Məhkəmə qərarları › İş №2(078)-487/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-487/2025

14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-487/2025 14.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Ərizəçi X1 və ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 miras əmlakın faktiki qəbulu və payların müəyyən edilməsi tələbinə dair ərizəsinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0443 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 74.71 kv.metr fərdi yaşayış evinin, miras əmlak olaraq sağlığında X5 tərəfindən faktiki qəbul edilməsi, X4 ölümündən sonra isə həmin əmlakın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən miras əmlak olaraq faktiki qəbul edilməklə payların müəyyən olunması barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə iclası Ərizəçi2 və Ərizəçi3 iştirakı olmadan keçirilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı Əzimova (Mirzəyeva) Gülçöhrə Əli qızı vatsapp vasitəsilə əlaqə yaradaraq bildirmişdir ki, ata evindən 1973-cü ildən çıxdığını, 2017-ci ildə anasının vəfat etdiyini, oZenfiranın 150-200 manata evi kirayə verdiyini, evin ən böyük övladı olduğunu, evdən öz payını istədiyini, bununla bağlı mübahisəsi olduğunu bildirmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən 0.0443 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 74.71 kv.metr fərdi yaşayış evi üzrə əmlaka münasibətdə mübahisə olduğundan, yəni Əzimova (Mirzəyeva) Gülçöhrə Əli qızının miras əmlakda payının müəyyən edilməsində mübahisə yaratdığından ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cü maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 10.1-ci maddəsinə görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizə baxılmamış saxlandığına görə, Ərizəçi1 tərəfindən xx.xx.2025-ci il tarixli, 15425 nömrəli qəbzlə "xxxx" ASC vasitəsilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərarverdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 miras əmlakın faktiki qəbulu və payların müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi1 tərəfindən xx.xx.2025-ci il tarixli, 15425 nömrəli qəbzlə "xxxx" ASC vasitəsilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar