Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-535/2024 06.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mirasın faktiki qəbulu tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış ünvan 1 ünvanında 0.0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində məhkəməyə dəvət olunmuşdur. Maraqlı şəxs 06 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, ərizəni qəbul etmir. Belə ki, ev onun anasının evidir. Onun da bir övlad kimi həmin evdə haqqı var. Öz haqqını övlad kimi tələb edir. Ərizəçi qanunla müəyyən edilən müddətdə mirası qəbul etməmişdir. Bacısının razılıq olaraq dediyi digər evdə-ata evində vərəsələr çoxdur. Orada baba evi kimi əmisigilin də payı var. Maraqlı şəxs tələbdə mübahisəsi olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cü maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 10.1-ci maddəsinə görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. İşə baxılarkən müəyyən edilmişdir ki, hüquq haqqında mübahisə vardır və maraqlı şəxs ərizədə tələb olaraq göstərilən ünvan 1 ünvanında 0.0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyriyaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan miras əmlakın Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz edir. Belə olan halda hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə iddia icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 26553 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi mirasın faktiki qəbulu tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 26553 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-535/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-535/2024
06.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver