Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-657/2025 28.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh, qarşı payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Səfərov X13 şəhər Qaraxanbəyli kəndi, 1-ci küçə, ev 26B ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsində yerləşən 74.87 kv.m fərdi yaşayış evinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsində yerləşən 74.87 kv.m fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X6 və X7 mülkiyyətinə verilmişdir. X4 xx.xx.2016-cı il tarixdə, mərhum X12 xx.xx.2023-cü il tarixdə, tarixdə vəfat etmişdirlər. X1 bacısı mərhum X9 1947-ci ildə vəfat etmişdir. X4 və mərhum X7 övladları olmamışdır. ilə Qeyd edim ki, mən 4 yaşımdan xalam, mərhum X12 yaşamışam. 4 yaşından etibarən onu xalası böyüdüb, qayğısına qalıb. O vəfat etdikdən sonra da, həmin evdə özü yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişdir. Rəsmi qaydada mirası qəbul etmək istəsə də, pay müəyyən olunmadığından mirası qəbul edə bilmir. Bu səbəblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı iş üzrə İddiaçı iddianı müdafiə edərək izahatında torpağın xalasından qalan torpaq olduğunu, xalasının vəfatından sonra torpağı adına keçirmək istədiyini, Ceyranın onun xalası olduğunu, Bəylərin də xalasının yoldaşı olduğunu, özünü onların böyütdüyünü, rəsmi olaraq yox amma belə onların övladları olduğunu, evin çıxarışının Bəylərin adına olduğunu, Rasimin Bəylərin bacısının oğlu olduğunu, özünün torpağı verməyə razı olduğunu, onunla birgə böyüdüklərini, 4 yaşından bəri Bəylər və Ceyranın onu böyütdüklərini, anasının 1943-cü il təvəllüd olduğunu, arxivdə rəsmi qeydiyyatda sənədlərin olmadığını, ona görə doğum şəhadətnaməsini verə bilmədiyini, babasının Səfərov Sultan olduğunu, 1942-ci ildə müharibəyə gedib qayıtmadığını, itkin düşdüyünü, nümayəndəlik olaraq Qaraxanbəy nümayəndəliyinə aid olduqlarını, anasının Leylan olduğunu, Leylan və Ceyranın bacı olduqlarını, onların analarının Bağdagül olduğunu, Bağdagülün onun nənəsi olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddiaçıya önəmli olanın payın müəyyən olunması olduğunu bildirmiş, iddianı müdəfiə etdiyini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasımı xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, bununla bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsində yerləşən 74.87 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 18/64 nömrəli reyestr kitabının 12529 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivinin məktubuna göstərilir ki, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Naxçıvan şəhəri üzrə 1950-ci ilə dair doğum haqqında akt qeydi kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X7 1950-ci il tarixdə Naxçıvan şəhərində anadan olması haqqında məlumat vermək mümkün olmadı. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivinin məktubuna göstərilir ki, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildiririk ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Naxçıvan şəhəri üzrə 1936- 1947-ci illərə dair bərpa kitablarına, Naxçıvan şəhəri üzrə 1943-1945-ci illərə dair və Babək rayonu üzrə 1945-ci ilə dair doğum haqqında akt qeydi kitablarına baxdıqda, X1 1945-ci il tarixdə Naxçıvan şəhərində anadan olması haqqında məlumata rast gəlinmədi. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivinin məktubuna göstərilir ki, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Naxçıvan şəhəri üzrə 1936- 1947-ci illərə dair bərpa kitablarına baxdıqda, mərhum X5 1929-cu il tarixdə Naxçıvan şəhərində anadan olması haqqında məlumata rast gəlinmədi. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivinin məktubuna göstərilir ki, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Naxçıvan şəhəri üzrə 1940- 1942-ci illərə dair doğum haqqında akt qeydi kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X10 1942-ci il tarixdə Naxçıvan şəhərində anadan olması haqqında məlumat vermək mümkün olmadı. Əlavə olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Naxçıvan şəhəri üzrə 1936-1947-ci illərə dair bərpa kitablarına və Babək rayonu üzrə 1942-ci ilə dair bərpa kitablarına da baxıldı, mərhumun göstərilən tarixdə anadan olması haqqında məlumata rast gəlinmədi. İş materiallarında olan Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 216 nömrəli arayışında göstərilir ki, mərhum X2 şəhər qaraxanbəyli kəndində qeydiyyatda olub və İddiaçı xalasıdır. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli çıxarışda göstərilir ki, mərhum X3 şəhər Qaraxanbəyli kəndində xx.xx.2004-cü il tarixdə qaraciyər çatışmazlığından ölmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli AZ-İ 700381 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X11 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZ-İ 296418 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 214 nömrəli arayışında göstərilir ki, X7 aşağıdakı vərəsələri vardır.
1. Məmmədov Bəylər (əri-1945 təvəllüd)
2. Səfərova Leylan (bacısı 1942 təvəllüd) İş materiallarında olan Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 33 nömrəli arayışında göstərilir ki, mərhum X5 vərəsəsi oğlu 1974-cü il təvəllüdlü Cavabdehdur İş materiallarında olan Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 34 nömrəli arayışında göstərilir ki, X6 aşağıdakı vərəsələri vardır.
1. İsmayılova Ceyran (arvadı-1950 təvəllüd)
2. Məmmədova Tərlan (bacısı 1947 təvəllüd) Naxçıvan Şəhər Məhkəməsinin 15 may 2025-ci il tarixli sorğusuna cavab olaraq Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, mərhum X8 vərəsələri
1. Səfərov Sultan ( əri-vəfat edib)
2. İsmayılov Kazım (əri-vəfat edib)
3. Səfərova Leylan ( qızı 1942-ci ildə vəfat edib)
4. İsmayılova Ceyran ( qızı-vəfat edib ) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci bəndinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 74.87 kv.m fərdi yaşayış evinə X6 ½ hissədə və X7 1/2 hissədə pay hüquqları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. ünvan 2 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 74.87 kv.m fərdi yaşayış evinə X6 ½ hissədə və X7 1/2 hissədə pay hüquqları müəyyən edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva