Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-537/2022 04.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 2330 (iki min üç yüz otuz) manat pulun və 43 (qırx üç) manat dövlət rüsumunun, ümumilikdə 2373 (iki min üç yüz yütmiş üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, Naxçıvan şəhərində yerləşən Gənclər şəhərciyində mağaza işlədən Cavabdeh 17 ədəd stol və 2 ədəd jurnalnı satması üçün vermişdi. Tahir həmin stolları və jurnalnının pulunu və malı kimsəyə onun icazəsi olmadan verməsin. İddiaçı 18 fevral 2022-ci il tarixində səhər saat 10-11 radələrində Tahirə zəng edib və verilən malların pulunu verməyi bildirib. O isə xəstələndiyini bildirib və deyib ki, "bir azdan dükana gedib sənə zəng edəcəm. Öz stollarımızı satıram, sənin verdiyin mallar anbardadır." İddiaçı 18 fevral axşam saat 7-8 radələrində zəng edib və 19 fevralda 1-ci reyslə Bakıya getməyi üçün ona pul lazım olacağını bildirib. Cavabdeh isə malın pulundan bir az verəcəyini bildirib. Lakin o yenə də iddiaçıya zəng etməyib. 19 fevralda iddiaçı Bakı şəhərinə gedib və həmin günü saat 4-5 radələrində Tahirə zəng edib, o iddiaçıya deyib ki, "pulu mən Raufa verdim." İddiaçı Tahirə bildirib ki, Raufa nə pulu nə də malı istəsə də verməsin. Bunu deyərkən yanlarında şahidlər də var idi. Cavabdeh onun pulunu qanunsuz saxladığına və Raufa verdiyinə görə onun pulunu geri qaytarmaqdan imtina edir. İddiaçı tərəfindən 22 iyun 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərilərək qeyd olunan ərizədə Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh qarşı pul tələbi barədə iddia qaldırdığını, iddia tələbini dəqiqləşdirdiyini, onun Naxçıvan şəhərində yerləşən Gənclər şəhərciyində mağaza işlədən Cavabdeh ilə söhbət zamanı onda qabaq stolu və jurnalnı stol olduğunu ona bildirdiyini, ona köməklik edib onları satmağını ondan xahiş etdiyini, onun da buna etiraz etmədiyini, onun cavabdehə göndərəcəyi malların pulunu və malın götürülməsinə onun icazəsi olmadan stolları və pulu heç kimə verməməsini tapşırdığını, bu səbəbdən də onun Rauf adlı şəxsi çağırıb üçü birlikdə bu söhbəti təkrarən etdiklərini, Tahirə Raufa pul və stolları geri verməməsini bildirdiyini, 14 ədəd stol və 2 ədəd jurnalnı stolları satmaq üçün Raufun vasitəsilə Tahirə göndərdiyini, sonra Cahan Ticarət Mərkəzində işləyən Xaliq adlı şəxsdən 3 ədəd stolu gətirib Tahirə verdiyini, bunlardan əvvəl Tahirlə neçə dəfə onun obyektində görüşdüklərini, onun ona Raufa pul verdiyini demədiyini, onun 18 mart 2022-ci il tarixində səhər saat 10-11 radələrində Tahirə zəng etdiyini, verilən malların pulunu verməsini bildirdiyini, onun isə xəstələndiyini bildirdiyini, "bir azdan dükana gedib sənə zəng edəcəyəm, öz stollarımızı satıram, sənin verdiyin mallar anbardadır." dediyini, iddiaçının 18 mart axşam saat 7-8 radələrində zəng etdiyini və 19 martda 1-ci reyslə Bakıya getməyi üçün ona pul lazım olacağını bildirdiyini, onun isə malın pulundan bir az verəcəyini dediyini, lakin onun yenə də zəng edib gətirib pulu vermədiyini, 19 martda iddiaçının Bakı şəhərinə getdiyini, həmin gün saat 4-5 radələrində Tahirə zəng etdiyini, onun pulu Raufa verdiyini dediyini, onun Tahirə Raufa nə pulu nə də malı istəsə də verməməsini bildirdiyini, bunu deyərkən yanlarında şahidlərin də olduğunu, Cavabdeh onun pulunu əsassız saxladığını və onun icazəsi (xəbəri) və razılığı olmadan Raufa verdiyini, iddiaçının ondan dəfələrlə tələb etsə də onun pulunu geri qaytarmaqdan imtina etdiyini qeyd edərək cavabdehdən verdiyi 17 ədəd qabaq stolu, 2 ədəd jurnalnı stolu və ya onların dəyəri olan 2330 (iki min üç yüz otuz) manat pulun o cümlədən iş üzrə ödədiyi 43 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə cavabdehdən verdiyi 17 ədəd qabaq stolu, 2 ədəd jurnalnı stolu və ya onların dəyəri olan 2330 (iki min üç yüz otuz) manat pulun o cümlədən iş üzrə ödədiyi 43 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi həddində baxılması qərara alınmışdır. 13 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə baxış iclası zamanı iddiaçı izahat verərək izahatında onun Naxçıvan şəhərində yerləşən Gənclər şəhərciyində mağaza işlədən Cavabdeh ilə söhbət zamanı onda 14 ədəd qabaq stolu və 2 ədəd jurnalnı stol olduğunu ona bildirdiyini, onlar arasında söhbət olan vaxt hər ikisinin ortaq dostu olan Eminin də onların yanında olduğunu, həmin vaxt Tahirdən ona köməklik edib stolları satmağını ondan xahiş etdiyini, onun da buna etiraz etmədiyini, onun cavabdehə göndərəcəyi malların pulunu və malın götürülməsinə onun icazəsi olmadan stolları və pulu heç kimə verməməsini tapşırdığını, həmin vaxt borc pul verərək birlikdə işlədiyi Rauf adlı şəxsin qapıdan çölə çıxdığını gördüyünü, Raufu da öz yanlarına çağırdığını, Raufun yanında da bir az əvvəl aralarında olan razılaşmanı təkrar etdiklərini, təkrarən Tahirə ona göndərəcəyi malın özünü və ya pulunu özündən başqa heç kəsə verməməyi tapşırdığını, həmin vaxt öz aralarında malı Raufun gətirib təhvil verəcəyi, lakin Tahirin Raufa pul və malını verməyəcəyi barədə razılaşdıqlarını, Tahirlə razılaşdıqdan sonra Tahirin Raufa “Rauf söhbəti eşitdin, Qadir əminin mallarını mənə gətirəndən sonra məndən pul və mal istəsən verməyəcəyəm” dediyini, sonradan Raufun həmin razılaşmada nəzərdə tutulan stolları aparıb Tahirə verdiyini, ancaq Raufun Tahirə malı aparıb verməsinin tarixini bilmədiyini, malı özünün şəxsən sayıb Tahirə göndərilməsi üçün Raufa vermədiyini, malı şəxsən özünün Tahirə göndərmədiyini, iddia ərizəsində qeyd etdiyi stollar Tahirə aparılarkən özünün orada olmadığını, şəxsən özünün Tahirə 17 stol və 2 jurnalnı stol vermədiyini, 2022-ci ilin fevral ayının axırları Raufun ona 14 ədəd stol və 2 ədəd jurnalni stolu aparıb Tahirə təhvil verdiyini dediyini, sadəcə Raufun ona gəlib həmin stolları və jurnalnıları aparıb Tahirə verdiyini dediyinə görə həmin malların Tahirə verildiyini hazırda qeyd etdiyini, məhkəmə hazırlıq iclasında tarixi qarışdırdığı üçün Tahirə zəng etməsinin, Bakıya getməsinin tarixlərini fevral ayı kimi qeyd etdiyini, Cahan Ticarət Mərkəzində işləyən Xaliq adlı şəxsdən də Raufun ona məxsus olan 3 ədəd stolu gətirib Tahirə verdiyini, ona görə hazırda Tahirdən 17 ədəd stol və 2 ədəd jurnalnı tələb etdiyini, 2022-ci il mart ayının 17-də Tahirə zəng vurduğunu, həmin vaxt dostu X2 dediyini, bunlardan əvvəl Tahirlə neçə dəfə onun obyektində görüşdüklərini, Tahirin ona Raufa pul verdiyini demədiyini, onun 18 mart 2022-ci il tarixində səhər saat 10-11 radələrində Tahirə zəng etdiyini, verilən malların pulunu verməsini bildirdiyini, onun isə xəstələndiyini bildirdiyini, "bir azdan dükana gedib sənə zəng edəcəyəm, öz stollarımızı satıram, sənin verdiyin mallar anbardadır." dediyini, iddiaçının 18 mart axşam saat 7-8 radələrində zəng etdiyini və 19 martda 1-ci reyslə Bakıya getməyi üçün ona pul lazım olacağını bildirdiyini, onun isə malın pulundan bir az verəcəyini dediyini, lakin onun yenə də zəng edib gətirib pulu vermədiyini, 19 martda özünün Bakı şəhərinə getdiyini, həmin gün saat 4-5 radələrində Tahirə zəng etdiyini, həmin vaxt Tahirin pulu Raufa verdiyini dediyini, onun Tahirə həmin vaxt aralarındakı razılaşmanı xatırlatdığını, lakin Tahirin ona "Rauf gəldi, mən də pulu ona verdim" dediyini, Naxçıvan şəhərinə gələndən sonra Tahirin mart ayı Raufa cəmi 100 manat pul verdiyini öyrəndiyini, Tahirlə aralarında olan razılaşmaya əsasən Tahirin malların pulunu ona mart ayında qaytarmalı olduğunu, amma Tahirin həmin vaxt ona yalandan malın pulunu Raufa verdiyini dediyini, sonradan öyrəndiyinə görə Tahirin aprel ayında Raufa bütün pulu ödədiyini, Tahirlə Raufun yalan danışaraq onun malını ələ keçirdiklərini, Tahirə iddia ərizəsində qeyd etdiyi malları verməsini təsdiq edən sübutunun elə Tahirin özü olduğunu, onun vicdanı olduğu halda ona mal verməsini təsdiq edə biləcəyini, ancaq Tahirin hazırda onun mallarını almasını dandığını, malların Tahirə verilməsini, cavabdehlə aralarında qeyd etdiyi kimi malın alqı-satqısına dair razılaşma olduğunu təsdiq edəcək hər hansı bir sübutu olmadığını, aralarındakı razılaşmanın ortaq dostları olan Eminin yanında olduğunu, ancaq iksinin də dostu olan Eminin belə kiçik məbləğ bir pul üçün onlarla üzləşməyinə razı ola bilməyəcəyini, Raufla şərik olmadıqlarını, Raufun çoxlu borcu olduğu üçün ona yazığı gələrək ona pul borc verdiyini, onun da mallar düzəldərək satdığını, onun pulunu qaytaracağı barədə razılaşdıqlarını, özünün sahibkar kimi qeydiyyatdan keçsə də hazırda fəaliyyətini dayandırdığını, ancaq Raufun vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyini, mebel sexi olduğunu, Raufun VÖEN-i əsasında mebel sexi işlətdiyini, özünün də həmin sexdə Raufun yanında olduğunu, lakin bütün bunlara baxmayaraq Raufun onun şəriyi olmadığını, cavabdehə verdiyi malları Raufun düzəltmədiyini, özünün öz pulu ilə həmin malları düzəltdirdiyini, ona görə də Raufa həmin mallardan nə isə çatmadığını, həmin malların özünə məxsus olduğunu, Raufun onun bir çox malını ondan xəbərsiz ələ keçirdiyini, hazırda da cavabdehlə birləşərək onun bu mallarını da onun əlindən aldıqlarını, cavabdehin ona haqsızlıq edərək onun pulunu əsassız saxladığını, onun icazəsi və razılığı olmadan pulunu Raufa verdiyini, ona görə də həmin pulu və ya cavabdehdə olan mallarını cavabdehin ona qaytarmalı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında iddiaçı ilə söhbət zamanı iddiaçının onda stol olduğunu ona bildirdiyini, onlar arasında söhbət olan vaxt hər ikisinin ortaq dostu olan Eminin də onların yanında olduğunu, həmin vaxt Qadirin ondan köməklik edib stolları satmağını ondan xahiş etdiyini, özünün da buna etiraz etmədiyini, iddiaçının həmin vaxt ona göndərəcəyi malların pulunu və malın götürülməsinə onun icazəsi olmadan stolları və pulu heç kimə verməməsini tapşırdığını, iddiaçının həmin vaxt Raufu da öz yanlarına çağırdığını, Raufun yanında ona göndərəcəyi malın özünü və ya pulunu Raufa verməməyi tapşırdığını, özünün də həmin vaxt Raufa “Rauf söhbəti eşitdin, Qadir əmi malları mənə göndərəndən sonra məndən pul və mal istəsən verməyəcəyəm” dediyini, iddiaçı ilə aralarında razılaşma olan vaxt nə stolların sayı, nə də qiyməti barədə aralarında söhbət olmadığını, sadəcə iddiaçının ondan mallarını satmağa kömək etməyi xahiş etdiyini, özünün də buna razı olduğunu, həmçinin iddiaçının aralarında söhbət olanda malları Raufla göndərəcəyini demədiyini, bu barədə iddiaçının qeyd etdiklərinin yalan olduğunu, bir müddət sonra Raufun ona zəng vuraraq hazırda əlində 10 ədəd stol və 1 ədəd jurnalnı olduğunu bildirdiyini, özünün də Raufa hazırda həmin malların qiymətini nağd ödəyə bilməyəcəyini bildirdiyini, Raufun da malların qiymətini hissə-hissə olduqca ödəyə biləcəyini ona bildirdiyini, bundan sonra özünün Raufla razılaşdığını, ona malları gətirib ona verməsini bildirdiyini, Raufun 10 ədəd stolu və 1 ədəd jurnalnını gətirib ona təhvil verdiyini, Raufa pulu olduqca malın pulunu verəcəyini dediyini, bir müddət sonra Qadirin ona zəng vurduğunu, ondan mallarını soruşduğunu, həmin vaxt Türkiyə Respublikasında olduğu üçün Qadirin ona mal göndərib-göndərmədiyini bilmədiyindən ona anbara gedib baxıb sonra ona zəng vuracağını bildirdiyini, lakin sonradan iş yerinə gəldikdən sonra işçilərin Qadirin ona mal göndərmədiyini bildirdiklərini, Raufdan gətirdiyi malları Qadirin ona göndərib-göpndərmədiyini soruşduğunu, Raufun isə ona verdiyi malları Qadirin ona göndərmədiyini, həmin malların özünün olduğunu, əgər istəmirsə həmin malları geri qaytara biləcəyini ona bildirdiyini, həmin vaxt Raufa malları qaytarmaq istəmədiyini və pulunu hissə hissə verəcəyini dediyini, Raufun arada mağazaya gəldikcə özünün ona malların pulu üçün 100-200 manat pul verdiyini, malı satın aldığı Raufa pulunu tamamilə ödəyib qurtardığını, iddiaçının ona 17 ədəd stol və 2 ədəd jurnalnı vermədiyini, iddiaçıdan iddia ərizəsində qeyd olunan malları almadığını, əgər iddiaçı ona mal göndəribsə bunu sübut etməyin də onun borcu olduğunu, lakin iddiaçının Raufla olan problemlərinə görə belə bir iddia tələbi irəli sürdüyünü, özünün iddiaçıdan heç bir mal almadığını, ona borcunun olmadığını, iddiaçının qeyd etiklərinin yalan olduğunu, əgər iddiaçı ilə danışdıqları kimi iddiaçının ona mal göndərəcəyi halda malın pulunu ancaq iddiaçının özünə ödəyəcəyini, lakin iddiaçı ona mal göndərmədiyi üçün Raufdan mal aldığı üçün malın pulunu da iddiaçıya yox Raufa ödədiyini, iddiaçının iddiasının əsassız olduğunu, almadığı bir mal üçün hazırda da pul ödəməli olmadığını, özünün VÖEN-i olmadığını, sahibkar kimi qeydiyyatdan keçmədiyini, sadəcə dostu ilə birlikdə mebel mağazasında işlədiyini, dostunun vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində iddiaçı ilə əvvəllər birlikdə işlədiklərini, lakin hazırda aralarında mala görə problemlər yarandığından artıq birlikdə işləmədiklərini, özünün mebel sexi olduğunu, mebel düzəldib satdığını, dəqiq tarixini xatırlamadığı bir gün iddiaçının onu yanına çağırdığını, həmin vaxt onun yanında cavabdeh Tahirin də olduğunu, həmin vaxt iddiaçının onun yanında Tahirə mal göndərəcəyini dediyini, iddiaçının Tahirə "malın özünü və ya pulunu Raufa vermə" dediyini, lakin sonradan iddiaçının ona Tahirə mal aparmasını bildirmədiyini, özünün də iddiaçıya Tahirə mal aparıb verdiyini demədiyini, iddiaçının göstərişi ilə Tahirə özünün 14 ədəd stol və 2 jurnalnı aparmadığını, bu barədə iddiaçının dediyinin yalan olduğunu, sonradan Tahirlə aralarında olan razılaşmaya əsasən özünə məxsus olan, özünün düzəltdiyi 10 ədəd stolu və 1 ədəd jurnalnını Tahirə satdığını, Tahirin pulu hissə-hissə ödəyərək borcunu qurtardığını, Tahirə verdiyi malların Qadirin malı olmadığını, iddiaçı ilə aralarında olan anlaşmazlıqlara görə iddiaçının yalandan onun Tahirə iddiaçının malını verdiyini dediyini, Qadirin ona cavabdehə verməsi üçün mal vermədiyini, özünün də Qadirin hər hansı bir malını cavabdehə vermədiyini, Tahirə satdığı stolların və jurnalnının özünə məxsus olan mal olduğunu, Xaliq adlı şəxsdən stol götürərək Tahirə vermədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində 17 ədəd stol və 2 ədəd jurnalnı stolu cavabdehə göndərdiyini, cavabdehin həmin malların qarşılığında ona 2330 (iki min üç yüz otuz) manat məbləğində pul verməli olduğunu qeyd etsə də həmin malların cavabdehə verilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.3-cü maddəsini və yuxarıda qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutulmaqla 23 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iddiaçıya iddia tələbinin əsaslı olması ilə bağlı sübutları məhkəməyə təqdim etməsi təklif olunsa da iddiaçı Tahirə iddia ərizəsində qeyd etdiyi malları verməsini təsdiq edən sübutunun elə Tahirin özü olduğunu, onun vicdanı olduğu halda ona mal verməsini təsdiq edə biləcəyini, ancaq Tahirin hazırda onun mallarını almasını dandığını, malların Tahirə verilməsini təsdiq edəcək hər hansı bir sübutu olmadığını, aralarındakı razılaşmanın ortaq dostları olan Eminin yanında olduğunu, ancaq iksinin də dostu olan Eminin belə kiçik məbləğ bir pul üçün onlarla üzləşməyinə razı ola bilməyəcəyini qeyd etmiş, iddia tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, sadəcə izahat verməklə kifayətlənərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 43 (qırx üç) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-537/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-537/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver