Məhkəmə qərarları › İş №2(078)-524/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-524/2021

22.04.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-524/2021 22.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi maraqlı şəxs Naxçıvan şəhər Qeydiyyat şöbəsinə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Ərizəçi məhkəməyə müraciət edərək, bacısı X1 ölüm faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır, Ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizədə məhkəmə qarşısında qoyulmuş tələb düzgün ifadə edilməmişdir, belə ki, o, bacısı X1 ölümünün qeyd edilmə faktının müəyyən edilməsini xahiş etmiş və bacısına ölüm haqqında şəhadətnamə verildiyini göstərimişdir. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin itirildiyi ərizədə qeyd etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə görə hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində görə ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki tələbdə ərizəçi ölümün qeydə alınması faktının tanınmasını tələb etsə də ölüm haqqında şəhadətnamənin müvafiqqeydiyyat orqanında saxlanılmamasının və ölümün qeydə alınmasının təsdiqi üçün zəruri sənədlərini təqdim etməmişdir. Müvafiq qeydiyyat orqanları ölüm qeydinin tapılmadığını ərizələrdə göstərmişlər. Halbuki bu halda tələb ölümün qeyd edilməsi faktının müəyyən edilməsi yox, ölüm faktının müəyyn edilməsi olmalıdır. Ona görə ki, ölüm faktının müəyyən edilməsi barədə işlərə baxılan zaman ölüm qeydə alınmır, lakin ölüm haqqında şəhadətnamə itirildiyi halda artıq qeydə alınmış faktın təsdiqindən söhbət gedir. Ərizəyə əlavə eidlmiş sənədlərdən ölümün qeydə alınmasına dair hər hansı zəruri sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən ərizənin məhkəmə icraatına götürülməsi məsələsi yoxlanılarkən mərhum X1 ölümünün qeydə alınıb-alınmaması ərizədən tam aydın olmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-473/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə eyni tələb düzgün ifadə edilmdiyindən geri qaytarılmış, lakin göstərilmiş nöqsanlar aradan qaldırılmadan ərizə yenidən məhkəməyə göndərilmişdir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də ərizəyə əlavə olunmuş Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 22681 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi maraqlı şəxs Naxçıvan şəhər Qeydiyyat şöbəsinə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 22681 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri ərizəçiyə geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar