Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-59/2025 20.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Cavabdeh və digər cavabdeh X2 nümayəndəsi Cavabdeh və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı torpaq sahəsində olan su xəttinin çıxarılması və ona məxsus su durbalarının, su filtirinin ona geri qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Naxçıvan şəhəri, X11 küçəsi döngə 3, ev 10A ünvanında yerləşən mülkiyyətindəki torpaq sahəsində olan durbaların və su xəttinin sökülərək ona məxsus torpaq sahəsindən çıxarılması və həmin durbalarla su filtirinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizədə qeyd etmişdir ki, 2022-ci ildə mərhum həyat yoldaşının qızı Naxçıvan şəhəri, X12 küçəsi döngə 3, ev 10 ünvanında yerləşən fərdi yaşayış evini qonşusu Cavabdeh satmışdır. Həmin yaşayış evi əvvəllər mərhum həyat yoldaşına məxsus olduğundan su durbalarını və su filtirini iki il əvvəl o çəkmişdir. Cavabdehin evinə çəkilmiş su xətləri ona məxsus evin həyətyanı ərazisindən keçdiyindən o həyətyanı ərazisini yaşıllaşdırmaq üçün ağac əkə bilmir. Həyətyanı ərazisini yaşıllaşdırmağa çalışdığı zaman həmin su xətləri ona maneəçilik törədir. Dəfələrlə cavabdehdən su xətlərinin onun həyətindən çıxardaraq öz yolundan çəkməyini bildirsə də onu dinləməmiş bu məsələyə biganə yanaşmışdır. Hətta hər dəfəsində ona hədə qorxu gəlmiş, onu təhdid etmişdir. Onun övladı yoxdur və həmin evdə tək başına yaşayır. Cavabdeh onun tək və qoca olmağından istifadə edərək onun həyətində ona maneə törətməyə davam edir. O məsələnin həlli ilə bağlı bir çox yerlərə müraciət etmişdir. Lakin heç bir nəticə əldə etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-1297/2024 nömrəli qərardadı ilə X2 cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. 07 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında İddiaçı və cavabdeh X5 iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə tərəflər iştirak etmədiyindən qeyd olunan məhkəmə iclası təxirə salınaraq 20 may 2025-ci il tarixə təyin edilmişdir. 20 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iş üzrə İddiaçı və cavabdeh X3 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, iş üzrə tərəflər isə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və işin baxılmamış saxlanmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 28 avqust 2024-cü il tarixli, 21855 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmənin qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı torpaq sahəsində olan su xəttinin çıxarılması və ona məxsus su durbalarının, su filtirinin ona geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia qaldırarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 28 avqust 2024-cü il tarixli, 21855 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddiaçıya izah olunsun ki, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-59/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-59/2025
20.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver