Məhkəmə qərarları › İş №2(078)-530/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-530/2024

23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-530/2024 23.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi, maraqlı şəxslər X12, X16 və X3 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X7, X13, X5 və X1 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 63.7 kv.metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş X19, X14, X8 və X6 təyin edilmiş mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə hazırlıq iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə maraqlı şəxs X19, X14, X8 və X4 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş X21, X9 və X15 təyin edilmiş mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqramlar göndərmişlər. X21 15 may 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda Ərizəçi Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyi ərizə ilə tanış olduğunu, heç bir etirazı olmadığını, məhkəmə iclaslarında Bakı şəhəri ərazisində olduğundan iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. X20 17 may 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda Ərizəçi Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyi ərizə ilə tanış olduğunu, heç bir etirazı olmadığını, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. X9 21 may 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda Ərizəçi Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyi ərizə ilə tanış olduğunu, heç bir etirazı olmadığını, məhkəmə iclaslarında Bakı şəhəri ərazisində olduğundan iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxslər X21, X9 və X10 məhkəməyə göndərdikləri teleqramları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs X11 hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında həmin əmlakın baba həyəti olduğunu, ərizəçinin indiyə kimi orada yaşadığını, ona heç kimin heç nə demədiyini, evdən çıxmalarının tələb olunmadığını, hal-hazırda ərizəçinin onları məhkəməyə verdiyini, anasının vəfat etdiyini, anasının payına düşən miras əmlakı özlərinin qəbul etmək istədiklərini, qanunu bilmədiklərinə görə notariusa müraciət edərək şəhadətnamə almadıqlarını bildirərək Ərizəçi tərəfindən verilmiş ərizənin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X12 hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında onlara düşən payı heç kimə vermədiklərini, anasının 1 il yarımdır vəfat etdiyini, həmin evə getməyə ərizəçinin qoymadığını, anasının payına düşən miras əmlakı özlərinin qəbul etmək istədiklərini, qanunu bilmədiklərinə görə notariusa müraciət edərək şəhadətnamə almadıqlarını bildirərək Ərizəçi tərəfindən verilmiş ərizənin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X16 hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında onlara düşən payı heç kimə vermədiklərini, anasının payına düşən miras əmlakı özlərinin qəbul etmək istədiklərini, qanunu bilmədiklərinə görə notariusa müraciət edərək şəhadətnamə almadıqlarını bildirərək Ərizəçi tərəfindən verilmiş ərizənin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə maraqlı şəxslər X12, X16 və X3 məhkəməyə verdiyi izahatlarından görünür ki, hazırki iş üzrə tərəflər arasında hüquq haqqında mübahisə yarandığı üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.10-cu maddələrinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 fevral 2024-cü il tarixli, 16771 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 fevral 2024-cü il tarixli, 16771 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar