Məhkəmə qərarları › İş №2(078)-665/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-665/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-665/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum anası X3 qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, ünvan 2 ünvan: ünvan 3t Notariat Kontorunda Reyestrdə 3M-340 nömrə ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında anası X5 adına qeydiyyata alınmışdır. O, iki övladı ilə birlikdə valideynlərinin yanında yaşamışdır. X1, 15 iyun 2012-ci ildə anası X12 isə 28 aprel 2017-ci il tarixdə vəfat ediblər. Onların vəfatından sonra da həmin evdə o yaşamaqda davam etmişdir. Miras əmlak onun tərəfindən qəbul edilərək idarə edilir, miras əmlaka faktiki olaraq o, sahib çıxmışdır. Anasının vəfatından sonra bütün kommunal xərclər onun tərfindən ödənilir. Anasından qalmış miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilərək idarə olunduğundan adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Naxçıvan Asan xidmət Mərkəzinin Notariat Ofisinə göndərdiyi ərizəsinə cavab verilərək şəhadətnamənin verilməsindən imtina edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(078)-665/2025 nömrəli qərardadı ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin maraqlı şəxs qismində cəlb olunması qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxsin nümayəndəsi X13 məhkəməyə 17 iyul 2025-ci il tarixdə ərizə göndərərək ərizədə üzrlü səbəbdən 29 iyul 2025-ci il tarixə saat 09:00 təyin edilmiş Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakı olmadan işə baxıb qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin qeyd olunan ərizəsini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxs3 mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Maraqlı şəxs3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs1 mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxış iclasında iştirak etməmiş, məhkəmə baxış iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs1 iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi izahatında özünün həyat yoldaşı vəfat etdikdən sonra anasının ona ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini aldığını, sadəcə olaraq həmin vaxt qarışıqlıq olduğundan evin özünün deyil, anasının adına rəsmiləşdirildiyini, həmin evin anasının vəsaiti hesabına alındığını, ev alınarkən evin 1 otaq və 1 mətbəxdən ibarət olduğunu, evi özünün təmir etdiyini, hər kəsin evin özünün olduğunu bildiyini, hətta anasının sağlığında evi özünün adına qeydiyyata aldırmaq istədiyini, sənədləşmədə problem yarandığını, pul lazım olduğunu, özünün də həmin vaxt maddi vəziyyəti aşağı olduğundan sənədləşdirə bilmədiklərini, atasının 2012-ci ildə, anasının isə 2017-ci ildə vəfat etdiyini, anası vəfat etdikdən sonra həmin evdə özünün yaşadığını bildirərək ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs2 izahatında özünün iddia tələbinə heç bir etirazı olmadığını, evin bacısı Ərizəçi evi olduğunu, həmin evi bacısının çox əziyyətlə düzəltdiyini, qardaşı Maraqlı şəxs3 da heç bir etirazı olmadığını, sadəcə olaraq onun öz ailəsində problemi olduğu üçün hamıdan küsdüyünü, uzaqlaşmağa çalışdığını, özlərinin də telefonlarını açmadığını, anasından miras qalan daşınmaz əmlakın bacısı Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduğunu, miras əmlaka dair heç bir etiraz və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs1 izahatında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etirazı olmadığını, onun evi olduğunu, bacısı Nəzakətin həyat yoldaşı vəfat etdiyi zaman uşaqlarının balaca olduğunu, onun çox əziyyət çəkdiyini, anası öldükdən sonra həmin evdə bacısı Nəzakətin yaşadığını, anasından miras qalan daşınmaz əmlakın bacısı Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduğunu, miras əmlaka dair heç bir etiraz və tələbinin olmadığını bildirmişdir. Keçirilən əvvəlki məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs4 izahatında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin bacısı Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etirazı olmadığını, onun evi olduğunu, qardaşı İlqarın da razılıq verdiyini, sadəcə olaraq hal-hazırda münasibətləri olmadığı üçün sənəd göndərmədiyini, onun da etirazı olmadığını, anası öldükdən sonra həmin evdə bacısı Nəzakətin yaşadığını, anasından miras qalan daşınmaz əmlakın bacısı Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduğunu, miras əmlaka dair heç bir etiraz və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını, özünün 2018-ci ildə həmin məhəlləyə köçdüyünü, həmin evdə Nəzakətin, onun qızının və nəvəsinin yaşadığını bildiyini, başqa heç bir bacı qardaşının həmin evdə yaşamadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını, özünün 1993-cü ildə həmin məhəlləyə köçdüyünü, həmin evdə əvvəl Nəzakət xanımın anasının da yaşadığını, sonra anasının vəfat etdiyini, özünün də Nəzakət xanımın anasının yas mərasimində iştirak etdiyini, hal-hazırda həmin evdə Nəzakətin, onun qızının və nəvəsinin yaşadığını bildiyini, başqa heç bir bacı qardaşının həmin evdə yaşamadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Ərizəçi mərhum X5 vərəsələri olması, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın X5 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR DTİ və M.H.Q idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən Azərbaycan Respublikası, Naxçıvan MR, Naxçıvan şəhəri, 20-ci məhəllə küçəsində yerləşən bir otaq, ümumi sahəsi 20.8 m2, o cümlədən yaşayış sahəsi 20.8 m2–dən ibarət olan 6 nömrəli yaşayış evinin şəxsi mülkiyyət hüququ əsasında Naxçıvan şəhər DNK-nın 3m-340 nömrəli, 23 oktyabr 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən vətəndaş X5 adına qeydə alınması; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı, 497739 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X5 xx.xx.2017-ci il tarixdə vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 xx.xx.2012-ci il tarixdə vəfat etməsi və bu barədə ölüm kitabında 48 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli arayışdan "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.2017-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və əri (arvadı) X9 (xx.xx.1933) (xx.xx.2012-ci ildə vəfat edib), qızı Maraqlı şəxs1 (xx.xx.1962) (evli), qızı Maraqlı şəxs2 (xx.xx.1964) (evli), oğlu Maraqlı şəxs3 (xx.xx.1966) (evli), oğlu Maraqlı şəxs4 (xx.xx.1969) (evli) və qızı Ərizəçi (xx.xx.1971) (evli) adlı ailə tərkibinə dair məlumatlar aşkar edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli, 2730 nömrəli arayışdan xx.xx.2017-ci il tarixdə vəfat etmiş X7 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində qızı Ərizəçi ilə birlikdə yaşaması və vəfat etdiyi gündən bugünədək Ərizəçi qeyd olunan fərdi yaşayış evində yaşaması və kommunal ödənişlər ödəməsi; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayon Ərəfsə kənd soveti tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli, İ-ИЕ seriyalı, 019977 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 və X5 xx.xx.1961-ci il tarixdə nikaha daxil olmaları və bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayon Ərəfsə kənd soveti tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli, A3 seriyalı, 129398 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 və X5 birgə nikahından xx.xx.1962-ci il tarixdə X14 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayon Ərəfsə kənd soveti tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli, A3 seriyalı, 672528 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 və X5 birgə nikahından xx.xx.1964-cü il tarixdə X11 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayon Ərəfsə kənd soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 və X5 birgə nikahından xx.xx.1966-cı il tarixdə Maraqlı şəxs3 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayon Ərəfsə kənd soveti tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 və X5 birgə nikahından xx.xx.1969-cu il tarixdə Maraqlı şəxs4 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayon Ərəfsə kənd soveti tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 və X5 birgə nikahından xx.xx.1971-ci il tarixdə Ərizəçi adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 07 yanvar 2025-ci il tarixli, 22/2025 nömrəli qərardan ünvan 7 ünvanında qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən, mərhum xx.xx.2017-ci il tarixdə vəfat etmiş, X3 miras qalmış Naxçıvan şəhəri, Məmməd Araz 17 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəliyin açılmasından imtina edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1009 nömrəli arayışdan mərhum X5 mülkiyyətində olan Naxçıvan şəhəri, Məmməd Araz küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin əvvəlki ünvanının ünvan 10 Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 636 nömrəli arayışdan Ərizəçi ünvan 5 ünvanında qeydiyyatda olması aydın olur. Ərizəçi onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən, lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X12 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Ərizəçi X5 qanun üzrə vərəsələridir. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X5 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən maraqlı şəxslərin izahatlarını da nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; -28 aprel 2017-ci il tarixdə ölən X3 miras qalmış ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 28 aprel 2017-ci il tarixdə ölən X3 miras qalmış ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar