Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-495/2021 01.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi və Vəkil, Cavabdeh və cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X16 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil özəlləşdirilmədiyindən Naxçıvan Şəhər İcra Hakimiyyəti cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Mübahisəli mənzil Naxçıvan şəhər ZDS İcraiyyə Komitəsinin 05 iyun 1978-ci il tarixli 177 nömrəli qərarı ilə orderlə mərhum anası X19 adına verilmişdir. Lakin mənzil hələ özəlləşdirilməmişdir. Həmin mənzil anasına verilən zaman mənzilin orderində onunla yanaşı bacı-qardaşları Qurbanın, Nərimanın və Adilənin də adları qeyd olunmuşdur. Hələ 1986-cı ildə o, bacısı Fəridə və qardaşı Nəriman atalarına qarşı iddia qaldıraraq ondan qalan mirası tələb etdiklərini və məhkəmə qərarına əsasən o və bacısı Fəridə qardaşı öz miras paylarından qardaşları Nərimanın xeyrinə imtina etmişlər və Naxçıvan şəhəri M.Qorki küçəsi döngə 9-da yerləşən 4 nömrəli evin bir otağının qardaşı Cavabdeh verilmişdir. Həmin fərdi yaşayış evinin qalan hissəsinin atasının arvadı Qəndab qadının adına olmuş, sonradan Nərimanın pul verib Qəndab qadına aid olan hissəni də satın almışdır. Hələ zamanında o və bacısı öz paylarından Nərimanın xeyrinə imtina etmişlər. Nəriman 1986-cı ildən sonra evlənmiş və ailəsi ilə birlikdə atasından qalan və onların da verdikləri evə yerləşərək orada yaşamağa başlamışdır. Anası Sona və özü hazırki mübahisəli mənzildə yaşamışdır. Qardaşı Nəriman 2004-cü ildə özünə aid olan M.Qorki küçəsi döngə 9, ev 4-də yerləşən evini sataraq hazırda yaşadığı İstiqlal küçəsi 125, mənzil 20-də yerləşən mənzili almışdır. Hələ 2013-cü ildə anası Sona digər qardaşı Qurbanın yaşayış evindən istifadə hüququnun itirilmiş Hesab edilməsi barədə iddia qaldırmış, həmin vaxtda qardaşı Nəriman onu aldadaraq Qurbanın evdən çıxarılması üçün özünün evə qeydiyyata alınmasına onu inandırmış və Qurbanın evdən çıxarılması və evin sənədləşməsi üçün hətta ona faizlə pul vermiş və özünə aid bankomat kartını almışdır. Bütün pulu və faizi qardaşına ödədikdən sonra kartını geri almışdır. 2004-cü ildən 2016-cı ilə qədər Naxçıvan şəhəri İstiqlal küçəsi 125, ev 20-də yerləşən mənzil onun adına olmuş, anasının vəfatından mübahisəli evdən ona pay çatsın deyə evini 8 il əvvəl boşandığı həyat yoldaşına bağışlamış, həmin ev daşınmaz əmlakda həyat yoldaşının adına rəsmiləşdirilməmişdir. Qardaşının boşanması da formal olmuş, 2008-ci ildən boşanmasına baxmayaraq bu gün də faktiki olaraq keçmiş arvadı ilə bir evdə yaşayır. Hələ anasının sağlığında nə qardaşı, nə də digər bacı-qardaşı anasına baxmamışdır. Onun bütün ehtiyaclarını o və yoldaşı qarşılamışdır. Heç vaxt qardaş-bacısına mübahisəli evə gəlməyə mane yaratmamışdır. Əksinə hər dəfə bacı-qardaşları o evə gələndə sonda mübahisə düşmüş, anası ilə savaşmışdırlar. Səbəb isə həmişə anasının nəyə görə onun yanında yaşaması olmuşdur. Onların fikri analarının pulunda, qazancında olmuşdur. Anası da həmişə bildirmişdir ki, öləndə də onları yasa buraxmasın. Lakin eldən utanıb yas mərasimində bacı-qardaşlarının iştirakına maneçilik yaratmamışdır. Anasının nə yas xərcinin çəkilməsində, nə də qəbir daşının götürülməsinə heç bir köməklik etməmişlər. Yas xərcini o qarşılamış, qəbir daşını da bacısı Fəridənin qızı götürmüşdür. Hər dəfə bir çətinlik olanda Nəriman demişdir ki, “anamın pulunu kim yeyir, o da əziyyətini çəkməlidir”. O və yoldaşı heç vaxt Nərimanın evə gəlməsinə maneçilik yaratmamış, Nəriman hər dəfə ona və anasına problemlər yaratmışdır. Neçə dəfə iş yerinə gələrək səs-küy salmışdır. Qardaşı 1990-cı ildən mübahisəli mənzildə yaşamır. Evdə ozü yaşayır və bütün kommunal xərclərini də özü ödəyir. Qardaşı ticarətçidir və yaxşı qazancı olmuşdur. Lakin yenə də hər dəfə anası ilə mal-mülk davası etmişdir. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh uzun illərdir ailə quraraq daimi olaraq həmin mənzildən getmişdir. Cavabdeh 1990-cı ildə ailə qurmuş, həmin vaxt keçmiş Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəlləyə görə yaşayış yerini tərk etmiş kirayəçinin və ailə üzüvünün həmin yerdə istifadə hüququ altı ay müddətinə saxlanılır. Əgər şəxs daimi olaraq yaşayış yerini tərk edirsə kirayə müqaviləsi getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüquqları itirilir. İddia ərizəsinə əlavə olaraq toplanmış sənədlərdən aydın olur ki, cavabdehin özünə aid mənzili olmuş, həmin mənzilin əldə edilməsi üçün iddiaçı və digər bacısı Fəridə öz paylarından Cavabdeh xeyrinə imtina etmişdir. Daha sonra cavabdeh həmin evi satıb özünə hazırda yaşadığı mənzili almış, formal olaraq sonradan hələ 8 il öncə formal şəkildə boşanmış keçmiş həyat yoldaşının adına bağışlamışdır. Lakin yenə də həmin mənzili keçmiş yoldaşının adına qeydiyyata aldırmamışdır. Cavabdehin daimi yaşayış yeri olmasını, onun 1990-ci ildən mübahisəli mənzildən çıxıb getməsini, ailəsi ilə birlikdə başqa yaşayış yerində yaşamasını nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddianın heç bir əsası yoxdur. 1990-cı ildə ailə qurmuş və yoldaşını yaşadığı ünvan 3 ünvanına aparmışdır. Lakin qardaşı Fərman həmin gün evdə narazıçılıq yaratmış və onları evdən qovmuşdur. Çünki qardaşı Fərman hər zaman sərxoş vəziyyətdə olmuş və onlara böyük problemlər yaratmışdır. Fərman onu və yoldaşını evdən qovduqdan sonra 15-20 gün küçələrdə, parkda yaşamış, sonra bir otaqlı ev alıb oraya köçmüşdür. Həmin ev keçmiş M.Qorki küçəsi (indiki N.Naxçıvani küçəsi) döngə 9, ev 4-də yerləşmiş, heç bir şəraiti olmamışdır. Qurbağalarla dolu olan şəraitsiz bir evdə yaşamışdır. Daha sonra dəfələrlə evə getsə də, hər dəfə Fərman içib-keflənərək onu evdən qovmuşdur. O anasına baxmış, xəstələnəndə qardaşı həkim gətirməmiş, özü gedib həkim gətirmişdir. Anası kassir işləmiş və yaxşı qazancı olmuşdur. Onun bütün pulunu Fərman xərcləmişdir. Hələ pulun dəyəri olan vaxt anasının 30000 manat pulunu aparıb xərcləmiş, borclarını vermişdir. Dəfələrlə özü Fərmanın borclarını vermişdir. Çünki zamanında ticarətçi olmuş və maddi imkanı yaxşı olmuşdur. Anası və qardaşı onu ürək xəstəsi etmişdir. Fərman Bakıya gedəndə onun arxasınca gedib borclarını ödəyib gətirmişdir. Lakin hər dəfə Fərman onu evə gələrsə öldürməklə, üzünə kislota tökməklə hədələmişdir. Nə Fərman, nə də arvadı anasına baxmamış, onun yeməyinə şüşə əzib qatışdırmışlar. Anası da Fərmandan qorxduğu üçün onların yanına gəlib onlarla yaşamamışdır. 2003-cü ildə özünə aid olan evi 2300 manata satmışdır. Qalan pulunu da qaynı düzəltmiş və İstiqlal küçəsi 125, ev 20-də yerləşən mənzili almışdır. 2008-ci ildə həyat yoldaşı Nərminə xanımdan boşanmışdır. Həmin mənzili Nərminə xanımın qardaşının köməkliyi ilə aldığından ondan evi tələb etmişlər. 2016-cı ildə mənzili Nərminə xanıma bağışlamışdır. 2008-ci ildən sonra qalacaq yeri olmadığına görə Nərminə xanım həmin evdə onun yaşamasına icazə vermişdir. O vaxtdan məcburi şəkildə həmin evdə yaşayır. Fərmanla bir evdə yaşamaq qeyrimümkündür. Çünki hər an cinayət hadisəsi ola bilər və onun təhlükəsizliyinə heç kim zəmanət verə bilməz. Fərmanı mübahisəli evin qeydiyyatına özü salmışdır. Lakin Fərman heç bir yaxşılığı başa düşməmişdir. Anası 2016-cı ildə vəfat edən zaman anasının pulu, qızılları Fərmana qalmışdır. Ona görə də demişdir ki, bu günə qədər hər şey etmişdir, bundan sonra özləri etsinlər. Ona və bacı-qardaşlarına görə anasına mübahisəli mənzil verilmişdir. Həmin mənzil özəlləşdirilməlidir və satılıb pulu 4 yerə bölünməlidir. Həmin evin yerləşdiyi ərazidə evin qiyməti təxminən 80000 manatdır. İddiaçı ona 20000 manat verərsə məsələni həll edə bilərlər. Və ya onun maddi imkanı vardır, iddiaçıya 20000 manat versin, o evdən çıxsın, digər vərəsələrlə məsələni həll edə bilərlər. Onun istəyi odur ki, iddiaçı evi özəlləşdirsin, hər bi vərəsənin payı özünə verilsin. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən cavabdeh tərəfindən mübahisə predimeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X26 bildirmişdir ki, iş üzrə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, mübahisəli mənzildə İddiaçı yaşamaqla bütün kommunal ödənişlər onun adından ödənilmişdir. Lakin Cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamamış və ona aid olan başqa mənzildə yaşamışdır. Hazırda Cavabdeh yaşadığı mənzil faktiki olaraq 2016-cı ildə onun mülkiyyətində olmuş, sonra keçmiş həyat yoldaşına bağışlamışdır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməlidir. Ona görə də hesab edir ki. Cavabdeh mübahisəli yaşayış evindən uzun müddətdir ki, çıxdığından onun həmin mənzilə istifadə hüququ itirilmişdir. Qeyd edilənlərə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X17 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlə ana bir, ata ayrı qardaşdırlar. Anası Sona 2013-cü ildə məhkəməyə müraciət edərək onun mübahisəli mənzildə istifadə hüququnu itirilmiş hesab etmişdirlər. Onlar həmin qətnamədən şikayət versə də yenə də onun ziyanına qərar qəbul etmişdir. O evlidir, övladı yoxdur. Yaşamağa başqa yeri də yoxdur. Onu məhkəmə qətnaməsinə görə anası evin qeydiyyatından da çıxartmışdır. Bildiyinə görə qardaşı Nərimanın bir otaqlı evi olubdur. İlanın, qurbağanın içərisində ailəsi ilə birlikdə orada yaşayıbdır. Şəraitsiz bir ev olubdur. Çünki qardaşı Fərman onu və yoldaşını evə qoymayıbdır. Onun tələbi odur ki, ev özəlləşsin, satılsın, onun da payı verilsin. Məhkəmə baxışı iclasında şahid X20 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlə ana bir ata ayrı qardaşdırlar. Anası Sona 2016-cı ildə vəfat etmişdir. Mübahisəli mənzil anasına order əsasında verilərkən o da həmin mənzildə yaşamış, onun da adı orderə daxil edilmişdir. 1984-cü ildə ailə qurub evdən çıxmışdır. Lakin həmişə anasına baş çəkmişdir. Qardaşı Fərman uzun müddət Sumqayıt şəhərində yaşamış, dəfələrlə ailə qurub ayrılmışdır. 2012-ci ildən mənzilin qeydiyyatına düşmüşdür. Anası vəfat etdikdən sonra dəfələrlə Fərmana mənzili özəlləşdirməyi təklif etsələr də Fərman evin orderini gizlədərək onlara verməmişdir. Hətta onda belə bir məlumat var ki, Fərman anasının qocalığından istifadə edərək ona vəsiyyətnamə yazdırmışdır. Fərmanın məqsədi evi öz adına keçirtmək, onları mirasdan məhrum etməkdir. Nəriman neçə illərdir ki, boşadığı arvadının evində yaşayır. Çünki evi yoxdur, yaşamağa yeri yoxdur, hamının ona yazığı gəlir. Fərman mənzili satmalıdır, 4 yerə bölüb hər birinin payını verməlidir. Nərimanın bir otaqlı mənzili olmayıbdır. Deyilənlərin hamısı yalandır. Məhkəmə baxışı ilcasında şahid X7 ifadəsində göstərmişdir ki, 1990-cı ildə Nərimanla ailə qurmuşdur. Ailə qurduqdan sonra qayınanasının evinə getmişdir. Lakin həmin günün axşamı Fərman onu və yoldaşını qovub evdən çıxartmışdır. Qalmağa yerləri olmamış, çətin vəziyyətdə yaşamışlar. Daha sonra Nəriman bir otaqlı ev almışdır, lakin heç bir şəraiti olmamışdır. Həmin şəraitsiz evdə 2004-cü ilə qədər yaşamışlar. Sonra qardaşının köməyi ilə evi satıb hazırda yaşadıqları evi almışlar. Övladları olmadığından 2008-ci ildə boşamışlar. 2016-cı ildə evi qardaşının köməyi ilə aldıqları üçün Nəriman ona bağışlamışdır. Nərimanın gedəcək yeri olmadığından 2008-ci ildən-boşandıqdan sonra ona müvəqqəti yaşamaq üçün icazə vermişdir. Hazırda öz həyatını davam etdirmək üçün Nərimana yaşayış yeri verilməsini istəyir. Məhkəmə baxışı ilcasında şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı arvadıdır. O Fərmanla ailə quran zaman həmin evdə Fərman və anası yaşayıbdır. Başqa heç bir baldızı və qaynı həmin evdə yaşamayıblar. Qayınanasına özü baxmışdır. Onun bütün əziyyətini çəkmişdir. X30 övladlıqdan silmişdi. Nəriman və Adilə hər dəfə evə gələndə qayınanası ilə savaşaraq nəyə görə Fərmanı yanında saxladığını, evi onlara verməli olduğunu bildirmişdi. Hər dəfə onlar evə gələndə evdə narazılıq olmuşdur. Neçə illərdir evə onlar baxırlar, bütün kommunal xərcləri onlar ödəyirlər. Hətta Qurbanı qayınanası evdən çıxaranda Nəriman Fərmanı aldadaraq ona faizlə pul vermişdir. Sənədləşmə işlərini apardıqdan sonra pulunu qaytarıb əmək haqqı kartlarını geri almışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Şəhər ZDS İcraiyyə Komitəsinin 28 aprel 1978-cı il tarixli qərarından arxiv çıxarışından aydın olur ki, X24 5 nəfər ailə tərkibinə görə 3 otaqlı mənzil verilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər ZDS İcraiyyə Komitəsinin 209 nömrəli 5 iyun 1978-ci il tarixli orderin surətindən aydın olur ki, Lenin prospekti 3, mənzil 7 X24 verilmişdir və onun aşağıdakı ailə üzvləri vardır. 1.Həsənov Qurban-oğlu 2.Cavabdeh-oğlu 3.İddiaçı-oğlu 4.Həsənova Adilə-qızı İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X28 18 iyun 2016-cı il tarixdə kəskin ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 05 iyul 2016-cı il tarixdə 208 nğmrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 18 noyabr 2015-ci il tarixli arayışdan aydın our ki, X4 şəhəri, H.Əliyev küçəsi ev 3, mənzil 7-də yaşayır və daimi pasport qeydiyyatında olan şəxslər X28, İddiaçı və Cavabdehdur. İş materiallarında olan daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən aydın olur ki, ünvan 4 ünvanı İddiaçı tərəfindən sığortalanmışdır. İş materialalrına əlavə edilmiş kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərdən aydın olur ki, sözügedən ünvana dair kommunal ödənişlər İddiaçı oğu tərəfindən ödənilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli qətnaməsindən aydın olur ki, X19 X11 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 14 mart 2014-cü il tarixli 2(108)-08/2014 nömrəli qətnaməsindən aydın olur ki, X19 X11 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli qətnaməsindən (iddianın təmin edilməsindən) cavabdeh X8 verdiyi apellayasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan çıxarışdan aydın olur ki, Cavabdeh ilə X7 27 sentyabr 1990cı ildə nikahlarını bağlamış, bu barədə 253 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Xalq Məhkəməsinin 12 avqust 1986-cı il tarixli 2-251-1986 nömrəli qətnaməsindən aydın olur ki, iddiaçılar İddiaçı, X12 və Cavabdeh X9 atalıq faktının müəyyən edilməsi və atalarından qalan miras əmlakın onlara verilməsi tələbi təmin edilərək X13 Fəridə, Fərman, Cavabdehların atası olması faktı müəyyən edilmiş, Naxçıvan şəhəri, M.Qorki küçəsində döngə 9-dakı 4 nömrəli evin sahəsi 21.4 kvadrat metrdən ibarət olan bir otağı Cavabdeh verilmiş və həmin bir otağın qarşısında olan torpaq sahəsindən onun istifadə hüququ təmin edilmişdir. Sözügedən qətnamənin əsaslandırıcı hissəsindən aydın olur ki, Fəridə və İddiaçıların atalarından miras qamış əmlakdan qardaşları Nərimanın xeyrinə olaraq imtina etmələri nəzərə alınaraq miras əmlak olaraq qalan yaşayış evinin bir otağı bütövlükdə Cavabdeh verilmişdir. İş materiallarında olan 18 iyun 1990-cı il tarixli alqı-satqı müqaviləsindən aydın olur ki, Həsənov X14 şəhəri, M.Qorki küçəsi, döngə 9, ev 4-də yerləşən 10.1 kv.metr olan bir otağı X10 2000 manat pul ödəyərək satın almışdır. İş materiallarında olan 19 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsindən aydın olur ki, Həsənov X14 şəhəri, N.Naxçıvani küçəsi döngə 9/4-də yerləşən bir otaq, dəhliz, 31.5 kv.metr yaşayış sahəsindən ibarət olan yaşayış evini 18000000 (on səkkiz milyon) manat pul alaraq X1. İş materiallarında Naxçıvan Şəhər Məhkəməsinin 2-15-2008-ci il tarixli 03 mart 2008-ci il tarixli qətnaməsindən aydın olur ki, Cavabdeh X2 nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 27 sentyabr 1990-cı ildə bağlanmış 253 saylı nikah pozulmuşdur. İş materiallarında olan 26 aprel 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən aydın olur ki, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 45.17 kv.metr yaşayış sahəsi, 29.34 kv.metr olan yardımçı sahəsi, 15.83 kv.metr olan 2 otaqlı mənzili X6 hədiyyə vermişdir. İş materiallarında olan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 27 aprel 2021-ci il tarixli Cavabdeh verilmiş cavab məktubundan aydın olur ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 7n adına olmuş, 19.09.2003-cü il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 7/E-479 nömrəli alqı-satqı müqaviləsi əsasənda ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini X3, 26.04.2016-cı il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4ə-237 nömrəli bağışlama müqaviləsi əsasənda Naxçıvan şəhəri, İstiqlal küçəsi bina 125-də yerləşən 20 nömrəli mənzili X6 bağışlamışdır. Hazırda daşınmaz əmlakın dövlət reyestrində 27 aprel 2021-ci il tarixə olan məlumata əsasən adına heç bir əmlak yoxdur. İş materiallarınd aolan 16 sentyabr 2016-cı il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş arayışdan aydın olur ki, X28 18 iyun 2016-cı il tarixdə vəfat edib, onun aşağıdakı vərəsələri vardır.
1. X25-qızı
2. X22-qızı
3. İddiaçı-oğlu
4. Cavabdeh-oğlu
5. X17-oğlu İş materiallarında olan Naxçıvan Şəhər Birinci DNK-na verilmiş ərizədən aydın olur ki, Cavabdeh anası X18 miras qalmış əmlakı qəbul etməsinə dair ərizə vermişdir. İş materiallarında olan Naxçıvan Şəhər iCra Hakimiyyəti tərəfindən verilmiş 03 oktyabr 2016-cı il tarixli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, H.Əliyev ev 3, mənzil 7də yerləşən kommunal mənzilin kirayəçisi X28 vəfat etmişdir. Həmin mənzildə daimi pasport qeydiyyatında olan şəxslər Cavabdeh və İddiaçıdur. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar Sahəsinin 21 aprel 2021-ci il tairlix 892 və 893 nömrəli arayışlardan aydın our ki, Cavabdeh 19.02.2014-cü ildən, İddiaçı 16.02.2012-ci ildən ünvan 8 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən aydın olur ki, ərizədə Cavabdeh mübahisəli ünvanda yerləşən mənzilin özəlləşməsinə və pay bölgüsünün aparılmasına qanun əsasında köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranması vaxtını nəzərə alaraq hazırki mübahisəyə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə— bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə... 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, Cavabdeh 1990-cı ildə ailə qurub mübahisəli ünvan 9 ünvanından köçmüşdür. Eyni zamanda iş materiallarında ola sənədlərdən aydın olur ki, Cavabdeh 1986-cı il tarixli qətnamə əsasında Naxçıvan şəhəri M.Qorki (indiki N.Naxçıvani) küçəsi döngə 9, ev 4-də yerləşən fərdi yaşayış evinin atası Mənsum Hüseynovdan miras qalan bir otağı qardaş və bacısının mirasdan onun xeyrinə imtinası nəticəsində ona verilmiş, 1990-cı ildə atasının keçmiş həyat yoldaşı Qəndab Məmmədovadan həmin ünvanda yerləşən fərdi yaşayış evinin qalan hissəsini də satın almışdır. Bu hallar iş materiallarında olan qətnamə və alqı-satqı müqaviləsi ilə öz təsdiqini tapmışdır. Həmçinin işin hallarından o da müəyyən edilmişdir ki, cavabdeh 1990-cı ildən sonra öz mülkiyyətində olan evdə yaşamış, 2003-cü ildə həmin fərdi yaşayış evini sataraq hal-hazırda yaşadığı ünvan 10 ünvanını satın almışdır. Cavabdeh hələ anasının sağlığında 1990-cı ildən 2016cı ilə qədər, həmçinin anasının vəfatından sonra mübahisəli mənzildə yaşayış və istifadə hüququnun tanınmasına dair məhkəməyə müraciət etməmişdir. Məhkəmə cavabdehin 1990-cı ildə anasının kirayəçi olaraq yaşadığı, hazırda isə iddiaçının istifadəsində olan mənzildən ailə quraraq köçüb getməsini daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehin yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehin mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Buna görə də Cavabdeh Naxçıvan şəhəri, Heydər Əliyev 3, ev 7-də yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Eyni zamanda məhkəmə Cavabdeh hazırda yaşayış yeri olmaması ilə bağlı qeyd etdiyi arqumentlərini əsassız hesab edir. Belə ki, cavabdehin mübahisəli mənzildə yaşayış və istifadə hüququnun olması onun hazırda yaşayış yeri olub-olmaması ilə yox, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericilik aktları ilə yaşayış və istifadə hüququnun yaranıb-yaranmaması və istifadə hüququnun olduğu təqdirdə hazırda saxlanılıb-saxlanılmaması ilə əlaqədardır. Cavabdeh 1990-cı ildə mübahisəli mənzildən çıxmış, onun həmin mənzildən ailə qurduqdan sonra çıxması və özünə aid olan yaşayış evinə köçməsi həmin mənzildə daimi olaraq getməsi kimi qiymətləndirilməlidir. Ona görə də cavabdeh mübahisəli mənzildə daimi olaraq getdiyindən onun mənzilə olan yaşayış və istifadə hüququ da itirilmişdir. Hazırki vəziyyətdə cavabdehin mülkiyyətində əmlakının olmaması onun hələ 30 ildən artıq müddətdə çıxdığı mənzildən yaşayış və istifadə hüququnun saxlanılmasına əsas vermir. Eyni zamanda məhkəmə Cavabdeh iddia tələbinin rədd edilməsi barədə mərhum anasının vəfatından sonra mənzilin özəlləşdirilməsi və miras əmlakın bölünməsi ilə bağlı təqdim etdiyi sənədləri müzakirə edərək hesab edir ki, həmin sənədlərin mövcudluğu cavabdehin mübahisəli mənzildə yaşayış və istifadə hüququnun olması üçün deyil, anası mərhum X18 qalan miras əmlakın bölünməsi, mənzilin özəlləşdirilməsi üçün toplanmış sənədlərdir. Məhkəmə cavabdehə iddia tələbinin əsasını və iddia predmetini xatırlatmaqla izah edir ki, cavabdhein təqdim etdiyi sənədlər hazırki iddianın təkzibi üçün yox, başqa bir iddianın predmetini və əsasını təşkil edir ki, cavabdeh ümumi qaydada iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan iddiaçı Cavabdeh tərəfindən “xxxx” ASC Naxçıvan filialına 04.03.2021-ci il tarixli 3522 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh ünvan 8 ünvanına yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı Cavabdeh tərəfindən “xxxx” ASC Naxçıvan filialına 04.03.2021-ci il tarixli 3522 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva