Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-659/2023 12.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində verləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli mənzildən çıxarılması və həmin mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli mənzilin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən 2008-ci ildən etibarən onun tam mülkiyyətində olduğunu, Cavabdeh bir müddətdir ki, mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli mənzildə yaşadığını, onunla aralarında olan münasibətə görə buna etiraz etmədiyini, Yazgülün onu qısa müddət ərzində mənzildən çıxacağı barədə əmin etdiyini, lakin artıq Yazgülün imtina edərək ona məxsus mənzildən çıxmadığını, cavabdehin heç bir hüquqi əsas olmadan mülkiyyətində olan Naxçıvan şəhəri, Heydər Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli mənzildə yaşamasının və mənzildən çıxmamasının onun mülkiyyət hüquqlarını kobud şəkildə pozduğunu, dəfələrlə ona şifahi xəbərdarlıq etməyinə baxmayaraq, Yazgülün ona məxsus mənzildən çıxmaqdan imtina etdiyini, dəfələrlə məhkəmədə iddia qaldırdığını, lakin Yazgülün evdən çıxması üçün möhlət istədiyindən ərizələrinin baxılmamış saxlanılması üçün müraciət etdiyini, sonuncu dəfə Cavabdeh 24 oktyabr 2022-ci il tarixdə razılıq ərizəsi yazaraq “31 mart 2023-cü il tarixdə evdən çıxacam, həmin tarixədək əgər aramızda razılıq olmasa, məhkəmə qaydasında evdən çıxarılmağıma etiraz etmirəm” deyə bildirdiyini, lakin onun vədinə əməl etmədiyini, Yazgül ilə əvvəldən biri-birlərini tanıdıqlarından münasibətlərinin olduğu üçün mənzilində qalmasına razılıq verdiyini, Yazgülün özünə məxsus mənzilinin olduğunu, Bakı şəhərində evinin olduğunu, öz aralarında razılıq əsasında Yazgülün Bakıdakı evi onunla dəyişmək istədiyini, lakin uzun illər keçsədə etmədiyini, onu aldatdığını, bu səbəbdən artıq qəti qərara gəldiyini, Cavabdeh Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində verləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli mənzildən çıxarılması və həmin mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməli olduğunu hesab etdiyini, bunları nəzərə alaraq, Cavabdeh Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində verləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli mənzildən çıxarılması və həmin mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 2021 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********67- 05***-*******, qeydiyyat nömrəsi: 11866, qeydiyyat tarixi: xx.xx.2008). 24 oktyabr 2022-ci il tarixli öhdəlik-ərizəyə əsasən, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildən 31 mart 2023-cü il tarixdə çıxacağını, həmin tarixədək əgər aralarında razılıq olmasa, məhkəmə qaydasında mənzildən çıxarılmağına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsinin dəlillərini araşdırıb işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəməyə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində verləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli mənzildən çıxarılmalı və həmin mənzil Cavabdeh öz vəsaiti hesabına boşaldılmalıdır. İş üzrə tədqiq olunmuş sübutlardan aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 2021 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********67-05***-*******, qeydiyyat nömrəsi: 11866, qeydiyyat tarixi: xx.xx.2008). 24 oktyabr 2022-ci il tarixli öhdəlik-ərizəyə əsasən, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildən 31 mart 2023-cü il tarixdə çıxacağını, həmin tarixədək əgər aralarında razılıq olmasa, məhkəmə qaydasında mənzildən çıxarılmağına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında mütənasiblik prinsipini geniş təhlil edərək, onu insan hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit etmişdir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ictimai maraqla fərdin hüquqları arasında ədalətli balansın axtarışı bütün Avropa hüquq sisteminin xarakterik xüsusiyyətidir. Bu balansın təmin olunması üçün mütənasiblik təmin olunmalıdır. Həmçinin qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. 152.1-152.4-cü mаddələrinə əsаsən, mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki işin materiallarından görünür ki, Cavabdeh qeyd olunan mənzilə gələrkən mülkiyyətçi ilə arasında qanunvericiliyin yuxarıda sadalanan normalarına uyğun hər hansı razılaşma olmamışdır. Belə olan halda da yuxarıda qeyd olunduğu kimi, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müddəaları tədbiq olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə Cavabdeh həmin mənzilin tərkib hissəsinə yaşayış və istifadə hüququnun olmasına dair məsələni yuxarıda qeyd olunan normalar baxımından müzakirə edərək belə nəticəyə gəlir ki, Cavabdeh həmin mənzilə yaşayış və istifadə hüququ yaranmadığından iş üzrə İddiaçı mülkiyyət hüquqları bərpa olunmalı, Cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində verləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli mənzildən çıxarılmalı və həmin mənzil Cavabdeh öz vəsaiti hesabına boşaldılmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində verləşən 40 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3cü mərtəbəsində yerləşən, 55.01 kv.m ümumi, 34.25 kv.m yaşayış, 20.76 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 8 nömrəli mənzildən çıxarılsın və həmin mənzil Cavabdeh öz vəsaiti hesabına boşaldılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-659/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-659/2023
12.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver