Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-551/2022 30.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi və Vəkil, cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının və cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil özəlləşdirilmədiyindən Naxçıvan Şəhər İcra Hakimiyyəti cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər ZDS İcraiyyə Komitəsinin 05 iyun 1978-ci il tarixli 177 nömrəli qərarı ilə order əsasında Naxçıvan şəhəri, Lenin prospekti 3 mənzil 7 beş nəfər ailə üzvü olmaqla mərhum anası X14, onun, X5, X3 və X6 istifadəsinə verilmişdir. X26 18 iyul 2016-cı il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli 2(078)-556/2013 nömrəli qətnaməsi əsasında X14 X4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə 14 mart 2014cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası baxmış, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. X3 həmin mənzilə istifadə hüququ Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(078)-495/2021 nömrəli qətnaməsi əsasında itirilmiş hesab olunmuşdur. Məhkəmə qətnamələri ilə yalnız onun istifadə hüququnun olması müəyyən olunmuşdur. Həsənova (Mirzəyeva) Adilə Məmməd qızı ailə həyatı qurmuş heç bir zaman mənzildə yaşamamışdır. 1990-cı ildən bu günə qədər mənzilin bütün kommunal xərcləri tərəfindən ödənilir. Lakin Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının adının orderdə olmasına görə mənzili özəlləşdirə bilmir və buna razılıq vermir. İddiaçı xx.xx.2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsaslanaraq Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, iddia ərizəmdə hər şeyi qeyd etmişdir. Əlavə olaraq qeyd edir ki, cavabdeh Adilə xanım 40 ildən artıqdır ki, ailə qurub onun hazırda yaşadığı mənzildən köçüb gedibdir. Bu gün evin orderində cavabdehin adı olduğuna görə onun razılığı olmadan mənzili özəlləşdirə bilmir. Cavabdeh də bu razılığı vermir. Çünki həmin evdə miras payı olduğunu düşünür. Lakin məlumdur ki, tələb miras deyil. Cavabdeh yaşamadığı evlə bağlı narazılıq yaradır. O da məcbur qalıb məhkəməyə müraciət edir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdeh onun bacısıdır. Ana tərəfdən doğmadırlar, ataları ayrıdır. Cavabdeh 1978-ci ildə ailə qurub və həmin evdən çıxıb. Demək olar ki, 40 ildən çoxdur həmin evdə yaşamır. Məhkəmə baxışı iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının izahatını təsidqləyir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddianın heç bir əsası yoxdur. 1955-ci ildə Lermantov küçəsində yerləşən evdə anadan olmuşdur. Həmin ev anasının adına idi, köhnə və uçuq vəziyyətdə idi. Qardaşı Qurbanın atası həmin evi düzəldərək yararlı vəziyyətə gətirmişdir. Özü palçıq daşıyıb işləmiş, evin düzəldilməsində kömək etmişdir. Sonra həmin ev sökülmüş və onun əvəzində hazırki ev anasına verilmişdir. Ev İcra Hakimiyyətinin balansında görünsə də, əslində anasının öz evidir, söküntü evi bu evlə əvəzləşdiriblər. Neçə illərdir ki, onlar İcra Hakimiyyətində bu məsələni qeyd etsələr də heç bir tədbir görülmür. Anasına verilən ev 5 nəfər ailə üzvünə görə verilibdir. O, 23 il, yəni ailə qurana qədər anası ilə birlikdə həmin evdə yaşayıb, anası ilə birlikdə həmin evin təmirində iştirak etmişdir. Onda bir dəfə olsun Fərman qardaşı gəlib onlara köməklik etməyib. 1984-cü ildə ailə qurub həmin evdən çıxmışdır. Dəmiryolunda işlədiyi üçün 1990-cı ildə 3000 manata yaşadığı evi almış, hazırda da həmin evdə yaşayır. Fərman evin indiyədək bütün kommunal xərclərini ödəsə də, bunun işlə bağı heç bir əhəmiyyətli sübutu yoxdur. Fərman ömür boyu spirtli içki qəbul edərək anasını incidib. Dəfələrlə anasını öz evindən bayıra atıb. Bacısı Fəridə ilə o analarını aparıb saxlamışlar. Anası o vaxt onun oğlunun adına vərəsəliklə bağlı ərizə verərək onu və oğlunu həmin evə qeydiyyata saldırmışdır. Neçə illər o və oğlu həmin evin qeydiyyatında olmuşlar. Sonra Fərman anasına o qədər təyziqlər göstərdi ki, anası onların evin qeydiyyatından çıxarılması barədə iddia qaldırdı, məhkəmənin gedişində onlar könüllü olaraq həmin evin qeydiyyatından çıxmışlar. İndi nəyə görə Fərman həmin evi öz adına özəlləşdirməlidir. Ev anasının evidir. onun və digər bacı-qardaşlarının həmin evdə pay hüququ var. Fərmanın məqsədi onu da orderdən çıxarıb evi öz adına sənədləşdirməkdir. Fərman iki yerdə qeydiyyatda olmuşdur ki, bu cinayətdir. 2012-ci ilə qədər onların heç bir ev problemi olmamışdır. 2012-ci ildə Fərman anasını aldadıb evin qeydiyyatına düşdükdən sonra problemlər yaranmağa başlamışdır. Anası əvvəl evi Sona adlı nəvəsinə vermək istəmiş, həmin qızı da yanına gətirmiş, lakin Fərman necə elədisə bacısı öz qızını götürüb aparmışdır. Anasına Fərman yox o baxmışdır. sonra Fəridə bacısı da baxmışdır. Fərman anasının evinə təkbaşına sahib olmaq istəyir ki, o da qətiyyən buna razı deyil. O evin satılıb bölünməsini istəyir. Fərmanın həmin evdə yaşamsına heç bir etirazı yoxdur. Nə qədər yaşayır, yaşasın, ancaq evi öz adına keçirə bilməz. O qızdır, qızın gözü ana evində olar. Fərman və arvadı necə hərəkətlər ediblərsə heç bir bacı-qardaş evə gedə bilmir. Onun evin satılıb bölünməsini tələb edir. Daha çox payı Fəmran götürə bilər, buna etirazı yoxdur. Lakin o mülkiyyətçidir, vərəsədir, anasının evində payı vardır. Keçmiş qanun bu işə tətbiq edilə bilməz. Çünki keçmiş qanunu bir neçə min vətəndaş Avropa Məhkəməsinə müraciət edərək həmin qanunu qüvvədən salmışdırlar. Köhnə qanunda kommunal xərcləri ödəyən şəxs evin mülkiyyətçisi ola bilər. Lakin indiki qanunda bu hallar yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən cavabdeh tərəfindən mübahisə predimeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X23 bildirmişdir ki, iş üzrə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, mübahisəli mənzildə İddiaçı yaşamaqla bütün kommunal ödənişlər onun adından ödənilmişdir. Lakin Cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamamış və ona aid olan başqa mənzildə yaşamışdır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməlidir. Ona görə də hesab edir ki. Cavabdeh mübahisəli yaşayış evindən uzun müddətdir ki, çıxdığından onun həmin mənzilə istifadə hüququ itirilmişdir. Qeyd edilənlərə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X10 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdeh onun qardaş-bacısıdır. Bacısı Adilə təqribən 40 ildən çoxdur ailə qurub və həmin evdən çıxıb. Həmin evdə hazırda qardaşı Fərman ailəsiylə birlikdə yaşayır. Fərman onları həmin ana evinə buraxmır. Onlarla mehriban münasibəti yoxdur. O, evin qardaşı Fərmanın adına özəlləşdirilməsinə heç vaxt razı olmamışdır. Məhkəmə baxışı iclasında şahid X15 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdeh onun qardaş-bacısıdır. Bacısı Adilə təqribən 40 ildən çoxdur ailə qurub və həmin evdən çıxıb. Bacısının dediklərini o da təsdiq edir. Həmin evdə hazırda qardaşı Fərman ailəsiylə birlikdə yaşayır. Fərman onları həmin ana evinə buraxmır. Onlarla mehriban münasibəti yoxdur. O, evin qardaşı Fərmanın adına özəlləşdirilməsinə heç vaxt razı olmamışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Şəhər ZDS İcraiyyə Komitəsinin 209 nömrəli 5 iyun 1978-ci il tarixli orderin surətindən aydın olur ki, Lenin prospekti 3, mənzil 7 X20 verilmişdir və onun aşağıdakı ailə üzvləri vardır. 1.Həsənov Qurban-oğlu 2.Həsənov Nəriman-oğlu 3.İddiaçı-oğlu 4.Həsənova Adilə-qızı İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X26 18 iyun 2016-cı il tarixdə kəskin ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 05 iyul 2016-cı il tarixdə 208 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli arayışdan aydın our ki, Həsənov X12 şəhəri, H.Əliyev küçəsi ev 3, mənzil 7-də pasport qeydiyyatındadır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-556/2013 nömrəli 23 dekabr 2013-cü il tarixli qətnaməsindən aydın olur ki, X14 X4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-495/2021 nömrəli 01 iyul 2021-ci il tarixli qətnaməsindən aydın olur ki, İddiaçı cavabdeh X7 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan ünvan 4il İstismar İdarəsinin 26 aprel 2022-ci il tairlix 893 nömrəli arayışından aydın olur ki, İddiaçı xx.xx.2012-ci ildən ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 4il İstismar İdarəsinin 06 aprel 2022-ci il tairlix 464 nömrəli arayışından aydın olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinə məxsus olan Naxçıvan şəhəri H.Əliyev 3 7 nömrəli 4-cü mərtəbədə yerləşən 3 otaqlı 68 kvadrat metr sahəsi olan mənzilin daimi pasport qeydiyyatında İddiaçı dayanır. İş materiallarında olan ünvan 4il İstismar İdarəsinin 03 avqust 2022-ci il tairlix 799 nömrəli arayışından aydın olur ki, X21 xx.xx.2013-cü ildə ünvan 3 ünvanından qeydiyyatdan çıxıb. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 21 aprel 2022-ci il tarixli 7/1492 nömrəli məktubundan aydın olur ki, xx xxxx 1955-ci il təvəllüdlü Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli 2-1(087)-37/2013 nömrəli qərarından ayrın olur ki, iddiaçı X14 cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin Qeydiyyat və X8rşı X6, X11 və X2 Naxçıvan şəhəri Heydər Əliyev prospekti ev 3, 7 saylı mənzilin qeydiyyatından çıxarılmaları öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin Qeydiyyat və X13 üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə işə baxılarkən X21 və X1 sürətdə həmin mənzilin pasport qeydiyyatından çıxdıqlarına görə iddiaçı həmin hissədən iddiasından imtina etmiş, müvafiq qərardadla həmin hissədə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranması vaxtını nəzərə alaraq hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə— bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə... 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin materiallarında olan cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızı tərəfindən məhkəməyə təqdim edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, X21 23 avqust 1984-cü ildə X16 ilə ailə qurmuşdur. Cavabdeh izahatında bildirmişdir ki, 1984-cü ildə ailə qurub mübahisəli ünvan 8 ünvanından gəlin köçmüşdür. Eyni zamanda iş materiallarında ola sənədlərdən aydın olur ki, Cavabdeh xx.xx.2013-cü ildə ünvan 3 ünvanından qeydiyyatdan çıxıb. Göründüyü kimi cavabdeh 1984-cü ildə mübahisəli mənzildən çıxmış, onun həmin mənzildən ailə qurduqdan sonra çıxması və özünə aid olan yaşayış evinə köçməsi həmin mənzildən daimi olaraq getməsi kimi qiymətləndirilməlidir. Cavabdeh mübahisəli mənzildən daimi olaraq getdiyindən onun mənzilə olan yaşayış və istifadə hüququ da itirilmişdir. Cavabdehin özü də izahatında həmin mənzildə ailə qurduqdan sonra yaşamadığını bildirir, bunu inkar etmir. Məhkəmə cavabdehin hazırda iddiaçının istifadəsində olan mənzildən ailə quraraq köçüb getməsini daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehin yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehin mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Buna görə də cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının Naxçıvan şəhəri, Heydər Əliyev 3, ev 7-də yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehin iddianın rədd edilməsi barədə gətirdiyi arqument ondan ibarətdir ki, mübahisəli ev anasından miras qalmışdır, o və qardaşlarına görə həmin ev anasına verilmişdir. Onun və qardaşlarının vərəsə olaraq anasından qalan miras evdə payı vardır. Onun tələbi odur ki, ev iddiaçının adına özəlləşdirilməməlidir, ev satılıb onlar arasında bölünməlidir. Cavabdehin iddia tələbinə etiraz üçün məhkəməyə təqdim etdiyi sənədlər Naxçıvan şəhəri, Kalbalıxan ev 5-də yerləşən evdə yaşayan vətəndaşların ev kitabından, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 28 aprel 1978-ci il tarixli 177 nömrəli qərarından, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin yanında ev bölgü Komissiyasının 14 aprel 1978-ci il tarixli 2 nömrəli protokolundan, X14 Naxçıvan Şəhər Polis İdarəsinə yazdığı nəvəsi X11 ünvan 9 ünvanında yerləşən ona məxsus evə pasport qeydiyyatında düşməsinə etirazı olmaması barədə ərizəsindən, X14 Naxçıvan Şəhər Polis İdarəsinə yazdığı nəvəsi Cavabdeh ünvan 9 ünvanında yerləşən ona məxsus evə pasport qeydiyyatında düşməsinə etirazı olmaması barədə ərizəsindən, Naxçıvan MR Dövlət Arxivinin 13/565 nömrəli nömrəli 21 may 2021-ci il tarixli mərhum X14 adına Lermantov küçəsi ev 84 ünvanında olmaqla 800 kv.metr torpaq sahəsi göstərilməsi barədə arxiv arayışından, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli 01/0629 nömrəli İddiaçı ünvan 10 ünvanında qeydiyyatda olması barədə arayışdan, X16 ilə X22 arasında nikahın bağlanılması barədə şəhadətnamədən, ünvan 4il İstismar İdarəsinin 26 aprel 2021-ci il tarixli 893 nömrəli İddiaçı xx.xx.2012-ci ildən ünvan 3 ünvanında qeydiyyatda olması barədə arayışdan, X14 ünvan 11 ünvanında yerləşən mənzilini nəvəsi X17 vəsiyyət etməsinə dair 25 yanvar 2013-cü il tarixli vəsiyyətnamədən, mənzilin X20 və ailə üzvlərinə verilməsinə dair 05 iyun 1978-ci il tarixli orderin surətindən, X15 tərəfindən miras əmlakın qəbul edilməsi barədə ərizədən, ünvan 4il İstismar İdarəsinin 03 avqust 2022-ci il tarixli 799 nömrəli X6 Naxçıvan şəhəri H.Əliyev 3 mənzil 7 envanında yaşamadığına, xx.xx.2013cü ildə qeydiyyatdan çıxmasına dair arayışdan, X14 ölüm akt qeydiydən çıxarışından, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 28 aprel 1978-ci il tarixli 177 nömrəli qərarından arxiv çıxarışından, Cavabdeh şəxsiyyət vəsiqəsinin surətindən, X14 vərəsəlik arayışından, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli X3 adına ünvan 3 ünvanının daimi pasport qeydiyyatında olmasına dair arayışdan, Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubun alınmasına dair poçt xəbərnaməsinin surətindən ibarətdir. Məhkəmə cavabdehin arqumentləri ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının məhkəməyə təqdim etdiyi sənədlər Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 28 aprel 1978-ci il tarixli 177 nömrəli qərarı, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin yanında ev bölgü Komissiyasının 14 aprel 1978-ci il tarixli 2 nömrəli protokolu, X16 ilə X25 arasında nikahın bağlanılması barədə şəhadətnamə, mənzilin X20 və ailə üzvlərinə verilməsinə dair 05 iyun 1978-ci il tarixli orderin surəti, ünvan 4il İstismar İdarəsinin 03 avqust 2022-ci il tarixli 799 nömrəli X6 Naxçıvan şəhəri H.Əliyev 3 mənzil 7 envanında yaşamadığına, xx.xx.2013-cü ildə qeydiyyatdan çıxmasına dair arayış, X14 ölüm akt qeydindən çıxarış, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 28 aprel 1978-ci il tarixli 177 nömrəli qərarından arxiv çıxarışı, Cavabdeh şəxsiyyət vəsiqəsinin surəti birbaşa işin baxılması ilə bağlıdır və həmin sənədlərdən mübahisəli mənzilin mərhum X20 verilməsi ilə bağlı olan sənədlər həmçinin iddiaçı tərəfindən tələbin əsaslı olmasını sübut edən sənəd olaraq işə əlavə edilmişdir. Cavabdeh nikaha daxil olması barədə nikah haqqında şəhadətnamənin surəti və mübahisəli mənzilin pasport qeydiyyatından çıxması, həmin ünvanda yaşamamasına dair arayış cavabdeh tərəfindən iddianın bir daha əsaslı olmasını təsdiq edən sənəd kimi qəbul ediləndir. Cavabdeh tərəfindən təqdim edilən bu sənədlər iddianın rəddi üçün deyil, təmin edilməsi üçün təqdim edilən sənədlərdir və cavabdeh bu sənədlərlə, həmçinin qardaşları X2 və X3 şahid qismində ifadə verməsi barədə vəsatət verməklə, şahidlər cavabdehin ailə qurduqdan sonra həmin ünvandan çıxması və orada yaşmadığını təsdiq etməklə öz əlehinə qərar qəbul edilməsinə zəmin yaratmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi digər sənədlər Naxçıvan şəhəri, Kalbalıxan ev 5-də yerləşən evdə yaşayan vətəndaşların ev kitabı, X14 Naxçıvan Şəhər Polis İdarəsinə yazdığı nəvəsi X11 ünvan 9 ünvanında yerləşən ona məxsus evə pasport qeydiyyatında düşməsinə etirazı olmaması barədə ərizəsi, X14 Naxçıvan Şəhər Polis İdarəsinə yazdığı nəvəsi Cavabdeh ünvan 9 ünvanında yerləşən ona məxsus evə pasport qeydiyyatında düşməsinə etirazı olmaması barədə ərizəsi, Naxçıvan MR Dövlət Arxivinin 13/565 nömrəli nömrəli 21 may 2021-ci il tarixli mərhum X14 adına Lermantov küçəsi ev 84 ünvanında olmaqla 800 kv.metr torpaq sahəsi göstərilməsi barədə arxiv arayışı, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli 01/0629 nömrəli İddiaçı ünvan 10 ünvanında qeydiyyatda olması barədə arayış, X14 ünvan 11 ünvanında yerləşən mənzilini nəvəsi X17 vəsiyyət etməsinə dair 25 yanvar 2013-cü il tarixli vəsiyyətnaməsi, X15 tərəfindən miras əmlakın qəbul edilməsi barədə ərizə, X14 vərəsəlik arayışı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli X3 adına ünvan 3 ünvanının daimi pasport qeydiyyatında olmasına dair arayışı Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubun alınmasına dair poçt xəbərnaməsinin ümumiyyətlə iddia predmetinə aid olmaması əsası ilə məhkəmə tərəfindən hər hansı hüquqi qiymət verilmir. Məhkəmə cavabdehə xatırladır ki, hazırki tələb onun mübahisəli ünvan 13 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi tələbidir. Cavabdehin təqdim etdiyi bu sənədlər isə iddiaçının iki ünvanda qeydiyyatda olması ilə bağlı sənəddir ki, bununla bağlı qeydiyyatı aparan orqana hüquqi müstəvidə müraciət edə bilər, onun və övladının qeydiyyata düşməsinə mərhum anasının razılıq ərizələridir ki, onlar könüllü şəkildə mübahisəli mənzilin qeydiyyatından çıxmışlar və bununla bağlı qanuni qüvvədə olan məhkəmə aktı iş materiallarında mövcuddur, yəni həmin ərizələrin iş üçün heç bir əhəmiyyəti yoxdur, miras əmlakla bağlı sənədlərdir ki, bununla bağlı, pay tələb edilməsi ilə bağlı müvafiq qaydada müraciət edə bilər, bəzi sənədlər isə ümumiyyətlə cavabdehə məxsus deyil, həmin sənədlər X15 ilə bağlı sənədlər olmasına baxmayaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilir. Həmin sənədlərin hazırki iddia predmeti ilə ümumiyyətli əlaqəsi və bağlılığı yoxdur. Məhkəmə cavabdehə izah edir ki, onun iddiaya etirazı və iddianın rədd edilməsi əsasını təşkil edən mənzilin özəlləşdirilməsinə etirazının olması, evin sənədləşdirilib, satılıb bütün vərəsələr arasında bölünməsi tələbi ayrı iddia predmetidir, hazırki mübahisənin premdeti deyildir və bu hala hazırki vəziyyətdə hüquqi qiymət verilə bilməz. Həmçinin cavabdeh keçmiş qanununun hazırki işə tətbiq edilməsinin qeyri-mümkün olmasına dair izahatında bildirdiyi hallara hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə çıxarılmalıdır. Hazırki işin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızı mübahisəli mənzildən 1984-cü ildə ailə qurub çıxmışdır. İddia tələbi cavabdehin mübahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsidir. Yəni araşdırılmalı məsələ cavabdehin mübahisəli mənzildən istifadə hüququ bağlılığının qalıb-qalmamasıdır. 1984-cü ildə cavabdehin ailə qurub mənzildən getməsini məhkəmə daimi çıxıb getmə kimi qiymətləndirmişdir ki, bu vaxtdan cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmişdir. Cavabdehin mübahisəli mənzildən çıxdığı vaxt xx.xx.2009-cü ildə qüvvədən düşmüş Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Yəni hüquq münasibətinin yarandığı zaman keçmiş Mənzil Məcəlləsi qüvvədə olduğuna görə hazırki tələbin əsası da məhz qüvvədən düşmüş Mənzil Məcəlləsi hesab edilir. Bu gün həmin Məcəllənin qüvvədən düşməsi onun qüvvədə olduğu zaman baş vermiş hüquq münasibətlərinə tətbiq edilməsini inkar etmir, əksinə qanunvericilik bunu zəruri hesab edir. Ona görə də hazırki vəziyyətdə tətbiq edilməli maddi hüquq norması məhz qüvvədən düşmüş Mənzil Məcəlləsinin müvafiq 60 və 87-ci maddələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə məhkəmə yuxarıda qeyd edilən halları ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının ünvan 14 ünvanına yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixli 12529 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının ünvan 14 ünvanına yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixli 12529 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızından alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-551/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-551/2022
30.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver