Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-51/2023 27.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğludur. Oğlu Yaqub xx xxxx 1990-cı il tarixdə anadan olmuşdur. Oğlu Yaqub 2016-cı ildə ailə həyatı qurub, başqa ünvana köçmüşdür. Artıq yeddi ilə yaxındır ki, onun mülkiyyətində olan mənzildən hər hansı formada istifadə etmir. 27 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 1997-ci ildə X7 ilə nikaha daxil olmaqla ailə qurduqlarını, onların birgə nikahından bir qız övladlarının doğulduğunu, onun əlil olduğunu, Vəlinin ilk evliliyindən Cavabdeh adlı övladının olduğunu, Yaqubun 1990-cı ildə doğulduğunu, Yaqubun anası və atası Vəlinin nikahı pozulduqdan sonra Yaqubun bir müddət nənəsinin yanında yaşadığını, nənəsi dünyasını dəyişdikdən sonra Yaquba dayısıgilin və anasının baxmadığını, ona görə də ona yazığı gələrək Yaqubun öz yanlarına gətirilməsinə razı olduğunu, birgə nikaha daxil olmamışdan əvvəl ona torpaq verildiyini, hazırda mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinin Vəli ilə birgə nikaha daxil olmamışdan əvvəl ona verildiyini, 2000-ci ildə həmin torpaq sahəsində ev tikməyə başladıqlarını, əri Vəlinin və özünün birlikdə birgə nikah dövrü həmin evi tikməyə başladıqlarını, lakin imkanları çatmadığı üçün hazırda mübahisə predmeti olan evi başa çatdıra bilmədiklərini, ona görə də məcbur qalaraq həmin həyətdə kərpicdən bir otaqlı ev tikərək orada yaşamağa başladıqlarını, həmin evdə yaşaya-yaşaya hazırki mübahisə predmeti olan evi tikdiklərini, həmin evi 2013-cü ildə başa çatdırdıqlarını, elə həmin ildə də öz adına qeydiyyata aldırdıqlarını, 2001-ci ilin sentyabr ayında Yaqubu kərpicdən tikilən evə gətirərək onlarla birlikdə yaşamağa başladığını, 2013-cü ildə yeni tikilən evə köçüb yaşayanda yenə də Yaqubun onlarla birlikdə həmin evə köçüb yaşadığını, ərinin övladı olduğu üçün Yaqubun həmin evdə yaşamasına razı olduğunu, əri ilə birgə tikdiyi həmin evdə onun da yaşamasını normal saydığını, 2016-cı il tarixdə Yaqubun ailə qurduğunu, arvadı ilə 1-2 ay onlarla birlikdə yaşadıqdan sonra çıxıb qayınatasının evinə getdiyini, orada yaşamağa başladığını, o vaxtdan da bir daha arvadı və özünün onların evinə gəlmədiyini, onlarla əlaqə saxlamadığını, Yaqubu və onun arvadını həmin evdən çıxmağa məcbur etmədiklərini, bu barədə cavabdehin qeyd etdiklərinin yalan olduğunu, onların özlərinin həmin evdən çıxıb getdiklərini, hazırda cavabdehin onun mülkiyyət hüququnu məhdudlaşdırdığını, ona görə evi barəsində sərəncam verə bilmədiyini, əlavə kommunal xərclər ödədiyini, buna maddi cəhətdən imkanı çatmadığını, cavabdehin onun evinə ehtiyacı olmadığını, özünə artıq 7 ildir ki, ayrı yaşayış yeri seçdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh izahatında anası və atasının nikahlarının pozulduğunu, atası Vəlinin sonradan iddiaçı ilə nikaha daxil olaraq evləndiyini, 2001-ci ilin sentyabr ayında atası Vəlinin onu öz yanlarına apardığını, o vaxtdan onlarla yaşadığını, əvvəl kərpicdən tikilmiş evdə yaşadıqlarını, sonra isə hazırki tikilmiş evə köçdüklərini, həmin evdə 2013-cü ildən yaşadıqlarını, 2016-cı ildə özünün ailə qurduğunu, arvadının həmin evə gəlin gəldiyini, 1-2 ay arvadı ilə birlikdə iddiaçıya məxsus evdə yaşadıqlarını, sonra iddiaçı və atası ilə aralarında mübahisə yarandığını, həmin evdən çıxmağa məcbur qaldıqlarını, iddiaçının və atasının onları həmin evdən çıxmağa məcbur etdiklərini, evdən öz istəyi ilə çıxmadığını, məcbur qalaraq çıxdığını, o vaxtdan da kirayə evdə yaşadıqlarını, kirayə pulunu ödəməyə imkanı çatmadığını, evdən məcburi çıxması ilə bağlı məhkəməyə təqdim edəcək hər hansı bir sübutu olmadığını, hazırda mübahisəli evə ehtiyacı olduğunu, həmin evdən başqa yaşamağa yeri olmadığını bildirdi. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.08 kv.m yaşayış, 16.00 kv.m qeyri yaşayış, 25.35 kv.m köməkçi sahədən ibarət 64 nömrəli fərdi yaşayış evi tam mülkiyyət üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/14 nömrəli reyestr kitabının 2601 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 11 fevral 1991-ci il tarixli, XV-ЖГ seriyalı 450640 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh xx xxxx 1990-cı ildə doğulması, onun atasının Cavabdeh və anasının X4 olması aydın olur. İddia ərizəsinə əlavə olunan və Babək rayonunun Əliabad kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 1997-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 330161 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 ilə X2 arasında 01 dekabr 1997-cü il tarixdə nikah bağlanması, bunun akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı iddiaçının özünə ərinin soyadını, yəni “Hüseynova” soyadını seçməsi aydın olur. Mülki iş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında 1300.56 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 62.43 kv.m olan fərdi yaşayış evi Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 25 iyul 2012-ci il tarixli 14/168 nömrəli arayışı və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 11 fevral 2013-cü il tarixli A 007728 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında 22 fevral 2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 500 kv.m hissəsini Naxçıvan şəhəri 2-ci dövlət notariat kontorunun 27 fevral 2013-cü il tarixli 4/Ə-01-129 nömrəli müqaviləsi əsasında X1. Yerdə qalan 800.56 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 62.43 kv.m olan fərdi yaşayış evi 18 mart 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı qıznın adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı və atası ilə aralarında mübahisə yarandığını, həmin evdən çıxmağa məcbur qaldıqlarını, iddiaçının və atasının onları həmin evdən çıxmağa məcbur etdiklərini, evdən öz istəyi ilə çıxmadığını, məcbur qalaraq çıxdığını, o vaxtdan da kirayə evdə yaşadıqlarını, kirayə pulunu ödəməyə imkanı çatmadığını, hazırda mübahisəli evə ehtiyacı olduğunu, həmin evdən başqa yaşamağa yeri olmadığını qeyd etsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin izahatında qeyd etdiyi halların əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və o hal-hazırda başqa ünvanda yaşamaqıa özünə başqa yaşayış yeri seçmişdir. Cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması və başqa ünvanda yaşaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildən olan istifadə hüququ formal xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir.Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Cavabdeh mübahisəli mənzildən başqa ünvanda yaşamasını uzun müddət və davamlı olaraq mübahisəli mənzildən könüllü olaraq istifadə etməməsini, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranması əsasının aradan qalxdığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun mübahisəli mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən Cavabdeh yaşayış və istifadə hüququna xitam verilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən Cavabdeh yaşayış və istifadə hüququna xitam verilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-51/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-51/2023
27.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver