Məhkəmə qərarları › İş №2(078)-626/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-626/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-626/2023 30.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Koç (Eminova) Səbahət Həmzə qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3, X10 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclaslarında iştirak etməmiş, o, məhkəmədə vəkili və nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iclası zamanı dindirilən ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ərizəçinin yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan fərdi yaşayış evi X5 mülkiyyətindədir. X3 xx.xx.1960-cı il tarixdə Maraqlı şəxs3Həmzə M.Yunis oğlu ilə rəsmi olaraq nikaha daxil olmuşlar. X2 vərəsələri Maraqlı şəxs3Həmzə M.Yusif oğlu-həyat yoldaşı, vəfat edib, Koç (Eminova) Səbahət Həmzə qızı (qızı), Maraqlı şəxs2 (qızı), Maraqlı şəxs3 (oğlu), X10 (oğlu), Ərizəçi M.Həmzə qızıdır (qızı). Ərizəçinin atası Maraqlı şəxs3Həmzə M.Yusif oğlu xx.xx.1992-ci il tarixdə, anası X11 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Koç (Eminova) Səbahət Həmzə qızı, X10, Maraqlı şəxs2 və Maraqlı şəxs3 miras əmlakdan notarial qaydada imtina etmişdirlər. Ərizəçinin mirası qəbul etməyinə heç bir maneə törətməmişlərdir. Mirası faktiki qəbul etmək barədə 1 saylı notariat ofisinə ərizə ilə miircaiət edilmiş, cavab olaraq bildirilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Razılaşma əsasında ünvan 2 ünvanında yerləşən yaşayış evini xx.xx.2013-cii il tarixdə X13 19000 (on doqquz min) manata ərizəçi tərəfindən satılıb. Lakin miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmədiyindən alqı-satqını rəsmiləşdirə bilmir. Ərizəçi miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Sadəcə olaraq müddət keçdiyindən notarius miras əmlaka dair şəhadətnamə vermir. Ona görə miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Koç (Eminova) Səbahət Həmzə qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3, X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və hər hansı münasibət bildirməmişlər. Məhkəmə işə maraqlı şəxslər Koç (Eminova) Səbahət Həmzə qızının, Maraqlı şəxs2, Maraqlı şəxs3, X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X15 ifadəsində göstərmişdir ki, o inanıb Ərizəçi xanımın hazırki evini etibarnamə ilə almışdır. Sadəcə evin tam sənədləri hazır olmadığı üçün Ərizəçi evi onun adına sənədləşdirə bilmir. Ev Səadət xanımın atası Mirhəmzə kişiyə aid olub, atası öləndən sonra anası Xanımzər xanıma keçib. Sonra da bacıqardaşlarının rəsmi razılığı ilə ev Səadət xanıma qalıb. Səadət xanım evi satdı və Bakıya getdi. Hazırda Bakıda yaşayır. Miras əmlakla vaxtında Səadət xanım maraqlanmadığı üçün anasının adında qalıb. Sonra isə həmin evin yerləşdiyi yerin texniki pasportunu ala bilmirdi. Daşınmaz əmlak pasport vermirdi ki, plana düşəcək. Bütün dövlət orqanlarına müraciət etmiş və sonunda pasport mərhumun adına verildi. Gecikməyin səbəbi budur. Məhkəmə baxışı iclasında şahid X16 ifadəsində bildirmişdir ki, O Ərizəçi bir qonşu kimi tanıyır. Ondan yaşca böyükdür. Özü həmin Kalbalıxan məhəlləsinə gəlin gəlmişdir. Səadət xanımın atası və anasını da tanıyır. Səadət xanımın özü hazırda Bakı şəhərində yaşayır. X17 məhəlləsinə köçmüşdülər. Orada evləri var idi. Səadət evə baxırdı, gedib-gəlirdi. Sonra anası vəfat etdi. Səadət də ev satıb getdi Bakıya. Həmin evdə ən çox Səadət xanımı görmüşdür. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində bildirmişdir ki, Ərizəçi bir qonşu kimi tanıyır. Ondan yaşca böyükdür. O Kalbalıxan məhəlləsində yaşayır. Səadət xanımın atası və anasını da tanıyır. Səadət xanımın özü hazırda Bakı şəhərində yaşayır. Ancaq faktinki olaraq həmin evə həmişə özü gəlib gedirdi. Məhkəmə baxışı iclasında şahid X24 ifadəsində bildirmişdir ki, o Ərizəçi bir qonşu kimi tanıyıram. Ondan yaşca balacadır. X19 qardaşının həyat yoldaşıdır. Səadət xanım evini satanda o bu barədə qardaşı gilə xəbər vermişdir. Onlar da razılaşıb evi almağa qərar verdilər. Ancaq evin sənədləşmə işləri tam hazır olmadığı üçün hələ də evi qardaşıgil sənədləşdirə bilmir. Səadət xanım da nə qədər çalışsa da evin sənədləşmə işlərini apara bilmir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin vəkili və nümayəndəsinin, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1960-cı il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən aydın olur ki, X9 ilə Həsənova (Eminova) Xanımzər Qurban qızı həmin tarixdə nikah bağlamış və bu barədə 130 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evinin müdiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan aydın olur ki, X12 xx.xx.1967-ci ildə Babək rayon Sovetabad kəndində anadan olmuşdur, atası X36 M.Yusif oğlu, anası X8r. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evinin müdiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan aydın olur ki, Maraqlı şəxs3Həmzə M.Yunis oğlu xx.xx.1992-ci il tarixdə sol ağ ciyərin blostoması diaqnozu ilə Babək rayon Xətai kəndində vəfat etmiş, bu barədə xx.xx.1992-ci il tarixdə 28 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X11 xx.xx.2011-ci ildə beyinə qansızma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2011-ci il tarixdə 301 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2235 nömrəli arayışdan aydın olur ki, ünvan 3 ünvanında yaşamış X2 müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. Maraqlı şəxs3Həmzə M.Yusif oğlu-həyat yoldaşı-vəfat edib;

2. Eminova Səbahət M.Həmzə qızı-qızı;

3. Ərizəçi M.Həmzə qızı-qızı;

4. Maraqlı şəxs2 M.Həmzə qızı-qızı;

5. Maraqlı şəxs3 M.Həmzə oğlu-oğlu;

6. Eminov Məhəmməd M.Həmzə oğlu-oğlu. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər Kalbalıxan küçəsində 0.045 ha torpoaq sahəsində yerləşən ümumi sahəsi 102.05 kv.m olan 33 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə X5 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5581 nömrəli vərəqində qeydiyyata alınmışdır. Maraqlı şəxs2 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, mərhum anası X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmış və o, vərəsəlik yolu ilə ona çatan paydan bacısı Ərizəçi xeyrinə imtina edir. Bununla bağlı gələcəkdə heç bir iddiası olmayacaq. Koç (Eminova) Səbahət Həmzə qızı tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, mərhum anası X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmış və o, vərəsəlik yolu ilə ona çatan paydan bacısı Ərizəçi xeyrinə imtina edir. Bununla bağlı gələcəkdə heç bir iddiası olmayacaq. Maraqlı şəxs3 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmış və o, vərəsəlik yolu ilə ona çatan payı qəbul etmir. Bununla bağlı gələcəkdə heç bir iddiası olmayacaq. X10 tərəfindən verilmiş notarial qaydada tərcümə edilərək təsdiq edilmiş ərizədən aydın olur ki, mərhum anası X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmış və o, vərəsəlik yolu ilə ona çatan paydan bacısı Ərizəçi xeyrinə imtina edir. Bununla bağlı gələcəkdə heç bir iddiası olmayacaq. Naxçıvan şəhəri bir saylı Notariat Ofisi tərəfindən Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixdə verilmiş 327 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:

1. Miras əmlaka sahiblik etmək üsulu.

2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, X2 vəfatından sonra ondan qalmış ünvan 1 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X2 vəfatından sonra ondan qalan miras əmlakı iddiaçı Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin vəkili və nümayəndəsinin izahatı ilə yanaşı, şahid ifadəsi və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi anasının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin vəkili və nümayəndəsinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin vəkili və nümayəndəsinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: Ərizə təmin edilsin. X1 qalan ünvan 1 ünvanında yerləşən 102.5 kv.metr yaşayış sahəsi və 0.045 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar