Məhkəmə qərarları › İş №2(078)-520/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-520/2021

21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-520/2021 21.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi miras əmlakı faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədləri baxaraq müəyyən etdim: Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1967-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq Ərizəçi vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış ərizənin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin məzmununa əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Ərizə mirasın faktiki qəbulu ilə əlaqəli olduğundan ərizədə hüquqlarına toxuna bilən maraqlı şəxslərin adları və poçt ünvanları, onların yaşayış yeri barədə arayışlar ərizəyə əlavə edilməlidir. Eyni zamanda ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə əməl olunmadan verilmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyin vərəsəlik institununu nəzərdə tutan normalarından aydın olur ki, miras əmlak miras qoyanın öldüyü günədək mülkiyyətində olan əmlak hesab edilir. Vərəsəlik də məhz miras qoyanın mülkiyyətində olan əmlak barəsində əldə edilir. Mülkiyyət dedikdə bu barədə əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının mövcudluğuna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmi qaydada qeydiyyatdan keçirilmiş əmlak nəzərdə tutulur. Belə ki, ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizənin forma və məzmununa düzgün riayət olunmayaraq ərizədə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını tələb etsə də, ərizəyə əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubundan aydın olur ki, Naxçıvan şəhəri Firdovsi küçəsi döngə 2-də yerləşən 4 nömrəli fərdi yaşayış evi 1962-ci ilin iyun ayında Abdullayev M.Əli Abdulla oğlunun adına inventarlaşdırılmış və onun adına 2174 inventar nömrəli texniki pasport verilmişdir. Lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, ərizəçi hazırda miras olaraq qəbul edilməsini xahiş etdiyi miras əmlak qeydiyyata alınmamışdır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də Ərizəçi tərəfindən xx.xx.2021-ci il tarixdə, 4337 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi miras əmlakı faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2021-ci il tarixdə, 4337 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar