Məhkəmə qərarları › İş №2(078)-570/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-570/2021

30.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-570/2021 30.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdeh Naxçıvan şəhər Şəhərsalma və Tikinti İdarəsinə qarşı işdənçıxarılma müavinətinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim: İddiaçı cavabdeh təşkilat Naxçıvan şəhər Şəhərsalma və Tikinti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti İdarəsinin hüquqi varisi olan Naxçıvan şəhər Şəhərsalma və Tikinti İdarəsindən işdənçıxma müavinətinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin forma və məzmununa düzgün riayət olunmayaraq ərizədə Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti İdarəsinin hüquqi varisi olan Naxçıvan şəhər Şəhərsalma və Tikinti İdarəsindən işdənçıxma müavinətinin alınıb ona verilməsini xahiş etsə də, Naxçıvan şəhər Şəhərsalma və Tikinti İdarəsinin məhz Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti İdarəsinin hüquqi varisi olması barədə hüquqmüəyyənedici sənədin surətini iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda cavabdeh təşkilat olaraq göstərilmiş Naxçıvan şəhər Şəhərsalma və Tikinti İdarəsinin poçt ünvanı göstərilməmiş, sadəcə təşkilatın adı qeyd edilmişdir. Bu hal isə iddia tələbinin MPM-in 149-cu maddəsinin tələbinə cavab verilməməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Naxçıvan şəhər Şəhərsalma və Tikinti İdarəsinə qarşı işdənçıxarılma müavinətinin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar