Məhkəmə qərarları › İş №2(078)-605/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-605/2022

08.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-605/2022 08.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 19 may 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 saylı mənzildən yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, həyat yoldaşı Seyidov Həsən M.Heydər oğlunun 03 avqust 2005-ci il tarixdə vəfatından sonra ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildə o və qızı Cavabdeh yaşayırdılar. Həmin mənzil 2007-ci ildən daşınmaz əmlakın dövlət reyestri xidmətində adına qeydiyyata alınmışdır. 2011-ci ildə Seyidova X2 ilə ailə qurmuş, onların evlənmələrinə razı deyildi, ona görə də Türkan qoşulub qaçmışdır. Evlənəndən sonra onlar Türkanın ərinin yaşadığı Naxçıvan şəhəri, Lermontov küçəsi, 52 nömrəli həyət evində yaşamağa başladılar. Sonra onların birinci övladları doğuldu. Uşağın 1 yaşı olanda Türkan ailəsi ilə gəlib onun evində yaşamağa başladılar. Həmin vaxtı o xəstə idi, hazırda da xəstəliyi davam edir. Türkan ailəsi ilə onun yanında qalarkən onu yola vermirdilər, başına çox oyunlar açıblar, birlikdə yaşayışları çox çətin keçirdi. 2021-ci ilin əvvəllərində Türkan ailəsi ilə birlikdə könüllü olaraq onun evindən çıxıb gediblər, haliyədə o orada tək yaşayır. Lakin qızı 2 azyaşlı uşağı ilə birlikdə onun mənzilinin qeydiyyatındadır. Onlar mülkiyyətində olan mənzilin qeydiyyatında olmaqla onun üçün problemlər yaradırlar. Türkan əri ilə nikahlarını 30 aprel 2012-ci il tarixdə qeydiyyatdan keçiriblər. Haliyədə özlərinə başqa yerdə yaşayış yeri seçiblər və yaşayırlar. O onun mənzilində olan istifadə hüququnu itirmişdir. 08 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə icraatda olan 2(078)-605/2022 nömrəli mülki iş üzrə iddianı geri götürdüyünü qeyd edib iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh İddiaçı iddia ərizəsinin qaytarılması ilə bağlı ərizəsinə baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 22482 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 22482 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar