Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-545/2024 28.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1, iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə, cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızının və cavabdehiddiaçının vəkili Vəkil2 iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı X9 qarşı mənzildən məcburi qaydada çıxarılma və cavabdeh-iddiaçı X5 iddiaçı-cavabdeh İddiaçı qarşı çəkilən xərc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Qasımova (Həsənova) Zəhra Həsən qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 19 nömrəli fərdi yaşayış evindən X5 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Qasımova (Həsənova) Zəhra Həsən qızı ilə qardaşı Nümayəndə xx.xx.2000-ci il tarixdə Naxçıvan şəhər 1 saylı Nikah Evində rəsmi olaraq nikaha daxil olmuşdur. Onların nikahına xx.xx.2023-cü il tarixdə rəsmi olaraq xitam verilmişdir və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cli ilin noyabr ayının 27-də 146 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Xətai küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 19 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evdə Qasımova Zəhra qanunsuz şəkildə yaşayır. Qeyd olunan şəxsin onun mənzilində yaşaması onun bu günədək yaşadığı, bütün kommunal xidmət haqlarını ödədiyi evlə bağlı mülkiyyət hüquqlarını həyata keçirməyinə maneəçilik törədir. Onun onunla heç bir ailə bağlılığı yoxdur. Məhz bu baxımdan da həmin fərdi yaşayış evindən X5 məcburi qaydada çıxarılmasını istəyir. Cavabdeh Qasımova (Həsənova) Zəhra Həsən qızı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 540 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət əmlakın alınmasına, təmirinə, yenidənqurma işlərinə çəkdikləri 50000 manat xərcin yarısının İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qasımova (Həsənova) Zəhra Həsən qızı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 17 noyabr 2000-ci il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində rəsmi olaraq nikahı qeydiyyatdan keçirməklə Nümayəndə ilə evlənmişlər. Nümayəndə Naxçıvan şəhəri Səttərxan küçəsində yerləşən 20 nömrəli ata evlərinə gəlin köçmüşdür. 1 həftə orda qalıb sonra yaşamaq üçün Nazimin Moskva şəhərində olan evinə köçmüşlər. 6-7 ay Moskvada yaşayıb ordakı evi satıb Ukraynanın Çemiqov şəhərinə gəlmişlər. Çerniqov şəhərində Nazim öz adına 2 otaqlı mənzil almışdır. Mənzil boş olduğundan yaşamaq üçün lazım olan bütün əşyaları da alıb mənzilə yerləşdirmişlər. Ekiz övladları da Çerniqov şəhərində doğulmuşlar. Doğuşdan təxminən 10 gün sonra onu 2-ci dəfə əməliyyat etmişlər və 20-25 gün reanimasiyada yatmışdır. Sonra Nazim onu xəstəxanadan çıxarıb evlərinə gətirmişdir. Ağır doğuş keçirdiyini valideyinləri bilməmişdir. Orada onlarla qonşuluqda yaşayan və Naxçıvanlı bir nəfərlə atasıgilə məktub göndərib xəstəliyini onlara bildirib onu Naxçıvana gətirmələrini xahiş etmişdir. Atası da bacısı ilə əmisini onu Naxçıvana gətirmələri üçün göndərmişdir. Nazim evi satmış və bacısı və əmisi ilə birlikdə Bakıya gəlmişlər. Nazim Bakıda qalmış, onlar isə Naxçıvana gəlmişlər. Bir ili bacısı Fatmagildə qalmalı olmuş, özü xəstə olduğundan 2 ekiz uşağına bacıları baxmışlar. Həmin ili isə Nazim Bakıda qalmışdır. Gətirdikləri pulla Nazim 7-ci mikrorayonda 1 otaqlı mənzil almışdır. Mənzili əsaslı təmir etdirib 2 otaqlıya çevirmişdir. Onunla mütəmadi olaraq telefon əlaqəsi saxlayıb mənzili təmir etdirdiyini bildirmişdir. Mənzil hazır olandan sonra özü də gedib orada qalırdı. Bir müddət belə yaşamışlar. Sonra Nazim gəlmişdir ki, Bakıdakı mənzili satıb Naxçıvanda köhnə bazarın yanında həyət evi almışam, gedək baxaq. Həmin ev hazırda yaşadıqları Naxçıvan şəhəri Ş.l.Xətai küçəsindəki 19 nömrəli evdir. Gedib ata evində olan cehizlərini də gətirmiş, əlavə olaraq Nazim Bakı şəhərindəki mənzildə olan əşyaları və avtomaşınını da Naxçıvana gətirmişdir. Aldıqları evdə yenidənqurma işləri aparıb mətbəxt, hamam, sanitar qovşağı düzəltmişlər. Həyətə çınqıl, torpaq töküb üstünə beton verib, sonra isə daş düzdürüb əlavə olaraq hovuz tikmişlər, evin qabağında naves düzəltmişlər. Həyətdə ayrıca köhnə əl damı vardı. Əl damını təmir etdirib əlavə bir otaq da tikib naves vurdurub ayrıca hamam sanitar qovşağı düzəldib kirayəyə veriblər. Həyətin içərisində divar boyunca təxminən 80 sm enində beton yol tökülüb. Köhnə şüşəbəndi söküb bir qapı, bir pəncərə qoyub yanlarını hörmüşlər. Evin bütün qapı pəncərələrini dəyişmişlər. Otaqların tavanları yenilənib, döşəmələri dəyişdirilib. Bütün tikili daxildən qaşınaraq götürülüb, gəcdən suvaq çəkilib, sonra da aboy yapışdırılıb. Bütün bu işlər yaşadıqları bu illər ərzində aparılıb. Övladları əsgərlikdən gələcəklərindən evin divarlarını aboyla təmir etdirmişlər. Təxminən 2013-2014-cü illərdə ona məlum olmuşdur ki, yaşadıqları öz evləri bilib müxtəlif təmir və yenidənqurma işləri apardıqları ev baldızı cavabdeh-iddaçı İddiaçı adına alınıb. Bu səbəbdən evdə narazılıqlar, söz-söhbətlər başlamışdır. Baldızı Nəzmirə bunu eşidib gəlib ona demişdir ki, heç narahat olma, heç Nazimin də xəbəri olmadan evi oğlun Kamalın adına keçirəcəm. Bu səbəbdən də həmin söhbətdən sonra yenə də evlə bağlı işləri görmüşlər. Hazırda cavabdeh-İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib onu mülkiyyətində olan Naxçıvan şəhəri Xətai küçəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 19 nömrəli fərdi yaşayış evindən çıxarmaq istəyir. Həmin evi öz evi bilib bütün bu 20 ili işləyib qazancını oranın təmirinə yenidən qurulmasına, abadlaşdırılmasına sərf etmişdir. Cavabdeh-İddiaçı qardaşı Nümayəndəla olan nikahlarından 2 ekiz oğlu vardır. Onlar artıq ailə qurmaq yaşlarına çatıblar. Başlarını soxacaq bir yerləri yoxdur. Ona görə də evin alınmasına, təmir və yenidənqurma işlərinə çəkdikləri xərci cavabdeh-iddiaçı Nəzmirə Qasımovdan ona ödənilməsini istəyir. Təxmini hesablamalara görə ünvan 2 ünvanında 540 kvm torpaq sahəsində yerləşən, ümumi sahəsi 86.70 kvm, yaşayış sahəsi 69 kvm olan 4 otaqlı fərdi yaşayış evinin alınmasına, təmir və yenidən qurma işlərinə 50 min manat pul xərclənib. Pulun yarısının cavabdeh-İddiaçı alınıb ona verilməsini istəyir. Naxçıvan Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərardadı ilə, İddiaçı X9 qarşı mənzildən məcburi qaydadaçıxarılma tələbinə dair mülki iş üzrə X5 İddiaçı qarşı çəkilən xərc tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 15 il öncə Zəhra onu hazırda mübahisəsi gedən bu evə görə məhkəməyə və prokurorluğa şikayət etmişdir. Qardaşı Zəhranı çox sevdiyinə görə onu bağışlamışdır. Moskva şəhərində Zəhranın qardaşı Nazimin evini satmış və Çerniqovda restoran açacaqlarını bildirmişdir. Zəhranın qardaşı Nazimin evini və avtomobilini satıb yoxa çıxmışdır. Nazim sonra Azərbaycana gəlmişdir. Maddi imkanı yaxşı olduğundan həmin mübahisəsi gedən bu evi özünə almışdır. Nazim və Zəhranı barışdırıb öz evini bunlara vermişdir. Lakin Zəhranın qardaşının Nazimi aldatdığına görə evi Nazimin adına keçirməmiş və bunların heç birini həmin evə qeydiyyata salmamışdır. Mübahisəsi gedən ev köhnə, möhrə tikilişlidir. Hımin həyətdə yeni tikili yoxdur. Zəhranın əmək kitabçasına baxanda görünür ki, onun indiyə kimi qazandığı pul heç 50000 manat olmamışdır. Zəhra 15 il öncə də bilirdi ki, bu ev onun deyil və ona görə də onu orqanlara şikayət etmişdir. Evin onun olduğunu bilə-bilə evə xərc qoymamalı və bu xərci tələb etməməlidir. Sadəcə olaraq yola qravil tökülüb daş döşənmişdir. Həmişə qardaşına pul göndərmişdir. Mərkəzi poçta sorğu verilərsə onun qardaşına nə qədər pul göndərdiyi aydın olar. Qardaşı həyətdə damda qalır, Zəhra isə normal evdə. Öz evində yaşamaq istəyir. Oraya gedəndə Zəhra dava salır, polis çağırır. Zəhranın o evdə bir manat haqqı yoxdur. Qardaşı əməliyyat olunanda Zəhra ona yaxşı baxdığı üçün evi onun adına keçirəcəyini demişdir. Cavabı da "narahat olma, yeri gəlsə evi oğlun Kamalın adına keçirərəm" demişdir. Mübahisəsi gedən bu ev 2003-cü ildə alınmışdır. Mübahisəsi gedən bu ev alınan zaman Naxçıvan şəhərində "dombut"un yanında yaşayırdı. Mübahisəsi gedən bu ev alınan zaman trikotajda uşaq bağçasının müdiri vəzifəsində işləyirdi. Uşaq bağçası 3-cü mikrorayonda yerləşirdi. 33 il orada işləmişdir. Əmək haqqısının nə qədər olduğunu xatırlamır, 13 ildir çıxmışdır. Evi 5000 manata almışdır. İki bacı və beş qardaşdırlar. Bacısının biri Almaniyada yaşayır və onun maddi imkanı yaxşıdır. Almaniyada yaşayan bacısı poçt vasitəsilə Nazimə aylıq çox pul göndərirdi. Həmin bu evi almağa da Almaniyada yaşayan bacısı köməklik etmişdir. Zəhragil 7 bacı, bir qardaşdır. Zəhranın bacıları Zəhraya köməklik etməmişdir. Zəhranın qazandığı pul öz dolanışığını ancaq görərdi. Nazimin Moskvada şəhərindəki evini Zəhranın qardaşı satmış və Çerniqovda kafe açmışlar. Moskva şəhərindəki ev Nazimin evidir. Nazim uşaq vaxtından Rusiyada olub. Nazimin avtomobili də var idi və taksi fəaliyyəti ilə məşğul olurdu. Moskva şəhərindəki ev iki otaqlı idi. Çerniqovda səkkiz ay qalmışlar. Çerniqovda pulunu almaq üçün müharibə etmişdir. 3500-ə iki otaqlı ev Çerniqovda almışdır. 80000 pulun 3500-nü evə vermişdir. Həmin puldan Bakı şəhərində taksi almaq üçün yalnız pul qalmışdır. Ev 2003-cü ildə alınandan sonra az dəyişiklik olmuşdur. Evdə heç bir əlavə iş görülməmişdir. Həyətdə evin yanında dam var idi. Həmin damı mətbəx, onun yanında hamam tikmişdirlər. Həyətə qravil tökülmüşdür, onun üstünə də beton tökülmüşdür. Qardaşı həyətdə əl damında qalır. Həmin əl damına ağ emusiya vurulmuşdur. Evdə əlavə iş görülməmişdir. Qapı, pəncərə dəyişilib, evə oboy çəkilib. Evi alanda möhrə tikiliş idi. Palçığın üzərinə də gəc vurulmuşdu. Nazim evə emusiya vurub. Sadaladığı bu işlərə dəqiq nə qədər pul xərcləndiyini bilmir, çünki bütöv pul xərclənməyib. Lakin poçtdan ora xərclənən pulu öyrənmək olar, çünki pulu özü Nazimə göndərmişdir. Digər bacısı isə pensiya kartnı Nazimə vermişdir. İddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı-cavabdeh İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə vasitəsilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə iddiaçı-cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, cavabdeh qeyd edir ki, 2000-ci ildən həmin evdə təmir, yenidənqurma və abadlıq işləri aparıb, eləcə də, həmin qaldığı evə əşyalarar alıb. X3 2013-2014-cü illərə qədər mülkün İddiaçı adına olduğunu bilmirdimi? 2006-cı ildən mülkiyyətçi İddiaçı Billal qızının adına qaz pulu, işıq pulu, telefon pulu, su pulu və digər kommunal xərclərini ödəyəndə bilməli idi ki, ev onların adına yox, keçmiş baldızı mülkiyyətçi İddiaçı adınadır, bunu bildiyi halda özgə işləri tapşırıqsız yerinə yetirib. X1 həyat yoldaşı Nümayəndə və mülkiyyətçi X12 X9 mütəmadi olaraq bəyan ediblər ki, mülkiyyətçi X6r. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 19 nömrəli fərdi yaşayış evindən X13 məcburi qaydada çıxarılsın. X13 həmin mənzildə keçmiş həyat yoldaşı Nümayəndə ilə nikahda olaraq 20 il müddətində, 240 ay müddətində yaşayıblar. Hər ay mövcud bazar qiyməti ilə 300 manatdan 72000 min manat pulun yarısını 36000 (otuz altı min) manatı qardaşı Nizami Bilal oğlunun xeyrinə çıxmaqla yarısını 36000 (otuz altı min) manat pulun qaytarılmasını cavabdeh X2 tələb edir. Bundan başqa cavabdeh X13 nə ilə subut edə bilər ki, həmin mənzilə təmir və yenidənqurma işlərinə 50000 (əlli min) manat xərc çəkib, əgər 50000 (əlli min) manat xərc çəkibsə əsaslandırsın və sübut etsin. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri Ş.İ.Xətai küçəsində 19 ünvanında 540.0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 86.70 kv.metr, sahəsi 69.0 kv.metrdə olan 1 mərtəbəli, 4 otaqlı, 19 nömrəli fərdi yaşayış evindən X13 məcburi qaydada çıxarılsın və İddiaçı şəxsi mülkiyyətində olan Naxçıvan Şəhəri Ş.İ.Xətai küçəsindəki 19 nömrəli fərdi yaşayış evində Bilal oğlu ilə nikahda olaraq 20 il müddətində 240 ay qaldıqları müddət hər ay mövcud bazar qiyməti ilə 300 manatdan 72000 (yetmiş iki min) manat pulun yarısını, yəni 36000 (otuz altı min) manat pulu qardaşı X10 xeyrinə çıxmaqla yarısının, 36000 (otuz altı min) manat pulun isə cavabdeh X2 alınıb İddiaçı ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, rəylə razı deyil, əsassızdır və qeyri-obyektivdir. Ona görə ki həmin evin ümumi dəyəri heç 30000 (otuz min manat) deyil, buna baxmayaraq təxminən 25000 (iyirmi beş min) manat qiymətləndirmə aparmış, apararkən isə qiymətlərdə süni olaraq qiymət artırmalar olmuşdur. Eləcə də, ekspertin rəyində qeyd edir ki təxminən 25000 (iyirmi beş min) manat xərc çəkilib. Halbuki ekspertin rəyi dəqiq olmalıdır. Bundan başqa, çöl mətbəx tikintisində mebellərin vurulmasına 10 ədəd kafel olmaqla, cəmi 18 manat; 26 ədəd kafelə hər biri 15 manatdan 390 manat dəyər göstərilmişdir. Bu tamamilə yalandır, sadalananları özü yapışdırmış, usta xərci olmamışdır. Daha bir yanlış qeyd olunmuş hal kimi evin həyətyanı sahəsində hovuz tikilisinin quraşdırılması (usta pulu və material ilə birlikdə) müqavilə üzrə 2225 manat göstərilmişdir. Lakin işin əslində özü hovuzun tikilməsi üçün ustaya 30 manat, tikinti üçün sərf olunan 100 ədəd kubikə isə 100 manat verməklə, ümumilikdə 130 manat pul vermişdir. Ekspertin rəyində düzgün qiymətləndirmədiyini hesab etdikləri bir digər hal isə fərdi yaşayış yerinin həyətyanı sahəsinə giriş-çıxış üçün alaqapının quraşdırılmasına (usta pulu və material ilə birlikdə) 600 manat yazılmasıdır. Bəhs edilən qapı evin tikildiyi vaxtdan mövcud olmuşdur. Ekspert rəyində açıq-aşkar pozuntuya yol verildiyini göstərən daha bir hal evin ümumi elektrik sisteminin çəkilməsi, mətbəx tikilisinin tavanına spot işıqların vurulması (usta pulu və material ilə birlikdə) başlığında dəyərin 425 manat məbləğində yazılmasıdır. Belə ki onun özüün pensiya yaşına kimi elektrik ustası olduğu faktını nəzərə aldıqda bəhs edilən evə spot işıqlarının vurulmasında kənar usta çağırmağı nə dərəcə məntiqə uyğundur. Habelə evin elektrik xətlərinin sonradan çəkilmədiyi, əvvəlki xətdən istifadə edildiyi də həmin rəyin düzgün tərtib olunmadığını bir daha təsdiq edir. Ekspert rəyində həyətyanı sahənin daxilində 2 otaqlı yaşayış təyinatlı tikilinin inşa edilməsində 3500 tuğlaya cəmi 1575 manat, 28 kisə sement məhsuluna cəmi 182 manat xərc çəkildiyi qeyd olunmuşdur. Bu heç bir şəkildə həqiqəti əks etdirmir. Belə ki həmin həyətyanı sahədə 2 deyil, 1 otaq yarımtikili tikilmişdir. Bu zaman 200-dən az tuğla xərclənmiş, ümumlikdə 140 manat xərc çəkilmişdir. Ekspert rəyində əlavə nəqliyyat xərcləri kimi 1187 manat qeyd olunmuşdur və bu qətiyyən həqiqəti əks etdirmir. Belə ki, özü zibilin atılmasında, yükərin daşnmasında əlavə nəqliyyata pul verməmişdir. Öz şəxsi avtomoblili ilə daşımışdır. Ümumiyyətlə, yuxarıda sadaladığı halları, ekspert rəyinin tamamının həqiqəti əks etdirmədiyini, məhkəməyə təqdim olunmuş ekspert rəyinin sübut qismində dəyərləndirilməsinin ədalət mühakiməsinin obyektivliyinə zidd olduğunu nəzərə alaraq, bəhs edilən ekspert rəyinə etiraz etdiyini məlum edir. Bundan başqa, keçmiş həyat yoldaşı X5 çəkilmiş xərclərlə bağlı pul tələbi istəməyə heç bir hüququ yoxdur, ona görə ki, o həmin mənzildə onunla nikahda olaraq 20 il müddətində - 240 ay müddətində yaşamışlar. Hər ay mövcud bazar qiyməti ilə 300 manatdan 72000 (yetmiş iki min) manat pulun yarısını ona çıxmaqla, digər yarısını, yəni 36000 (otuz altı min) manatı onun xeyrimə çıxmaqla yarısını kirayə haqqı verməli olduğu halda verməyib. Yəni 36000 (otuz altı min) manat pulu verməyib. Yaşadıqları mənzildən başqa, digər mənzili isə həyətin 2005-2021-ci illərdə tələbələrə kirayə verərək 15 il, yəni 180 ay müddətində mövcud bazar qiymətində 100 manatdan 18000 (on səkkiz min) manat pulu mülkiyyətçinin hesabına gəlir əldə etmişlər. Həmin pulun yarısı onun xeyrinə olmaqla, digər yarısı, yəni 9000 manatı onun xeyrinə qalmışdır. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı əvvəlki məhkəmə iclasında dediklərinə əlavəsi yoxdur. Həmin evə Cavabdeh tərəfindən nə xərc çəkilibsə bu özgə işlərini tapşırıqsız aparma hesab edilir. Bunun qarşılığında 20 ildən artıqdır ki, həmin evdə yaşayır. Həmin müddətin kirayə pulunu da iddiaçı Nəzmirə X22ovadan tələb edir. İddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, həmin evin ümum dəyəri heç 30000 (otuz min manat) deyil. Görülən işlərin dəyəri həddindən artıq şişirdilmiş qiymətləndirilmişdir. Həmin işləri usta olaraq özü edibdir. Bundan başqa, keçmiş həyat yoldaşı X5 çəkilmiş xərclərlə bağlı pul tələbi istəməyə heç bir hüququ yoxdur, ona görə ki, o həmin mənzildə onunla nikahda olaraq 20 il müddətində - 240 ay müddətində yaşamışlar. Hər ay kirayə haqqı verməli olduğu halda verməyib. Bu da ona düşən 36000 (otuz altı min) manat pul deməkdi. Yaşadıqları mənzildən başqa, həyətdə olan digər otağı 2005-2021-ci illərdə tələbələrə kirayə verərək 15 il 100 manatdan 18000 (on səkkiz min) manat gəlir əldə etmişdir. Ailə olduqları müddətdə otaqların tavanı dəyişib, alçıpan vurulub, döşəmə rənglənib və otaqlara divar kağızı vurulubdur. Bütün işləri görəndə bacısı ona pul göndəribdir, bacısının biri Almaniyada yaşayır. Həyətdə hovuz düzəltmişlər, naves vurublar yerə beton verilibdir. Özü taksi işlədirdi, bacıları yardım edirdi. İddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızı qarşılıqlı iddianı müdafiə edərək, iddianı isə qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, ailə qurub Moskva şəhərinə getmişlər. Nazimin orada evi var idi. Moskva şəhərindəki evi satıb Çerniqova getmişlər. Dəqiq ilini xatırlamır. Moskvadakı evi satmağa Nazimi o məcbur etməmişdir. Çerniqovdakı evi də satıb Azərbaycana gəlmişlər. Ekiz uşaqlara hamilə olan vaxtı ağır xəstə yatmışdır. Ona görə də atasıgilin evinə getmişdir. Nazim isə Bakı şəhərində qalmışdır. Bakı şəhərində Nazim bacıları ilə plan qurub bu evi Nəzmirənin adına almışdır. Çerniqovdakı evi satan zaman orada özü, Nazim və uşaqları var idi. Bakı şəhərinə özü, bacısı, Nazim və uşaqlar birlikdə gəlmişlər. Əmisi Çerniqovda qalmışdır. Çerniqovdakı evi əşyaları ilə birlikdə satmışlar. Evi neçəyə satdıqlarını bilmir. Nazim Bakı şəhərində qalmış və özü Naxçıvana gəlmişdir. Nazim qardaşı ilə yeyib-içən zaman demişdir ki, "mən Nəzmirəyə dedim ki, evi keçir Kamalın adına, Nəzmirənin rəngi qızardı". Kamal oğludur. Ev alınanda onun pulu ilə alındığını bilir. Evin neçəyə alındığını bilmir. Təxminən 22 il öncə Naxçıvana gəlmişlər. Nazim Bakı şəhərindəki evi alanda kimin adına aldığını və neçəyə aldığını bilməmişdir. Bakı şəhərindəki ev bina evi idi, bir otaqlı idi, mətbəxi də otaq olunmuşdu. Uşaqlarla həmin evdə yaşamışdır. Bakı şəhərindəki ev 7-ci mikrorayonda idi. Bakı şəhərindəki evi satanda onun xəbəri olmamışdır. Anasıgildə yaşayırdı. Nazim Bakı şəhərində iş gördüyünü demişdir. Bir otaqlı ev aldığını, mətbəxi otaq etdiyini demişdir. Sonra isə Nazim demişdir ki, Naxçıvandan ev almışdır. Bakı şəhərindəki evi satıb Naxçıvandakı evi almışdır. O evi öz evi bilib qalmışdır. Bakı şəhərindəki evin əşyaları da var idi. Həmin əşyaları Bakı şəhərində almışlar, Naxçıvana gələndə əşyaları da gətirmişlər. Nazim yeni Naxçıvanda yeni tikilən evlərdən almaq üçün 100 dollar beh vermişdir. Nazimin dediyinə görə vəfat etmiş qardaşı ilə köhnə bazarın yanında evi görüb bəyənmiş və o evi almışdır. Beh pulunun da batdığını bildirmişdir. Daha sonra Nazim iki övladını və onu evə baxmağa aparmışdır. Hətta irad tutmuşdur ki, bu köhnə evi niyə almısan. Həmin evə köçəndən sonra Nazimlə birlikdə evi düzəltmişlər. Evə gedəndə uşaqların 2-3 yaşları var idi. Evin otağından birini təmir edib mağaza açmışlar. Mağazada satış olmuşdur. Mağazanı az müddət işlətmişlər. Həmin gündən iş tapıb işləyir, Nazim isə pensiya alır. Mübahisəsi gedən bu ev çox köhnə olduğu üçün hər il orada təmir getmişdir. Övladları hərbi xidmətə getməzdən öncə evin girişindəki koridoru təmir edib evi iki otaq etmişlər. Ev iki otaq idi, daha sonra evi üç otaq etmişlər. Evə alçıpan alınıb vurulub, divarlar gəclənib, oboy vurulub. Övladları hərbi xidmətdən qayıdan zaman isə evə yenidən oboy vurmuşlar. Oboyu Bakı şəhərindən özü alıb gətirmişdir. Evdəki bütün işləri Nazimlə birlikdə etmişdir. Onun maaş və pensiya kartı Nazimdə olmuşdur. İşıq, qaz pulu yığılan zaman qəbzə İddiaçı yazıldığını görəndən sonra Nazimdən bu haqda soruşmuşdur. Nazim evi bacısının adına aldığını bildirmişdir. Həyətdəki əl damını təmir edib kirayəyə verirmişdir. Həyətdə bir otaq, mətbəx və hamam tualet vardır. Nazim indi orada yaşayır. Evin Nəzmirənin adına olduğunu biləndən sonra ona demişlər ki, evi Kamalın adına keçirəcəklər. Həmin vaxt o bu barədə məhkəməyə də müraciət etmişdir. Nəzmirə ona demişdir ki, evi Kamalın adına keçirəcək, o da ərizə vermişdir, işə baxılmamışdır. Övladları hərbi xidmətdən 44 günlük müharibədən sonra gəlmişlər. Uşaqlar hərbi xidmətdən gələn zaman onları görməyə çox adam gələcəyi üçün evi təmir etmişdir. Evdə görülən işləri Nazimlə özü görmüşdür. Evə mebel yığdırmışlar. Evi bütünlüklə oboylamışlar. Evin döşəməsi köhnə poldur, döşəməni dəfələrdə rəngləmişlər. Evin tavanına alçıpan vurmuşlar. Evin qapı-pəncərəsinin hamısını dəyişmişlər. Evin qarşısı şüşəbənd idi, onu ləğv edib hörgü işləri aparıb pəncərə qoymuşlar. Pəncərələr plastikdir. Evin çöl hissəsinə emusya vurmuşlar, "naves" tikmişlər, böyük tut ağaclarını kəsmişlər. Evin çöl divarlarını sementlə suvamışlar. Evin dam örtüyü dəyişəlməyib, dam örtüyünün bir şiferini dəyişmişlər. Həyətdə artezian və ya quyu yoxdur. Rusiyada olan evi Nazim əvvələr almışdır. Həmin vaxt nikahları yox idi. Evə çəkilən təmir xərcini 50000 manat hesablamışdır. Ona görə 50000 pul tələbi qoymuşdur ki, uşaqlarına ev alsın. 3 otaq bir koridor var idi. Divarları çapıb yerə töküb iki otaq düzəltmişdirlər. Qarşısına böyük aynabənd əlavə etmişdirlər. Qarşılıqlı iddianın təmin edilməsini, iddianın isə rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək, iddianı isə qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, Cavabdeh dediklərinə və ərizədə yazılanlara əlavəsi yoxdur. Qarşılıqlı iddianın təmin edilməsini, iddianın isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh-iddiaçının nümayəndəsi X14 qaşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı-cavabdehin nümayəndəsinin dedikləri düzgün deyil. Zəhra onun bacısıdır. Bacısı və ailəsini o saxlayıb. Çernikovda yaşayıb, bacısının iki uşağı olub. Dayı kimi onları saxlayıb böyüdüb, bu gün də onları yanına aparıb. Neçə dəfə məhkəməyə düşüblər boşanmaq üçün bacısına pul göndərib barışıblar. Nazim ona zəng vurub dedi ki, Moskvada evi satmışam, əşyaları var idi. Moskvadakı evi 10000 dollara satıb. Çernikovda 4000 dollara ev alıb. İki otaqlı boş ev alınıb. Bacısı düşdü xəstəxanaya, iki dəfə əməliyyat olunub. Nazimi xəstəxanada görməyib. Bütün xərclərini özü çəkibdir. 6000 dolları birlikdə iş görmək üçün Nazim qoyub. Kafe açıblar. Nazim Ukraynada özünə maşın alıb. 1500 manata jiquli alıb. Kafeyə 6000 pul qoydu. Bakıya gələndə gətirdi. Nazimə 16000 dollar pul verdi. Qardaşı ilə 2 ay bundan əvvəl danışdılar. Natiqə belə ondan üzr istədi. Dedi ki, kim ona baxacaqdır. Ukraynadakı evi satdı, 3800 dollara, evin əşyalarını, maşını satdı. Bakıya gəldi. Bakıda 9-cu mikrorayonda bir otaqlı ev aldı. Həmin evə getməyib. Bacısıgildən məlumatı olub. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 bildirmişdir ki, Nəmirə bacısı, Nazim qardaşıdır. Könüllü ifadə vermək istəyir. Ev bacısıdır. Ailənin dağılmasının səbəbkarı Zəhranın qardaşıdır. Zəhranın Nazimlə evlənməsinə səbəb o olmuşdur. Nazimin Moskvada evi var idi. 4-5 aydan sonra Zəhranın qardaşı Moskvaya gedib. Nə daşınıblarsa Nazim evi satıb gedib Çernikova. Orada kafe tikdirib. Sonra Nazimi pulsuz Bakıya göndəriblər. Yol pulunu belə o göndəribdir. Nazimi heç nəsiz göndəriblər. Bacısı Nəzmirə 32 il bağça müdiri işləyib. Naxçıvanda bir evi, Bakıda bir evi var. Dombutun yanında 3 otaqlı evi var idi, bu evi alandan sonra həmin evi təxminə 2012-ci ildə satıbdır. 2000-ci ildə isə hazırki evi alıb. Nəzmirə Bakıda yaşyır. 13-14 il olar. Bu evi alanda Naxçıvanda yaşayırdı. Öz evində. Bu ev normal qiymətə düşdü aldı. Evdə elə bir təmir olmayıb. Divar kağızlarını vurublar. Mozaik işlər həyətdə olub. Bacısının həmin işlər görülərkən şikayət etdiyini bilmir. O vaxt Zəhra prokurorluğa və məhkəməyə şikayət vermişdi evlə bağlı. İş bildiyinə görə bacısının xeyrinə həll edilmişdi. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş: Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH 008525 nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, Xətai küçəsində mülkiyyətdə olan 540.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 69.0 kv.m yaşayış, 52.9 kv.m qeyri-yaşayış, 17.7 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 2587 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********95- 1032587, qeydiyyat nömrəsi: 9017, qeydiyyat tarixi: xx.xx.2008). AZ-İ 402674 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Nümayəndə ilə X13 arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-675/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-675/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsinin surətinə əsasən, Nümayəndə ilə X13 arasındakı nikah pozulmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 24 oktyabr 2024-cü il tarixli, 04/856 nömrəli məktubuna əsasən, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Naxçıvan şəhəri, X28 küçəsi, ev 19 ünvanında 540 m2 torpaq sahəsində yerləşən, ümumi saəsi 86,70 m2, yaşayış sahəsi 69 m2 olan 4 otaqlı fərdi yaşayış evi 03 iyul 2008-ci il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunun 30 iyul 2003-cü il tarixli 4Ə-318 nömrəli müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 939 nömrəli, 02 oktyabr 2024-cü il tarixli rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai küçəsində 540.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 69.0 kv.m yaşayış, 52.9 kv.m qeyri-yaşayış, 17.7 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evində əmlakın təmirinə, yenidənqurma işlərinə çəkilən xərcin ümumi dəyəri 2024-cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 25028,4 manat məbləğində olduğu müəyyən edilir. X20 İdarəsi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, ünvan 5 ünvanında qaz sayğacı müqaviləsi xx.xx.2006-cı ildə İddiaçı adına bağlanmış və həmin ildən bu tarixədək ( xx.xx.2024) qaz ödənişləri İddiaçı adına ödənilir. Naxçıvan Şəhər Rabitə İdarəsi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli 178 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən ***-**-** nömrəli telefonun abunəçisidir, abonent 2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək işlətdiyi telefonun abunəçisidir və hər ay abunə haqqını ödəmişdir, son iki ayın pulunu ödəməmişdir. Naxçıvan Şəhər Sukanalizasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 5 ünvanında 19 oktyabr 2017-ci il tarixli su sayğacı müqaviləsi İddiaçı adına bağlanmışdır. Həmin tarixdən su ödənişləri X11 tərəfindən ödənilmişdir. Naxçıvan Şəhər Elektrik Şəbəkəsi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli 276 nömrəli arayışda qeyd edilmişdir ki, ünvan 5 ünvanında enerji ödənişləri 2006-cı il tarixdən İddiaçı tərəfindən aparılmışdır. Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli 32 nömrəli arayışda qeyd edilir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tullantı pullarını ödəmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2-540/2003 nömrəli 27 noyabr 2003-cü il tarixli qərardadından aydın olur ki, Cavabdeh Nümayəndə və Naxçıvan şəhər 1 saylı Dövlət Notariat Kontorundan alqı-satqı müqaviləsinin ləğvi və əmlakın birgə mülkiyyətə qaytarılması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını, ekspert rəyini, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və X8 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin olunmalı, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan Naxçıvan şəhəri, Xətai küçəsində 540.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 69.0 kv.m yaşayış, 52.9 kv.m qeyri-yaşayış, 17.7 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən, mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki işin materiallarından görünür ki, mülkiyyətçi ilə cavabdeh arasında qanunvericiliyin yuxarıda sadalanan normalarına uyğun hər hansı razılaşma olmamış, elə də tərəflər arasında (İddiaçı ilə Cavabdeh arasında) ailə hüquqi bağlılığı mövcud olmamışdır. Mübahisəli əmlakın 2003-cü il tarixdə İddiaçı mülkiyyət hüququ əldə etməsi və həmin tarixdən Cavabdeh iddiaçının qardaşı X7 ailə üzvü kimi həmin fərdi yaşayış evində yaşamağa başlaması nəzərə alındıqda belə olan halda da yuxarıda qeyd olunduğu kimi, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müddəaları tədbiq olunmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Ona görə də Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə çəkilmiş xərclə bağlı qarşılıqlı iddiaya münasibətdə isə iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən bu nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə mülki qanunvericiliyin norma və tələblərini qarşılıqlı iddia tələbi ilə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh hazırki vəziyyətdə çəkilən xərci tələb etmək hüququna malik olmaqla bu cür subyektiv hüququn daşıyıcısı hesab edilir. Hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Həmin maddəyə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materiallarında olan yuxarıda qeyd edilən qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, cavabdeh-iddiaçı Cavabdeh ilə Nümayəndə arasında nikah pozulmuşdur. Artıq tərəflər arasında etibarlı ailə münasibətlərinə xitam verildiyindən hüquqi əsas olmadan varlanma sonradan aradan qalxmış əsasa (ailə münasibətlərinin xitam verilməsi) söykənmiş və bu halda cavabdeh-iddiaçı nikah müddətində yaşadığı iddiaçı-cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində birgə nikah dövründə ailənin qazancı nəticəsində aparılmış təmir xərclərini varlanmış şəxsdən-iddiaçıdan (mülkiyyətçidən) tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Baxılan işdə mübahisəli tikililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Yeri gəlmişkən, məhkəmə onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, hazırkı işin düzgün həlli üçün cavabdeh tərəfindən mübahisəli tikililər inşa edilərkən iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman inşaatın aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, iddiaçının tikintiyə etiraz edib-etməməsi, əgər etməmişsə səbəbi, etmişsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada yaşadığı müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin torpaq sahəsindən çıxarıldığı təqdirdə həmin tikililərin ərsəyə gəlməsinə sərf etdiyi xərcin əvəzinin ödənilməsi barədə tələbi nəzərə alınmalıdır. İddiaçının tələbi mülkiyyətin müdafiəsinə dair normalar əsasında təmin edildiyi halda, cavabdehin müvafiq yaxşılaşdırmalara çəkdiyi xərcin əvəzinin əsassız varlanma qaydaları çərçivəsində ödənilməsi tələbi də həll edilməklə, mübahisəyə yuxarıda göstərilən hüquqi mövqelərə uyğun yekun hüquqi qiymət verilməlidir. İş üzrə cavabdeh-iddiaçı ekspertiza təyin edilərkən tərtib edilmiş rəydə izahatında evin köhnə möhrə kərpicdən olduğunu, həyətyanı sahəyə giriş torpaqdan olduğu üçün ilk öncə evin həyətyanı sahəsindən təmir etməyə başladıqlarını, bir neçə maşın torpaq və qravil töküldükdən sonra beton verdiklərini, qonşu tərəf hasarın torpaq möhrədən olduğu üçün mişar daşı ilə yenidən bərpa etdiklərini, sonrasında isə daş pilətələr vurduqlarını, həyətyanı sahədə yerləşən hamamın təmirsiz olduğu üçün yenidən xərc çəkib ortadan bölüb hamam tualet düzəltdirdiklərini, həyətyanı sahədə yerləşən anbarın sıfırdan təmir etdiklərini və əlavədən bir otaq saldıqlarını, evin ön və yan fasad hissəsinə naves tikilisi quraşdırdıqlarını, evin önünə hovuz tikilisi inşa etdiklərini, əlavədən həyətdə çöl mətbəxi tikdiklərini, evin çöl divarlarını sement məhlulu ilə hamarladıqlarını, evlə üz-üzə olan qonşu divarı 12 kisə sement məhlulu ilə hamarladıqlarını, həyətə girəcəkdə birinci otaq təmirsiz, yeri köhnə taxta olduğu üçün sökülüb yerinə beton verib, daş piltələr vuraraq ərzaq mağazası elədiklərini, mağazanın qapısını çöldən qoyduqlarını, həmçinin ev köhnə möhrə olduğu üçün nəm çəkdiyini, hər il evin divarlarını qaşıyıb yenidən gəc çəkdiklərini, sonra isə emulsiya qatı vurduqlarını, buna baxmayaraq divarların yenə nəm çəkərək yararsız vəziyyətə düşməsini, son illərdə isə divarlara alçıpan təbəqələri vurub, divar kağızı çəkdiklərini qeyd etmişdir. Həmçinin evin daxilində olan balaca dəhlizi söküb otağı genişləndirdiklərini, evin bütün qapı və pəncərələrini dəyişdirdiklərini, otaqların tavanına alçıpan vurduqlarını, böyük otağın döşəməsinə pol-taxta vurduqlarını, evin salonu köhnə taxtadan şüşəbənd olduğu üçün söküb təmir etdiklərini, şüşəbənddən birinci otağa girişçıxış üçün olan köhnə qapını ləğv eləyib yerinə şkaf yığdırdıqlarını, evin daxilində olan köhnə və təmirsiz əl damını söküb yerinə mətbəx tikdiklərini, divarlarını alçı məhlulu ilə hamarladıqlarını, mebelaltı kafel təbəqələri vurduqlarını, kafeldən yuxarı hissəyə isə divar kağızı vurduqlarını, döşəmsinə beton məhlulu verərək metlax təbəqələri vurduqlarını, tavanına isə şlçıpan təbəqələri vurduqlarını, evin daxilində sanitar qovşağı olmadığı üçün hamam-tualet inşa etdiklərini, bir otağın dam örtüyünə təzə şifer təbəqələrin vurduqlarını qeyd etmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 939 nömrəli, 02 oktyabr 2024-cü il tarixli rəyi ilə, İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai küçəsində 540.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 69.0 kv.m yaşayış, 52.9 kv.m qeyri-yaşayış, 17.7 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evində əmlakın təmirinə, yenidənqurma işlərinə çəkilən xərcin ümumi dəyəri 2024-cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 25028,4 (iyirmi beş min iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı-cavabdeh tərəf qarşılıqlı iddiaya etiraz edərək müvafiq vəsatətlərində həmin çəkilmiş xərcə münasibətdə cavabdehin uzun illər orada yaşamasının nəzərə alınmasını və bunun nəticəsində 36000 (otuz altı min) manat pulun iddiaçıya qaytarmalı olduğunu bildirmişlər. Eləcə də bildirmişlər ki, cavabdehin gördüyü işlər özgə işlərini tapşırıqsız aparmadır və həmin müddəalar nəzərə alınmaqla qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh ilə iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə 2000-ci ildə ailə qursa da mübahisəli fərdi yaşayış evi İddiaçı adına alqı-satqı müqaviləsi bağlandıqdan sonra (2003-cü ildən sonra) həmin ünvanda yaşaması işin mübahisəsiz halıdır. Cavabdeh-iddiaçı Cavabdeh ilə iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə arasında bağlanmış nikah Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-675/2023 nömrəli qətnaməsi ilə pozulmuş, bundan sonra iddiaçı cavabdehin mənzildən çıxarılması barədə iddiasını qaldırmışdır. Bu müddətdə-20 ildən artıq iddiaçının mülkiyyətində olan evdə cavabdeh ailəsi ilə yaşayan zaman iddiaçının etirazının olması, mülkiyyət hüquqlarının cavabdeh tərəfindən pozulması, evdən çıxarılma barədə iddiaçının hüquqi müstəvidə hər hansı müraciətinin olması işə baxılan zaman müəyyən edilməmişdir. Eləcə də keçən bu müddət ərzində mübahisəli ünvanda təmir-tikinti və yenidənqurma işləri aparılan zaman, əmlaka yaxşılaşdırmalar edilərkən iddiaçının etirazını bildirməməsi onun qapalı formada razılığı hesab edilməlidir. Həmçinin iddiaçıcavabdehin öz vəsatətində qeyd edilən halın özgə işlərini tapşırıqsız aparması hesab edilərək sözügedən mülki hüquq normasının tətbiq edilməsi barədə bildirdiyi halları məhkəmə əsassız hesab edir. İlk olaraq tərəflər arasında olan hüquq münasibətlərdən də göründüyü kimi iddiaçı cavabdehin keçmiş həyat yoldaşı Nümayəndə sözügedən fərdi yaşayış evini əvəzsiz istifadəyə vermişdir. Hər hansı kirayə hüquq münasibəti tərəflər arasında mövcud olmamışdır. Hazırki halda isə nə özgə işlərini tapşırıqsız aparma, nə də kirayə hüquq münasibətləri əsasında hüquqi dəyərləndirmə aparıla bilməz. Lakin vəsatətdə özgə işlərini tapşırıqsız aparma müddəasının tətbiqini məhkəmə digər tərəfdən sözügedən təmir, yenidənqurma və yaxşılaşdırmaların cavabdeh və ailəsi tərəfindən həyata keçirilməsinin iddiaçı tərəfindən təsdiq edilməsi kimi qiymətləndirir. İstər tərəflərin izahatlarından, istərsə də şahid ifadəsindən aydın olmuşdur ki, iddiaçı-cavabdehin mülkiyyətində olan və dövlət qeydiyyatına alınan fərdi yaşayış evində və inşa edilmiş tikililərdə aparılmış təmir və yenidən qurma işləri cavabdeh-iddiaçının nikahda olduğu müddətdə ailənin ümumi qazancı hesabına əldə edilmiş vəsait xərclənmişdir. Həmin xərcin iddiaçının qardaşına göndərdiyi pul qarşılığında aparılmasına münasibətdə verilmiş izahatlarda bildirilən hala münasibətdə məhkəmə qeyd edir ki, bu hal işə baxılan zaman mötəbər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə çəkilmiş xərcin yarısının iddiaçı-cavabdehdən alınaraq cavabdeh-iddiaçıya verilməsinə münasibətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsaslanmışdır. Belə ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə çəkilmiş xərcin müəyyən edilməsinə münasibətdə ekspert rəyini sübut qismində qiymətləndirir. Beləliklə məhkəmə qarşılıqlı iddia üzrə yekunda belə nəticəyə gəlir ki, iddiaçıcavabdeh İddiaçı Naxçıvan şəhəri, Xətai küçəsində 540.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 69.0 kv.m yaşayış, 52.9 kv.m qeyri-yaşayış, 17.7 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evində təmirə, yenidənqurma işlərinə çəkilən xərc olaraq 25028.40 (iyirmi beş min iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin yarısının 12514.20 (on iki min beş yüz on dörd manat iyirmi qəpik) manat pul alınaraq cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızına verilməlidir. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə hesab edir ki, iddia təmin edildiyinə görə, iddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 27 fevral 2024-cü il tarixdə 11085 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızından alınaraq iddiaçı-cavabdehə qaytarılmalıdır. Qarşılıqlı iddia qismən təmin edildiyinə görə, cavabdeh-iddiaçı X13 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 08 aprel 2024-cü il tarixdə 13842 nömrəli qəbzlə ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunun 127.5 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat hissəsi iddiaçı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçıya qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının xərci olan 20 (iyirmi) manat iddiaçı-cavabdeh İddiaçı tutularaq büdcə təsnifat kodu 142330, X16 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia təmin edilsin. Cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızı iddiaçı-cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan Naxçıvan şəhəri, Xətai küçəsində 540.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 69.0 kv.m yaşayış, 52.9 kv.m qeyri-yaşayış, 17.7 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı-cavabdeh İddiaçı Naxçıvan şəhəri, Xətai küçəsində 540.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 69.0 kv.m yaşayış, 52.9 kv.m qeyri-yaşayış, 17.7 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evində təmirə, yenidənqurma işlərinə çəkilən xərcin yarısı 12514.20 (on iki min beş yüz on dörd manat iyirmi qəpik) manat məbləğində pul alınaraq cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızına verilsin. Qarşılıqlı iddia qalan hissədə rədd olunsun. İddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 27 fevral 2024-cü il tarixdə 11085 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızından alınaraq iddiaçı-cavabdehə qaytarılsın. Cavabdeh-iddiaçı X13 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 08 aprel 2024-cü il tarixdə 13842 nömrəli qəbzlə ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunun 127.5 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat hissəsi iddiaçıcavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçıya qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 20 (iyirmi) manat iddiaçı-cavabdeh İddiaçı tutularaq büdcə təsnifat kodu 142330, X16 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-545/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-545/2024
28.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver