Məhkəmə qərarları › İş №2(078)-518/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-518/2025

28.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-518/2025 28.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdeh Naxçıvan Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı müddətin bərpası tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Naxçıvan Regional “ ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsinin 1/2 hissəsinə dair mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən zaman Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair hazırda Naxçıvan Şəhər Məhkəməsinin icraatında 2(078)-1136/2024 nömrəli iş vardır. Belə ki, həmin mülki iş üzrə məhkəmə qətnaməsi qəbul edilsə də həmin qətnamə qüvvəyə minmədiyindən məhkəmə hesab edir ki, həmin iş hazırda icraatdadır. Həmin işdən müəyyən edilir ki, iddiaçı X9 cavabdehlər X8, İddiaçı, X3, X4, X6 qarşı əmlakda payların müəyyən olunması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiaçı X5 mərhum X2 vəfatından sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evinin və 0.1 ha torpaq sahəsinin bərabər qaydada vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin tələb üzrə 02 dekabr 2024-cü il tarixli qətnamə qəbul edilərək mərhum X1 qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsindən ibarət miras əmlakdakı payı X5 payı ¾, X7 payının ¼ hissə olması müəyyən olunmuşdur. Göründüyü kimi miras əmlakın vahidliyi prinsipindən yanaşıldıqda hazırkı iş üzrə müddətin bərpa edilməsinin tələb edildiyi miras kütləsi üzrə artıq məhkəmənin icraatında olan iş üzrə qətnamə qəbul edilmiş miras kütləsi bütünlüklə vərəsələr arasında bölünmüş və qeyd olunan qətnamə qüvvəyə minməsə də hazırda məhkəmənin icraatında iş vardır. Ona görə də məhkəmə hesab edir ki, miras kütləsinin vahidliyi prinsipindən yanaşıldıqda hazırki iddia tələbinə baxılması yolverilməzdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Cəfər Cabbarlı filialına 17 fevral 2025-ci il tarixli, 20135 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Naxçıvan Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı müddətin bərpası tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Cəfər Cabbarlı filialına 17 fevral 2025-ci il tarixli, 20135 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar