Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-58/2021 09.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi ünvan 1 ünvanında mərhum X4 265 kvadrat metr torpaq sahəsi və üzərində 55.8 kvadrat metr ümumi ölçüsü olan yaşayış tikilisindən ibarət mirasın onun vəfatından sonra oğlu X15 tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsi, Qurban Fərzəliyevin vəfatından sonra isə həmin mirasın qızı Ərizəçi tərəfindən bütünlüklə faktiki qəbul olunmasına dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında mərhum X4 265 kvadrat metr torpaq sahəsi və üzərində 55.8 kvadrat metr ümumi ölçüsü olan yaşayış tikilisindən ibarət mirasın onun vəfatından sonra oğlu X15 tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsi, Qurban Fərzəliyevin vəfatından sonra isə həmin mirasın qızı Ərizəçi tərəfindən bütünlüklə faktiki qəbul olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(078)-810/2020 nömrəli qərardadı ilə ərizə yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul edilməkdən imtina edilmişdir. Məhkəmənin qərardadından narazı qalan ərizəçinin vəkili və nümayəndəsi Vəkil şikayət vermiş, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İşə məhkəmədə baxılan zaman Maraqlı şəxs1, X31, X20, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Fərzəiyeva Zöhrə Qara qızı, Maraqlı şəxs4, Maraqlı şəxs8 maraqlı şəxs qismində işə cəlb olunmuşlar. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclaslarında iştirak etməmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Ərizəçi işi ilə əlaqədar Bakı şəhərində yaşadığını bildirib onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Xanım Fərzəliyeva ərizəçinin nənəsi olmuşdur və 1978-ci ildə vəfat etmişdir. Xanım Fərzəliyevanın dörd pvladı olmuşdur. X6, X15, X24 və X16 olmuşdur. Xanım Fərzəliyevanın övladlarının hamısı vəfat etmişdir. Xanım Fərzəliyeva ilə birlikdə yaşayan övladı Qurban Fərzəliyev olmuşdur, o isə ərizəçinin atasıdır. Qurban Fərzəliyev 2010-cu ildə vəfat etmiişdir. Ərizəçi ailə quraraq Şıxmahmud kəndində getmiş, lakin Naxçıvan şəhərində müəllim işlədiyindən həyat yoldaşı ilə birlikdə atasının evinə gəlmiş və atası öləndən sonra həyat yoldaşı ilə Bakıya köçmüşdür. ərizəçinin anası vəfat etdikdən sonra atası Qurban kişi tək qalmış, ərizəçi atasına qulluq etmək üçün onunla birlikdə yaşamışdır. Qurban Fərzəliyev anasından qalan mirası qəbul etmiş, torpaq sahəsinə görə pul ödəməlinə dair qəbzlər də mirasın onun tərəfindən qəbul edildiyini sübut edir. Ərizəçi atası vəfat etdikdən bir müddət sonra köçüb Bakıya getmişdirlər. Xanım Fərzəliyevaya məxsus olan torpaq sahəsinin ölçüləri köhnə texniki pasportda artıq göstərilmiş, faktiki yerində 265 kv.metr olmuşdur. Həmin torpaq sahəsi Xanım Fərzəliyevin uzaq qohumu Hidayət Fərzəliyevin adına sənədləşdirilmiş, hazırda onun övladı Validə Fərzəliyevanın mülkiyyətindədir. Əvvəl iddia qaldıraraq ümumi miras əmlakın kütəlsinin 1313 kv.metr olmasının müəyyən edilərək mirasın qəbul faktının müəyyən edilməsini xahiş etsə də torpaq sahəsinin digər hissəsi Hidayət Fərzəliyevin adına sənədləşdirildiyindən onun iddiası rədd edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra mövcud yerdə olan faktiki torpaq sahəsinə daşınmaz əmlakdan çıxarış almışdır. Orada torpaq sahəsinin ölçüsü 265 kv.metr, yaşayış evi isə 55.8 kv.metr göstərilmişdir. Həmin miras əmlakın hazırda idarə edən Ərizəçidır. Atasının vəfatında sonra evin bütün kommunal xərclərini ödəmiş, evi sığorta etdirmişdir. Xanım Fərzəliyevanın digər nəvələri ümumiyyətlə mirası qəbul etməmişdir. Onların hər birinin ayrı evləri vardır. Ərizəçi isə Bakıda kirayə yaşayır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı maraqlı şəxs X31 izahatında göstərmişdir ki, mərhum Xanım Fərzəliyevanın nəvəsidir. X12 oğludur. Onun üç bacı bir qardaşı vardır. Bacıları Şəhla, Afət, İradə, qardaşı Pərvindir. X18 vəfatını xatırlayır, 1978-ci ildə nənəsi vəfat etmişdir, həmin vaxt onun 18 yaşı var idi. X35 2000-ci ildə vəfat etmişdir. Anası öz adına olan evini onun oğluna hədiyyə etmişdir. Nənəsi ilə dayısı Qurban və dayısının qızı Nailə yaşamışdır. Dayısı Qurban 2010-cu ildə vəfat etmiş, ondan az sonra dayısının qızı Nailə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Hazırda orda yaşamaqdadır. Nənəsindən qalan evdə dayısının vəfatından sonra o və bacıları, qardaşı olmamışdır. Həmin evə Nailə baxır, evin bütün kommunal xərclərini də Nailə ödəyir.Onlar həmin evi Qurban dayısının evi hesab etmişdilər. Darçın onun xalası olmuşdur, vəfat edənə qədər Qurban dayısının yanında yaşamışdır, onun övladı olmamışdır, Məhkəmə iclasında maraqlı şəxs X20 izahatında göstərmişdir ki, Xanım Fərzəliyeva onun nənəsidir, o , X13 oğludur. Onlar ailədə iki bacı, iki qardaşı olmuşlar. Zöhrə və Əlfiyyə bacıları, Abbas isə qardaşıdır. 2017-ci ildə atası X23 vəfat edibdir. Onun bir əmisi, iki bibisi olubdur. Bibisi Darçın da anası Xanım Fərzəliyevanın yanında yaşayıbdır və övladı olmayıbdır. Əmisi Qurban nənəsi Xanımla birgə yaşayıb, 2010-cu ildə vəfat edibdir. Ərizəçi onun əmisi Qurbanın qızıdır. Əmisinin vəfatından əvvəl Nailə onunla yaşayıb evə və atasına baxırdı. Qurban əmisinin Sultan adında bir oğlu vardır və o əvvəldən köçüb Bakı şəhərində yaşayır. Əmisinin vəfatında bir neçə müddət sonra Nailə ailəsi ilə birlikdə Bakı şəhərinə köçdü. Hazırda həmin ev boşdur. Orada heç kim yaşamır. Evə arada-sırada Nailə gəlib baxır, kommunal xərclərini ödəyir. O və bacı-qardaşının özlərinin evləri vardır. Nailənin anası 1991-ci ildə vəfat etmişdir. Nailə müəllim işləyirdi, həm iş yeri Naxçıvanda olduğu üçün, həm də atası tək yaşadığı üçün ailəsi ilə köçüb onun yanına gəlmişdi. Nailənin iki övladı vardır. Həmişə həmin evi əmisi Qurbanın və onun qızı Nailənin evi hesab etmiişdirlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Fərzəiyeva Zöhrə Qara qızı, Maraqlı şəxs4, Maraqlı şəxs8 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs1 məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə teleqram göndərərək bildirmişdir ki, mərhum nənəsi Xanım Fərzəliyevadan miras qalmış əmlakı bacısı Ərizəçi qəbul etmişdir. Onun həmin mirasla bağlı heç bir iddiası yoxdur. Digər maraqlı şəxlər məhkəmə iclasınd aiştirak etməməlinin üzürlü səbəblərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Fərzəiyeva Zöhrə Qara qızı, Maraqlı şəxs4, Maraqlı şəxs8 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkili və nümayəndəsinin, maraqlı şəxslərin izahatını dinləyərək, toplanmış sübutları tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X17 xx xxxxxx 1978-ci il tarixdə ürək qan damar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx xxxx 1979-cu il tarixdə 30 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 38B ünvanında 0.0265 ha torpaq sahəsində yerləşən 55.8 kv.m sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 18/40 nömrəli reyestr kitabının 7846 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli X37 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 01/2166 nömrəli arayışdan görünür ki, mərhum X2 şəhəri, İ.Səfərli küçəsi 38 ünvanında yaşayıb və onun aşağıdakı vərəsələrii vardır:
1. X23-oğlu 1923-cü ildə doğulub-vəfat edib
2. X14-qızı-1927-ci ildə doğulub-vəfat edib
3. X15-oğlu-1931-ci ildə doğulub-vəfat edib
4. X24-qızı-1934-cü ildə doğulub-vəfat edib Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindn verilmiş xx xxxxx 2019-cu il tarixli Az-İ 700372 nömrəli arayışdan aydın olur ki, X8 xx.xx.2016-cı ildə Naxçıvan şəhərində mədəcik fibrilyasiyası diaqnozu ilə vəfat etmiş, bu barədə ölüm kitabının xx xxx 2016-cı il tarixdə 147 ölüm akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ 701283 nömrəli arayışdan məlum olmuşdur ki, X23 xx.xx.2017-ci ildə ürəyin dayanması diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx.xx.2017-ci il tarixdə 09 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X24 xx xxx 2003-cü il tarixdə qara ciyər serrozu diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx xxxx 2003-cu il tarixdə 166 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 2267 nömrəli arayışdan aydın olur ki, X15 ilə X5 xx xxxxxxxx 1965-ci il tarixdə 114 nömrəli nikah akt qeydi bağlamışdır. Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydindən aydın olur ki, Ərizəçi xx xxxx 1969-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur, bu barədə xx xxx 1969-cu il tarixdə 334 doğum akt qeydi icra edilmişdir, anası X10, atası X11r. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X10 xx xxxxxx 1991-ci il tarixdə beyin ödemi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx xxxxxx 1991-ci il tarixdə akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X15 xx xxxxxx 2010-cu il tarixdə ürək damar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx xxxxxx 2010-cu il tarixdə akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli X37 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş 05/758 nömrəli arayışdan görünür ki, mərhum X3 şəhəri, İ.Səfərli küçəsi, ev 38 ünvanında yaşayıb və onun aşağıdakı vərəsələrii vardır:
1. X10-həyat yoldaşı-1929-cu il təvəllüdlü-vəfat edib;
2. Maraqlı şəxs1-oğlu-1966-cı il təvəllüdlü
3. Ərizəçi-qızı-1969-cu il təvəllüdlü Naxçıvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Ərizəçi xx xxxx 2020-ci il tarixli məktubuna xx xxx 2020-ci il tarixdə verilmiş 142 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X4 qalan miras qalmış ünvan 3B ünvanında yerləşən torpaq sahəsinin və yaşayış evinin mərhum X1 qəbul edilməsi faktı, X9 vəfatından sonra qızı Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsi və vəkilinin. Maraqlı şəxslərin izahatından eyni zamanda iş materiallarından da məlum olmuşdur ki, ünvan 3B ünvanında yerləşən miras əmlakı mərhum X1 uzun illər istifadə və sahiblik etməklə idarə etmişdir. Miras əmlakın mərhum Qurban Fərzəliyevin sağlığında qəbul etməsi iş materiallarında olan kommunal xərclərin ödənilməsinə dair qəbzlərlə, maraqlı şəxslərin məhkəmədə verdikləri izahatlarla öz təsdiqini tapmışdır. X15 2010-cu ildə vəfat etdikdən sonra həmin mirasın Ərizəçi tərəfindən faktiki sahiblik edərək idarə etməsi maraqlı şəxslərin izahatları, kommunal xərclərin ödənilməsinə dair qəbzlərlə öz təsdiqini tapmışdır. Qeyd edilən halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında mərhum X4 qalan 265 kvadrat metr torpaq sahəsi və üzərində 55.8 kvadrat metr ümumi ölçüsü olan yaşayış tikilisindən ibarət miras mərhum X7 oğlu mərhum X15 tərəfindən sağlığında faktiki qəbulu edilmiş, Fərzəliyev Qurban Abbas oğlunun vəfatından sonra isə ünvan 1 ünvanında yerləşən 265 kvadrat metr torpaq sahəsi və üzərində 55.8 kvadrat metr ümumi ölçüsü olan yaşayış tikilisindən ibarət həmin miras onun qızı Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Ərizəçi vəkili və nümayəndəsinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında mərhum X4 qalan 265 kvadrat metr torpaq sahəsi və üzərində 55.8 kvadrat metr ümumi ölçüsü olan yaşayış tikilisindən ibarət mirasın mərhum X7 oğlu X15 tərəfindən sağlığında faktiki qəbulu faktı müəyyən edilsin. Fərzəliyev Qurban Abbas oğlunun vəfatından sonra isə ünvan 1 ünvanında yerləşən 265 kvadrat metr torpaq sahəsi və üzərində 55.8 kvadrat metr ümumi ölçüsü olan yaşayış tikilisindən ibarət həmin mirasın qızı Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva