Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-512/2022 09.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X6 18 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh X3 mülkiyyətində olan Naxçıvan şəhəri, 48-ci məhəllə, ev 14 Aya yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil tələbi əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhəri 48-ci məhəllə, ev 14 A X3 mülkiyyətindədir. Onun oğlu X10 ilə X4 arasında olan nikah akt qeydinin pozulması 19 sentyabr 2019-cu il tarixdə Naxçıvan şəhər Nikah Evində 91 sayla qeydə alınmışdır. Fuadın qızı və Şərəbanının nəvəsi olan 1997-ci il təvəllüdlü Mürsəlova X1 pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında anası X4 yanında yaşayır. Onun mənzilin pasport qeydiyyatında dayanması səbəbindən Şərəbanı mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. 30 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iddiaçının vəkil və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçının vəkil və nümayəndəsi Vəkil ərizədə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh X3 mülkiyyətində olan Naxçıvan şəhəri, 48-ci məhəllə, ev 14A-ya yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini qeyd edərək iddia tələbini dəqiqləşdirərək iddia tələbinə Cavabdeh X3 mülkiyyətində olan Naxçıvan şəhəri, 48-ci məhəllə, ev 14A-ya yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi kimi baxıb nəticə verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının vəkil və nümayəndəsinin ərizəsi təmin olunaraq iddia tələbinə Cavabdeh X3 mülkiyyətində olan Naxçıvan şəhəri, 48-ci məhəllə, ev 14A-ya yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkili və nümayəndəsi olduğu X3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən iddiaçı X3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş, 03 avqust 2022-ci il və 01 avqust 2022-ci il tarixlərində məhkəmənin elektron poçt ünvanına eyni məzmunlu ərizələr göndərərək Bakı şəhərində yaşadığına görə Naxçıvana məhkəmə prosesinə gələ bilmədiyini, ona görə də nənəsi Şərəbanu xanıma məxsus olan ev əmlakında qanuni qeydiyyatda olduğuna görə iddiaçı tərəfin evdən çıxmağı üçün imza atmağını və könüllü şəkildə evdən çıxmağını tələb etdiyini, ona düşən pay hissəni ya pul ya da əmlak şəklində ona ödəməyə razılıq verildiyi halda öz azad iradəsi ilə sözü gedən əmlakdan imtina etməyi qəbul edəcəyini bildirmişdir. Məhkəmə cavabdehin qeyd olunan ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 09 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, ərizəsində iddiaçı X3 Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X3 Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən iddiaçı X6 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 14215 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı X5 qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı X3 Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı X5 geri qaytarılsın. İddiaçı X6 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 14215 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı X5 qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-512/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-512/2022
09.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver