ünvanında müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X2-həyat yoldaşı-vəfat edib;
2. X9-qızı-1945;
3. X18-qızı-1952;
4. Ərizəçi-oğlu-1954. X9 tərəfindən 05.11.2021-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, 07.07.1963-cü ildə vəfat edən miras qoyan X3ndan miras qalan əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etməmişdir, miras əmlaka sahiblik etməmişdir, onun idarəçiliyində iştirak etməmişdir və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. Ərizə H.Fərzəliyevanın əvəzinə onun nümayəndəsi X15 tərəfindən imzalanmışdır. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti başçısının 09 fevral 2022-ci il tarixli, 22 nömrəli Sərəncamı ilə məhkəmənin müvafiq qətnaməsi əsasında X11 fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən Ərizəçi X11 qəyyumu təyin edilmişdir. Naxçıvan şəhəri bir saylı Notariat Ofisi tərəfindən Ərizəçi 14.01.2022-ci il tarixli məktubuna 15.02.2022-ci il tarixdə verilmiş 29 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05.02.2022-ci il tarixli 05/296 nömrəli arayışdan aydın olur ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. "xxxx" ASC-nin Su təhcizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 01 yanvar 2006-cı il tarixli və 1 fevral 2011-ci il tarixli 2548 nömrəli müqavilələrindən aydın olur ki, müqavilələr Naxçıvan şəhəri Xətai 4/37 ünvanı üzrə Ərizəçilə bağlanmışdır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 23 yanvar 2007-ci il tarixli və 30 iyul 2015-ci il tarixli müqavilələrdən aydın olur ki, müqavilə Naxçıvan şəhəri Xətai 4/37 ünvanı üzrə Ərizəçilə bağlanmışdır. Energetika Agentliyi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının 4 fevral 2012-ci il tarixli və 27 sentyabr 2016-cı il tarixli birtipli müqavilələrindən aydın olur ki, həmin müqavilə Naxçıvan şəhəri Xətai 4/37 ünvanı üzrə Ərizəçi arasında bağlanmışdır. BA 070885 nömrəli 12.09.2014-cü il tarixli, BA 110865 nömrəli 22.12.2015-ci il tarixli, BA 183359 nömrəli 20.07.2018-ci il tarixli, BA 222717 nömrəli 18.10.2019-cu il tarixli, BA 016497 nömrəli 23 dekabr 2020-ci il tarixli, BA 044318 nömrəli 07 dekabr 2021ci il tarixli Daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrindən aydın olur ki, ünvan 4 ünvanı Ərizəçi tərəfindən sığorta edilmişdir. İş materiallarından olan elektrik, qaz və su sərfiyyatının ödənilməsinə dair qəbzlərdən aydın olur ki, qəbzlər Ərizəçi tərəfindən ödənilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyriformal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X7 vəfatından sonra ondan qalmış ünvan 11 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul edilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X7 vəfatından sonra ondan qalan miras əmlakda Ərizəçi faktiki qəbul edərək yaşamış və hazırda yaşamaqda davam edir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi atasının vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, evin kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən mərhum X5 miras qalan 230.19 kv.m tikili və 0.2319 ha torpaq sahəsi olan daşınmaz əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Ərizə təmin edilsin. ünvan 13 ünvanında yerləşən mərhum X5 miras qalan 230.19 kv.m tikili və 0.2319 ha torpaq sahəsi olan daşınmaz əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva