Məhkəmə qərarları › İş №2(078)-604/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-604/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-604/2022 08.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakıilə, İddiaçı Cavabdeh qarşı pultələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 2725 (iki min yeddi yüz iyirmi beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 2021-ci ilin iyul ayında ailə qurduğunu, həyat yoldaşı hərbçi olduğu üçün avqust ayında onun xidmət yeri olan Naxçıvan şəhərinə gəldiklərini, yoldaşının kirayədə qaldığı mənzildə yaşamağa başladıqlarını, həmin vaxtdan da Cavabdeh onlarla qonşuluqda kirayədə yaşadığından onunla tanışlıqlarının başladığını, Cəmilənin qardaşının əsgər olaraq yoldaşının xidmət apardığı hərbi hissədə xidmət etdiyindən münasibətlərinin yarandığını, Cavabdeh ona evdə oturaraq Bakı şəhərində olan bir şirkətə pul qoymaqla yaxşı pullar əldə etdiyini, həmin pulla özünə avtomaşın aldığını, yaxşı şərait yaratdığını dediyini, onun sözlərinə inanaraq tanıdığı adamlardan hissə-hissə pullar alaraq ümumilikdə 2021-ci ilin noyabr ayının axırına kimi Cəmiləyə 8500 (səkkiz min beş yüz) manat pul verdiyini,Cəmilənin ona pulu qoyursan iki aydan sonra qoyduğun məbləğin yarısını qazanc olaraq sənə qaytarırlar dediyini, 2021-ci ilin noyabr ayında da anasının 3500 manat xalasından borc alıb gətirdiyini, həmin pulu Cəmiləyə verdiyini, anasının oktyabr ayında Bakıda Cəmiləyə 2000 manat pul verdiyini, özünün də noyabr ayında Cəmiləyə Naxçıvanda 1000 manat pul verdiyini, Cavabdeh 2021-ci ilin dekabr ayının əvvəllərinə kimi 8500 manat pulu və əlavə olaraq faiz verəcəyinə dair söz verdiyini, lakin dekabr ayının ortalarında Cəmilənin ona Bakıda işlədiyi şirkətin batdığını dediyini, ancaq ona “narahat olmağa dəyməz, sənin pulun məndədi” deyə söz verdiyini, Cavabdeh aldığı pullardan bir qismini qaytardığını, lakin 2725 (iki min yeddi yüz iyirmi beş) manatının onda qaldığını, axırıncı dəfə 2022-ci ilin mart ayının axırına kimi pulunu bir yerdən tapıb verəcəyinə dair söz verdiyini, lakin həmin müddətin tamam olmasına baxmayaraq, Cəmilənin ondan aldığı pulu qaytarmadığını, Cəmiləyə pul verməyi barədə aralarında telefon yazışmalarının olduğunu, ona pul verməyini həyat yoldaşının belə bilmədiyini, bir anası X2 bu işdən xəbərinin olduğunu, Cəmilənin yanvar ayında 3500 manat qaytardığını, karta yüklədiyini, 1700 manatı da noyabr ayında qaytardığını, Bakıda olanda Günel adlı qonşusunun kartına yüklədiyini, yanvar ayında 1000 manatı yoldaşının kartına yüklədiyini, cəmi 6200 manat qaytardığın, Cəmiləylə dəfələrlə söhbətinin olduğunu, ona narahat olma bütün pullarını mart ayının sonunadək qaytaracam, mart ayında istədikdə pulunun olmadığını, gözündən əməliyyata gedəcəyini may ayında qaytaracağını dediyini, may ayında istədikdə Cəmilənin pulu olmadığınıqaytarmayacağını bildirdiyini, Cəmiləyə şirkət tanımadığını, pulu ona verdiyini faiz almadığını, ziyan etdiyini, verdiyi pulu istədiyini, pulları faizə götürüb verdiyini ayda 200 manat faiz ödədiyini dediyini, Cəmilənin ona pulu olmadığını dedikdə gedib şirkətdən şikayət etməsini bildirdiyini, Cəmilənin tək ondan ötürü Bakıya getməyəcəyini bildirdiyini, bir ara telefonunu satıb pulumu ödəyəcəyini dediyini, sonra ucuz istədiklərini 3000 manatlıq telefonu 1700 manata istədiklərini bu səbəbdən satmaq istəmədiyini bildirib ondan öz telefonunu satmağı və borcunu ödəməyi bildirdiyini, Cəmilənin onda inam yaradaraq şirkətin etibarlı olduğunu bildirdiyini, özünün həmin şirkəti tanımadığını, ora pul qoymadığını, İlkin olaraq Cəmiləyə 85 manat verdiyini, 85 manata görə iki aydan sonra 45 manat qazancın olacağını dediyini, Cəmilədən pulu necə göndərəcəyini soruşduqda şəxsiyyət vəsiqəsini şəklini və pulu ona verəcəyini, özünün qeydiyyatı aparacağını bildirdiyini, oktyabrın əvvəlində 2000 manat da verdiyini, Cəmilənin dediyinə görə iki aydan sonra 1500 manat qazanc olacaq, noyabr ayında anasının Nadya adlı xalasından 3500 manat alıb gətirdiyini, həmin puluda Cəmiləyə verdiyini, pulu öz adından borc aldığını, Cəmilənin oktyabr ayında Bakı şəhərinə burun əməliyyataına getdiyi vaxtda anasından 2000 manat Cəmiləyə verməsini istədiyini, anasının Bakıda Cəmiləyə tanışlarından 2000 manat alıb verdiyini, sonra özünün noyabr ayının əvvəlində bir nəfərdən 1000 manat borc alıb Naxçıvanda Cəmiləyə verdiyini, Cəmilənin 3500 manat pulunu Bakıda olanda yoldaşının karta yanvar ayında göndərdiyini, Bakıda olduğu vaxtda pul lazım olduğu üçün Cəmilədən pulunu istədikdə 1700 manatı qonşusu Günel adlı şəxsin kartına göndərdiyini, yanvar ayında Cəmilənin yoldaşının kartına 1000 manat göndərdiyini, 8585 manatın qazancının dekabr ayında 4500 manat olacağını, lakin qazancı deyil verdiyi pulunu Cəmilədən iostədiyini, həmin puldan ümumilikdə Cəmilənin ona 6200 manat qaytardığını, Cəmiləyə hər dəfə pul verəndə əlavə pul da verməli olduğunu ona bildirdiyindən 3500 manat verəndə 170 manat, 1000 manata görə 20 manat, 2000 manata görə 60 manat, 2000 manata görə 50 manat, əlavə olaraq 40 manat da verdiyini, cəmi 340 manatda əlavədən ödədiyini, 2640 manat bir 85 manat da bir qaldığını, cəmi 2725 manatının Cəmilədə qaldığını, şirkətin nümayəndəsi Samirədən pulunu tələb etdikdə ona “mən səni tanımıram get pulunu Cəmilədən al” dediyini göstərərək, Cavabdeh verdiyi 2725 (iki min yeddi yüz iyirmi beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etmədiyini, ticarət mərkəzində dükan işlətdiyindən “Elsan” şirkətinin üzvü olduğundan “OCOS” şirkətindən Samirə adlı şəxsin qrupdan onun nömrəsini götürüb ona zəng edərək iş təklifi etdiyini, Pərvanəyə onlarda olan vaxtı şirkət haqqında deyib ilkin olaraq 50 dollardan başlayıb, 100, 200, 300, 400, 500 dolar pul yatırıb altmış gündən sonra qoyduğun pulun yarsı qədər pul gəldiyini dediyini, avqust ayının 30-da Pərvanənin ona 50 dollar verdiyini, şirkətdə Pərvanənin adına həmin pulu yerləşdirdiyini, sonra Pərvanənin sentyabr ayının 14-də 2000 manat verdiyini, ondan pulun batmasını soruşduqda ona batmayacaq, batarsa mən zəmanət verirəm dediyini, sonra oktyabrın 28-də Pərvanənin 3500 manat verdiyini, noyabr ayının 9-da Pərvanənin ona zəng edərək anasının xəstə olduğunu, təcili pul lazım olduğunu bildirdiyini, ondan pul tapıb verməsini, bir həftəyə qaytaracağını dediyini, Pərvanəyə 1700 manat verdiyini, lakin Pərvanənin həmin pulu qaytarmadığını, Pərvanənin verdiyi 2000 manata cavabdeh durduğunu, qalan pullarının şirkətin işçisi Samirə adlı şəxsdə olduğunu, Pərvanənin verdiyi pulları şirkətə yatırdığını, Pərvanənin Samirəyəözünündə şikayət etdiyini, Samirənin Pərvanəyə pullarının şirkətdə olduğunu bildirdiyini, Pərvanənin ona 8500 manat verdiyini, həmin pulları şirkətə ödədiyini, Pərvanənin əlavə olaraq ona pul vermədiyini, 3500 manatı dekabr ayının 28-də qaytardığını, yanvar ayında 1000 manatı qaytardığını, anasının xəstə olması ilə əlaqədar 1700 manatda bir qaytardığını, cəmi 6200 manat qaytardığını, 2300 manatın qaldığını, həmin pulunda Samirə adlı şirkətin işçisində olduğunu, Pərvanənin anasının xəstə olduğuna, atasının və qardaşının olmadığına görə 6200 manat pul qaytardığını, həmin pulların onda olmadığını, şirkətdə olduğunu, onun Pərvanəyə qaytarmalı olmadığını, Pərvanənin, anasınınvə ərinin adına pulları ödədiyini, pullar bütöv verilsədə hissə- hissə ödənməli olduğundan sənədlərdə məbləğin az ödənmələrlə davam etdiyini, Pərvanənin kimin adına sənədləşmə aparılmasını dediyini, pullar manatla verilsədə dollarla şirkətə ödənildiyini, Pərvanənin pullarına görə hər 1000 dollara görə şirkətin ona 45 dollar əmək haqqı ödəyəcəyini, lakin şirkət batdığından ona pul verilmədiyini, cəmi şirkətdə iki ay işlədiyini, kim istəyirdisə onun pulunu şirkətə ödədiyini, özünün 20000 dollar şirkətə qoyduğunu, həmin məbləğin də ona şirkət tərəfindən qaytarılmadığını, Pərvanənin pulları verərkən sənədləşmə aparılması üçün ona əlavə pul ödəməli olduğu halda ödəmədiyini, bir dəfə 20 manat verdiyini, 40 manat da söz verdiyini onun əvəzindən özünün 40 manatı qoyduğunu, həmin 40 manatı Pərvanənin ona vermədiyini, 50 dolların 85 manat etdiyini, Bakıda əməliyyat olunarkən Pərvanənin anası Mənzurənin evində qaldığını, 2000 manatı Mənzurənin həmin evdə ona verdiyini, şirkətin qanunsuz fəaliyyətinə görə şikayət etdiklərini, bu günə şirkətin ona 22000 dollar ziyan vurduğunu, həmin pulun içində Pərvanəyə çatacaq pulun da olduğunu, maddi imkanının olmadığını, iddia tələbinin rədd olunmasına dair qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X3, iddiaçının onun qızı olduğunu, Cəmilə ilə qızının bir blokda yaşadıqlarını, xəstə olduğu üçün qızının yanına qalmağa gəldiyini, qızının ona şirkət olduğunu pul verib pul qazanmaq olduğunu dediyini, kimin ona dediyini soruşanda Cəmilənin dediyini bildirdiyini, Cəmilənin onlara gəldiyini, ondan şirkət barədə soruşduqda təsdiqlədiyini, qızı Pərvanənin ona pul götürək verək dedikdə şirkəti hardan tanıyırıq deyərək pulu verərik batar camaatın pulunu necə qaytararıq dediyini, Cəmilənin şirkətin neçə illərdi işlədiyini, orada pulun batmayacağını, pulu qoyun nə vaxtda desəniz mən pulunuzu düzəldib gətirəcəm dediyini, Cəmilənin onları arxayın etdiyini, bu səbəbdən Pərvanənin Cəmiləyə 8500 manat pul verdiyini, həmin məbləğin hissə-hissə verildiyini, qızının həmin pulları Cəmiləyə verməsindən məlumatlı olduğunu, onun yanında olduğunu, qızının şirkəti tanımadığını, Cəmiləni tanıyıb ona pul verdiyini, cavabdehin borcdan nə qədər qaytardığını dəqiq bilmədiyini, qızının Cəmilədə 2725 manatının qaldığını, Pərvanənin Cəmiləyə pul verməsi tarixlərinin dəqiq yadında olmadığını, Bakı şəhərində olarkən Pərvanənin istəyinə görə Gülnarə adlı qonşusundan pul alıb öz evində Cəmiləyə 2000 manat verdiyinibildirdi. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir АzərbаycаnRespublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin АzərbаycаnRespublikаsınınKоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin arasında iddia tələbinə uyğun olaraq münasibətin yaranması verilmiş izahatlar ilə təsdiq olunur. Belə ki, Cavabdeh “OCOS” şirkətinin nümayəndəsi kimi iddiaçıya şirkətin fəaliyyətini təbliğ etməklə inam yaratmasını və iddiaçı tərəfindən ödənilən pulları şirkətin hesabına yerləşdirməklə fəaliyyətini görməsini izahatında etiraf etmişdir. Həmçinin iddiaçı tərəfindən 8500 manat pulun ödənilməsini cavabdeh təstiqləmişdir. Bundan başqa cavabdeh şirkətə müəyyən məbləğdə pulların ödənilməsini icrası zamanı əlavə ödəmələrində zəruri olduğunu izahatında təsdiqləmişdir. Lakin iddiaçı tərəfindən ona əlavə pulun ödənilmədiyini, bir halda 20 manatın ödənilməsini etiraf etmişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını, izahatları yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək, həmçinin Cavabdeh iddiaçıya 6200 manat qaytarmasını və 2320 manat borcunun qaldığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2320 (iki min üç yüz iyirmi) manat məbləğində pul və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 43.20 (qırx üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılmalı və 4.80 (dörd manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2320 (iki min üç yüz iyirmi) manat məbləğində pul və iş üzrə ödənilmiş 43.20 (qırx üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılsın. 4.80 (dörd manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar